Əsas səhifə
Məqalələr
"Müştərini tanı" (KYC) nədir?

"Müştərini tanı" (KYC) nədir?

Başlanğıc
Dərc edilmişdir Aug 19, 2021Yenilənib Nov 16, 2022
5m

Çox uzundur, oxumadım

"Müştərini tanı" (KYC) yoxlamaları maliyyə xidməti təminatçılarından müştərilərini müəyyən etmək və doğrulamağı tələb edir. Bu, maliyyə cinayətləri ilə mübarizə aparmaq və müştərinin vəziyyətinin yoxlanmasını təmin etmək məqsədilə Çirkli Pulların Yuyulması/Terrorizmin Maliyyələşdirilməsi ilə Mübarizə (AML/CFT) üzrə uyğunluq səylərinin bir hissəsi kimi icra edilir.

"Müştərini tanı" müştəri məlumatını toplamaq və doğrulamaqla aktiv şəkildə cinayət fəaliyyəti ilə mübarizə aparır. Bu yoxlamalar sənayedə etibarı artırır və maliyyə xidməti təminatçılarının riskləri idarə etməsinə kömək edir. "Müştərini tanı" kriptovalyuta mübadilələrində geniş yayılmış haldır. Buna baxmayaraq, bəzi tənqidçilər bunun kriptovalyutaya məxsus anonimlik və mərkəzsizləşdirmə aspektlərini aradan qaldırdığını bildirir.


Giriş

"Müştərini tanı" maliyyə xidməti təminatçılarının yerinə yetirməli olduğu ümumi normativ tələbdir. Bu yoxlamalar ilk növbədə qeyri-qanuni fəaliyyətlərdən əldə edilən pulların maliyyələşdirilməsi və yuyulması ilə mübarizə aparır. "Müştərini tanı" çirkli pulların yuyulmasına qarşı normativlərdə əsas tədbirdir, bu isə onu xüsusilə kriptovalyutaların qorunmasında əsas mühafizə alətinə çevirir. Maliyyə institutları və Binance kimi xidmət təminatçıları müştərilərini və aktivlərini qorumaq üçün güclü "Müştərini tanı" prosedurlarını daha çox icra etməli olur.


"Müştərini tanı" nədir?

Əgər siz kriptovalyuta mübadiləsi ilə hesab açmısınızsa, çox güman ki, "Müştərini tanı" yoxlamasını tamamlamalı olacaqsınız. "Müştərini tanı" maliyyə xidməti təminatçılarından müştərilərinin kimliklərini doğrulayan məlumat toplamağı tələb edir. Bu, məsələn, rəsmi şəxsiyyət vəsiqəsi, yaxud bank çıxarışları vasitəsilə edilə bilər. Çirkli Pulların Yuyulmasına Qarşı (AML) qaydalar kimi, "Müştərini tanı" siyasətləri pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi, saxtakarlıq və vəsaitlərin qeyri-qanuni transferi ilə mübarizə aparmağa kömək edir.

"Müştərini tanı" əsasən reaktiv deyil, proaktiv yanaşma hesab olunur. Əksər maliyyə xidməti təminatçıları müştərilər maliyyə tranzaksiyaları etməzdən əvvəl qeydiyyat prosesi zamanı onların məlumatlarını əldə edir. Bəzi hallarda hesablar "Müştərini tanı" yoxlaması olmadan edilə bilər, lakin onların funksiyaları məhduddur. Məsələn, Binance istifadəçilərə hesab açmağa icazə verir, lakin "Müştərini tanı" tamamlanmayana qədər treydinqi məhdudlaşdırır.

"Müştərini tanı" yoxlamasını tamamladığınız zaman sizdən aşağıdakılar istənilə bilər:

  • Dövlət tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi

  • Sürücülük vəsiqəsi

  • Pasport

Müştərinin kimliyini doğrulamaqdan əlavə, onların məkan və ünvanlarını təsdiq etmək də vacibdir. Kimlik sənədlərinizdə adınız və doğum tarixiniz kimi əsas məlumatlar var, lakin vergi rezidentliyinizi müəyyən etmək üçün daha çox məlumat lazımdır. Çox güman ki, "Müştərini tanı" prosedurunun birdən çox mərhələsini tamamlamalı olacaqsınız. Maliyyə xidməti təminatçıları çox vaxt vaxtaşırı müştərilərinin şəxsiyyətini yenidən doğrulamalı olurlar.


"Müştərini tanı" uyğunluğunu kim tənzimləyir?

"Müştərini tanı" normativləri ölkələr üzrə fərqlənir, lakin tələb olunan əsas məlumat üzrə beynəlxalq əməkdaşlıq mövcuddur. ABŞ-də Bank Sirri Aktı və 2001-ci il Patriot Aktı bu gün görülən AML və KYC (Müştərini tanı) proseslərinin əksəriyyətinin əsasını qoydu. Avropa İttifaqı və Asiya-Sakit Okeanı ölkələri öz qaydalarını hazırladı, lakin ABŞ ilə üst-üstə düşən məqamlar çoxdur. Aİ Çirkli Pulların Yuyulması ilə Mübarizə Direktivi (AMLD) və PSD2 qaydaları Aİ ölkələrinin əsas sistemini təmin edir. Qlobal səviyyədə Maliyyə Tədbirləri üzrə İşçi Qrup (FATF) normativ şərtlər üzrə çoxmillətli əməkdaşlığı koordinasiya edir.


Kriptovalyutada "Müştərini tanı" bizə nə üçün lazımdır?

Kriptovalyutanın psevdonim xüsusiyyətinə görə o, tez-tez qeyri-qanuni vəsaitlərin yuyulması və vergidən yayınma hallarında istifadə olunur. Kriptovalyutanın tənzimlənməsinin təkmilləşdirilməsi onun reputasiyasını yaxşılaşdırır və vergilərin vaxtında ödənilməsini təmin edir. "Müştərini tanı" prosesinə kriptovalyuta sahəsində ehtiyac duyulmasının üç əsas səbəbi var:

1. Blokçeyn tranzaksiyaları geri qaytarıla bilən deyil. Səhv etsəniz, kömək edə biləcək inzibatçı yoxdur, bu o deməkdir ki, vəsaitlər oğurlana, yaxud köçürülə və qaytarılmaya bilər.

2. Kriptovalyuta kifayət qədər anonimdir (psevdonim). Kriptovalyuta pul kisəsi açmaq üçün heç bir şəxsi məlumat təqdim etməyinizə ehtiyac yoxdur.

3. Əksər ölkələrdə vergilərə və kriptovalyutanın qanuniliyinə gəldikdə, tənzimləmə hələlik qeyri-müəyyəndir.

"Müştərini tanı" prosesinin hesab yaratmaq üçün lazım olan vaxtı uzatmasına baxmayaraq, onun faydaları çoxdur. Orta hesabla müştərinin onları görməsi zəruri deyil, lakin "Müştərini tanı" yoxlamasının vəsaitlərinizi təhlükəsiz saxlamaqda və cinayət ilə mübarizə aparmaqda əhəmiyyətli dərəcədə təsiri var.


"Müştərini tanı" prosesinin faydaları nədir?

"Müştərini tanı" prosesinin faydaları açıq-aydın görünən deyil. Buna baxmayaraq, saxtakarlıqla mübarizə aparmaqdan daha çox iş görür və ümumilikdə maliyyə sistemini təkmilləşdirə bilər:

1. Kreditorlar müştərinin şəxsiyyətini və maliyyə tarixçəsini müəyyən etməklə öz risklərini daha asan qiymətləndirə bilər. Bu proses daha məsuliyyətli borc verməyə və risklərin idarə edilməsinə gətirib çıxarır.

2. Şəxsiyyətin oğurlanması və digər maliyyə saxtakarlığı ilə mübarizə aparır.

3. Qabaqlayıcı tədbir kimi ilk növbədə çirkli pulların yuyulması riskini azaldır.

4. Maliyyə xidməti təminatçılarının etibarını, təhlükəsizliyini və hesabatlılığını yaxşılaşdırır. Bu reputasiyanın bütövlükdə maliyyə sahəsində güclü təsiri var və investisiya qoyuluşuna təşviq edə bilər.

 

"Müştərini tanı" və mərkəzsizləşdirmə

Başlanğıcdan kriptovalyutalar mərkəzsizləşməyə və vasitəçilərdən azad olmağa fokuslanıb. Qeyd edildiyi kimi, istənilən şəxs özü haqqında heç bir məlumat verməyə ehtiyac olmadan pul kisəsi yarada və kriptovalyuta sahibi ola bilər. Bununla belə, bu dəqiq səbəblərə görə kriptovalyuta pulların yuyulması üçün məşhur üsula çevrilib.

Hökumətlər və tənzimləyici orqanlar adətən birjalardan öz müştərilərinin "Müştərini tanı" (KYC) yoxlamalarını tamamlamasını tələb edirlər. Məcburi "Müştərini tanı" yoxlamasını kriptovalyuta pul kisələri üçün tamamlamaq çox çətin olsa da, fiatı kriptovalyutaya mübadilə edən xidmətlər daha uyğun hesab edilir. Bəzi investorlar kriptovalyutalara şübhəli şəkildə yanaşır, digərləri isə onların əsas dəyərlərini və faydalılığını daha yaxşı qiymətləndirir.


"Müştərini tanı" yoxlaması üzrə arqumentlər

"Müştərini tanı" yoxlamasının açıq-aydın faydaları var, lakin bəzi tənqidçilər üçün bir qədər mübahisəlidir. "Müştərini tanı" prosesinə qarşı mübahisələr kriptovalyuta dünyasında tarixinə və keçmişinə görə daha geniş yayılıb. Adətən tənqidlərin əksəriyyəti məxfilik və dəyəri ilə bağlı məsələlərə görədir:

1. "Müştərini tanı" yoxlamalarının aparılması ilə bağlı əlavə xərclər yaranır ki, bu da çox vaxt komissiyalar vasitəsilə müştərilərə ötürülür.

2. Bəzi şəxslərin "Müştərini tanı" yoxlamaları üçün tələb olunan sənədləri yoxdur və ya ola bilsin ki, daimi ünvanı yoxdur. Bu, onların müəyyən maliyyə xidmətlərindən istifadəsini çətinləşdirir.

3. Məsuliyyətsiz maliyyə xidməti təminatçılarında məlumat təhlükəsizliyi çatışmazlığı ola bilər və icazəsiz giriş halları şəxsi məlumatlarınızın oğurlanmasına səbəb ola bilər.

4. Bəziləri iddia edir ki, bu, kriptovalyutaların mərkəzsizləşdirilməsinə ziddir.

cta2


Yekun qeydlər

"Müştərini tanı" prosesləri maliyyə xidmətləri və kriptovalyuta mübadilələri üçün sənaye standartıdır. Bu, çirkli pulların yuyulmasına və digər cinayətlərə qarşı mübarizədə ən vacib funksiyalardan biridir. "Müştərini tanı" yoxlamaları bir qədər yorucu ola bilər, lakin onlar güclü təhlükəsizlik təmin edir. Genişmiqyaslı Çirkli Pulların Yuyulması ilə Mübarizə tədbirlərinin bir hissəsi olaraq, "Müştərini tanı" Binance kimi birjalarda kriptovalyuta ilə daha inamlı və təhlükəsiz şəkildə ticarət etməyinizə imkan yaradır.