Əsas diqqət yetiriləcək məqamlar
Treehouse kriptovalyuta sahəsində sabit gəlirli məhsullar üçün ənənəvi maliyyə sahəsindəki istiqrazlara və xəzinə veksellərinə oxşar təməl yaradır.
İstifadəçilər ETH və ya likvid steykinq tokenlərini (LST-lər) depozit qoyaraq arbitraj vasitəsilə optimallaşdırılmış gəlir qazandıran tETH əldə edə bilərlər.
Mərkəzdənkənar təklif edilən faiz (DOR) Treehouse-un Ethereum ilə başlamaqla kriptovalyuta üçün etibarlı bençmark faiz dərəcələri təyin etmək mexanizmidir.
DOR DeFi üzrə faiz dərəcələrini standartlaşdırmaqla bazarın parçalanmasını azaltmaq, eləcə də gəlir məhsullarına daha çox şəffaflıq və proqnozlaşdırıla bilmə imkanı gətirmək üçün nəzərdə tutulub.
Giriş
DeFi istifadəçilərə kriptovalyuta aktivləri vasitəsilə qazanc əldə etməyin müxtəlif yollarını təklif edə bilər, lakin sabit və etibarlı gəlir tapmaq asan deyil. Eyni aktivin (məsələn, ETH) kredit verilməsi üzrə faiz dərəcələri müxtəlif DeFi protokolları üçün müxtəlifdir və opsionlarınızı müqayisə etmək üçün ümumi bençmark mövcud deyil.
Bu uyğunsuzluq riskləri idarə etməyi və uzunmüddətli gəlir strategiyalarını həyata keçirməyi çətinləşdirir. Treehouse Ethereum ilə başlamaqla rəqəmsal aktivlər üçün sabit gəlir qatı yaradaraq tədricən daha stabil və proqnozlaşdırıla bilən gəlirlər əldə etməyinizə kömək etməyi hədəfləyir.
Sabit gəlir nədir?
Sabit gəlir dedikdə tədricən sabit, proqnozlaşdırıla bilən gəlir gətirən investisiyalar nəzərdə tutulur. Məsələn, kiməsə 1000 $ kredit vermək və beş il müddətində hər il 50 $ faiz əldə etmək. Bu, əvvəlcədən planlaşdırmağı və riskləri idarə etməyi asanlaşdıran daha stabil aktiv sinfi hesab olunur.
Treehouse nədir?
Treehouse iki əsas komponent vasitəsilə kriptovalyuta sahəsinə sabit gəlir məhsulları gətirmək üçün nəzərdə tutulmuş mərkəzdənkənar protokoldur:
tAktivlər: tETH kimi, mərkəzdənkənar maliyyə (DeFi) üzrə faiz dərəcələrinin tənzimlənməsinə, eləcə də sabit gəlir yaratmağa kömək etməsi üçün smart arbitraj strategiyalarından istifadə edən, gəlir gətirən tokenlərdir.
Mərkəzdənkənar təklif edilən faiz (DOR): ənənəvi bençmark faiz dərəcələrinin zəncirdaxili versiyalarıdır. Onlar konsensus prosesi vasitəsilə yaradılır və yeni sabit gəlir məhsulları üçün əsas rolunu oynayırlar.
tETH
tETH Treehouse protokoluna ether və ya stETH kimi likvid steykinq tokenləri depozit qoyduğunuz zaman əldə etdiyiniz tokendir. Lakin sadəcə aktivləriniz üçün birləşdirici deyil. tETH Ethereum ekosistemində ən yaxşı gəlir imkanlarını aktiv şəkildə axtarır və gəlirlərinizi artırmaq üçün arbitrajdan istifadə edir.
Məsələn, ether steykinq mükafatları kredit vermə platformasındakı borc almaq xərclərindən yüksək olduğu halda, protokol bu fərqdən istifadə edir və əlavə gəliri sizə geri qaytarır. Beləliklə, daha yaxşı gəlir əldə etmək üçün ether tokeninizi platformalar arasında manual köçürmək əvəzinə, tETH bu işi sizin üçün icra edir.
tETH sahibləri eyni zamanda Treehouse-un erkən tETH sahiblərinə və Treehouse istifadəçilərinə əlavə mükafatlar qazandıran mükafat proqramı vasitəsilə xal qazanırlar.
Mərkəzdənkənar təklif edilən faiz (DOR) nədir?
DOR (Mərkəzldənkənar təklif edilən faizlər) rəqəmsal aktivlər üçün zəncirdaxili bençmark faiz dərəcələridir və ənənəvi maliyyənin Təminatlı gecəlik maliyyələşdirmə faizi (SOFR) kimi istinad dərəcələrinə əsaslanmasını xatırladır. Sadə desək, DOR "ETH üçün ədalətli və etibarlı ortalama kredit faizi nədir?" sualını cavablandırmağa kömək edir.
DOR təxmin etmək və ya yalnız bir mənbəyə əsaslanmaq əvəzinə, icma əsaslı konsensus prosesi vasitəsilə yaradılır və müxtəlif iştirakçılar faiz datasını paylaşmaq üçün bir yerə toplanaraq şəffaflığı təmin edirlər. DOR ekosistemində maraqlı tərəflərə aşağıdakılar daxildir:
Operatorlar: sistemin koordinatorlarıdır. Məsələn, Treehouse bençmark faiz lentlərini işə salmaq və saxlamaq üçün məsuliyyət daşıyan ilk Operator kimi çıxış edir.
Panel üzvləri: Treehouse alətlərindən istifadə etməklə faiz dərəcəsi datası və ya proqnozları təqdim edən marketmeykerlər və ya steykinq platformaları kimi ixtisaslaşmış qurumlardır.
Nümayəndələr: tAktivlərini panel üzvlərinə həvalə edən mütəmadi istifadəçilərdir. Onlar aktivlərinin mülkiyyətini saxlayır, eyni zamanda steykinq nümayəndəliyində olduğu kimi etibarlı iştirakçıların öz adlarına faiz datası təqdim etmələrinə imkan verirlər.
İstinad edənlər: məhsullarının qiymətləndirilməsi üçün DOR göstəricisindən istinad kimi istifadə edən DeFi protokolları, birjalar və ya kredit tətbiqləri kimi platformalardır.
Treehouse Ethereum Steykinq faizi (TESR) əyrisi
TESR (Treehouse Ethereum Steykinq faizi) əyrisi Treehouse-un ilk DOR göstəricisidir və Ethereum əsaslı sabit gəlir məhsulları üçün bençmark gəlirlilik əyrisi kimi çıxış etmək üçün yaradılıb. Ənənəvi maliyyənin ABŞ Xəzinədarlıq gəlirlərini baza kimi istifadə etməsinə analoji olaraq TESR əyrisi Ethereum steykinq gəlirlərindən DeFi üzrə gəlirlərin qiymətləndirilməsi üçün istinad nöqtəsi kimi istifadə edir.
Protokola daxil olduğu, şəbəkənin təhlükəsizliyinə kömək etdiyi və sabit, eləcə də proqnozlaşdırıla bilən gəlir təmin etdiyi üçün Treehouse Ethereum steykinqini ideal baza dərəcəsi hesab edir. Bitcoin mayninqi və ya stabil koinin kredit verilməsi kimi alternativlərlə müqayisədə protokol kriptovalyuta əsaslı bençmark faizinin müəyyən edilməsi üçün daha mərkəzdənkənar və sabit seçim kimi Ethereum steykinqini dəstəkləyir.
İstifadə halları
TESR əyrisi kimi etibarlı və mərkəzdənkənar bençmarkın olması DeFi sahəsində daha təkmil maliyyə alətlərinin olmasına imkan verir:
Faiz dərəcəsi svopları (IRS): sabit və dəyişkən faiz ödənişləri ilə ticarət etməyə imkan verən, bununla da faizlər dəyişdikdə riskləri idarə etməyə kömək edən razılaşmalardır.
Zəncirdaxili xəzinə məhsulları: kriptovalyutanın uzunmüddətli sahibkarlar üçün daha stabil və aşağı riskli opsionlar təklif edən hökumət istiqrazları versiyasıdır.
Gəlirlilik əyriləri: protokollar müxtəlif müddətlər üzrə aydın faiz dərəcələri ilə kreditləri, əmanət məhsullarını və digər sabit gəlir alətlərini daha yaxşı qiymətləndirə bilərlər.
TESR göstəricisindən istinad kimi istifadə etmək borcalanlar və kredit verənlər üçün risklərin idarə edilməsini təkmilləşdirir və DeFi məhsullarının institusional və ənənəvi maliyyə iştirakçıları üçün daha əlçatan olmasını təmin edir.
tETH tokeninin riskləri
Treehouse steykinq və kredit platformaları ilə interaksiya etdiyi üçün tETH istifadə edərkən nəzərə alınmalı olan bir neçə vacib riski qeyd edib.
Əsas risklərdən biri likvid steykinq xidməti və ya kredit platforması olmasından asılı olmayaraq əsas protokolun çökmə potensialıdır. Bundan əlavə, steykinq edilmiş aktivlərin dəyərinin qəfil düşməsi riski də mövcuddur; bu hal depeq adlanır və likvidasiyalara təkan verə, eləcə də itkilərlə nəticələnə bilər.
Digər potensial problemlərə smart müqavilə xətaları, blokçeyn orakllarından səhv datanın alınması və kredit hovuzlarının tıxanması daxildir. Bu baş verdikdə borc almaq xərcləri arta və tETH vasitəsilə qazandığınız gəlirləri azalda bilər.
Treehouse-un istifadəçilərin qorunmasına köməyi
Treehouse böyük depeq hallarına qarşı fövqəladə hallar planı, gözlənilməz itkiləri kompensasiya etmək üçün xüsusi sığorta fondu və bazar dəyişkənliyi dövrlərində dəyəri aşağı düşmüş tETH tokenlərini alan Protokola Məxsus Əlaqələndirmə Mühafizəsi (PPP) mexanizmi daxil olmaqla bir neçə qoruyucu tədbir həyata keçirib. Bu tədbirlər istifadəçinin qorunmasını təkmilləşdirir və DeFi sahəsində sabit gəlir üçün uzunmüddətli əsası dəstəkləyir.
TREE Tokeni
TREE tokeni Treehouse protokolunun daxili xidməti tokenidir. Token aşağıdakılar daxil olmaqla müxtəlif məqsədlər üçün istifadə olunur:
DOR datası üçün ödəniş: smart müqavilələr və ya müəssisələr Treehouse-un DOR bençmark datasından istifadə etdikdə TREE tokenləri ilə kiçik sorğu komissiyası ödəyirlər. Bu, protokol üçün gəlir əldə etməyə kömək edir və onun data infrastrukturundan ədalətli istifadəni təmin edir.
Panel üzvlərinin steykinqi: Panel üzvləri (faiz datasını təqdim edən qurumlar) DOR faizlərinin bütövlüyünü qorumaq üçün TREE tokenləri və ya tAktivlər steykinq etməlidirlər. Bu, onların maraqlı tərəf olmalarını təmin edir və dəqiq data təqdim etməyə həvəsləndirir.
Mükafat qazanmaq: hər data təqdimatı dövründən (və ya "müşahidə müddətindən") sonra təqdim olunan faizlərin dəqiqliyi əsasında TREE tokenləri həm panel üzvlərinə, həm də nümayəndələrə mükafat olaraq paylanır.
İdarəetmə: TREE tokeni saxlamaq eyni zamanda sizə parametrlərin tənzimlənməsi, sistemin təkmilləşdirilməsi və ya mükafatların paylanma qaydasının dəyişdirilməsi kimi əsas protokol qərarlarına səs vermək hüququ da qazandırır.
Yeniliklərin maliyyələşdirilməsi: Treehouse mərkəzləşdirilməmiş muxtar təşkilatı (DAO) vasitəsilə TREE tokenləri eyni zamanda tərəfdaşlıqları, proqramçı alətlərini və protokol əsasında yaradılan yeni məhsulları dəstəkləmək üçün nəzərdə tutulmuş qrantlar formasında da bölüşdürülür.
Treehouse (TREE) Binance HODLer Airdrop-larında
28 iyul 2025-ci ildə Binance TREE tokenini Binance HODLer Airdrop-larında 29-cu layihə olaraq elan etdi. 10 iyuldan 13 iyula qədər BNB-ni Sadə qazanc və/və ya Zəncirdaxili gəlir məhsullarına abunə edən istifadəçilər TREE airdrop-ları əldə edə bilərlər. Proqrama cəmi 12,5 milyon TREE tokeni ayrılıb ki, bu da ümumi token tədarükünün 1,25%-ni təşkil edir.
TREE Toxum teqinin tətbiq edilməsi ilə listinq edilib və bu, onun USDT, USDC, BNB, FDUSD və TRY cütləri ilə treydinq edilməsinə imkan verir.
Yekun qeydlər
Treehouse kriptovalyuta sahəsində sabit gəlir məhsulları üçün əsas yaratmaqla DeFi sahəsindəki əsas problemi həll edir. Treehouse tETH, TESR əyrisi və DOR mexanizmi kimi yeniliklərlə gəlirlərə daha çox proqnozlaşdırıla bilənlik qazandırmağı, faizlərin müqayisəsini asanlaşdırmağı və zəncirdaxili qaydada daha təkmil maliyyə məhsulları yaratmağı hədəfləyir.
Tövsiyə olunan ədəbiyyat
İmtina: bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə nəzər salın.