Opsion treydinqi nədir?
Əsas səhifə
Məqalələr
Opsion treydinqi nədir?

Opsion treydinqi nədir?

Orta
Yenilənib Feb 18, 2025
11m

Əsas diqqət yetiriləcək məqamlar

  • Opsion treydinqi treyder və investorlara kriptovalyutalar və səhmlər kimi aktivləri sabit qiymətə almaq və ya satmaq öhdəliyi deyil, seçimi təklif edir.

  • Opsion treydinqində əksər treydinq fəaliyyəti və mənfəətləri opsion müqavilələrinin zəruri aktivin ticarəti üçün icra edilməsindən deyil, onların alınıb-satılmasından əldə edilir.

  • Amerika opsionları vaxtları bitməzdən əvvəl istənilən vaxt icra edilə bilsə də, Avropa opsionları yalnız son istifadə və ya icra edilmə tarixində icra edilə bilər.

  • Alıcı opsionları, opsion yerləşdirmək, premium ödənişlər, son istifadə tarixləri və həyata keçirilmə qiymətlərini anlamaq opsion treydinqi ilə bağlı əsaslandırılmış qərarlar qəbul etmək üçün əsas şərtdir.

options trading CTA banner

Giriş

Opsion treydinqi zəruri aktivi müəyyən tarixə qədər sabit qiymətə almağı və ya satmağı seçməyinizə imkan verir. Seçim terminini vurğulamaq ona görə vacibdir ki, opsion treydinqinin unikallığı həmin aktivi almaq və ya satmaq məcburiyyətində olmamağınızdır. Sadəcə istədiyiniz halda edə bilərsiniz. 

Daha yaxşı anlamaq üçün gəlin gedişatı oxucu tərəfindən seçilən macəra kitabı oxuduğumuzu təsəvvür edək. Müəyyən məqamda hekayədə qərar nöqtəsi ilə qarşılaşa bilərsiniz və bu zaman A və ya B variantını seçməklə bağlı vacib qərar qəbul etməlisiniz. Dərhal seçmək əvəzinə səhifəyə əlfəcin qoyun. Daha sonra ardını oxuyun, hekayənin necə irəlilədiyinə baxın və sonra qərar qəbul etmək üçün qayıdın. 

Bu, opsion treydinqinin arxasında duran konsepsiyaya bənzəyir. Treyderlər aktivi dərhal almaq və ya satmaq məcburiyyətində deyillər. Onlar aktivi son istifadə tarixindən əvvəl almaq və ya satmaq öhdəliyi deyil, hüququ qazandıran və maliyyə əlfəcini kimi qəbul edə biləcəyiniz opsion ala bilərlər. Bunun üçün əlfəcinin qiyməti kimi qəbul edə biləcəyiniz premium ödəniş ödənilməlidir. 

Əlfəcininizi başqa oxucuya sata bildiyiniz kimi, opsion müqavilənizi də son istifadə tarixindən əvvəl başqa treyderə sata bilərsiniz. Bu, zəruri aktivi alıb-satmadan opsionların dəyərindəki dəyişikliklərdən potensial olaraq mənfəət əldə etməyinizə imkan verir.

Gözlənilməz gedişatları olan və gedişatı oxucu tərəfindən seçilən macəra kitabları kimi opsion treydinqi də risklidir. Beləliklə, başlamazdan əvvəl opsion müqavilələrinin iş prinsipini başa düşmək vacibdir. 

Opsion treydinqi nədir?

Opsion treydinqi opsion müqavilələrinin alınması və satılması əməliyyatıdır. Onun praktikada necə tətbiq olunduğunu həqiqi mənada dərk etmək üçün əsas komponentlərini araşdıraq:

Opsionlar nələrdir?

Opsionlar sizə aktivi son istifadə tarixində və ya ondan əvvəl həyata keçirilmə qiyməti adlanan sabit qiymətə almaq və ya satmaq öhdəliyi deyil, hüququ verən müqavilələrdir. 

Təsəvvür edin ki, maraqlandığınız, ancaq hələ almaq fikrində olmadığınız ev var. Bunun yerinə satıcı ilə sizə müəyyən müddət ərzində razılaşdırılmış qiymətə evi almaq hüququ verən opsion haqqında danışıq aparırsınız. Bu hüququ əldə etmək üçün kiçik bir saxlama komissiyası – premium ödəniş ödəməlisiniz. 

Evin bazar dəyəri yüksəldiyi halda, onu daha aşağı, razılaşdırılmış qiymətə almaq üçün müqavilənizi icra edə bilərsiniz. Bazar dəyəri aşağı düşdüyü halda isə yalnız saxlama komissiyasını itirməklə sadəcə almaq fikrindən daşına bilərsiniz. 

Həyata keçirilmə qiyməti sabit ola bilsə də, opsionun dəyəri elə deyil. O, evin bazar qiyməti, vaxtın bitməsinə qədər qalan vaxt və bazar tələbi kimi amillərə görə dəyişə bilər. Evin bazar qiyməti yüksəldiyi halda, opsionunuzun dəyəri arta bilər və bu, evi almadan onu mənfəət əldə etmək üçün satmağınıza imkan verəcək.

Alıcı opsionları nələrdir?

Alıcı opsionu sizə zəruri aktivi son istifadə tarixində və ya ondan əvvəl həyata keçirilmə qiymətinə almaq hüququ verir. 

Aktivin bazar dəyəri nə qədər çox artarsa, o qədər çox mənfəət əldə edəcəksiniz. Beləliklə, müəyyən aktivin qiymətinin yüksələcəyini düşündüyünüz halda, alıcı opsionu ala bilərsiniz. Belə olduğu halda, aktivi həyata keçirilmə qiymətinə alıb, daha yüksək bazar qiymətinə satmaqla mənfəət əldə edə bilərsiniz. 

Alıcı opsionunun dəyəri vaxtı bitməzdən əvvəl artdığı halda, onu satmaqla icra etmədən mənfəət əldə edə bilərsiniz. Bu qaydada aktivlə deyil, müqavilənin özü ilə treydinq edirsiniz. 

Satıcı opsionları nələrdir?

Satıcı opsionu sizə zəruri aktivi son istifadə tarixində və ya ondan əvvəl həyata keçirilmə qiymətinə satmaq hüququ verir. 

Aktivin bazar qiymətinin aşağı düşəcəyinə inandığınız halda, satıcı opsionu almaq istəyə bilərsiniz. Qiymət həyata keçirilmə qiymətindən aşağı düşdüyü halda, aktivinizi daha yüksək həyata keçirilmə qiymətinə sata bilərsiniz. Qiymət nə qədər çox aşağı düşərsə, o qədər çox mənfəət əldə edə bilərsiniz. Bu, eyni zamanda aktivi daha aşağı bazar qiymətinə geri almağınıza imkan verəcək. 

Alıcı opsionları kimi satıcı opsionları da dəyəri artdığı halda, vaxtı bitmədən satıla bilər. Bu onları icra etmədən mənfəət əldə etməyinizə imkan verir. Həm alıcı, həm də satıcı opsionları ilə adətən belə ticarət edilir. 

Zəruri aktivlər

Zəruri aktivləri və opsionların sizə öhdəlik götürmədən onları almaq və ya satmaq hüququ verən müqavilələr olduğunu müzakirə etdik. Bizim analogiyamızdakı zəruri aktiv evdir. Ancaq maliyyə bazarlarında bu aktivlərə əsasən aşağıdakılar daxildir:

  • Kriptovalyutalar: bitcoin (BTC), ether (ETH), BNBTether (USDT) kimi kriptovalyuta opsionları ala bilərsiniz.

  • Səhmlər: Apple (AAPL), Microsoft (MSFT) və Amazon (AMZN) kimi şirkət səhmləri üzrə opsionlar ala bilərsiniz. 

  • İndekslər: S&P 500 və Nasdaq 100 kimi birja indeksləri üzrə opsionlar ala bilərsiniz.

  • Əmtəələr: qızıl, neft və digər əmtəələr üzrə opsionlar ala bilərsiniz.

Vaxtı bitmədən treydinq

Vacib bir məqamı qeyd edək ki, investisiya gəliri əldə etmək üçün vaxtın bitməsini gözləmək lazım deyil. Məhz opsion müqavilələrinin özləri aktiv şəkildə alınıb-satılır. 

Opsion müqaviləsinin dəyəri bazar şərtləri və vaxtının bitməsinə qədər qalan vaxt kimi amillərdən asılı olaraq daim dəyişir. Bu o deməkdir ki, opsion müqaviləsi almaq və sonra onu mənfəət və ya itki ilə satmaq potensialı mövcuddur. Opsion ticarətlərinin əksəriyyəti bu şəkildə baş verir. Bu zaman mütləq aktivin özü ilə deyil, aktivi almaq və ya satmaq hüququ ilə treydinq edirsiniz. 

Opsion müqavilələri

Artıq opsion treydinqi ilə tanış olduğumuz üçün faktiki opsion müqaviləsinin komponentlərini nəzərdən keçirək.

Son istifadə tarixi

Son istifadə tarixi opsion müqaviləsinin vaxtının bitəcəyi konkret tarixdir. Bu tarix keçdikdən sonra opsion müqaviləsi artıq etibarlı olmayacaq və icra edilə bilməyəcək. Opsionların son istifadə tarixləri müxtəlif ola və bir neçə həftədən bir neçə ilə qədər dəyişə bilər. 

Evlə maraqlandığınızı müzakirə etdiyimiz analogiyada satın alma tarixindən başlamaqla bir aylıq opsion aldığınızı təsəvvür edin. Bu o deməkdir ki, evi həyata keçirilmə qiymətinə almaq hüququnuzdan istifadə edib-etməməyi qərarlaşdırmaq üçün bir ay vaxtınız olacaq.

Həyata keçirilmə qiyməti

Həyata keçirilmə qiyməti zəruri aktiv almaq (alıcı opsionları üçün) və ya satmaq (satıcı opsionları üçün) hüququnuzun olacağı, əvvəlcədən müəyyən edilmiş qiymətdir. 

Beləliklə, evin satıcısı ilə danışıqlar apararkən həyata keçirilmə qiyməti üçün 300 000 $ məbləği ilə bağlı razılıq əldə etsəniz, bu, opsionu icra etmək qərarına gəldiyiniz halda, evi alacağınız qiymətdir. Cari bazar qiymətinin nə qədər olmasından asılı olmayaraq müəyyən edilmiş müddət ərzində evi həmin sabit qiymətə almaq hüququnuz olacaq. 

Həyata keçirilmə qiyməti ilə zəruri aktivin cari bazar qiyməti arasındakı əlaqə opsion müqaviləsinin dəyərini müəyyən edir. 

Premium ödəniş

Premium ödəniş opsion müqaviləsi üçün ödənilən qiymətdir. O, zəruri aktivi almaq və ya satmaq öhdəliyinə deyil, hüququna malik olmağın dəyəridir. 

Yuxarıda onu saxlama komissiyası ilə müqayisə etdik. Təsəvvür edin ki, ev üçün opsion almaq məqsədilə satıcıya 5000 $ geri ödənilməyən saxlama komissiyası ödəyirsiniz. Bu premium ödəniş əvvəlcədən müəyyən edilmiş müddət ərzində cari bazar qiymətindən asılı olmayaraq evi 300 000 $ qiymətinə ala biməyinizi təmin edir. Almamaq qərarına gəldiyiniz halda, 5000 $-lıq premium ödənişi itirirsiniz. 

Premium ödənişin qiymətinə təsir edə biləcək bəzi əsas komponentlərə aşağıdakılar daxildir:

  • Zəruri aktivin cari bazar qiyməti.

  • Zəruri aktivin qiymətinin dəyişkənliyi.

  • Həyata keçirilmə qiyməti.

  • Vaxtın bitməsinə qədər qalan vaxt. 

Müqavilənin ölçüsü

Adətən səhmlər üçün opsion müqaviləsi zəruri aktivin 100 payını əhatə edir. Ancaq indekslərə və ya kriptovalyutalara bağlı olanlar kimi digər opsion növləri üçün müqavilənin ölçüsü fərqli ola bilər. Buna görə də zəruri aktivin nə qədəri ilə məşğul olduğunuzu dəqiq bilmədiyiniz üçün treydinq etməzdən əvvəl müqavilənin təfərrüatlarını hərtərəfli şəkildə yoxlamaq vacibdir.

Vacib terminologiya

Opsion treydinqi ilə məşğul olarkən bilməli olduğunuz bəzi vacib anlayışlar var. 

Mənfəətlilik şərtləri

In-the-money (ITM), at the money (ATM)on the money (OTM) kimi terminlər həyata keçirilmə qiyməti ilə zəruri aktivin cari bazar qiyməti arasındakı əlaqəni təsvir edir. Yalnız opsiondan istifadə etmək istəyib-istəmədiyinizi deyil, eyni zamanda opsion müqaviləsinin özünün dəyərini bildirdiyi üçün bu terminlər vacib terminlərdir.

Opsionun növü

ITM

ATM

OTM

Alıcı

Bazar qiyməti > Həyata keçirilmə qiyməti

Bazar qiyməti = Həyata keçirilmə qiyməti

Bazar qiyməti < Həyata keçirilmə qiyməti

Satıcı

Bazar qiyməti < Həyata keçirilmə qiyməti

Bazar qiyməti = Həyata keçirilmə qiyməti

Bazar qiyməti > Həyata keçirilmə qiyməti

Yunan hərfləri  

Opsion treydinqində yunan hərfləri treyderlərin müxtəlif amillərin bir opsionun qiymətinə necə təsir etdiyini anlamalarına kömək edən risk ölçüləridir. 

Hər yunan hərfi fərqli həssaslığı ifadə edərək treyderlərin potensial riskləri qiymətləndirmələrinə və daha əsaslandırılmış qərarlar qəbul etmələrinə imkan verir. Beş əsas yunan hərfindən istifadə edilir – Delta, Qamma, Teta, Veqa və Ro.

Yunan hərfi

Tərifi

Delta (Δ)

Zəruri aktivin qiyməti hər 1 $ dəyişdikdə opsionun qiymətinin nə qədər dəyişdiyini ölçür.

Qamma (Γ)

Zəruri aktivin qiyməti hər 1 $ dəyişdikdə deltanın dəyişmə dərəcəsini ölçür.

Teta (θ)

Vaxtın keçməsini və ya vaxtın bitmə tarixi yaxınlaşdıqca opsionun qiymətinin nə qədər azaldığını ölçür.

Veqa (ν)

Bazarın dəyişkənliyinə qarşı həssasdır; dəyişkənliyin yüksək olması nəticəsində adətən opsion qiymətləri yüksəlir.

Ro (ρ)

Faiz dərəcələri ilə 1% dəyişikliklə qiymət dəyişikliyini ölçür. Müsbət Ro qiymətin dərəcələrlə artması, mənfi Ro isə azalması deməkdir.

Amerika və Avropa opsionları

Qeyd etmək vacibdir ki, bu məqalədə opsion treydinqini əsasən Amerikansayağı opsionların istifadə olunduğu Amerika bazarlarında mövcud olması nöqteyi-nəzərindən müzakirə etdik. Ancaq bazardan asılı olaraq Avropa opsionları ilə də qarşılaşa bilərsiniz. Bu iki opsion növü arasındakı əsas fərq onların icra edilə biləcəyi vaxtdır:

  • Amerika opsionları: sahibinə daha çox sərbəstlik qazandırmaqla son istifadə tarixindən əvvəl istənilən vaxt icra edilə bilər.

  • Avropa opsionları: bu opsionlar yalnız son istifadə tarixlərində icra edilə bilər.

Binance Opsionlar Amerika opsionudur, yoxsa Avropa?

Binance treydinq platformasında yalnız Avropasayağı opsionlar tapa bilərsiniz. Bu o deməkdir ki, Binance-də opsionlarla ticarət etdiyiniz zaman onları yalnız son istifadə tarixlərində icra edə biləcəksiniz. Ancaq əksər hallarda opsion treydinqi müqavilələrin icra edilməsini deyil, alınıb-satılmasını əhatə etdiyindən bu fərq əsasən müqavilə üzrə hesablaşmanın necə və nə vaxt aparılacağına təsir göstərir.

Binance-də Opsionlar avtomatik icra olunur. Bu o deməkdir ki, opsionunuz ITM olduğu halda, vaxtı bitdikdə opsionu özünüzün icra edib-etməməyinizdən asılı olmayaraq ödənişinizi alacaqsınız. 

Bundan əlavə, bu opsion müqavilələri üzrə hesablaşmalar nağd pulla aparılır, yəni opsion icra edildikdə tərəflər zəruri aktivi təqdim etmək əvəzinə nağd dəyərini mübadilə edirlər. Bu, prosesi sadələşdirə və aktivlərin çatdırılması ilə bağlı çətinliklərin qarşısını ala bilər. 

Yekun qeydlər

Opsion treydinqi, xüsusən də Amerikansayağı opsionlar treyder və investorların zəruri aktivi son istifadə tarixindən əvvəl sabit qiymətə almağı və ya satmağı seçmələrinə imkan verir. Birbaşa öhdəliyi istisna etməklə maliyyə bazarları ilə işləyərkən daha çox sərbəstlik əldə edə bilərsiniz. 

Ancaq opsion müqavilələri ilə onları icra etmədən ticarət edə bilərsiniz. Bu isə müqavilənin dəyərindəki dəyişikliklərdən mənfəət əldə etməyə imkan verir. Mənfəət potensialı olsa da, treydinq etməzdən əvvəl opsion müqavilələrinin əsaslandığı əsas anlayışları anlamaq vacibdir. 

Tövsiyə olunan ədəbiyyat

İmtina: bu məqalə yalnız maarifləndirmə məqsədi daşıyır. Bu məzmun heç bir formada təqdimat və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" sizə təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi şərh edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə qeyd olunan məhsullar yaşadığınız regionda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Academy-nin mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün imtina mətnini tam şəkildə burada oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala bilər və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi şərh edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə baxın.

Postları paylaşın
Əlaqəli məqalələr
Hesabı qeydiyyatdan keçirin
Bu gün bir Binance hesabı açaraq biliklərinizi tətbiq edin.