MyShell (SHELL) nədir?
Əsas səhifə
Məqalələr
MyShell (SHELL) nədir?

MyShell (SHELL) nədir?

Orta
Yenilənib Mar 3, 2025
6m

Əsas diqqət yetiriləcək məqamlar

  • MyShell Sİ proqramçı, istifadəçi və tədqiqatçılarını birləşdirən açıq Sİ ekosistemidir. İstifadəçilərin Sİ ilə işləyən tətbiqlər yaratmalarına, araşdırmalarına və onlar vasitəsilə qazanc əldə etmələrinə imkan verir. 

  • MyShell Sİ yaratma alətləri, Sİ bazar yeri və Sİ sahəsində innovasiyalar üçün yeni imkanlar təmin edə bilən qabaqcıl səs texnologiyaları təklif edir.

  • Böyük şirkətlər tərəfindən idarə olunan ənənəvi Sİ platformalarından fərqli olaraq MyShell mərkəzdənkənar idarəetmə, şəffaflığın artırılması və məlumatların təhlükəsizliyi üçün blokçeyn texnologiyasını qəbul edir.

MyShell nədir?

MyShell insanların Sİ ilə işləyən alətlər yaratmalarına, araşdırmalarına və onlar vasitəsilə qazanc əldə etmələrinə imkan verən platformadır. Proqramçıların, kontent yaradıcılarının və istifadəçilərin Sİ ilə interaksiya edə, fərdi Sİ tətbiqləri yarada və blokçeyn texnologiyasından istifadə etməklə rəqəmsal iqtisadiyyatda iştirak edə biləcəyi platformadır. 

Böyük şirkətlər tərəfindən idarə olunan ənənəvi Sİ platformalarından fərqli olaraq MyShell mərkəzdənkənar idarəetməni qəbul edərək onun daha şəffaf və hamı üçün əlçatan olmasını təmin edir.

MyShell-in əsas xüsusiyyətləri

1. Sİ agentlərinin yaradılması

MyShell istifadəçinin bacarıq səviyyəsindən asılı olaraq Sİ agentləri yaratmaq üçün müxtəlif yollar təmin edir:

  • Klassik rejim – proqramlaşdırmadan istifadə etmədən hər kəsin Sİ tətbiqləri yarada biləcəyi kodsuz variantdır.

  • Pro konfiqurasiya rejimi – Sİ iş proseslərinə daha çox nəzarət etmək istəyən proqramçılar üçün nəzərdə tutulmuş daha təkmil seçimdir.

  • ShellAgent rejimi – proqramçıların Sİ ilə işləyən köməkçilər yaratmalarına və inteqrasiya etmələrinə kömək edən modullu Sİ strukturudur.

2. AIpp Store

AIpp Store MyShell-in Sİ agentlərinin dərc edildiyi və paylaşıldığı bazar yeridir. İstifadəçilər müxtəlif Sİ proqramlarını nəzərdən keçirə, sınaya və hətta premium funksiyalar üçün ödəniş edə bilərlər. Proqramçılar eyni zamanda bazar yerindən pul qarşılığında Sİ agenti xidmətləri təklif etmək üçün də istifadə edə bilərlər.

AIpp Store istifadəçilər üçün müxtəlif Sİ tətbiqlərini araşdırmağı, onlarla interaksiya etməyi və hansından istifadə etmək istədiklərinə qərar verməyi asanlaşdırır. Mağazada müxtəlif Sİ alətləri olduğu üçün Sİ vasitəsilə yaradılmış incəsənət əsərlərinə, mətn əsaslı çatbotlara və ya avtomatlaşdırılmış tədqiqat alətlərinə qədər hər kəsə uyğun nəsə var.

3. Mərkəzsizləşdirmə

MyShell təhlükəsizlik və şəffaflığı təkmilləşdirmək üçün blokçeyn texnologiyasından istifadə edir. Blokçeyn bütün tranzaksiyaları rəqəmsal hesab dəftərində qeydə alır və məlumatların təhlükəsiz qalmasını və asanlıqla dəyişdirilə bilməməsini təmin edir. Platforma ödənişlər üçün özünün SHELL tokenindən istifadə edir.

İstifadəçilər blokçeynlə öz tranzaksiyalarına daha çox nəzarət edə və proqramçılar üçüncü tərəflərin müdaxiləsi olmadan Sİ agentləri üçün ədalətli ödəniş ala bilərlər. Bu mərkəzdənkənar sistem MyShell-i ənənəvi ödəniş metodlarına və mərkəzləşdirilmiş mülkiyyətə əsaslanan digər Sİ platformalarından fərqləndirir.

4. Sİ səsi və danışığı

MyShell yüksək keyfiyyətli səs və danışıq xidmətləri üçün nəzərdə tutulmuş alətləri əhatə edir:

  • OpenVoice – səsləri sürətli şəkildə klonlaya bilən alət.

  • MeloTTS – müxtəlif dillərdə təbii səslər yaradan çoxdilli mətndən nitqə çevirmə sistemi.

Bu alətlər istifadəçilər üçün audiokitablardan virtual köməkçilərə qədər müxtəlif tətbiqlər üzrə təbii səslər yaratmağı asanlaşdırır. Eyni zamanda səslər yaratmaq və klonlaşdırmaq bacarığı layihələrinə Sİ vasitəsilə yaradılmış hekayə və ya dialoq əlavə etmək istəyən kontent yaradıcıları üçün kreativ imkanlar meydana çıxarır.

5. İcma və açıq mənbə əməkdaşlığı

MyShell açıq mənbəli layihələri dəstəkləyir və Sİ proqramçıları arasında əməkdaşlığı təşviq edir. Platforma istifadəçilərin Sİ modellərinə töhfə verməsi və onları təkmilləşdirməsi üçün alət və resurslar təmin edir. Proqramçılar daha yaxşı Sİ modelləri yaratmaq, təkmilləşdirmələri paylaşmaq və Sİ tərəfindən görülə biləcək işlərin sərhədlərini genişləndirmək üçün birlikdə işləyə bilərlər.

MyShell-in iş prinsipi necədir?

Sİ agentlərinin yaradılması

İstifadəçilər MyShell alətlərindən istifadə etməklə Sİ agentləri yarada bilərlər. Onlar yaratma rejimi seçə, Sİ modelləri əlavə edə və agentlərini müxtəlif tapşırıqlar üçün fərdiləşdirə bilərlər.

Dərcetmə və paylaşma

Sİ agenti hazır olduqdan sonra digər istifadəçilərin onu tapıb istifadə edə biləcəyi AIpp Store-da dərc oluna bilər. Bəzi Sİ agentləri pulsuzdur, digərləri isə SHELL tokenindən istifadə etməklə ödəniş tələb edir.

Dərcetmə prosesi proqramçıların işlərini nümayiş etdirmələrinə və istifadəçilərdən rəy almalarına imkan verir. AIpp Store bütün növ Sİ tətbiqləri üçün açıq olduğundan geniş alət və xidmətlərdən ibarət rəngarəng ekosistem yaradır.

İstifadəçi interaksiyası

İstifadəçilər AIpp Store-u nəzərdən keçirə, müxtəlif Sİ agentləri ilə interaksiya edə və premium xidmətlər üçün ödəniş edə bilərlər. İstifadəçilər Sİ agentləri ilə işlədikdə proqramçılar pul qazanır və bu onları innovativ Sİ həlləri yaratmağa həvəsləndirir.

Bu, istifadəçilər gündəlik tapşırıqlarını və ya yaradıcı layihələrini təkmilləşdirə biləcək faydalı alətlər əldə edərkən proqramçıların Sİ tətbiqlərini monetizasiya etmələri üçün aydın üsul təqdim edir. Sİ yaradıcılığından pul qazanmaq imkanı MyShell-i Sİ yaratmağa vaxt sərf etmək istəyənlər üçün cəlbedici platformaya çevirir.

SHELL tokeninin rolu

SHELL tokeni MyShell-in kriptovalyutasıdır. O, aşağıdakılar üçün istifadə olunur:

  • Sİ vasitəsilə yaradılmış xidmətlər üçün ödənişin edilməsi.

  • Sİ yaradıcılarının işlərinə görə mükafatlandırılması.

  • Platforma qərarları ilə bağlı səsvermə (mərkəzdənkənar idarəetmə).

SHELL tokenlərinin ümumi sayı yaratma qrupu, məsləhətçilər, icma təşviqləri və böyümə vəsaitləri arasında bölünür.

Xüsusi tokenin olması tranzaksiyaların daha rahat icra olunmasını təmin edir və Sİ proqramçılarının töhfələrinə görə ədalətli ödəniş ala bilməsini təmin edir.

Binance HODLer Airdrop-da SHELL

Binance MyShell-i (SHELL) HODLer Airdrop-ları proqramının 10-cu layihəsi elan edib. Bu layihə BNB sahiblərini balanslarının keçmiş snepşotları əsasında token airdrop-ları ilə mükafatlandırır.

Əvvəl təyin edilmiş uyğunluq müddətləri ərzində Binance-in Sadə qazanc məhsullarına abunə olan istifadəçilər SHELL mükafatları üçün uyğun olur. Paylama üçün ümumilikdə 50 000 000 SHELL tokeni ayrılıb.

Airdrop-dan sonra SHELL USDT, USDC, BNB, FDUSD və TRY cütləri ilə treydinq etməyə imkan verən toxum teqinin tətbiq edilməsi ilə Binance-də listinq edilib.

Yekun qeydlər

MyShell istifadəçilərin Sİ ilə işləyən tətbiqlər yaratmalarına, araşdırmalarına və onlar vasitəsilə qazanc əldə etmələrinə imkan verən mərkəzdənkənar Sİ platformasıdır. MyShell Sİ yaratma alətləri, Sİ bazar yeri və qabaqcıl səs texnologiyaları kimi funksiyalarla Sİ innovasiyası üçün yeni imkanlar təqdim edə bilər.

MyShell Sİ yaradıcılarının işlərini yaratmaları, paylaşmaları və onlar vasitəsilə qazanc əldə etmələri üçün yer təmin etməklə daha açıq, əməkdaşlığa əsaslanan və faydalı Sİ ekosistemi yaratmağı hədəfləyir.

Tövsiyə olunan ədəbiyyat

İmtina: bu məqalə yalnız maarifləndirmə məqsədi daşıyır. Bu məzmun heç bir formada təqdimat və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" sizə təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi şərh edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə qeyd olunan məhsullar yaşadığınız regionda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Academy-nin mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün imtina mətnini tam şəkildə burada oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala bilər və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi şərh edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə baxın.