Stabil koin nədir?
Əsas səhifə
Məqalələr
Stabil koin nədir?

Stabil koin nədir?

Başlanğıc
Dərc edilmişdir Apr 24, 2023Yenilənib Jun 28, 2024
9m

Əsas diqqət yetiriləcək məqamlar

  • Stabil koinlər fiat valyutaları və ya qiymətli metallar kimi digər aktivlə əlaqələndirilmiş kripto aktivlərdir. 

  • Stabil koinlər istifadəçilərin kriptovalyuta bazarlarında geniş yayılan dəyişkənlik risklərinin qarşısını ala bilmələri məqsədilə qiyməti nisbətən sabit saxlamaq üçün nəzərdə tutulub.

  • Üç növ stabil koin mövcuddur: fiat dəstəkli, kriptovalyuta dəstəkli və alqoritmik.

  • Praktiki istifadəsi və böyük bazar kapitallaşması səbəbilə tənzimləyicilər stabil koinləri daha yaxından nəzərdən keçirməyə başlayırlar.

Giriş

Kriptovalyutalar sadəcə dəyişkənliklərdən ibarət deyil. Əslində, stabil koinlər qiyməti sabit saxlamaq üçün xüsusi olaraq yaradılmışdır. Koinlərin və tokenlərin bir gecədə çökə biləcəyi sənayedə blokçeyn faydalarını daha sabit aktivi izləmək qabiliyyəti ilə birləşdirən valyutalara böyük tələbat var. Treydinq və ya investisiya zamanı stabil koinlərdən istifadə etməyə başlamamısınızsa, onlar haqqında, eləcə də faydaları və çatışmazlıqları barədə daha çox öyrənməyə dəyər.

Kriptovalyutada stabil koin nədir?

Stabil koinlər fiat valyutalarının və digər aktivlərin dəyərini izləyən rəqəmsal aktivlərdir. Məsələn, dollar, avro, yen, hətta qızıl və neftlə əlaqələndirimiş tokenlər ala bilərsiniz. Stabil koin sahibinə mənfəət və zərərləri kilidləməyə, eləcə də fərdlərarası blokçeyn şəbəkələrində dəyəri sabit qiymətlə transfer etməyə imkan verir.

Bitcoin (BTC), Ether (ETH) və digər altcoin-lər tarixən dəyişkən olub. Bu hal spekulyasiya üçün bir çox imkanlar yaratsa da, müəyyən çatışmazlıqları da var. Dəyişkənlik gündəlik ödənişlər üçün kriptovalyuta istifadəsini çətinləşdirir. Məsələn, ticarətçilər bir gün bir qəhvə üçün 5 $ BTC ala, lakin növbəti gün BTC-nin 50% daha az dəyərli olduğunu görə bilərlər. Bu hal kriptovalyuta ödənişlərini qəbul edən biznesi planlaşdırmağı və idarə etməyi çətinləşdirir.

Əvvəllər kriptovalyuta investorlarının və treyderlərinin kriptovalyutanı yenidən fiata konvertasiya etmədən mənfəəti kilidləmək və ya dəyişkənliyinin qarşısını almaq üçün heç bir yolu yox idi. Stabil koinlərin yaradılması bu məsələləri sadə şəkildə həll etdi. Bu gün siz TrueUSD (TUSD) kimi stabil koinlərdən istifadə edərək kriptovalyuta dəyişkənliyinə asanlıqla daxil olub çıxa bilərsiniz.

Stabil koinlərin iş prinsipi necədir?

Başqa aktivin qiymətini və dəyərini izləyən koin yaratmaq əlaqələndirmə mexanizmi tələb edir. Bunu etməyin bir çox yolu var və çoxu girov kimi çıxış edən başqa aktivə əsaslanır. Bəzi metodlların digərlərindən daha uğurlu olduğu sübut edilib, lakin hələ də zəmanətli əlaqələndirmə yoxdur.

Fiat dəstəkli stabil koinlər

Fiat dəstəkli stabil koinlər USD və ya GBP kimi fiat valyutasını ehtiyatda saxlayır. Məsələn, hər TUSD girov kimi saxlanılan 1 $ ilə dəstəklənir. İstifadəçilər daha sonra öz fiatlarını əlaqələndirmə məzənnəsi ilə stabil koinə və əksinə konvertasiya edə bilərlər.

Kriptovalyuta dəstəkli stabil koinlər

Kriptovalyuta ilə dəstəklənən stabil koinlər fiat dəstəkli stabil koinlərlə bənzər şəkildə fəaliyyət göstərir. Lakin dollar və ya başqa valyutadan ehtiyat kimi istifadə etmək əvəzinə girov kimi xidmət edən kriptovalyutalarımız var. Kriptovalyuta bazarı çox dəyişkən olduğuna görə kriptovalyuta ilə dəstəklənən stabil koinlər qiymət dəyişkənliyinə qarşı tədbir olaraq, adətən, ehtiyatları həddindən çox girov qoyurlar.

Kriptovalyuta ilə dəstəklənən stabil koinlər zərb və yanmanı idarə etmək üçün smart müqavilələrdən istifadə edirlər. İstifadəçilər müqavilələri müstəqil şəkildə yoxlaya bildiyinə görə bu, prosesi daha etibarlı hala gətirir. Lakin kriptovalyuta ilə dəstəklənən bəzi stabil koinlər icmanın layihədəki dəyişikliklərə səs verə biləcəyi Mərkəzləşdirilməmiş muxtar təşkilatlar (DAO-lar) tərəfindən idarə olunur. Belə olan halda, ən yaxşı qərarları qəbul etmək üçün DAO-ya qoşula və ya etibar edə bilərsiniz.

Nümunəyə nəzər salaq. USD ilə əlaqələndirimiş 100 DAI zərb etmək üçün 1,5x girov olaraq 150 $ kriptovalyuta təqdim etməli olacaqsınız. DAI əldə etdikdən sonra ondan istədiyiniz kimi istifadə edə bilərsiniz. Onu transfer edə, invesitisiya qoya və ya sadəcə olduğu kimi saxlaya bilərsiniz. Girovunuzun geri qaytarılmasını istəyirsinizsə, 100 DAI geri ödəməli olacaqsınız. Lakin girovunuz müəyyən girov nisbətindən və ya kredit dəyərindən aşağı düşərsə, o, likvidasiya ediləcək.

Stabil koin 1 $-dan aşağı olduqda sahiblərin girov üçün stabil koinlərini geri qaytarmaları məqsədilə stimullar yaradılır. Bu, koin təchizatı azaldır və qiymətin yenidən 1 $-a qalxmasına səbəb olur. 1 $-dan yuxarı olduqda istifadəçilər token yaratmağa təşviq olunur, təchizat artır və qiymət düşür. DAI sadəcə nümunədir, lakin bütün kriptovalyuta dəstəkli stabil koinlər qiymət sabitliyini stimullaşdırmaq üçün oyun nəzəriyyəsi və zəncirdaxili alqoritmlərin qarışığına əsaslanır.

Alqoritmik stabil koinlər

Alqoritmik stabil koinlər ehtiyatlara olan ehtiyacı aradan qaldıraraq fərqli yanaşma tətbiq edirlər. Əvəzində alqoritmlərsmart müqavilələr token təchizatını idarə edir. Bu model kriptovalyuta və ya fiat dəstəkli stabil koinlərə nisbətən daha nadirdir və müvəffəqiyyətlə idarə olunması çətindir.

Əslində, alqoritmik stabil koin sistemi izlədiyi fiat valyutasından aşağı düşərsə, token təchizatını azaldacaq. Bu, kilidli steykinq, yanma və ya geri satın alma yolu ilə edilə bilər. Qiymət fiat valyutasının dəyərini üstələyirsə, stabil koinin dəyərini azaltmaq üçün yeni tokenlər dövriyyəyə daxil olur.

Stabil koinlərin üstünlükləri nələrdir?

Stabil koinlər investorlar, ticarətçilər və kriptovalyuta istifadəçiləri üçün çoxyönlü və güclü alətlərdir. Onların əsas güclü tərəflərinə aşağıdakılar daxildir: 

1. Stabil koinlər gündəlik ödənişlər üçün istifadə edilə bilər. Bizneslər və fərdlər sabitliyə dəyər verirlər. Dəyişkənlik səbəbilə kriptovalyutalar gündəlik ödənişlər üçün geniş istifadə edilə bilmir. Böyük stabil koinlər öz əlaqələrini qorumaq üçün tarixçəyə malikdir və bu da onları gündəlik istifadə üçün uyğun edir.

2. Stabil koinlər blokçeyn əsaslı olmağın üstünlüklərinə malikdir. Qlobal miqyasda uyğun kriptovalyuta pul kisəsinə malik (bir neçə saniyə ərzində pulsuz yaradıla bilər) hər kəsə stabil koin göndərə bilərsiniz. İkiqat xərcləmə və yanlış tranzaksiyalar da demək olar ki, mümkün deyil. Bu keyfiyyətlər stabil koinləri inanılmaz dərəcədə çoxyönlü edir.

3. Ticarətçilər və investorlar portfellərini hedcinq etmək üçün stabil koinlərdən istifadə edə bilərlər. Portfelin müəyyən hissəsini stabil koinlərə ayırmaq ümumi riski azaltmaq üçün effektiv üsuldur. Bütövlükdə portfeliniz bazar qiymətlərinin dəyişməsinə daha davamlı olacaq və yaxşı fürsət yaranarsa, əlinizdə vəsait də olacaq. Həmçinin bazarda qiymətlər düşdüyü zaman stabil koinlər üçün kriptovalyuta sata və onları aşağı qiymətlə geri satın ala (məsələn, qısaltmaq) bilərsiniz. Stabil koinlər zəncir xaricinə pul çıxartmağınıza ehtiyac qalmadan mövqelərə rahat şəkildə daxil olub çıxmağınıza imkan verir.

Stabil koinlərin çatışmazlıqları nələrdir?

Geniş yayılmış kriptovalyuta mənimsənilməsini dəstəkləmək potensialına baxmayaraq stabil koinlərin hələ də bəzi məhdudiyyətləri var: 

1. Stabil koinlərin əlaqələrini qoruyub saxlayacaqlarına zəmanət verilmir. Bəzi böyük layihələr yaxşı təcrübəyə malik olsa da, uğursuz olmuş layihələr də az deyil. Stabil koin öz əlaqəsini qorumaqla bağlı daim problemlərlə üzləşərsə, dəyərini kəskin şəkildə itirə bilər.

2. Şəffaflığın olmaması. Bütün stabil koinlər tam ictimai auditlər buraxmır və əksəriyyəti müntəzəm attestasiyalar təmin edir. Şəxsi mühasiblər bunları stabil koin emitentləri adından həyata keçirirlər.

3. Fiat girovlu stabil koinlər, adətən, digər kriptovalyutalara nisbətən daha mərkəzləşdirilmişdir. Mərkəzi müəssisə girovu saxlayır və həmçinin xarici maliyyə tənzimləməsinə məruz qala bilir. Bu onlara koinlə bağlı əhəmiyyətli nəzarət imkanı verir. Həmçinin eminentin tələb etdiyi ehtiyatlara sahib olduğuna inanmalısınız. 

4. Kriptovalyuta girovlu və girovsuz koinləri fəaliyyət göstərmək üçün əsasən icmalarına güvənirlər. Kriptovalyuta layihələrində açıq idarəetmə mexanizmlərinin olması geniş yayılıb, yəni istifadəçilər hər layihənin işlənib hazırlanmasında və icrasında söz sahibi olurlar. Beləliklə, layihəni məsuliyyətlə idarə etmək üçün işə qoşulmalı və ya tərtibatçılara, yaxud icmaya etibar etməlisiniz.

Stabil koin nümunələri

Kriptovalyuta dəstəkli stabil koin: MakerDAO (DAI)

DAI Ethereum-da USD-ni izləyən kriptovalyuta dəstəkli stabil koinlərdir. Koin MKR idarəetmə tokenini saxlayan MakerDAO icması tərəfindən idarə olunur. Layihəni dəyişmək məqsədilə təkliflər yaratmaq və səs vermək üçün MKR-dən istifadə edə bilərsiniz. DAI kriptovalyutanın dəyişkənliyi ilə məşğul olmaq üçün həddindən artıq girovludur və istifadəçilər girovlarını idarə edən Girovlu borc mövqelərinə (CDP-lər) daxil olurlar. Bütün proses smart müqavilələr vasitəsilə həyata keçirilir.

Fiat dəstəkli stabil koin: TrueUSD (TUSD)

TUSD müstəqil olaraq doğrulanan, dollarla sabitlənmiş stabil koindir. Bu, zəncir xaricində saxlanılan USD ehtiyatlarının ani zəncir daxilində doğrulanması ilə zərb işlərinə proqramlı şəkildə nəzarət edən ilk stabil koindir. TUSD ehtiyatları Chainlink Ehtiyatlar sübutu vasitəsilə izlənilir, beləliklə, sahiblər TUSD-nin ehtiyatda saxlanılan USD ilə dəstəkləndiyini müstəqil şəkildə doğrulaya bilərlər.

Stabil koinlər tənzimlənir?

Stabil koinlər fiat və kriptovalyutanın unikal qarışığı sayəsində bütün dünyada tənzimləyicilərin diqqətini çəkib. Qiyməti sabit saxlamaq üçün nəzərdə tutulduqları üçün spekulyasiyadan başqa səbəblərə görə faydalıdırlar. Həmçinin aşağı qiymətə beynəlxalq səviyyədə yüksək sürətli tranzaksiyaları asanlaşdıra bilirlər. Hətta bəzi ölkələr öz stabil koinlərini yaratmağı sınaqdan keçirirlər. Stabil koin kriptovalyuta növü olduğuna görə, böyük ehtimalla, yerli qanunvericilikdə kriptovalyuta ilə eyni qaydalara tabe olacaq. Fiat ehtiyatları ilə stabil koinlərin buraxılması da tənzimləyici təsdiq tələb edə bilər.

Yekun qeydlər

Hazırda müəyyən məqamda stabil koin saxlamayan investor və ya ticarətçi tapmaq çətindir. Ticarətçilərin yeni bazar imkanlarından sürətlə yararlana bilməsi üçün stabil koinlər, adətən, kriptovalyuta birjalarında saxlanılır. Həmçinin fiata nağd pul qoymaq məcburiyyətində olmadan mövqelərə daxil olmaq və çıxmaq üçün də çox faydalıdır. Ticarət və investisiyadan başqa, stabil koinlər ödəniş etmək və beynəlxalq transferlər üçün də istifadə edilə bilər.

Onlar kriptovalyutanın ayrılmaz hissəsi olub, yeni maliyyə sisteminin yaradılmasına imkan versələr də, riskləri gözardı etməməlisiniz. Uğursuz əlaqələndirmələr, çatışmayan ehtiyatlar və məhkəmə iddiaları olan stabil koin layihələri var. Yəni stabil koinlər inanılmaz dərəcədə çoxyönlü alətlər olsalar da, onların yenə də kriptovalyuta olduğunu və bənzər risklərə malik olduğunu unutmayın. Portfelinizi çeşidləndirərək riskləri azalda bilərsiniz, lakin investisiya, yaxud treydinqdən əvvəl öz tədqiqatınızı aparın və itirə biləcəyinizdən artıq investisiya qoymayın.

Tövsiyə olunan ədəbiyyat

Məsuliyyətdən imtina: MiCA tələblərinə uyğun olaraq icazəsiz stabilkoinlər EEA istifadəçiləri üçün müəyyən məhdudiyyətlərə uyğun gəlməlidir. Daha ətraflı məlumat üçün buraya klikləyin.

İmtina və risklə bağlı xəbərdarlıq: Bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və təhsil məqsədləri üçün "olduğu kimi" sizə təqdim edilir. Bu, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Məqaləyə üçüncü tərəf müəllifi tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifinə aiddir və Binance Academy-nin fikirlərini əks etdirmir. Əlavə təfərrüatlar üçün imtina mətnini tam şəkildə burada oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və siz investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız siz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu materialı maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydaları Risklə bağlı xəbərdarlıq bölməmizə baxın.