Yeni başlayanlar üçün bələdçi – Kriptovalyuta treydinqi

Yeni başlayanlar üçün bələdçi – Kriptovalyuta treydinqi

Başlanğıc
Dərc edilmişdir Jun 22, 2020Yenilənib Jul 10, 2025
13m

Əsas diqqət yetiriləcək məqamlar

  • Kriptovalyuta treydinqi mənfəət əldə etmək məqsədilə rəqəmsal aktivlərin alınmasını və satılmasını əhatə edir.

  • Kriptovalyuta ilə ticarət etmək üçün etibarlı birja seçməli, hesab yaratmalı, eləcə də treydinq cütləri və sifariş növləri kimi əsas treydinq konsepsiyalarını anlamalısınız.

  • Ümumi treydinq strategiyalarına dey-treydinq, svinq treydinqi, skalpinq və uzunmüddətli investisiya (HODLinq) daxildir.

  • Treyderlər qərarlarını istiqamətləndirmək üçün texniki və fundamental təhlildən istifadə edirlər. Düzgün planlaşdırma və diversifikasiya yolu ilə risklərin idarə edilməsi uzunmüddətli uğur üçün vacib şərtdir.

Yeni başlayanlar üçün CTA kriptovalyuta treydinqi

Giriş

Kriptovalyuta dünya miqyasında təsadüfi investorlardan maliyyə institutlarına qədər milyonlarla treyder və investor cəlb edib. Ancaq yeni başlayanlar üçün terminologiya, strategiyalar və sürətlə dəyişən bazarlar qorxulu ola bilər.

İlk alışınızı etmək istəyirsiniz, yoxsa sadəcə ətraflı məlumat əldə etmək üçün maraqlanırsınız? Bu təlimat sizi necə başlamaq lazım olduğu, əsas terminologiya, müxtəlif treydinq strategiyaları və riskləri idarə etmək qaydaları daxil olmaqla kriptovalyuta treydinqinin əsasları ilə tanış edəcək.

Kriptovalyuta treydinqi nədir?

Kriptovalyuta treydinqi dedikdə mənfəət əldə etmək məqsədilə rəqəmsal aktivlərin birjalarda alışı və satışı nəzərdə tutulur. Ənənəvi bazarlardan fərqli olaraq kriptovalyuta bazarları 24/7 fəaliyyət göstərir, treyderlərə daha çox sərbəstlik verir, ancaq eyni zamanda onları daim qiymət dəyişikliklərinə məruz qoyur.

Minlərlə kriptovalyuta mövcud olsa da, yəqin ki, sadəcə BitcoinEthereum kimi ən populyar olanlardan bəziləri haqqında eşitmisiniz. Əslində bunlar blokçeyn şəbəkələrinin adlarıdır. Ticarət edilə bilən kriptoaktivlər bitcoin (BTC) və ether (ETH) adlanır.

İş prinsipi

Kriptovalyuta treyderləri "uzun" (dəyərinin artacağını gözləyərək aktiv almaq) və ya "qısa" (qiymətinin düşəcəyini gözləyərək aktivi satmaq) mövqe aça bilərlər. Bəzi treyderlər aktivləri daha uzun müddət saxlayırlar, digərləri isə strategiyalarından və risk tolerantlıqlarından asılı olaraq tez-tez mövqelərə keçməyə və mövqeləri dəyişməyə üstünlük verirlər (bu strategiyalar barədə daha ətraflı məlumat veriləcək).

Kriptovalyutalarla fiat valyutaları (məsələn, USD, EUR və s.) və ya digər kriptovalyutalar arasında ticarət edə bilərsiniz. Seçdiyiniz aktivlər və istifadə etdiyiniz birja ticarət təcrübənizə təsir edəcək.

Kriptovalyuta ilə ticarət etməzdən əvvəl

1. Əsas məqamları öyrənin

Kriptovalyuta treydinqinə başlamazdan əvvəl bir az vaxt ayırıb əsas məqamları öyrənmək vacibdir. Binance Akademiyasının treydinq məqalələriöyrədici kursları ilə başlaya bilərsiniz.

2. Kriptovalyuta birjası seçin

Etibarlı və təhlükəsiz kriptovalyuta birjası seçin. İdeal halda, sübut edilmiş təcrübəyə, əla reputasiyaya, güclü təhlükəsizlik protokollarına və responsiv müştəri dəstəyinə malik olmalıdır. Binance-ın regionunuzda əlçatan olması gözəl başlanğıcdır.

Binance interfeysində yeni başlayanlar üçün kriptovalyuta treydinqi ilə bağlı təlimat

Yeni başlayanlara mərkəzləşdirilmiş mübadilə ilə başlamaq tövsiyə olunur. Kriptovalyuta treydinqi sahəsində daha çox təcrübə əldə etdikcə sonrakı mərhələdə mərkəzdənkənar mübadilələri (DEX-ləri) araşdıra bilərsiniz.

3. Hesabınızı yaradın

Birja seçdikdən sonra növbəti addım hesabınızı yaratmaqdır. Buraya, adətən, e-poçtunuzu təqdim etmək, parol təyin etmək və şərtlərlə razılaşmaq daxil olur. 

yeni başlayanlar üçün kriptovalyuta treydinqi ilə bağlı təlimat – hesab yaratmaq

Birjalar təhlükəsizliyi təmin etmək və qaydalara əməl etmək üçün çox vaxt kimlik doğrulaması (Müştərini tanı) tələb edir. Hesabınızın qurulmasını tamamlamaq üçün hökumət tərəfindən verilən kimlik sənədini, yaşayış yeri sübutunu və digər sənədləri təqdim etməlisiniz.

Kriptovalyuta ticarətinə necə başlamalı

1. Treydinq hesabınıza vəsait əlavə edin

Hesab yaratdıqdan sonra hesabınıza fiat valyutası depozit qoya bilərsiniz. Əksər mərkəzləşdirilmiş mübadilələr istifadəçilərin bank transferləri və ya digər ümumi metodlarla fiat depozit qoymalarına icazə verir. Platformadan və yerləşdiyi yerdən asılı olaraq eyni zamanda kredit kartı ilə kriptovalyuta da ala bilərsiniz. 

kriptovalyuta treydinqinə başlamaq qaydası

Artıq bir qədər kriptovalyutanız olduğu halda, onu birja hesabınıza depozit qoya bilərsiniz. Koinlərinizi həmişə əlaqəli ünvana göndərməyi unutmayın: Bitcoin-i Bitcoin ünvanınıza, ether-i Ethereum ünvanınıza göndərin və s. Kriptovalyutanı yanlış ünvanlara göndərməyiniz daimi itkilərlə nəticələnə bilər.

2. Treydinq cütü seçin

Kriptovalyutalar cütlər şəklində ticarət edilir (məsələn, BTC/USDT, ETH/BTC). Treydinq cütü hansı aktivlərin mübadilə edildiyini bildirir. Məsələn, BTC/USDT cütü halında Bitcoin-lə Tether (ABŞ dollarına indekslənmiş stabil koin) arasında ticarət edirsiniz.

treydinq cütünün seçilməsi

Kriptovalyuta-fiat treydinq cütləri BTC/EUR treydinq cütü kimi kriptovalyuta və ənənəvi fiat valyutasını əhatə edir. Bir BTC-nin cari dəyəri 92 175 avro olarsa, BTC/EUR treydinq cütü diaqramı bazar qiyməti ilə eyni dəyəri göstərəcək. 

Başqa sözlə, 1 BTC almaq üçün 92 175 avro, 0,5 BTC almaq üçün bunun yarısı və s. lazımdır. Qeyd edək ki, cəmi 5 EUR dəyərində bitcoin ala bilərsiniz.

btc eur treydinq cütü binance

Kriptovalyuta-kriptovalyuta treydinq cütü ETH/BTC treydinq cütü kimi iki müxtəlif kriptovalyutanı əhatə edir. Bu məqalənin yazıldığı vaxtda ether (ETH) ilə hər ETH üçün 0,02285 BTC məzənnəsi ilə ticarət edilir.

eth btc treydinq cütü binance

3. Sifariş kitabçasına nəzər salın

Sifariş kitabçası treyderlər tərəfindən verilmiş alış və satış sifarişlərinin real vaxt əsaslı, dinamik siyahısıdır. O, müxtəlif qiymət səviyyələrində konkret aktiv üzrə tələb və təklifin snepşotunu təmin edir.

Alış sifarişləri (tenderlər) almaq istəyən treyderlərin verdikləri sifarişləri əhatə edir və bu sifarişlər ən yüksək tender qiymətindən ən aşağı qiymət ə doğru sıralanır. Satış sifarişləri (təkliflər) satmaq istəyən treyderlərin verdikləri sifarişləri əhatə edir və bu sifarişlər ən aşağı təklif qiymətindən ən yuxarı qiymətə doğru sıralanır.

binance sifariş kitabçası

4. Sifariş növünüzü seçin

Bazar sifarişi

sifariş növü binance

Bazar sifarişi kriptovalyutanı əlçatan olan ən yaxşı qiymətə dərhal aldığınız və ya satdığınız ən sadə sifariş növüdür. Bu növ gözləmək istəmədiyiniz zaman almaq və ya satmaq üçün ən sürətli yoldur.

Tutaq ki, bir bitcoin-in hazırkı ən yüksək tender qiyməti (alış sifarişi) 100 000 $, ən aşağı təklif qiyməti (satış sifarişi) isə 100 100 $-dır. BTC almaq üçün bazar sifarişi verdiyiniz halda, sifarişiniz ən aşağı təklif qiyməti olan 100 100 $-la uyğunlaşdırılacaq. BTC satmaq üçün bazar sifarişi verdiyiniz halda, sifarişiniz ən yuxarı tender qiyməti olan 100 000 $-la uyğunlaşdırılacaq.

Limit sifariş

limit sifariş binance

Limit sifariş xüsusi və ya daha yaxşı qiymətə almaq və ya satmaq üçün verilən sifarişdir. Bu növ almağın və ya satmağın daha yavaş yoludur, ancaq istədiyiniz dəqiq qiyməti təyin etməyinizə imkan verir.

Məsələn, bitcoin 100 000 $-a satıldığı, siz isə onu 98 000 $-a və ya daha aşağı qiymətə almaq istədiyiniz halda, alış limit sifarişini 98 000 $ olaraq təyin edə bilərsiniz. Qiymət 98 000 $-a və ya daha aşağı düşdüyü halda, limit sifarişiniz icra olunacaq (böyük ehtimalla) və bitcoin-i istədiyiniz qiymətə alacaqsınız. Ancaq qiymət heç vaxt limit qiymətinizə qədər düşmədiyi halda, sifarişiniz icra olunmayacaq.

6. Treydinq strategiyanızı hazırlayın

Treydinq tərziniz və strategiyanız haqqında düşünün. Hər treyder unikaldır, ona görə də başqa treyderləri kopiyalamaqdansa, öz treydinq sisteminizi yaratmaq və tədricən təkmilləşdirmək daha yaxşıdır. Bu, uzunmüddətli perspektivdə treydinq nəticələrinizi yaxşılaşdırmağınıza və daha stabil nəticələr əldə etməyinizə kömək edəcək.

Seçilmiş strategiyadan asılı olmayaraq riskləri idarə etmək və səhvlərinizdən nəticə çıxarmaq vacibdir. Ticarətlərinizin (düşüncə prosesiniz və qərarlarınız daxil olmaqla) qeyd olunduğu treydinq jurnalı son dərəcə faydalı ola bilər.

Populyar treydinq strategiyaları

İstifadə edə biləcəyiniz bir çox kriptovalyuta treydinqi strategiyaları və hər birinin öz riskləri, eləcə də üstünlükləri var. Gəlin ən populyar treydinq yanaşmalarının bəzilərinə nəzər salaq.

Dey-treydinq

Dey-treydinq eyni gün ərzində mövqelərə daxil olmağı və çıxmağı əhatə edən strategiyadır. Dey-treydinqdə hansı aktivlərin ticarət ediləcəyini müəyyənləşdirmək üçün çox vaxt texniki təhlilə etibar edəcəksiniz. Bu ticarət tərzi sərfəli ola bilər, ancaq çətindir və qətiyyən hər kəs üçün uyğun deyil. Dey-treydinq svinq treydinqi və ya uzunmüddətli HODLinqə nisbətən daha stresli olduğu və çox vaxt tələb etdiyi üçün yeni başlayanlara tövsiyə edilmir.

Svinq treydinq

Svinq treydinqində də bazar tendensiyalarından mənfəət əldə etməyə çalışırsınız, ancaq vaxt aralığı daha uzundur – mövqelər adətən bir neçə gündən bir neçə aya qədər saxlanılır. Svinq treydinqi yeni başlayanlar üçün daha uyğun strategiya hesab olunur. Bunun əsas səbəbi dey-treydinq kimi stresli olmaması və çox vaxt tələb etməməsidir. 

Skalpinq

İndiyə qədər müzakirə edilən bütün treydinq strategiyaları arasında ən az vaxt tələb edən skalpinqdir. Skalperlər çox vaxt bir neçə dəqiqə (və ya hətta saniyə) ərzində mövqelərə daxil olmaq və çıxmaqla qiymətdəki kiçik dəyişikliklərdən faydalanmağa çalışırlar. Dey-treydinqin bir forması kimi skalpinq də yeni başlayanlara tövsiyə edilmir.

Əksər hallarda qiymət hərəkətlərini sınamaq və proqnozlaşdırmaq üçün texniki təhlildən istifadə edəcək və mənfəət əldə etmək üçün tender-satıcı cədvəli və ya başqa səmərəsizliklərdən istifadə edəcəklər. Vaxt aralıqlarının qısa olmasına görə skalpinq adətən kiçik mənfəət marjalarına malik olur. Skalperlər adətən daha böyük həcmlərdə və ya onlarla ticarət edərək tədricən böyük mənfəətlər əldə etməyə çalışırlar.

HODLinq 

Tam olaraq aktiv treydinq strategiyası olmasa da, "HODLerlər" adlandırılan uzunmüddətli investorlar kriptovalyuta bazarındakı ümumi artımdan faydalanmağı hədəfləyirlər. Onlar kriptovalyuta alaraq uzun müddət, çox zaman bir neçə ay və ya il saxlayırlar.

"Al və unut" strategiyası olan HODLinq ən az stresli variantlardan biridir. O, müəyyən aktivlərin uzunmüddətli potensialına inananlar və qısamüddətli qiymət dəyişikliklərinə dözməyə hazır olanlar üçün ideal seçimdir. Bu strategiya səbir tələb etsə də, xüsusilə bitcoin sahibləri üçün vaxt keçdikcə böyük gəlirlər təmin edə bilər.

Texniki təhlil (TA)

Texniki təhlil qiymət qrafiklərini şərh etmək, nümunələri tanımaq və potensial qiymət hərəkətlərini təxmin etmək üçün göstəricilərdən istifadə etmək sənətidir.

Şamdan qrafikləri

Şamdan qrafiki müəyyən müddət üzrə aktivin qiymətinin qrafik təsviridir. O, hər biri eyni vaxt müddətini ifadə edən şamdanlardan ibarətdir. 

Məsələn, 1 saatlıq qrafik hər biri bir saatlıq müddəti ifadə edən şamdanları göstərir. 1 günlük qrafik hər biri bir günlük müddəti ifadə edən şamdanları göstərir və s.

Gündəlik Bitcoin qrafiki

Şamdan dörd data nöqtəsindən ibarətdir: açıq, yüksək, aşağı və bağlı (OHLC dəyərləri də deyilir). Açıq (1) və Bağlı (4) verilmiş müddət üçün ilk və son qeydə alınmış qiymətlər, Aşağı (2) və Yüksək (3) isə müvafiq olaraq, qeydə alınmış ən aşağı və ən yüksək qiymətlərdir.

şamdanın gövdəsi

Dəstək və müqavimət səviyyələri

Dəstək qiymətin alt həddə çatdığı səviyyə, yəni alıcıların müdaxilə edib qiyməti yüksəltdiyi böyük tələb sahəsidir.

Müqavimət qiymətin üst həddə çatdığı səviyyə, yəni satıcıların müdaxilə edib qiyməti saldığı böyük təklif sahəsidir.

Dəstək və müqavimət səviyyələri

Texniki təhlil göstəriciləri

Treyderlər aktivin qiymət dəyişikliklərini daha yaxşı anlamaq üçün texniki göstəricilərdən istifadə edirlər. Bu alətlər nümunələri aşkar etməyə və cari bazar şərtləri əsasında ticarətlərə daxil olmaq və ya çıxmaq üçün mümkün fürsətləri vurğulamağa kömək edir.

Populyar texniki təhlil göstəriciləri nümunələrinə potensial dəstək və müqavimət səviyyələri də təklif edə bilən tendensiya xətləri, dəyişkən ortalama, Bollinger Zolaqları, İşimoku BuludlarıFibonaççi geri çəkilmə səviyyəsi daxildir.

Təməl təhlil (TT)

Fundamental təhlil investorlar və treyderlər tərəfindən aktiv və ya biznesin daxili dəyərini müəyyən etmək üçün istifadə olunan metoddur. Kriptovalyuta treydinqində bu, əsasən texnologiyanın, komandanın, qəbul edilmə potensialının və layihənin ümumi davamlılığının araşdırılmasını əhatə edir.

Kriptovalyuta treydinqində fundamental təhlil (FA) kriptovalyutanın texnologiyasını, istifadə halını, proqramlaşdırma komandasını, tokenomikasını və qəbul edilməsini təhlil edərək dəyərini təyin edir.

Kriptovalyuta treydinqində FA aşağıdakıları da əhatə edə bilər:

  • Zəncirxarici data (məsələn, aktiv ünvanların sayı, tranzaksiya həcmi və s.)

  • Layihə üzrə plan və xəbərlər

  • İcma və proqramçıların fəaliyyəti

Kriptovalyuta treydinqində risklərin idarə edilməsi

Risklərin idarə edilməsi dedikdə investisiyalarınızla əlaqəli maliyyə risklərini müəyyənləşdirmək və onları mümkün qədər minimuma endirmək nəzərdə tutulur. Gəlin bir neçə populyar strategiyaya nəzər salaq.  

1. Zərərlərinizi məhdudlaşdırın 

İtirməyin çox əhəmiyyət daşımayacağı vəsaitlə ticarət edin. Mənfəəti sabitləmək və ya özünüzü itkilərdən qorumaq üçün təkmil sifariş növlərindən istifadə edin. Məsələn, ticarətdə problem yarandıqda stop-itki sifarişləri treyderlərin itkiləri məhdudlaşdırmalarına imkan verir. Gəlir götürmək sifarişləri ticarətdə problem yarandıqda mənfəətləri sabitləməyinizi təmin edir.

2. Çıxış strategiyanız olsun

Həmişə ən pis ssenari üçün planınızın olması yaxşı fikirdir. Beləliklə, çıxış strategiyasının olması riskləri idarə etməyin vacib yoludur. Öküz bazarına və onun eyforiyasına qapılmaq asandır, amma mövqenizi bağlamaq üçün planınızın olması mənfəətləri sabitləməyə və ya vəziyyət pisləşdiyi halda böyük itkilərin qarşısını almağa kömək edə bilər.

Bunun yollarından biri gəlir götürmək üçün limit sifarişlərindən istifadə etmək və ya dayana biləcəyiniz maksimum itkilərə limit təyin etməkdir. Ümumi qayda olaraq, çıxış planınız olduqda ona əməl etməlisiniz. Ticarətinizi planlaşdırın və planınıza uyğun ticarət edin.

3. Diversifikasiya

Portfelinizi diversifikasiya etmək ümumi riskinizi azaltmağın bir üsuludur. Hər hansı aktivə həddindən artıq çox investisiya qoymamaq üçün müxtəlif aktivlər ala, eləcə də hər bir mövqeni müvafiq ölçüdə saxlaya və portfelinizi daim təkrar balanslaşdıra bilərsiniz. Bu, böyük itkilər ehtimalını azalda bilər.

4. Hedcinq 

Bunun üçün bir qədər daha çox təcrübə tələb olunsa da, açıq mövqelərinizi hedcinq edə bilərsiniz. Bu, əsas mövqenin əks istiqamətində dəyişəcəyi gözlənilən əlaqəli aktivdə mövqe açmaq deməkdir. Məqsəd potensial itkiləri kompensasiya etməkdir.

Məsələn, 10 000 $ dəyərində bitcoin-ə sahibsinizsə və onun qiymətində baş verə biləcək mümkün azalmaya qarşı hedcinq etmək istəyirsinizsə, bir neçə həftə sonra BTC-ni 100 000 $-a satmaq hüququ verən mükafat üçün opsion yerləşdirmə ala bilərsiniz. 

Bitcoin-in qiyməti 80 000 $-a düşdüyü halda, opsionunuzu icra edə və 100 000 $-a sata, itkilərinizi əhəmiyyətli dərəcədə azalda bilərsiniz. Qiymət düşmədiyi halda, yalnız ödənilən mükafatı itirir, uzun mövqenizin yüksəlmə tendensiyasından mənfəət əldə etməyə davam edirsiniz.

Yekun qeydlər 

Bazarlar gözlənilməz ola bilər və kriptovalyuta bazarları xüsusilə dəyişkəndir. Ancaq davamlı öyrənmə ilə daha yaxşı kriptovalyuta treyderi ola bilərsiniz.

Treydinq fəaliyyətiniz zamanı risklərin idarə edilməsinə prioritet verin. Kriptovalyuta sahəsindəki ən son yeniliklərdən xəbərdar olun, bacarıqlarınızı təkmilləşdirməyə davam edin və lazım gəldikdə strategiyalarınızı uyğunlaşdırın.

Tövsiyə olunan ədəbiyyat

İmtina: bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə nəzər salın.