Mərkəzi Bank Rəqəmsal Valyutası (CBDC) izah edildi

Mərkəzi Bank Rəqəmsal Valyutası (CBDC) izah edildi

Orta
Dərc edilmişdir Jan 25, 2021Yenilənib Jul 16, 2025
9m

Əsas diqqət yetiriləcək məqamlar

  • CBDC-lər ölkənin mərkəzi bankı tərəfindən yaradılan və idarə edilən ABŞ dolları və ya avro kimi ölkənin rəsmi valyutasının rəqəmsal versiyalarıdır.

  • Onlar ödənişləri daha sürətli, daha təhlükəsiz və proqramlaşdırılmasını daha asan etmək üçün hazırlanıb və bugünkü maliyyə sistemlərini müasirləşdirməyə kömək edir.

  • CBCD-lər iki əsas növdə təqdim olunur: gündəlik istifadəçilər üçün pərakəndə satıı üzrə CBCD-lər və banklar və iri qurumlar üçün topdansatış üzrə CBCD-lər.

  • Bütün dünyada hökumətlər iqtisadiyyatlarına, bank sistemlərinə və maliyyə sabitliyinə necə təsir edə biləcəyini anlamaq üçün CBCD-ləri sınaqdan keçirir.

  • CBCD-lər bəzi üstünlüklər təklif edə bilsə də, məxfilik, hökumətin şəxsi maliyyə üzərinə nəzarəti və bank sistemində mümkün pozuntularla bağlı narahatlıqlar da yaradır.

Giriş

Puldan istifadə tərzimiz sürətlə dəyişir. Bu gün telefonunuzla qəhvə pulunu ödəyə, saniyələr ərzində xaricə pul göndərə və hətta kriptovalyuta ilə rəqəmsal sənət əsəri ala bilərsiniz. Gündəlik həyat getdikcə daha rəqəmsal olduğuna görə mərkəzi banklar Mərkəzi Bank Rəqəmsal Valyutaları (CBDC) ilə keçidə qoşulur. 

Bitcoin kimi kriptovalyutalardan fərqli olaraq, CBDC-lər hökumətlər tərəfindən buraxılır və sabitlik üçün nəzərdə tutulub. Daha çox ölkə CBDC-lər kəşf edib tətbiq etdikcə, gələcəkdə puldan istifadə tərzinizi dəyişə bilər. 

Mərkəzi Bank Rəqəmsal Valyutası (CBDC) nədir?

Mərkəzi Bank Rəqəmsal Valyutası (CBDC) ölkənin mərkəzi banı tərəfindən buraxılan və tənzimlənən fiat valyutaların rəqəmsal versiyalarıdır. Bu, yeni valyuta deyil, ABŞ dolları, avro və ya Çin yuanı kimi mövcud fiat pulun rəqəmsal formasıdır. 

Bitcoin kimi kriptovalyutalardan fərqli olaraq CBDC-lər mərkəzləşdirilmiş olur, hökumət tərəfindən dəstəklənir və tam tənzimlənir. Onlar fiziki nağd pulla eyni dəyəri saxlamaq üçün nəzərdə tutulub və qanuni ödəniş vasitəsi esab olunur, yəni siz mal, xidmət üçün ödəniş etmək və ya borcları ödəmək üçün onlardan istifadə edə bilərsiniz.

Niyə Mərkəzi banklar CBDC-ləri araşdırır?

Dünyanın hər yerində mərkəzi banklar təmin edə biləcəyi potensial üstünlükləri öyrənmək üçün CBDC-ləri aktiv şəkildə araşdırır və sınaqdan keçirir. Bu maraq və araşdırmanı şərtləndirən bir neçə əsas səbəb var:

1. Nağd puldan daha az istifadə

Bir çox ölkələrdə insanlar sikkə və ya fakturalar əvəzinə rəqəmsal ödənişləri seçir. Milli valyutanın rəqəmsal versiyasını təklif etməklə mərkəzi banklar ayrıca ödəniş tətbiqləri və ya şirkətlərinə tamamilə etibar etmədən insanların necə ödəniş etdikləri ilə məşğul ola bilərlər.

2. Maliyyə xidmətlərinə giriş

Dünyanın bir çox yerlərində insanların bank hesablarına giriş imkanı yoxdur, lakin əksəriyyətinin mobil telefonu var. CBDC-lər bu insanlara banka getməyə ehtiyac olmadan pulu saxlamağın və göndərməyin təhlükəsiz yolunu təqdim edə bilər. 

3. Səmərəlilik və yenilik

Xaricə pul göndərmək, məsələn, ailəyə pul köçürmək xüsusilə bank komissiyaları və ya vasitəçilər cəlb etməklə yavaş və bahalı ola bilər. CBDC-lər, nəhayət, pulun daha aşağı xərclə ölkələr və ya tərəflər arasında birbaşa hərəkətinə imkan yarada bilər.

4. Siyasət vasitələrini təkmilləşdirmək

CBDC-lər vaxtında xərclənmədikdə vaxtı bitən dəstək ödənişləri və ya yalnız əsas mallarda istifadə edilə bilən vergi güzəştləri kimi qaydalarla proqramlaşdırıla bilər. Bu, siyasətçilərin dəstəyin insanlara tez çatmasını və təyinatı üzrə istifadə edilməsini təmin etməsinə kömək edə bilər.

5. Rəqabətədavamlı qalmaq

Özəl texnologiya şirkətləri və stabil koinlərin populyarlığı artıqca, bəzi ölkələr pul sistemlərinə nəzarəti itirməkdən narahatdırlar. CBDC-lər mərkəzi banklara stabil, hökumət tərəfindən dəstəklənən alternativ təklif etmək üçün bir yol təqdim edir.

CBDC növləri

CBDC-lər, adətən, iki əsas növə ayrılır:

Pərakəndə satış üzrə Mərkəzi Bank Rəqəmsal Valyutası

Pərakəndə satış üzrə Mərkəzi Bank Rəqəmsal Valyutaları eynilə pul kisənizdəki nağd vəsait və ya bank hesabınızdakı pul kimi fiziki şəxslər, bizneslər və ticarətçilər üçün nəzərdə tutulub. Onlardan baqqaliyyə məhsulları almaq və ya dostunuza pul göndərmək üçün istifadə edə bilərsiniz. O, mobil ödəniş tətbiqinə çox bənzəyir, lakin bir əsas fərq var: pulunuz özəl şirkət deyil, hökumət tərəfindən buraxılır və dəstəklənir.

Topdan satış üzrə Mərkəzi Bank Rəqəmsal Valyutası

Topdan satış üzrə Mərkəzi Bank Rəqəmsal Valyutası ictimati istifadə üçün nəzərdə tutulmayıb. Onlar məxfi şəkildə banklar və maliyyə qurumları tərəfindən iri həcmdə tranzaksiyaları sürətlə və təhlükəsiz şəkildə həyata keçirmək üçün istifadə olunur. Bu mexanizmdə mərkəzi bank təsdiqlənmiş qurumlara rəqəmsal vəsaitlər depozit qoya və transfer edə biləcəyi xüsusi hesablara giriş imkanı verir. 

Topdan satış üzrə Mərkəzi Bank Rəqəmsal Valyutaları mərkəzi banklara maliyyə sistemi üzərində daha dəqiq nəzarət imkanı verə bilər. Onlar ehtiyat tələbləri və ya balans faizləri kimi məqamları tənzimləyərək faiz dərəcəsinə təsir göstərə və kreditləşdirməni idarə edə bilərlər, eynilə ənənəvi pul siyasəti alətlərində olduğu kimi, lakin potensial olaraq daha yüksək sürət və dəqiqliklə.

CBDC-lərin iş prinsipi

1. Birbaşa və dolayı modellər

  • Birbaşa model: Mərkəzi bank hər şeyi idarə edir. Birbaşa mərkəzi bankda hesabınız olar və onlar sizin üçün rəqəmsal valyuta buraxa və idarə edərlər.

  • Dolayı və ya ikisəviyyəli model: Mərkəzi bank pul kisəsi tətbiqləri və ya hesaba giriş imkanı kimi müştəri ilə bağlı xidmətləri idarə etmək üçün kommersiya bankları və ödəniş təminatçılarına etibar edir. Mərkəzi bank valyuta emissiyasına və sistemə nəzarətə cavabdeh olaraq qalır.

Əksər ölkələr ikisəviyyəli modelə üstünlük verir, çünki o, mövcud maliyyə infrastrukturu üzərində qurulur, istifadəçilərin tanış tətbiq və xidmətlər vasitəsilə bank fəaliyyətlərinə davam etməsinə imkan verir, eyni zamanda mərkəzi qaydada buraxılan rəqəmsal valyutadan faydalanır.

2. Hesab əsaslı və token əsaslı sistemlər

  • Token əsaslı: Token əsaslı CBDC rəqəmsal nağd pula bənzər şəkildə işləyir. Siz dəyəri ifadə edən rəqəmsal tokenlər saxlayırsınız və tranzaksiyalar mülkiyyəti sübut etmək və transferlərə icazə vermək üçün ictimati açar kriptoqrafiyasından (PKC) istifadə edilərək doğrulanır. Bu yanaşma, kiməsə fiziki qeyd vermək kimi təxəllüslü ödənişlərə imkan verə bilər, baxmayaraq ki, məxfiliyin faktiki səviyyəsi sistemin dizaynından və tənzimləyici tələblərdən asılı olacaq.

  • Hesab əsaslı: Hesab əsaslı CBDC ənənəvi bank hesabı kimi doğrulanmış şəxsiyyətə bağlıdır. Onların vəsaitlərinə daxil olmaq və ondan istifadə etmək üçün özünüzü təsdiq etməlisiniz. Hər bir transaksiya şəxsiyyətinizlə əlaqələndirilir, yəni təhlükəsizliyi təmin etmək və saxtakarlığın qarşısını almaq üçün sistemin güclü şəxsiyyət idarəetmə alətlərinə ehtiyacı var.

Bir çox ölkələr hesaba əsaslanan sistemləri araşdırır, çünki onlar daha çox nəzarət, daha yaxşı tənzimləmə uyğunluğu və hesabınıza giriş imkanını itirdiyiniz təqdirdə daha asan bərpa təklif edirlər.

3. Texnologiya yığını

CBDC-lər hər bir ölkənin nəyi prioritetləşdirmək istədiyindən asılı olaraq texnologiyanın müxtəlif növlərindən istifadə edə bilər. Bəzi mərkəzi banklar mərkəzləşdirilmiş məlumat bazasını seçir, burada mərkəzi bank bütün tranzaksiyaların qeydini saxlayır – bu, bu gün bankların hesab balanslarını necə idarə etdiyinə bənzəyir. Bu mexanizm mərkəzi bankların idarə etməsi üçün daha sürətli və asan ola bilər.

Digər mərkəzi banklar paylaşılmış qeydiyyat jurnalı texnologiyasından (DLT) istifadəni araşdırır, burada tranzaksiya qeydləri şəbəkədəki bir sıra iştirakçı arasında təhlükəsiz şəkildə paylaşılır. Bu mexanizm daha çox şəffaflıq təklif edir və smart müqavilələrdən istifadə edərək proqramlaşdırıla bilən ödənişlər kimi təkmil funksiyaları dəstəkləyə bilər.

Bəzi CBDC dizaynlarına internetə çıxışın məhdud olduğu ərazilərdə faydalı ola biləcək oflayn ödənişlər üçün dəstək daxildir. Bu sistemlər kiçik məbləğdə rəqəmsal valyuta saxlamaq və bağlantı əlçatan olduqdan sonra şəbəkə ilə sinxronlaşdırmaq üçün smart kartlar və ya Yaxın sahə rabitəsi (NFC) texnologiyası kimi təhlükəsiz cihazlardan istifadə edə bilər.

Narahatlıqlar və tənqidlər

Məxfilik və nəzarət

CBDC-lərlə bağlı ən böyük narahatlıqlardan biri məxfilik və onların mərkəzi orqanlara nə qədər nəzarət verə biləcəkləridir. Hər bir tranzaksiya mərkəzi sistemdən keçirsə, hökumətin pulunuzu necə, nə zaman və haraya xərclədiyinizi görə bilmə imkanı var. Bu, fırıldaqçılıq və vergidən yayınmanın azaldılmasına kömək edə bilsə də, bəziləri bunun maliyyə nəzarətinə yol aça biləcəyindən narahatdır. Ekstremal vəziyyətlərdə CBDC-lərin səlahiyyətli orqanlara vəsaitlərinizi dondurmaq və ya onlara giriş imkanını məhdudlaşdırmaq səlahiyyəti verəcəyinə dair narahatlıqlar da var.

Banklara təsiri

CBDC-lər populyarlaşsa, insanlar pullarını ənənəvi bank hesablarından mərkəzi bankın rəqəmsal pul kisələrinə köçürməyə başlaya bilərlər. Bu, kommersiya banklarının kreditlər vermək və gündəlik bank xidmətlərini dəstəkləmək üçün etibar eetdiyi vəsaitləri azalda bilər. Maliyyə stresi dövrlərində bu keçid sürətlənə bilər, çünki insanlar CBDC-yə "daha təhlükəsiz" variant kimi baxa bilərlər və bu, daha geniş bank sisteminə potensial təzyiq göstərə bilər.

Texnologiya və giriş imkanı

Uğurlu CBDC təhlükəsiz, stabil və hər kəsin istifadə edə biləcəyi qədər sadə olmalıdır. O, həddən artıq mürəkkəb və ya çaşdırıcı olsa, bir çoxları onun gündəlik həyatda istifadəsini çətin hesab edə bilər. CBDC-lər ölkənin maliyyə infrastrukturunun əsas hissəsi ola bilər və kiberhücumlara və sistemdəki uğursuzluqlara qarşı dayanıqlı olmalıdır, çünki pozuntular milyonlara təsir edə bilər.

CBDC-lər, Stabil koinlər və Kriptovalyutalar: bunlar arasında nə fərq var?

  • CBDC-lər: mərkəzi banklar tərəfindən buraxılır və milli valyutaların rəqəmsal versiyaları kimi fəaliyyət göstərir. Onlar dövlət tərəfindən dəstəklənir və ənənəvi fiat pulla eyni səviyyədə etibar və sabitlik təmin etmək üçün nəzərdə tutulub. 

  • Stabil koinlər: özəl şirkətlər tərəfindən yaradılmış stabil koinlər, adətən, ABŞ dolları kimi ənənəvi valyutanın dəyərinə bağlıdır. Məqsəd onların qiymətini stabil saxlamaqdır, lakin hər şey şirkətin öz ehtiyatlarını nə dərəcədə yaxşı idarə etməsindən və təhlükəsiz saxlamasından asılıdır. Bu ehtiyatlar lazımi qaydada dəstəklənməsə və ya mütəmadi yoxlanılmasa, stabil koin öz sabit qiymətini itirə və artıq nəzərdə tutulmuş dəyərini saxlamaya bilər.

  • Kriptovalyutalar: bitcoin və ether kimi kriptovalyutalar icazəsiz, etibarsızsenzuraya davamlıdır, yəni şəbəkəyə heç bir şirkət və ya hökumət nəzarət etmir. Lakin onların qiymətləri çox dəyişkən ola bilər, tez-tez bazarın əhval-ruhiyyəsindən asılı olaraq kəskin dəyişir.

CBDC qlobal miqyasda

2025-ci ilin iyul ayından etibarən Atlantik Şuranın CBDC axtarışına CBDC imkanlarını inkişaf etdirən və ya araşdıran 130-dan çox ölkə daxildir. Gedişat hər ölkənin siyasət hədəflərindən, texnoloji infrastrukturundan və tənzimləyici mühitindən asılı olaraq regionlar üzrə dəyişir.

  • Aktiv yerləşdirmələr: bəzi ölkələr artıq öz Mərkəzi Bank Rəqəmsal Valyutalarını buraxıb. Buraya Baham adalarında Sand Dollar, Yamaykada JAM-DEX və Nigeriyada e-Naira daxildir. Hər üçü rəqəmsal ödəniş sistemlərinə giriş imkanını yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş pərakəndə satış üzrə CBDC-lərdir.

  • Pilot proqramlar: digər ölkələr CBDC-lərin təcrübədə necə işlədiyini sınaqdan keçirmək üçün pilot proqramlar həyata keçirir. Nümunə olaraq Çində e-CNY, Hindistanda Rəqəmsal rupi və Rusiyada Rəqəmsal rublu göstərmək olar.

  • Araşdırma mərhələsi: Kanada, Nepal və Yeni Zelandiya kimi ölkələr CBDC-nin onların mövcud pul və maliyyə sistemlərinə necə uyğunlaşa biləcəyini tədqiq etməyə davam edir.

Yekun qeydlər

CBDC-lər hələ də inkişaf etdirilir və sınaqdan keçirilir, lakin onlar insanların pula çıxış və ondan istifadə tərzlərində potensial dəyişikliyi ifadə edir. Milli valyutanın rəqəmsal versiyasını təklif etməklə mərkəzi banklar ödəniş sistemlərini təkmilləşdirməyi və maliyyə inklüzivliyi və səmərəliliyini dəstəkləməyin yeni yollarını kəşf etməyi hədəfləyir.

Eyni zamanda, CBDC-lər məxfilik və mərkəzi bankların sahib ola biləcəyi nəzarət səviyyəsi, kommersiya banklarının rolu və texnologiyadan daha az məlumatlı istifadəçilərin potensial xaric edilməsi ilə bağlı narahatlıqları artırır. CBDC-lərin gələcəyi, çox güman ki, bu problemlərin ne dərəcədə uğurla aradan qaldırılacağından və üstünlüklərin təhlükəsiz və insanların etibar edə biləcəyi yolla təqdim edilə bilib-bilməməsindən asılı olacaq.

Tövsiyə olunan ədəbiyyat

İmtina: bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə nəzər salın.