Məsuliyyətdən imtina: bu məqalə yalnız məlumat xarakterlidir. Binance vasitəsilə təqdim edilən məlumat investisiya və ya treydinq üzrə məsləhət, yaxud tövsiyə mənasına gəlmir. Binance investisiya qərarlarınızın heç biri üzrə məsuliyyət daşımır. Maliyyə risklərinə getməzdən əvvəl peşəkar məsləhət alın.
Əsas diqqət yetiriləcək məqamlar
USDG 1:1 nisbətində ABŞ dollarına bağlanmış stabil koindir. O, Paxos Digital Singapore tərəfindən buraxılır və Sinqapurun Pul-kredit Təşkilatı tərəfindən tənzimlənir.
USDG Ethereum blokçeynində qurulmuş ERC-20 tokenidir, sürətli tranzaksiyaları dəstəkləyir, eləcə də smart müqavilələr və mərkəzləşdirilməmiş tətbiqlərlə uyğundur.
Perspektivli olsa da, USDG hələ də özünü tanıtmış stabil koinlərdən məhdud qəbul və rəqabət kimi bəzi problemlərlə üzləşir.
Giriş
Qlobal dollar olaraq da adlandırılan USDG ABŞ dolları ilə dəstəklənən stabil koindir. O hər cür maliyyə tranzaksiyaları üçün sürətli və istifadəsi asan olmaqla öz dəyərini sabit saxlamaq məqsədilə nəzərdə tutulmuşdur. USDG Sinqapurun Pul-kredit Təşkilatı (MAS) tərəfindən tənzimlənən Paxos Digital Singapore Pte. Ltd. tərəfindən buraxılır.
USDG-nin əsas xüsusiyyətləri
USDG onu maraqlı stabil koin alternativi edən bir sıra xüsusiyyətlərə malikdir:
Real dollarla dəstəklənir. USDG-nin dəyəri ABŞ dollarına 1:1 nisbətində bağlanır, yəni bir USDG bir ABŞ dollarının dəyərini əks etdirmək üçün nəzərdə tutulmuşdur. Bu balansı saxlamaq üçün hər bir USDG tokeni nağd pul ehtiyatları və ya pul ekvivalentləri ilə dəstəklənir.
Tənzimlənir və tələblərə uyğundur. USDG Sinqapurun stabil koin qaydalarına tam uyğundur. Paxos şirkətinə görə, MAS USDG-nin ehtiyat dəstəyi və əməliyyat təhlükəsizliyi üçün yüksək standartlara cavab verməsini təmin edir. Paxos həmçinin USDG-nin yüksək səviyyədə tənzimlənən stabil koin olmasını təmin edərək Nyu-Yorkun bank qanunlarına əməl edir.
Texnologiya inteqrasiyası. USDG ERC-20 tokeni kimi Ethereum blokçeynində qurulmuşdur, yəni o, smart müqavilələr və mərkəzləşdirilməmiş tətbiqlər (Dapp-lər) ilə uyğundur. Bu, USDG-ni təkcə valyuta deyil, həm də developerlər üçün yeni maliyyə məhsulları yaratmaq məqsədilə bir vasitə halına gətirir. Onun çoxyönlülüyünü artıraraq MAS tərəfindən təsdiqlənmiş digər blokçeyn şəbəkələrinə də genişləndirilməsi planlaşdırılır.
Sürətli ödənişlər. Çox vaxt ənənəvi bankçılığın tranzaksiyaları, xüsusən də beynəlxalq transferləri emal etməsi günlər çəkir. USDG ilə ödənişlər bir neçə dəqiqə ərzində həyata keçirilir. Bu onu transsərhəd ödənişlər, fərdlərarası (P2P) tranzaksiyalar və mərkəzdənkənar maliyyə (DeFi) tətbiqləri üçün ideal seçim edir.
USDG-nin iş prinsipi nədir?
Qlobal dollar şəbəkəsi
Qlobal dollar şəbəkəsi USDG-nin qəbul edilməsinin əsasını təşkil edir. Bu, bizneslərin, developerlərin və qurumların USDG-ni öz platformalarına inteqrasiya etmələrini asanlaşdırmaq üçün nəzərdə tutulmuş ekosistemdir. 2024-cü ilin dekabr ayına olan vəziyyətə əsasən şəbəkə yalnız dəvət prinsipi ilə işləyir.
USDG-nin istifadə halları
Ödənişlər və hesablaşmalar: USDG sürətli və sərfəli beynəlxalq ödənişləri təmin edir. Ənənəvi bank köçürmələri üçün günlərlə gözləmək əvəzinə, tranzaksiyaları bir neçə dəqiqə ərzində həyata keçirə bilərsiniz. Bu, transsərhəd ödənişlər ilə məşğul olan hər kəs üçün əla seçimdir.
İnstitusional üstünlüklər: təşkilatlar səmərəli treydinqə, fərdlərarası hesablaşmalara və müəyyən depozitlərə görə mükafatlara giriş imkanı əldə edir. USDG həmçinin mərkəzdənkənar maliyyə həlləri yaratmaq istəyən developerlər üçün əlçatandır.
Ekosistemin inkişafı: Qlobal dollar şəbəkəsi ənənəvi stabil koin modelləri ilə müqayisədə daha yaxşı gəlir bölüşdürmə imkanları təklif etməklə müəssisələri USDG-ni qəbul etməyə təşviq etməyi hədəfləyir.
USDG-nin buraxılması və mübadiləsi
Qlobal dollar şəbəkəsi USDG geri ödəməsi üçün uyğunlaşa bilən bir proses təklif edir ki, bu da istifadəçilərə istənilən vaxt USDG-ni ABŞ dollarına 1:1 nisbətində konvertasiya etmək imkan verir. Geri ödəmədən sonra USDG tokenləri dərhal tədarükdən çıxarılır.
Blokçeyn texnologiyası
USDG Ethereum üzərində qurulduğuna görə blokçeynin şəffaflığından və təhlükəsizliyindən faydalanır. Hər bir tranzaksiya blokçeyndə qeyd olunur ki, bu da onu izləməyi və doğrulamağı asanlaşdırır. Tranzaksiyalar smart müqavilələrlə idarə olunur, buna görə də vasitəçilərə ehtiyac yoxdur.
USDG üçün potensial problemlər
USDG bir çox perspektivli xüsusiyyətlərə malik olsa da, onun hələ ilkin mərhələdə olduğunu qəbul etmək vacibdir. Layihə ilə bağlı bir neçə problem və potensial mənfi cəhətlərə baxaq:
Kiçik bazar kapitalı
USDT (Tether) və ya USDC kimi tanınmış stabil koinlərlə müqayisədə USDG-nin bazar kapitalı hələ də nisbətən kiçikdir. Daha kiçik bazar kapitalı onun eyni səviyyədə likvidliyə malik olmadığını göstərir. Tranzaksiyalar ilə bağlı böyük məbləğlərə ehtiyacı olan böyük qurumlar və ya treyderlər üçün bu ən azı indilik əhəmiyyətli bir çatışmazlıq ola bilər.
Məhdud qəbul
Stabil koin məkanında yeni oyunçu kimi USDG hələ böyük istifadəçi bazası qazanmayıb. Daha çox sayda biznes və developer onu qəbul edənə qədər bir az vaxt lazım ola bilər. Bu qəbul artana qədər onun əsas istifadə halları məhdud qala bilər.
Daha geniş bazarlarda tənzimləyici qeyri-müəyyənlik
USDG Sinqapurun MAS qaydalarına və digər ciddi yurisdiksiyalara uyğun gəlsə də, stabil koinlər üçün qlobal tənzimləmə mühiti hələ də inkişaf edir. Aydın olmayan və ya məhdudlaşdırıcı qaydaları olan regionlara genişlənmək onun böyüməsini potensial olaraq ləngitməklə yeni problemlər yarada bilər.
Tanınmış rəqiblərlə rəqabət
USDT, USDC və DAI kimi əsas stabil koinlər illərdir bazardadır və hazırda məkanda üstünlük təşkil edir. USDG bu stabil koinlər arasında fərqlənmək üçün ciddi səy göstərməli olacaq, çünki bu koinlərin artıq güclü istifadəçi bazası var.
Ethereum-dan asılılıq
Hal-hazırda USDG əsasən Ethereum blokçeynində ERC-20 tokeni kimi fəaliyyət göstərir. Ethereum geniş istifadə edilsə də, onun şəbəkəsi ağır aktivlik dövrlərində həddindən artıq yüklənmə və yüksək tranzaksiya ödənişləri ilə üzləşə bilər. Bu, USDG-ni daha miqyaslı şəbəkələrdə işləyən stabil koinlərlə müqayisədə daha az cəlbedici edə bilər.
Yekun qeydlər
USDG rəqəmsal maliyyəni daha əlçatan, etibarlı və innovativ etməyə yönəlmiş maraqlı bir stabil koin layihəsidir. İstər biznes sahibi, istər developer, istərsə də ödəniş etmək üçün daha asan yol axtaran istifadəçi olmağınızdan asılı olmayaraq, USDG-nin hər kəsə təklif edəcəyi bir fayda var.
Layihə perspektivli görünsə də, onun geniş miqyasda qəbul və daha yüksək bazar kapitalına nail olmaq üçün digər tanınmış stabil koinlərlə rəqabət apara bilib-bilməyəcəyini görmək lazımdır.
Tövsiyə olunan ədəbiyyat
Məsuliyyətdən imtina: Bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bir təqdimat və ya zəmanət olmadan hazırkı məlumatlar əsasında təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir, bu məlumatlar hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımır. Siz məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Əlavə təfərrüatlar üçün məsuliyyətdən imtina bölməsini tam şəkildə burada oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə baxın.