Əsas diqqət yetiriləcək məqamlar
Dollar xərc ortalaması (DCA) qiymət nə olursa olsun, müntəzəm olaraq sabit məbləğdə pul qoyduğunuz investisiya üsuludur.
Hamısını birdən almaq əvəzinə riskləri idarə etməyə və qiymət dəyişkənliyini tənzimləməyə kömək etməsi üçün alışlarınızı zamana yayırsınız.
Dollar xərc ortalaması mənfəətə zəmanət vermir və ya bütün riskləri aradan qaldırmır, ancaq uzunmüddətli investisiyanın daha idarə edilə bilən olmasını təmin edir.
Daim bazarı izləmədən və ya alış vaxtı ilə bağlı stres keçirmədən investisiya qoymaq istəyənlər üçün populyar yanaşmadır.
Giriş
Yəqin ki, "Görəsən, indi kriptovalyuta almaq üçün doğru vaxtdır?" sualı sizi narahat edib. Tək deyilsiniz. Qiymətlər daim dəyişdiyi üçün düzgün alış və ya satış vaxtını müəyyən etmək çətindir.
Hətta təcrübəli treyderlər belə bazarın uyğun vaxtının müəyyən edilməsi ilə bağlı çətinlik çəkirlər. DCA mükəmməl anda almağa və ya satmağa çalışmaq əvəzinə müntəzəm cədvəl üzrə daha kiçik, sabit məbləğlər qoymağınıza kömək edir. Beləliklə, hər qərara görə stres keçirmədən mövqenizi yavaş-yavaş qura bilərsiniz.
Dollar xərc ortalamasının iş prinsipi
Dollar xərc ortalaması bazarda qiymətlərin artıb-azalmasından asılı olmayaraq hər həftə və ya hər ay kimi müntəzəm aralıqlarla sabit məbləğdə pul qoyduğunuz investisiya strategiyasıdır. O, birdən-birə böyük məbləğdə investisiya qoymaq əvəzinə, investisiyanızı yavaş-yavaş yaratmaq üsuludur.
Tutaq ki, Bitcoin-ə investisiya qoymaq istədiyiniz 1000 $ vəsaitiniz var. Hamısını birdən qoymaq əvəzinə 10 ay ərzində hər ay 100 $ qoymağı seçə bilərsiniz. Bəzi aylarda qiymətlər daha yüksək olduqda, digər aylarda isə daha aşağı olduqda ala bilərsiniz.
Alışlarınızı vaxta görə ayırdığınız halda, hamısını birdən qoymaqla müqayisədə ortalama xərciniz daha aşağı ola bilər. Bu yanaşma eyni zamanda bazarın uyğun vaxtının müəyyən edilməsi stresindən yayınmağınıza kömək edir.
İnvestorların DCA strategiyasını bəyənmələrinin səbəbi
Mütəxəssis olmaq məcburiyyətində deyilsiniz: DCA satın almaq üçün "mükəmməl" vaxtın proqnozlaşdırması təzyiqini aradan qaldırır, beləliklə, bazarları 24/7 izləməli olmursunuz.
Emosional qərarları azaldır: qiymətlər düşdükdə təşvişə düşüb sata bilərsiniz. Qiymətlər sürətlə yüksəldikdə əldən vermə qorxusu (FOMO) sizi düşünmədən almağa sövq edə bilər. Eyni məbləği müntəzəm qaydada qoyduğunuz halda, qorxu və ya populyarlığa əsaslanan emosional qərarlar vermə ehtimalınız azalır.
Qiymət dəyişikliklərini yumşaldır: DCA bütün pulunuzu birdən qoymaq və ən yüksək qiymətə alış riski ilə üzləşmək əvəzinə alışlarınızı müxtəlif qiymətlərə yayır.
İnvestisiya qoymaq vərdiş halına gəlir: investisiya qoymağın ən çətin hissələrindən biri davamlılığı qorumaqdır. DCA ilə sadəcə qrafikə əməl etməyiniz kifayətdir.
Risk nədir?
Bütün strategiyalar kimi DCA də mükəmməl deyil. Çatışmayan cəhətlərini başa düşmək vacibdir:
1. Onunla da pul itirə bilərsiniz
Satın aldığınız aktivin dəyəri davamlı olaraq azaldığı halda, DCA sizi itkilərdən müdafiə edə bilməz. Yenə də bazar riskinə məruz qalırsınız, ancaq bu risk daha kiçik hissələrlə meydana çıxır.
2. Yüksələn tendensiyalı bazarda daha yavaşdır
Qiymətlər sürətlə yüksəldiyi halda, DCA birdəfəlik investisiyadan aşağı nəticə göstərə bilər. Pulunuz bazara tədricən daxil olduğu üçün bəzi erkən mənfəətləri əldən verə bilərsiniz.
3. Komissiyalar yığıla bilər
İstifadə etdiyiniz ticarət platforması hər ticarət üçün komissiya aldığı halda, kiçik məbləğlərlə tez-tez investisiya qoymaq qazancınızı azalda bilər. Bəzi birjalar daha yüksək həcmlər üçün aşağı komissiyalar təklif edə bilər.
DCA sizin üçün uyğundur?
Bu hallarda DCA faydalı ola bilər:
İnvestisiya qoymaq sahəsində yenisiniz və sadə strategiya istəyirsiniz.
Müntəzəm olaraq gəlir əldə edirsiniz və tədricən investisiya qoymağa üstünlük verirsiniz.
Hər gün bazarı izləməyə vaxtınız və marağınız yoxdur.
Xəbərlərə və ya qiymət dəyişikliklərinə aldanıb təşvişə düşərək alır və ya satırsınız.
Digər tərəfdən, DCA bu hallarda ideal olmaya bilər:
Qısamüddətli mənfəət axtarırsınız və ya aktiv şəkildə ticarət etməyə çalışırsınız.
Aktivin dəyərindən aşağı qiymətləndirildiyini düşünür və dərhal tam investisiya qoymaq istəyirsiniz.
Birdəfəlik investisiya qoyursunuz və vaxtı doğru təxmin etdiyinizdən əminsiniz.
DCA istifadə etməyə başlamaq qaydası
Tədricən kriptovalyuta bazarına daxil olmağın yollarını araşdırırsınızsa, dollar xərc ortalaması (DCA) nəzərə alınmağa dəyər strategiyadır.
Binance DCA strategiyasını praktikada tətbiq etmək istəyənlər üçün aşağıdakı alətləri təklif edir:
Təkrarlanan alış: kriptovalyutanı müəyyən edilmiş qrafik üzrə debet və ya kredit kartı ilə avtomatik alır.
"Təkrarlanan" konvertasiya: kriptovalyuta seçməyinizə, eləcə də müntəzəm alışlar üçün məbləğ və tezlik təyin etməyinizə imkan verir.
Bu alətlər prosesi avtomatlaşdırmağa kömək edə bilər, ancaq həmişə öz tədqiqatınızı aparmaq, risk tolerantlığınızı nəzərdən keçirmək və nəyə investisiya qoyduğunuzu anlamaq vacibdir.
Yekun qeydlər
Dollar xərc ortalaması bazarda qiymətin qalxdığını və ya düşdüyünü təxmin etmədən, tədricən investisiya qoymağa imkan verən sadə, ancaq güclü investisiya strategiyasıdır. Müntəzəm olaraq eyni məbləği qoymaqla alışlarınızın xərclərini orta hesabla paylayırsınız və bu, təzyiq olmadan investisiya qoymağı vərdişə çevirmək üçün faydalı üsul ola bilər.
Tövsiyə olunan ədəbiyyat
Yeni başlayanlar üçün bələdçi – Kriptovalyutada dey-treydinq
Kriptovalyuta dey-treydinqinə qarşı HODLing: sizin üçün ən yaxşı strategiya hansıdır?
Tariflərin kriptovalyuta bazarlarına hansı təsirləri ola bilər?
İmtina: bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə nəzər salın.