Əsas diqqət yetiriləcək məqamlar
StraitsX USD 1:1 nisbətində ABŞ dollarına indekslənmiş stabil koindir. O, ödənişləri, treydinqi və pul transferlərini asanlaşdırmaq və səmərəliləşdirmək üçün nəzərdə tutulub.
XUSD Sinqapurun maliyyə qaydaları əsasında fəaliyyət göstərir və real ABŞ dolları ilə dəstəklənir. O, rəqəmsal aktivlərlə ticarət və onlardan istifadə etmək üçün təhlükəsiz və stabil yol təqdim edə bilər.
StraitsX USD Ethereum (ERC-20) və BNB Smart Zəncirində (BEP-20) əlçatandır və gələcəkdə daha çox blokçeyn şəbəkələrinə genişlənməsi ilə bağlı planlar var.
Giriş
StraitsX USD (XUSD) rəqəmsal aktiv həlləri ilə işləyən maliyyə texnologiyası şirkəti olan StraitsX tərəfindən buraxılmış stabil koindir. XUSD 1:1 nisbətində ABŞ dollarına indekslənib və rəqəmsal ödənişləri, aktivlər üzrə hesablaşmaları və pul köçürmələrini asanlaşdırmaq üçün nəzərdə tutulub.
StraitsX USD nədir?
StraitsX USD tənzimlənən maliyyə institutlarında saxlanılan ABŞ dolları ehtiyatları ilə dəstəklənən stabil koindir. O, Sinqapur Valyuta Təşkilatı (MAS) tərəfindən idarə olunan StraitsX USD Issuance Pte. Ltd. tərəfindən buraxılıb. O, istifadəçilər üçün şəffaflıq və təhlükəsizliyi təmin etməklə Sinqapurun maliyyə qaydalarına uyğunluğu təmin edir.
XUSD stabil bazar dəyərini saxlamaq üçün nəzərdə tutulub. Bu səbəbdən yüksək dəyişkənliyə məruz qalmadan rəqəmsal aktivlərdən istifadə etmək istəyən müəssisələr, treyderlər və şəxslər üçün faydalı hesab olunur.
XUSD nədir?
XUSD xüsusilə Cənub-Şərqi Asiyada maliyyə tranzaksiyalarının səmərəliliyini artırmaq üçün yaradılıb. Onun əsas istifadə hallarından bəzilərinə aşağıdakılar daxildir:
Rəqəmsal aktivlər üzrə hesablaşmalar: birjalar və treyderlər tərəfindən tranzaksiyaları ənənəvi bank transferlərinə əsaslanmadan həyata keçirmək üçün istifadə olunur.
Ödənişlər və mikroödənişlər: müəssisə və şəxslərin minimum komissiyalarla tranzaksiyalar həyata keçirmələrinə imkan verir.
Pul köçürmələri: XUSD müxtəlif ölkələrə pul göndərməyin daha ucuz və sürətli olmasını təmin edir.
XUSD blokçeyn texnologiyasından istifadə etməklə rəqəmsal tranzaksiyalar üçün problemsiz və sərfəli həll təklif etməyi hədəfləyir.
XUSD-nin alınıb-satılması
Digər stabil koinlər kimi XUSD də blokçeyn şəbəkəsində ABŞ dollarının rəqəmsal təmsilçisi kimi çıxış edir.
Ekvivalent məbləğdə ABŞ dolları depozit qoymaqla StraitsX platforması vasitəsilə XUSD əldə edə bilərsiniz. Depozit təsdiqləndikdən sonra bərabər məbləğdə XUSD kriptovalyuta pul kisənizə buraxılır.
Nağdlaşdırmaq istədiyiniz halda, XUSD-ni yenidən ABŞ dollarına konvertasiya edə bilərsiniz. Geri ödəmə sorğusu təqdim edildikdə XUSD tokenlərinin müvafiq miqdarı dövriyyədən çıxarılır və tokenlərlə ehtiyatlar arasında sabit 1:1 nisbəti təmin edilir.
Ehtiyatların idarə edilməsi
StraitsX dövriyyədə olan hər XUSD-nin ekvivalent məbləğdə ABŞ dolları ehtiyatı ilə dəstəklənməsini təmin etmək üçün ciddi ehtiyatların idarə edilməsi siyasətinə əsaslanır. Bu ehtiyatlar aşağıdakılardan ibarətdir:
Nağd pul depozitləri
Nağd pul ekvivalentləri
ABŞ hökumətinin qısamüddətli qiymətli kağızları
Ehtiyatların buraxılmış XUSD-ni tam şəkildə dəstəklədiyini doğrulamaq üçün mütəmadi olaraq müstəqil üçüncü tərəf auditləri aparılır, şəffaflıq və etibarlılıq təmin edilir.
XUSD Ethereum-da əlçatandır?
Bəli, XUSD Ethereum blokçeynində ERC-20 tokeni kimi, ancaq eyni zamanda BNB Smart Zəncirində (BSC) BEP-20 tokeni kimi əlçatandır.
EVM-ə uyğun token olan XUSD Ethereum və BNB zəncirində müxtəlif mərkəzdənkənar maliyyə (DeFi) tətbiq və xidmətləri çərçivəsində istifadə edilə bilər.
StraitsX gələcəkdə XUSD-nin daha çox istifadəçi və DeFi icmaları üçün daha əlçatan olmasını təmin etmək məqsədilə onu digər blokçeyn şəbəkələrinə genişləndirməyi planlaşdırır.
XUSD-dən istifadə etməyin üstünlükləri
XUSD ənənəvi ödəniş sistemləri və digər rəqəmsal aktivlərlə müqayisədə bir sıra üstünlüklər təqdim edir:
Qiymətin stabilliyi: dəyəri dəyişən kriptovalyutalardan fərqli olaraq XUSD-nin qiyməti stabil saxlanır və buna görə də o, etibarlı mübadilə vasitəsi hesab edilir.
Daha sürətli tranzaksiyalar: xüsusən beynəlxalq ödənişlər halında ənənəvi bank transferlərinin emal edilməsinə bir neçə gün sərf oluna bilər. XUSD tranzaksiyaları bir neçə dəqiqəyə tamamlanır.
Daha aşağı komissiyalar: ənənəvi ödəniş provayderləri vasitəsilə pul göndərmək üçün çox vaxt yüksək komissiyalar tələb olunur. XUSD ilə blokçeyn tranzaksiyaları üçün adətən daha aşağı xərclər tələb olunur.
Uyğunluq: StraitsX XUSD-nin qanun əsasında idarə edilməsini təmin etməklə Sinqapurun maliyyə qaydalarına uyğun fəaliyyət göstərir.
Şəffaflıq: daimi auditlər və blokçeyn şəffaflığı istifadəçilərin XUSD-nin ehtiyatlarla tam dəstəkləndiyini doğrulamalarına imkan verir.
Nəzərə alınmalı məqamlar
XUSD bir çox üstünlüklər təklif etsə də, istifadəçilər aşağıdakı potensial risklərdən xəbərdar olmalıdırlar:
Üçüncü tərəf platforması: XUSD-ni tənzimlənməyən birja və ya platformada saxladığınız və ya ticarət etdiyiniz halda, problem olduqda pulunuzu itirə bilərsiniz.
Yerli qaydalar: XUSD Sinqapur qaydalarına uyğun olsa da, digər ölkələrdə onun hüquqi statusu dəyişə bilər. Risk etməzdən əvvəl yerli qaydaları nəzərdən keçirin.
Smart müqavilənin zəiflikləri: XUSD ERC-20 tokeni olduğundan çatışmazlıq və ya hücumlara qarşı həssas ola bilən smart müqavilələrə əsaslanır.
Likvidlik riskləri: ehtiyatlar XUSD-ni tam şəkildə dəstəkləsə də, geri ödəmə tələblərindəki qəfil dəyişikliklər likvidlik problemləri yarada bilər.
Binance-də StraitsX (XUSD)
Binance 17 mart 2025-ci ildə StraitsX USD (XUSD) listinqini elan edib. Listinqdən sonra sıfır komissiyalı tanıtım təqdim edilib. Tanıtım dövründə bütün uyğun istifadəçilər XUSD/USDT spot və marja cütləri ilə sıfır komissiyadan faydalana bilərlər.
Spot və marja treydinq cütləri üçün əlçatan tanıtımlarla bağlı daha ətraflı məlumat əldə etmək üçün Komissiya və Tranzaksiyalara baxış səhifəsinə nəzər salın.
Yekun qeydlər
StraitsX USD (XUSD) ödənişləri, treydinqi və pul transferlərini asanlaşdırmaq və səmərəliləşdirmək üçün nəzərdə tutulmuş stabil koindir. Sinqapurun maliyyə qaydaları əsasında fəaliyyət göstərdiyi və real ABŞ dolları ilə dəstəkləndiyi üçün XUSD rəqəmsal aktivlərlə ticarət və onlardan istifadə etmək üçün təhlükəsiz və stabil yol təqdim edə bilər.
XUSD ənənəvi bank sistemləri ilə mərkəzdənkənar maliyyə xidmətləri arasında körpü təklif edir, ancaq nisbətən yeni olduğundan bu layihənin kriptovalyuta sahəsində möhkəmlənmiş stabil koinləri üstələyə bilib-bilməyəcəyi hələ məlum deyil.
Tövsiyə olunan ədəbiyyat
İmtina: MiCA tələblərinə uyğun olaraq icazəsiz stabil koinlərə EEA istifadəçiləri ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edilir. Daha ətraflı məlumat üçün buraya klikləyin.
Bu məqalə yalnız maarifləndirmə məqsədi daşıyır. Bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllifi tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifinə aiddir və Binance Akademiyasının fikirlərini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risklə bağlı xəbərdarlıq bölməmizə nəzər salın.