Kriptovalyuta steykinqi nədir və iş prinsipi necədir?

Kriptovalyuta steykinqi nədir və iş prinsipi necədir?

Başlanğıc
Dərc edilmişdir Sep 22, 2019Yenilənib Aug 14, 2024
9m

Əsas diqqət yetiriləcək məqamlar

  • Steykinq kriptovalyutanı blokçeynin təhlükəsizliyini və funksionallığını dəstəkləmək üçün kilidlədiyiniz, əvəzində mükafatlar qazandığınız zaman olur.

  • Kriptovalyuta sahibləri arasında populyar olan steykinq investorların hissələrini zaman keçdikcə artıraraq sevimli blokçeynlərini dəstəkləmələrinə imkan verir.

  • Steykinq yalnız Pay sübutu konsensus mexanizmindən istifadə edən müəyyən blokçeynlərdə əlçatandır. Ethereum, Solana, Cardano, Avalanche, Polkadot, Cosmos və bir çox başqalarını buna misal göstərmək olar.

  • Steykinq kriptovalyuta hissələrinizi artıra bilsə də dəyişkənlik, kəsmə və ya texniki nasazlıqlar səbəbindən vəsaitlərin itirilməsi daxil olmaqla potensial riskləri nəzərə almaq vacibdir.

Kriptovalyutada steykinq nədir?

Steykinq blokçeyn şəbəkəsinin əməliyyatlarının təhlükəsizliyini təmin edə və onları dəstəkləyə bilmək üçün müəyyən miqdarda kriptovalyutanı kilidləmək prosesidir. Bunu etməklə steykerlər əlavə kriptovalyuta ilə mükafatlandırılırlar, bu isə investorların passiv gəlir qazanması üçün populyar üsuldur. Steykinq Pay sübutu blokçeynlərinin mühüm hissəsidir.

Pay sübutu (PoS) nədir?

Pay sübutu (PoS) tranzaksiyaları doğrulamaq və təsdiqləmək üçün istifadə edilmiş konsensus mexanizmidir. O, 2011-ci ildə Bitcoin tərəfindən istifadə olunan İş sübutuna (PoW) alternativ olaraq yaradıldı.

PoW və PoS arasındakı əsas fərq odur ki, Pay sübutu (PoS) resurs tələb edən bir proses olan mayninqə etibar etmir. Maynerlərin mürəkkəb riyazi problemləri həll etmək üçün hesablama gücündən istifadə etməsi əvəzinə, Pay sübutu (PoS) şəbəkələri sahib olduqları koinlərin sayına əsasən seçilmiş validatorlara etibar edir və pay qoymaq istəyirlər.

Kriptovalyuta steykinqinin iş prinsipi necədir?

Qısaca, steykinq blokçeyn şəbəkəsinin fəaliyyətlərində iştirak etmək üçün kriptovalyutanızı kilidləməyi əhatə edir. Proses blokçeyndən asılı olaraq fərqli ola bilər, lakin adətən, iş prinsipi belədir:

1. Validatorın seçilməsi: Pay sübutu (PoS) blokçeynlərində validatorlar pay qoyulmuş koinlərin sayı, onların pay qoyulduğu müddət daxil olmaqla bəzi amillərin kombinasiyası əsasında, bəzən isə təsadüfi qaydada seçilir.

2. Tranzaksiyaların doğrulanması: Seçildikdən sonra validator tranzaksiyaları yoxlamaq və doğrulamaq məsuliyyəti daşıyır, onların qanuni olduğunu təmin edir.

3. Blok yaradılması: Doğrulanmış tranzaksiyalar bloklara qruplaşdırılır, sonra isə onlar mahiyyətcə paylaşılmış qeydiyyat jurnalı olan blokçeynə əlavə olunur.

4. Mükafatlar: Gördükləri işin mükafatı olaraq validatorlar tranzaksiya ödənişlərinin bir hissəsini, bəzi hallarda isə yeni kriptovalyuta koinləri qazanır.

Steykinq növləri

Texniki təcrübə səviyyənizdən və pay qoymaq istədiyiniz kriptovalyutanın miqdarından asılı olaraq bunu etməyin fərqli yolları var. Pay qoymağın ən geniş yayılmış növlərindən bəzilərinə aşağıdakılar daxildir:

  • Solo və ya öz-özünə steykinq: Validator qovşağının icra edilməsini əhatə edir. Bu seçim sizə maksimum nəzarət verir, lakin mühüm texniki bilik və məsuliyyət tələb edir. Düzgün edilmədikdə kəsməklə bağlı cəzalara görə aktivlərinizi itirə bilərsiniz.

  • Birja steykinqi: Bəzi kriptovalyuta birjaları steykinq xidmətləri təklif edir və texniki məzələlərə özünüz baxmadan pay qoymağın ən asan yolunu təmin edir. Bu üsul "steykinq xidmət kimi" olaraq tanınır. Məsələn, Binance ETH steykinqi ilə gündəlik mükafatlar qazana bilərsiniz.

  • Təyin edilmiş steykinq: Koinlərinizi etibarlı validator və ya steykinq xidmətinə təyin edə bilərsiniz, bu da onların texniki aspektləri idarə etməsinə imkan verir. Bəzi altcoin-lər bu seçimi birbaşa yerli kriptovalyuta pul kisələrindən təklif edir.

  • Steykinq hovuzları: Hovuzdakı steykinq koinləri başqa istifadəçilərlə pay qoymağınıza imkan verir, bu da öz qovşağınızı icra etməyə ehtiyac olmadan mükafatlar qazanmaq şansınızı atırır.

Steykinq hovuzu nədir?

Steykinq hovuzu validator kimi seçilmək şansını artırmaq üçün steykinq gücünü birləşdirən kriptovalyuta sahiblərindən ibarət bir qrupdur. Resursları birləşdirməklə iştirakçılar hovuza öz töhfələrinə mütənasib olaraq steykinq mükafatları qazana bilərlər.

Bu seçim minimum steykinq tələblərinə cavab vermək üçün kifayət qədər koini olmayan daha kiçik investorlar üçün xüsusilə faydalıdır. Lakin komissiyalar və təhlükəsizlik fərqli ola biləcəyinə görə araşdırmaq aparmaq və nüfuzlu steykinq hovuzu seçmək vacibdir.

Steykinq və Likvid steykinq

Likvid steykinq istifadəçilərin likvidliyi itirmədən aktivlərini pay qoymasına imkan verən yeni steykinq formasıdır. Aktivlərin tez-tez kilidləndiyi və steykinq müddətində əlçatan olmadığı ənənəvi steykinqdən fərqli olaraq, likvid steykinq istifadəçilərin steykinq mükafatlarları qazanmağa davam etməklə yanaşı likvidliyi qoruyub saxlamasına imkan verən mexanizmlər təqdim edir.

Bir ortaq yanaşma pay qoyulmuş aktivləri ifadə edən tokenlər olan likvid steykinq tokenlərinin (LST) buraxılmasıdır. Məsələn, Binance-də ETH pay qoyduğunuz zaman əvəzində WBETH alacaqsınız, bu isə ETH steykinq mükafatlarına zərər vermədən başqa yerdə satıla və ya istifadə oluna bilər. Eynilə, Lido kimi platformada ETH pay qoyduğunuz zaman əvəzində stETH adlanan Likvid steykinq tokeni alacaqsınız.

Cardano blokçeynindəki ADA ilə gördüyünüz kimi, Likvid steykinq buraxmadan birbaşa steykinqə imkan verən yerli likvid steykinq kimi tanınan platformalar da var. Bu innovasiya aktivlərindən sərbəst şəkildə istifadə etmək imkanını saxlamaqla istifadəçilərə steykinqin üstünlüklərini verir.

Kriptovalyutanızı pay qoymağın üstünlükləri

Steykinq boş aktivlərinizi sizin üçün işlətməyin bir yoludur, yəni sevimli blokçeyn şəbəkələrinizi qorumağa yardım edərək mükafatlar yarada bilərsiniz. Kriptovalyuta steykinqi hissələrindən maksimum faydalanmaq istəyən uzunmüddətli kriptovalyuta sahibləri xüsusilə geniş yayılıb.

Niyə pay qoymalı?

  • Mükafatlar qazanın: Steykinq koinlərinizi steykinq pul kisəsində saxlamaqla əlavə kriptovalyuta qazanmağınıza imkan verir, bu isə passiv gəlir əldə etməyin əla yoludur.

  • Şəbəkəni dəstəkləyin: Pay qoymaqla şəbəkənin təhlükəsizliyini təmin etməyə kömək edir və onun ümumi vəziyyətinə töhfə verərək düzgün işləməsini təmin edirsiniz.

  • İdarəetmədə iştirak: Bəzi şəbəkələrdə steykinq sizə səsvermə hüququ verir, şəbəkənin gələcək istiqamətinə təsir etməyinizə imkan verir.

  • Enerji səmərəliliyi: İş sübutu mayninqindən fərqli olaraq steykinq əhəmiyyətli dərəcədə az enerji tələb edir, bu isə onu ekoloji cəhətdən daha təmiz seçim edir.

Steykinq kriptovalyutası buna dəyərmi?

Bəli. Adətən, passiv gəlir yaratmaq üçün boş kriptoaktivlərinizi pay qoymağa dəyər – xüsusilə də uzunmüddətli sahibsinizsə və layihəni dəstəkləmək istəyirsinizsə. Lakin potensial mükafatlar və risklər kriptovalyutadan və seçdiyiniz platformadan asılı olaraq dəyişə bilər. 

Məsələn, DeFi steykinq platforması böyük gəlirlər təklif edir, lakin təhlükəsizlik təmin edə bilmirsə, pay qoyulmuş aktivləriniz oğurlana və ya itə bilər. Bazarın dəyişkənliyi mükafatları azalda və ya itkilərə səbəb ola biləcək digər risk faktorudur.

Steykinq riskləri

Kriptovalyuta steykinqi mükafatlar yarada bilsə də, hər zaman riskləri var. Steykinqin bəzi potensial risklərinə aşağıdakılar daxildir:

1. Bazarın dəyişkənliyi: Pay qoyduğunuz kriptovalyuta qiyməti əhəmiyyətli dərəcədə aşağı düşsə, steykinq mükafatlarınızın itkilərinizi kompensasiya etmək üçün kifayət etməməsi ehtimalı yüksəkdir.

2. Kəsmək riski: Pay sübutu (PoS) validatoru olsanız, steykinq əməliyyatlarınızın nəzərdə tutulduğu kimi işləməsini təmin etməlisiniz. Zərərli hərəkət edən və ya qovşağını saxlaya bilməyən validatorlar cəzalandırıla bilər, bu isə pay qoyulmuş vəsaitlərin itirilməsi ilə nəticələnir.

3. Mərkəzləşdirmə riski: Az sayda validator pay qoyulmuş koinlərin əksəriyyətinə nəzarət edirsə, bu, şəbəkənin təhlükəsizliyini təhdid edə biləcək mərkəzləşdirməyə gətirib çıxara bilər.

4. Texniki risk: Bəzi steykinq növləri konkret müddətə koinlərinizi kilidləməyi tələb edir. Smart müqavilədə səhvlər və ya proqram təminatı xətaları kimi texniki problemlər giriş imkanının itirilməsi və ya dondurulmuş vəsaitlərlə nəticələnə bilər.

5. Üçündü tərəf riski: Üçüncü tərəf xidməti vasitəsilə pay qoysanız, vəsaitlərinizlə başqalarına etibar edirsiniz. Platforma sındırılsa, vəsaitləriniz risk altında ola bilər. DeFi platformaları da oxşar risklər altındadır, xüsusilə də kriptovalyuta pul kisənizə tam giriş imkanı verməyiniz tələb olunduqda.

2024-cü ildə kriptovalyutaya pay qoymağın qaydası

1. Pay sübutu (PoS) kriptovalyutası seçin: Steykinqi dəstəkləyən kriptovalyuta seçin. Steykinq tələblərini və mükafatlarını anladığınıza əmin olun.

2. Pul kisəsi qurun: Steykinqə uyğun pul kisəsindən istifadə edin. Binance Web3 pul kisəsi, MetaMask və ya TrustWallet kimi populyar pul kisələrindən istifadə etmək daha təhlükəsizdir.

3. Pay qoymağa başlayın: Ya validator qovşağını icra etməklə, validatora təyin etməklə, ya da steykinq hovuzuna qoşulmaqla koinlərinizi pay qoymaq üçün şəbəkənin təlimatlarına əməl edin.

Unutmayın ki, Web3 pul kisələri sadəcə olaraq steykinq xidmətlərinin interfeysidir və əsas protokollara nəzarət etmir. Maliyyə riskləri götürməzdən əvvəl Ethereum və Solana kimi köklü blokçeynlərə üstünlük verin və öz tədqiqatınızı aparın.

Steykinq mükafatları necə hesablanır?

Steykinq mükafatları şəbəkədən asılı olaraq dəyişir və çox vaxt aşağıdakı kimi amillərlə müəyyən edilir:

  • Pay qoyduğunuz kriptovalyutanın miqdarı.

  • Pay qoyduğunuz müddət.

  • Şəbəkədə pay qoyulmuş koinlərin ümumi sayı.

  • Şəbəkənin tranzaksiya ödənişləri və koinin inflyasiya dərəcəsi.

Bəzi blokçeynlərdə mükafatlar sabit faizlə paylanır, bu da qazanclarınızı proqnozlaşdırmağı asanlaşdırır. Steykinq mükafatları çox vaxt təxmini illik gəlirləri, yəni illik faiz dərəcəsi (İllik faiz dərəcəsi) ilə ölçülür.

Pay qoyulmuş kriptovalyutanı geri çəkə bilərsiniz?

Adətən, bəli. Pay qoyduğunuz kriptovalyutanı istənilən vaxt geri çəkə bilirsiniz. Lakin dəqiq mexanizmlər və qaydalar bir steykinq platformasından digərinə dəyişir. Bəzi hallarda pay qoyulmuş aktivləri erkən vaxtda geri çəkmək steykinq mükafatlarının qisməd, yaxud tam itirilməsinə səbəb ola bilər. İstifadə etdiyiniz blokçeyn və ya platformanın steykinq qaydalarını yoxlayın.

2023-cü il Ethereum Şanxay təkmilləşdirilməsində Ethereum şəbəkəsində vəsaitin geri çəkilməsinə imkan verildiyini qeyd etmək lazımdır. Təkmilləşdirmə ETH steykerlərinə steykinq mükafatlarını avtomatik almaq və kilidlənmiş ETH-lərini istənilən vaxt geri çəkmək imkanı verir.

Bütün kriptovalyutaları niyə pay qoya bilməzsiniz?

Steykinq Pay sübutu (PoS) blokçeynlərinə özəldir. İş sübutu konsensus mexanizmində işləyən Bitcoin kimi kriptovalyutalar pay qoyula bilməz. Pay sübutu (PoS) şəbəkələrində heç də bütün kriptovalyutalar steykinqi dəstəkləmir, çünki onlar iştirakı stimullaşdırmaq üçün fərqli mexanizmlərdən istifadə edə bilərlər.

Yekun qeydlər

Steykinq kriptovalyutası mükafatlar qazanarkən blokçeyn şəbəkələrində iştirak etməyin yolunu təklif edir. Yenə də burada bazarın dəyişkənliyi, üçüncü tərəf, kəsmək və texniki risklər kimi riskləri anlamaq vacibdir. Steykinq üsulunu diqqətlə seçməklə və şəbəkəni ətraflı araşdırmaqla blokçeyn ekosisteminə effektiv töhfə verə və potensial olaraq passiv gəlir qazana bilərsiniz.

Tövsiyə olunan ədəbiyyat

Məsuliyyətdən imtina: bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bəyanat və ya zəmanət olmadan hazırkı məlumatlar əsasında təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir, bu məlumatlar hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımır. Siz məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Əlavə təfərrüatlar üçün məsuliyyətdən imtina bölməsini tam şəkildə burada oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölmələrimizə baxın.