Əsas diqqət yetiriləcək məqamlar
Dey-treydinq qısamüddətli qiymət dəyişikliklərindən faydalanmaqla mənfəət əldə etmək potensialı təklif edir, ancaq risk səviyyəsi yüksək olmaqla yanaşı, çox vaxt və disiplin tələb edir.
HODLing stresi və tranzaksiya xərclərini minimuma endirən, ancaq səbir və bazarın düşmə tendensiyalarına dözmək bacarığı tələb edən uzunmüddətli investisiya strategiyasıdır.
Ən yaxşı strategiya profil və risk tolerantlığına əsasən müxtəlif insanlar üçün fərqli olur. Hibrid yanaşma investorların uzunmüddətli artım üçün əsas aktivləri saxlamaqla hər iki strategiyadan faydalanmalarına, eyni zamanda qısamüddətli mənfəətlər üçün daha kiçik hissə ilə treydinq etmələrinə imkan verir.
Giriş
Kriptovalyutaya investisiya qoymaq maraqlı olsa da, bir çox qərar qəbul edilməlidir. İnvestorun etməli olduğu seçimlərdən biri dey-treydinq və ya HODLing ilə (uzunmüddətli saxlama) işləməyi qərarlaşdırmaqdır. Hər bir strategiyanın öz üstünlük və riskləri olduğundan bunları başa düşmək sizin üçün hansı yanaşmanın daha yaxşı olduğunu qərarlaşdırmağınıza kömək edə bilər.
Dey-treydinq və HODLing-in əsas anlayışlarını əhatə etməklə başlayaq.
Kriptovalyuta dey-treydinqi
Dey-treydinq treyderlərin kriptovalyutaları eyni gün ərzində alıb-satdıqları qısamüddətli strategiyadır. Hədəf mənfəətlər əldə etmək üçün qiymət dəyişikliklərindən istifadə etməkdən ibarətdir. Treyderlər riskləri azaltmaq və uğur əldə etmək şanslarını artırmaq üçün çox vaxt texniki təhlildən, bazar tendensiyalarından və başqa treydinq alətlərindən istifadə edirlər.
Dey-treydinqin qısa təsviri
Bazarın təhlili: dey-treyderlər qısamüddətli qiymət dəyişikliklərini proqnozlaşdırmaq üçün qrafiklərə, tendensiyalara və qiymət dəyişikliklərinə əsaslanırlar.
Sürətli tranzaksiyalar: ticarətlər sürətlə, çox vaxt dəqiqələr və ya saatlar ərzində həyata keçirilir.
Kredit çiyni və marja treydinqi: bəzi treyderlər potensial mənfəətlərini artırmaq üçün borc alınmış puldan istifadə edirlər, ancaq bu, eyni zamanda onların itkilərini və ümumi risklərini artırmış olur.
Monitorinq: dey-treyderlər riskləri idarə edə və potensial gəlirli imkanlardan faydalana bilmək üçün bazarlara daim diqqət yetirməlidirlər
Dey-treydinqin üstünlükləri
Qısamüddətli mənfəətlər üçün potensial: dey-treydinq sürətli mənfəət potensialı təklif edir. Düzgün icra edildiyi halda, treyderlər saatlar və ya hətta dəqiqələr ərzində gəlir əldə edə bilərlər.
Dəyişkənlik: kriptovalyuta bazarının dəyişkənliyi tez-tez qiymət dəyişikliklərindən faydalanmaq üçün imkanlar yarada bilər.
Öyrənmə: treydinqin sürətli xarakteri treyderlərin bazar tendensiyaları və texniki təhlillər haqqında təsəvvür formalaşdırmalarına imkan verir və bu, bacarıqlarının tədricən təkmilləşdirilməsinə kömək edə bilər.
Dey-treydinqin çatışmazlıqları
Yüksək risk: nisbətən qısa zaman çərçivələrində treydinq edərkən qiymətlər gözlənilməz şəkildə dəyişə və bu, qəfil itkilərlə nəticələnə bilər. Dey-treyderlərin böyük əksəriyyəti uzun müddətdə pul itirirlər .
Diqqət və disiplin tələb edir: treyderlər daim bazarı izləməli və tez reaksiya verməlidirlər. Dey-treyder olaraq ardıcıl şəkildə uğur qazanmaq üçün böyük disiplin tələb olunur.
Emosional təzyiq: çox zaman bazardakı dalğalanmaların stresi zəif qərar qəbuletmə ilə nəticələnə bilər.
Tranzaksiya xərcləri: çox zaman alış və satış yüksək treydinq komissiyaları ilə nəticələnə və bu, tədricən mənfəətlərin azalmasına gətirib çıxara bilər.
HODLing nədir?
HODLing investorların kriptovalyutalar aldığı və bazarın dəyişkənliyindən asılı olmayaraq uzun müddət saxladığı uzunmüddətli investisiya strategiyasıdır. HODL termini əvvəlcə BitcoinTalk istifadəçisi tərəfindən yol verilmiş orfoqrafik səhv olub və sonra "Hold On for Dear Life" (yəni satış deyil) ifadəsinin abreviaturası kimi modifikasiya edilib.
Bir sözlə, HODLing dedikdə çox az tranzaksiya ilə uzunmüddətli satınalma nəzərdə tutulur. Dey-treydinqdən fərqli olaraq HODLing üçün gündəlik bazar monitorinqi tələb olunmur. Ancaq HODLing üçün də səbir və disiplin tələb olunur, çünki investorlar uzunmüddətli mənfəətlərə diqqət yetirmək üçün qısamüddətli qiymət dalğalanmalarına məhəl qoymamalıdırlar.
HODLing-in üstünlükləri
Aşağı stres səviyyəsi: uzunvədəli investorların gündəlik qiymət dəyişikliklərinə görə narahat olmalarına ehtiyac olmur.
Sadə strategiya: texniki treydinq bacarıqlarına və ya tez-tez monitorinq aparmağa ehtiyac olmur.
Uzunmüddətli artım potensialı: Bitcoin və bir çox digər kriptovalyutalar vaxt keçdikcə böyük mənfəətlər qazandırıb.
Daha aşağı komissiyalar: ticarətlər daha az olduğu üçün tranzaksiya xərcləri də daha aşağı olur.
HODLing-in çatışmazlıqları
Bazarın düşmə tendensiyalarına məruz qalmaq – Bazar çökdüyü halda, hissələr dəyərlərini itirə bilər.
Səbir tələb olunur – Gəlirlər dərhal əldə olunmur və bunun üçün illər tələb oluna bilər.
Fürsət xərcləri – Aktivləri saxlamaq qısamüddətli treydinq imkanlarını itirmək deməkdir.
Köhnəlmiş layihələr riski – Bəzi kriptovalyutalar uzun müddət qüvvədə qalmaya bilər.
Dey-treydinq HODLing ilə müqayisədə
Hansı strategiya sizin üçün düzgün seçimdir?
Dey-treydinq və HODLing arasında seçim etmək bir neçə amildən asılıdır:
1. Risk tolerantlığınız
Yüksək riskli və yüksək mükafatlı ssenarilər sizin üçün uyğun olduğu halda, dey-treydinq münasib seçim ola bilər.
Tədricən mənfəət əldə etmə imkanı ilə daha təhlükəsiz yanaşmaya üstünlük verdiyiniz halda, HODLing daha yaxşı seçimdir.
2. Vaxtın olması
Hər gün bazarı izləməyə bir neçə saat sərf edə bildiyiniz halda, dey-treydinq düzgün seçim ola bilər.
Başqa öhdəlikləriniz olduğu və passiv investisiya qoymaq istədiyiniz halda, HODLing ideal variantdır.
3. Bazar biliyi
Dey-treydinq üçün texniki təhlil və bazar psixologiyasının yaxşı anlaşılması tələb olunur.
HODLing üçün isə elementar biliklər və aktivlərinizin gələcək potensialına güvənmək tələb olunur.
4. Emosional disiplin
Stresin öhdəsindən gələ və operativ şəkildə qərarlar qəbul edə bildiyiniz halda, düzgün seçim dey-treydinqdir.
Daha aşağı stres səviyyəli yanaşmaya üstünlük verdiyiniz halda, HODLing yaxşı variantdır.
Hər iki strategiyanı birləşdirə bilərsiniz?
Bəli! Bir çox investor hər iki yanaşmanı birləşdirən hibrid strategiyadan istifadə edir. Düzgün həyata keçirildiyi halda, bu strategiya həm qısamüddətli mənfəətlərdən, həm də uzunmüddətli artımdan fayda verə bilər.
Məsələn, BTC və uzunmüddətli perspektivdə yaxşı göstəriciləri olacağına inandığınız digər kriptovalyutalarla HODL portfeli yarada və sonra qısamüddətli bazar dəyişikliklərindən faydalanmaq məqsədilə dey-treydinq üçün ayrıca portfeldən (və ya pul kisəsindən) istifadə edə bilərsiniz.
Yekun qeydlər
Həm dey-treydinq, həm də HODLing özünəməxsus üstünlük və risklər təklif edir. Hamıya uyğun gələn bir yanaşma mövcud deyil – seçiminiz maliyyə hədəflərinizə, risk tolerantlığınıza və vaxt sərfiyyatınıza uyğun olmalıdır.
Disiplinli olduğunuz və bazarı təhlil etməyə vaxt ayıra bildiyiniz halda, dey-treydinq yaxşı variant ola bilər. Ancaq daha az gündəlik iştirakla daha rahat, uzunmüddətli strategiyaya üstünlük verdiyiniz halda, HODLing daha yaxşı seçimdir.
Hansı strategiyanı seçməyinizdən asılı olmayaraq öz tədqiqatınızı aparmaq və riskləri idarə etmək həmişə vacib şərtdir. Yalnız itirə biləcəyiniz qədər investisiya qoyun və bazar tendensiyalarını izləyin. Treydinq jurnalı da qərarlarınızı izləmək və səhvlərdən öyrənmək üçün çox dəyərli ola bilər.
Tövsiyə olunan ədəbiyyat
Treydinq jurnalı nədir və ondan necə istifadə etmək lazımdır?
Yeni başlayanlar üçün bələdçi – Kriptovalyutada dey-treydinq
İmtina: bu məqalə yalnız maarifləndirmə məqsədi daşıyır. Bu məzmun heç bir formada təqdimat və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" sizə təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi şərh edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə qeyd olunan məhsullar yaşadığınız regionda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Academy-nin mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün imtina mətnini tam şəkildə burada oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala bilər və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi şərh edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə baxın.