Əsas diqqət yetiriləcək məqamlar
Binance Kopitreydinq istifadəçilərə təcrübəli treyderlərin ticarətlərini avtomatik olaraq təkrarlamağa imkan verərək yeni başlayanlara kriptovalyuta bazarında iştirak etmək üçün asan bir yol təqdim edir.
O, həmçinin istifadəçilərə kopitreydinq parametrlərini tənzimləməyə və maksimum itki limitləri kimi alətlərlə riski idarə etməyə imkan verən uyğunlaşma və nəzarət imkanı təklif edir.
Binance Kopitreydinq Spot və Fyuçers bazarları üçün əlçatandır və təcrübəli treyderlərdən öyrənmək istəyən təcrübəsiz treyderlər və ya daha passiv treydinq yanaşmasına üstünlük verənlər üçün faydalı ola bilər.
Giriş
Kriptovalyuta treydinqi mürəkkəb və vaxt aparan proses ola bilər, o həm də bilik və bazara daimi nəzarət tələb edir. Aktiv ticarət etmək üçün vaxtı və ya təcrübəsi olmayan, ancaq yenə də bazarlarda iştirak etmək istəyənlər üçün kopitreydinq məqsədəuyğun bir həldir. Bu məqalədə Binance Kopitreydinqin nə olduğunu, necə işlədiyini izah edəcək və işə başlamağınıza kömək etmək üçün addım-addım təlimatlar təqdim edəcəyik.
Binance Kopitreydinq nədir?
Binance istifadəçilərə daha təcrübəli treyderlərin ticarətlərini avtomatik olaraq kopiyalamaq imkanı verən Kopitreydinq xüsusiyyəti təklif edir və bu, yeni başlayanların bazarda iştirakını asanlaşdırır. Bu xüsusiyyətdən istifadə etməklə istifadəçilər bazara daim nəzarət etmədən seçdikləri Aparıcı treyderlə eyni ticarətləri avtomatik olaraq həyata keçirə bilərlər.
2024-cü ilin may ayından etibarən Binance Kopitreydinq seçilmiş yerlərdə Spot və Fyuçers bazarları üçün əlçatandır. Bu məhsullar xüsusilə təcrübəli treyderlərdən öyrənmək istəyən təcrübəsiz treyderlər və ya daha passiv treydinq yanaşmasına üstünlük verənlər üçün faydalı ola bilər.
Binance Kopitreydinqin iş prinsipi necədir
1. Treyderlərin seçilməsi
Binance Kopitreydinqdən istifadənin ilk addımı kopiyalanacaq Aparıcı treyderi seçməkdir. Binance Aparıcı treyderlərin siyahısını, onların hər birinin treydinq performansını, strategiyalarını, risk səviyyələrini və keçmiş məlumatlarını ehtiva edən ətraflı profillərini təqdim edir. Bu məlumat istifadəçilərin izləmək üçün treyder seçərkən daha məlumatlı qərar qəbul etməyinə kömək edir.
2. Avtomatik icra
İstifadəçi kopiyalayacağı Aparıcı treyderi seçdikdən sonra treyderin bütün gələcək ticarətləri avtomatik olaraq istifadəçinin hesabında əks olunur. Buraya açılış və bağlanış mövqeləri, həmçinin stop-itki və gəlir götürmək səviyyələrinin tənzimlənməsi daxildir. Avtomatlaşma istifadəçilərin hər bir ticarəti özləri əllə icra etmədən treyderin təcrübəsindən faydalana bilmələrini təmin edir.
3. Nəzarət və uyğunlaşma imkanı
Binance Kopitreydinq treydinq prosesini avtomatlaşdırsa da, istifadəçilər öz hesabları üzərində nəzarəti saxlayırlar. Onlar öz kopitreydinq parametrlərini, məsələn, ayırmaq istədikləri kapitalın miqdarını və ya istənilən vaxt treyderin kopiyalanmasını dayandırmaq imkanını tənzimləyə bilərlər. Bu uyğunlaşma imkanı istifadəçilərin risklərini və investisiyalarını seçimlərinə uyğun şəkildə idarə etmələrinə imkan verir.
Risklərin idarə edilməsi
Binance istifadəçilərə investisiyalarını qorumaq üçün müxtəlif risk idarəetmə alətləri təqdim edir. Bu alətlər istifadəçilərin maksimum itki limitləri təyin etmələrinə və treydinqi kopiyalamaq üçün ümumi kapitallarının yalnız bir hissəsini ayırmalarına imkan verir. İstifadəçilər bu alətlərlə riskə məruz qalmalarını azalda və vəsaitlərini böyük itkilərdən qoruya bilərlər.
Bununla belə, bütün treydinq növlərinin risklər ehtiva etdiyini xatırlamaq vacibdir. İzlədiyiniz strategiya uğursuz olarsa, itkilərlə üzləşə bilərsiniz. Diqqətli araşdırma aparın və yalnız itirə biləcəyiniz vəsaitləri investisiya qoyun.
Binance Kopitreydinqin faydaları
1. Təcrübəli treyderlərin təcrübələrindən istifadə etmək imkanı
İstifadəçilər təcrübəli treyderləri kopiyalayaraq təcrübəli mütəxəssislərin bilik və strategiyalarından yararlana bilirlər. Bu, onlara treydinq üsulları və bazar təhlili haqqında məlumat əldə etməkdə və zaman keçdikcə öz treydinq bacarıqlarını potensial olaraq təkmilləşdirməkdə kömək edə bilər.
2. Vaxta qənaət
Kopitreydinq daim bazara nəzarət etməyə və ticarətin manual olaraq icra edilməyinə ehtiyacı aradan qaldırır. Bu, digər öhdəlikləri olan və treydinqə çox vaxt ayıra bilməyən istifadəçilər üçün xüsusilə faydalı ola bilər.
3. Diversifikasiya
İstifadəçilər müxtəlif strategiyaları və risk profilləri olan birdən artıq treyderi kopiyalayaraq investisiyalarını diversifikasiya edə bilərlər. Bu, riski yaymağa və davamlı uzunmüddətli gəlir əldə etmək şansını artırmağa kömək edə bilər.
Binance Kopitreydinqdən istifadə etməyə başlamaq
1-ci addım: Binance hesabı yaradın
Hələ Binance hesabınız yoxdursa, onu yaratmalısınız. Binance veb-saytına daxil olun və "Qeydiyyatdan keç" düyməsinə klikləyin. E-poçt ünvanınızı və kimliyinizi doğrulamaq daxil olmaqla qeydiyyat və doğrulama prosesini tamamlamaq üçün təlimatlara əməl edin.
2-ci addım: vəsaitləri depozit olaraq qoyun
Hesabınızı yaratdıqdan sonra Binance hesabınıza vəsait depozit qoymalısınız. "Pul kisəsi" bölməsinə keçin və "Depozit" seçin. Depozit qoymaq istədiyiniz kriptovalyutanı seçin və xarici pul kisəsindən Binance hesabınıza vəsait transfer etmək üçün təlimatlara əməl edin.
3-cü addım: Binance Kopitreydinq platformasına daxil olun
Vəsaitləri depozit olaraq qoyduqdan sonra yuxarıdakı [Ticarət] menyusuna keçin və platformaya daxil olmaq üçün [Kopitreydinq] seçiminə klikləyin.
4-cü addım: Aparıcı treyderi nəzərdən keçirin və seçin
Kopitreydinq platformasında kopiyalamaq üçün mövcud treyderlərin siyahısını tapa bilərsiniz. Hər bir treyderin profilində onun ticarət performansı, strategiyaları, risk səviyyələri və keçmiş məlumatları kimi mühüm məlumatlar əks olunacaq. Bu məlumatı nəzərdən keçirmək üçün vaxt ayırın və investisiya məqsədlərinizə və risklərə dözümlülüyünüzə uyğun gələn treyder seçin.
5-ci addım: kopitreydinq üçün vəsait ayırın
Treyder seçdikdən sonra onun ticarətlərini kopiyalamaq üçün vəsait ayırmalı olacaqsınız. Nəzərə alın ki, Binance Kopitreydinq hesabınızın balansı adi Binance hesabınızdan ayrıdır.
Üsulu seçmək və ayırmaq istədiyiniz kapitalın miqdarını müəyyən etmək üçün [Kopiyala] üzərinə klikləyin.
Binance Kopitreydinq iki üsul təklif edir: Sabit məbləğ və Sabit nisbət.
Sabit məbləğ ümumi kopiyalama məbləği bitənə qədər hər sifariş üçün sabit dəyər təyin edəcək. Bu, investisiya edilən məbləğə nəzarət etməyinizə imkan verir. Həmçinin itkilər zamanı vəsaitlərinizin bir hissəsini qorumaq üçün ümumi stop-itki təyin edə bilərsiniz.
Sabit nisbət aparıcı treyderin mövqe ölçüsünə və mövcud balansınıza mütənasib olaraq sifarişlər açacaq.
Məsələn, Aparıcı treyderinizin 10 000 $ dəyərində portfeli varsa və 1000 $ dəyərində (10%) sifariş verirsə, sifarişiniz eyni 10% nisbətindən istifadə etməklə açılacaq. 1000 $ investisiya qoysanız, sifarişiniz 100 $ (10%) dəyərində olacaq.
[Təkmil Parametrlər] bölməsində marja rejimi, kredit çiyni və mövqe riski kimi əlavə parametrləri təyin edə bilərsiniz.
6-cı addım: nəzarət və tənzimləmə
Kopitreydinq treydinq prosesini avtomatlaşdırsa da, hesabınıza mütəmadi olaraq nəzarət etmək vacibdir. Kopiyalanan ticarətlərin performansına və ümumi bazar şərtlərinə diqqət yetirin. Lazım gələrsə, kopitreydinq parametrlərinizi tənzimləyin və ya treyderin performansı gözləntilərinizə uyğun gəlmirsə, onu kopiyalamağı dayandırın.
Yekun qeydlər
Binance Kopitreydinq geniş biliyə və ya daimi nəzarətə ehtiyac olmadan kriptovalyuta bazarında iştirak etmək istəyənlər üçün dəyərli vasitədir. O, istifadəçilərə təcrübəli treyderlərin ticarətlərini təkrarlamaq imkanı verməklə, vaxt və səylərə qənaət etməklə yanaşı, peşəkar təcrübədən faydalanmaq imkanı verir.
Binance Kopitreydinqdən maksimum yararlanmaq üçün hərtərəfli araşdırma aparmağı, risk idarəetmə vasitələrindən istifadə etməyi və bazar şərtləri haqqında məlumatlı olmağı unutmayın.
Tövsiyə olunan ədəbiyyat
Məsuliyyətdən imtina: bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bir təqdimat və ya zəmanət olmadan hazırkı məlumatlar əsasında təqdim edilir. Bu, nə maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməlidir, nə də bu məlumatların məqsədi hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etməkdir. Siz məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Məsuliyyətdən imtina bölməsinin tam mətnini ətraflı məlumat üçün burada oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya etdiyiniz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət daşımır. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün bizim İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə daxil olun.