Binance P2P nədir və ondan necə istifadə etmək olar?
Əsas səhifə
Məqalələr
Binance P2P nədir və ondan necə istifadə etmək olar?

Binance P2P nədir və ondan necə istifadə etmək olar?

Başlanğıc
Dərc edilmişdir Apr 26, 2024Yenilənib Sep 6, 2024
7m

Əsas diqqət yetiriləcək məqamlar

  • Binance P2P birbaşa fərdlərarası tranzaksiyaları asanlaşdırır, vasitəçilərə olan ehtiyacı aradan qaldırır və bütün dünyadakı istifadəçilər üçün problemsiz treydinq təcrübəsi təmin edir.

  • Binance P2P platforması təkmilləşdirilmiş təhlükəsizlik tədbirləri, 24/7 müştəri dəstəyi, sürətli tranzaksiyalar, eləcə də 1000+ ödəniş metodu və 100+ fiat valyutası üçün dəstək təklif edir.

  • Platforma həm yeni, həm də təcrübəli treyderlər üçün əlçatanlıq və rahatlıq təmin edir. İstifadəçilər bir neçə sadə addımla Binance P2P ilə işləməyə başlaya bilərlər.

Giriş

Binance P2P bütün dünyada alıcılar və satıcılar arasındakı məsafəni aradan qaldırmaqla kriptovalyuta istifadəçilərinə problemsiz treydinq təcrübəsi təklif edir. Binance P2P platformasının əsas mexanizmlərini və interfeysini araşdıraq.

P2P treydinq nədir?

Fərdlərarası (P2P) treydinq dedikdə aktivlərin birbaşa istifadəçilər arasında mübadilə edilməsi nəzərdə tutulur. Eyni zamanda şəxslərarası treydinq kimi də tanınan P2P Bitcoin-in yaradıcısı Satoşi Nakamoto tərəfindən bildirildiyi kimi mərkəzdənkənar mübadilənin mahiyyətini əks etdirir. 

Satoşi 2009-cu ildə Bitcoin-i şəxslərin vasitəçilərə ehtiyac olmadan kriptovalyutaların alışı, satışı və treydinqi ilə birbaşa məşğul olmalarına imkan verən P2P elektron pul sistemi kimi təqdim edib. Ancaq ənənəvi P2P modellərində təhlükəsizlik və uyğunluq riskləri olduğundan Binance vəziyyəti yeniləmək üçün işə girişərək Binance P2P-ni təqdim etməklə bu təcrübənin kriptovalyuta istifadəçiləri üçün daha təhlükəsiz və əlçatan olmasını təmin edib.

Binance P2P nədir?

2019-cu ildə istifadəyə verilən Binance P2P istifadəçilərin P2P valyuta mübadiləsi ilə məşğul olma tərzində inqilab edib. Fərdlərarası bazar yeri kimi fəaliyyət göstərən Binance P2P istifadəçilər arasında birbaşa ticarəti asanlaşdırır, müxtəlif kriptovalyutalar və fiat valyutaları ilə problemsiz tranzaksiyaların həyata keçirilməsinə imkan verir. 

Binance P2P platforması təkmilləşdirilmiş təhlükəsizlik tədbirləri və geniş funksiyalar çoxluğu təklif edir və bunun nəticəsində həm yeni, həm də təcrübəli kriptovalyuta treyderləri üçün əsas ünvana çevrilib.

Binance P2P lüğəti

Binance P2P platformasından səmərəli şəkildə istifadə etmək üçün bəzi əsas terminlərlə tanış olmağa dəyər:

  • Rezerv pul kisəsi: Binance hesablarında müxtəlif treydinq məqsədləri üçün müxtəlif növ pul kisələri var. Rezerv pul kisəsi P2P treydinq üçün nəzərdə tutulmuş, P2P tranzaksiyalarından əldə edilən kriptovalyutaların saxlandığı xüsusi pul kisəsidir.

  • Reklam: istifadəçi tərəfindən yaradılmış, aktivin növü, ödəniş metodları və digər şərtlər kimi qiymət və treydinq tələblərini əks etdirən təklifdir.

  • Sifariş limiti: müəyyən reklamda aktivlərin alınması və ya satılması üçün göstərilən minimum və maksimum məbləğlər aralığıdır.

  • Ödəniş müddəti: bir tranzaksiya üçün ödənişlərin göndərilməli və ya qəbul edilməli olduğu vaxt çərçivəsidir.

  • Orta buraxılış müddəti: satıcının ödəniş aldıqdan sonra kriptovalyutanı buraxdığı orta müddətdir. İstifadəçinin adına və ya reklama klikləməklə onun Orta Buraxılış Müddətini yoxlaya bilərsiniz.

  • Ödəniş vaxtı: alıcıların ödənişləri tamamlaması üçün son tarixdir.

  • 30 günlük ticarət: son 30 gün ərzində tamamlanmış ticarətlərin ümumi sayıdır. 

  • 30 günlük tamamlama əmsalı: son 30 gün ərzində tamamlanmış sifarişlərin ləğv edilmiş sifarişlərə nisbətidir.

İstifadəçinin profil səhifəsinə daxil olmaqla 30 günlük ticarət və 30 günlük tamamlama əmsalını yoxlaya bilərsiniz.

  • Apellyasiya: Binance-ın müştəri dəstəyinin köməyi ilə alıcılarla satıcılar arasındakı mübahisələrin həlli mexanizmidir.

  • Meyker: platformada P2P reklamları yaradan istifadəçidir.

  • Teyker: mövcud P2P reklamlarından istifadə edərək ticarət edən istifadəçidir.

  • P2P taciri: platformada likvidlik və ödəniş həlləri təmin edən istifadəçilərdir.

Binance P2P-nin üstünlükləri

Binance P2P aşağıdakılar daxil olmaqla sonsuz üstünlüklər təklif edir:

  • Əmanət xidməti: tranzaksiyalar zamanı kriptovalyutaların təhlükəsiz şəkildə saxlanması, oğurluq və fırıldaqçılıq risklərinin azaldılmasıdır.

  • Müxtəlif ödəniş metodları: bütün dünyada istifadəçilər üçün əlçatanlığı təmin etməklə 1000-dən artıq ödəniş metodu və 100-dən artıq fiat valyutası dəstəklənir.

  • Sürətli tranzaksiyalar: gözləmə müddəti azalır və tranzaksiyalar 15 dəqiqə qədər qısa müddətdə tamamlanır.

  • Qiymətə nəzarət: satıcınızı seçmək və ya öz qiymətinizi təyin etmək azadlığı ilə kriptovalyuta ticarəti edin.

  • 24/7 Müştəri dəstəyi: bir neçə dildə təqdim edilən və problemsiz treydinq təcrübəsi təmin edən hərtərəfli köməkdir.

Binance P2P istifadə etməyə başlayın

Bu sadə addımlarla Binance P2P istifadənizi başladın:

1. Binance-da hesab qeydiyyatdan keçirin.

2. Kimliyin doğrulanması (KYC) prosesini tamamlayın.

3. Üstünlük verdiyiniz ödəniş metodlarını təyin edin.

4. Hesabınız doğrulandığı halda, dərhal P2P-dən alıcı kimi istifadə etməyə başlaya bilərsiniz. Tezliklə almaq və satmaqla bağlı ətraflı məlumat verəcəyik, ancaq hər ikisini bir neçə addımla asanlıqla etmək mümkündür.

Alıcı kimi:

5. Binance P2P vasitəsilə kriptovalyuta satmağı planlaşdırırsınızsa, ilk növbədə aktivlərinizi Rezerv pul kisənizə transfer etməlisiniz. 

Satıcı kimi: 

6. Yuxarı sağ küncdə istifadəçi təlimatlarını tapa, P2P sifarişlərinizi yoxlaya və P2P İstifadəçi mərkəzinə daxil ola bilərsiniz. Eyni zamanda ödəniş metodlarınızı və P2P reklamlarınızı idarə edə bilərsiniz.

7. P2P İstifadəçi mərkəzində profilinizi redaktə edə və ödəniş metodlarınız, alınmış rəylər, bloklanmış istifadəçilər və s. haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

Binance P2P vasitəsilə necə alış etmək olar?

1. Binance P2P-də reklamları nəzərdən keçirin və tələblərinizə uyğun ticarətləri seçin. Yerli valyutalar və qəbul edilmiş ödəniş metodları üçün opsionlar da daxil olmaqla sizə lazım olanı tapmaqda kömək edəcək çoxsaylı filtrlər mövcuddur.

2. Alış sifarişi vermək üçün istədiyiniz reklamı tapın və prosesə başlamaq üçün al düyməsinə klikləyin.

3. Sifarişinizi verməzdən əvvəl reklamçıların şərtləri ilə razılaşdığınızdan əmin olun.

4. Hazır olduqda sifarişi verin və satıcıya ödəniş edin. Bu addım yerdən və ödəniş metodundan asılı olaraq fərqlənəcək.

5. Satıcının ödənişi təsdiq etməsini və kriptovalyutanızı buraxmasını gözləyin.

Binance P2P vasitəsilə necə satış etmək olar?

1. Satış sifarişi vermək üçün istədiyiniz reklamı tapın və prosesə başlamaq üçün sat düyməsinə klikləyin.

2. Sifarişinizi verməzdən əvvəl reklamçıların şərtləri ilə razılaşdığınızdan əmin olun.

3. Hazır olduqda sifarişi verin və ödənişi gözləyin.

4. Ödənişi aldığınızı təsdiq edin və vəsaitləri buraxın.

Binance P2P-də təhlükəsizlik və dəstək

Binance P2P bütün istifadəçilərdən Kimlik doğrulamasını (KYC) tamamlamalarını tələb edir və tranzaksiyaları qorumaq üçün əmanət xidmətindən istifadə edir. Hər hansı problemlə qarşılaşdığınız halda, veb-saytda və ya tətbiqdə canlı söhbət vasitəsilə Binance dəstəyi ilə əlaqə saxlaya bilərsiniz. Binance təhlükəsizliyə prioritet vermək və güclü dəstək opsionları təmin etməklə bütün istifadəçilər üçün təhlükəsiz və etibarlı P2P treydinq təcrübəsi təmin edir.

Yekun qeydlər

Binance P2P yüzlərlə ödəniş metodu və fiat valyutasını dəstəkləyən təhlükəsiz və səmərəli P2P platforması təklif edir. Proses artıq ənənəvi P2P xidmətlərindən daha asandır. İstifadəçilər Binance-in təhlükəsizlik tədbirləri və müştəri dəstəyi ilə rəqəmsal aktivlər aləmində əminlik və rahatlıqla irəliləyə bilərlər.

Tövsiyə olunan ədəbiyyat

Məsuliyyətdən imtina: bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bir təqdimat və ya zəmanət olmadan təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir və bu məlumatların məqsədi hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etmək deyil. Məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Ətraflı məlumat üçün məsuliyyətdən imtina bölməsinin tam mətnini burada oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə baş çəkin.