CookieDAO (COOKIE) nədir?
Əsas səhifə
Məqalələr
CookieDAO (COOKIE) nədir?

CookieDAO (COOKIE) nədir?

Orta
Yenilənib Feb 4, 2025
5m

Məsuliyyətdən imtina: bu bənd yalnız məlumat xarakterlidir. Binance vasitəsilə təqdim edilən məlumat investisiya və ya treydinq üzrə məsləhət, yaxud tövsiyə mənasına gəlmir. Binance investisiya qərarlarınızın heç biri üzrə məsuliyyət daşımır. Maliyyə risklərinə getməzdən əvvəl mütəxəssislə məsləhətləşin. Bu bənddə qeyd olunan məhsullar sizin regionda əlçatan olmaya bilər.

Əsas diqqət yetiriləcək məqamlar

  • CookieDAO blokçeyn və sosial platformalardan AI tərəfindən yaradılan məlumatları toplayan və təşkil edən mərkəzləşdirilməmiş platformadır.

  • O, istifadəçilərə, AI tərtibatçılarına, investorlara, sosial media ekspertlərinə və tədqiqatçılara AI və Web3-ə dair məlumat tendensiyalarını və performansı izləməyə kömək edə bilər.

  • CookieDAO-nun əsas məhsulu AI agentləri üçün API-lar və digər real vaxt rejimində məlumat infrastrukturu təklif edən Cookie.fun adlanır. O həmçinin mütəşəkkil alətlər paneli vasitəsilə məlumat analitikası təqdim edir.

  • COOKIE CookieDAO-nun daxili tokenidir. O, istifadəçilərə idarəçilikdə iştirak etməyə, premium məlumat analitikasına daxil olmağa və icma mükafatları əldə etməyə imkan verir.

CookieDAO nədir?

CookieDAO blokçeynlər və sosial media üzərində işləyən AI proqramlarından məlumat toplayan və təşkil edən icma tərəfindən idarə olunan layihədir. Burada məqsəd insanlara AI fəaliyyətini anlamağa və Web3 məkanında daha yaxşı qərarlar qəbul etməyə kömək etməkdir.

Daha dəqiq desək, CookieDAO blokçeyn şəbəkələri və sosial media platformalarında fəaliyyət göstərən süni intellekt (AI) agentlərindən məlumatların toplanması və indeksləşdirilməsinə yönələn mərkəzləşdirilməmiş muxtar təşkilatdır (DAO). Layihənin məqsədi AI və Web3 bazarları ilə bağlı real vaxt rejimində analitika və məlumatlar təqdim etməkdir.

CookieDAO-nun iş prinsipi necədir?

AI proqramları çox məlumatdan istifadə edir və çox məlumat yaradır. CookieDAO bu məlumatları müxtəlif mənbələrdən toplayır və onu tərtibatçılara və istifadəçilərə təqdim edir.

Burada ideya istifadəçilərin mövcud məlumatları analiz etmələrini və onlardan istifadə etmələrini asanlaşdırmaqdır. Bu, istifadəçilərə AI performansını izləməyə, müxtəlif AI proqramlarını müqayisə etməyə, habelə AI və blokçeynlə bağlı yeni tendensiyaları aşkar etməyə imkan verir.

CookieDAO əsas layihələrindən biri kimi Cookie.fun-ı yaratdı. Cookie.fun çoxzəncirli API-lar daxil olmaqla AI agentləri üçün real vaxt rejimində məlumat infrastrukturu təqdim edir. Onun interfeysi məlumatları aşağıdakı kateqoriyalarda toplayır və nizamlayır:

  • AI fəaliyyət səviyyələri.

  • AI nə dərəcədə yaxşı fəaliyyət göstərir.

  • AI-ın sosial media ilə qarşılıqlı fəaliyyəti.

  • Blokçeyn tranzaksiyaları.

O həmçinin Solana, Base və BNB zənciri də daxil olmaqla müxtəlif blokçeyn şəbəkələrindəki müxtəlif agentlərin icmalını təqdim edir.

CookieDAO-nun yerli kriptovalyutası COOKIE-dir, bir neçə istifadə halına malikdir, o cümlədən:

  • İdarəetmə: mərkəzləşdirilməmiş bir təşkilat olaraq CookieDAO token sahiblərinə qərarların qəbulunda iştirak etməyə imkan verir. COOKIE sahibləri platforma təkmilləşdirmələri, məlumat siyasətləri və gələcək inkişafla bağlı təkliflərə səs verə bilərlər.

  • Premium məlumatlara giriş: platformada bəzi məlumatlar pulsuz olsa da, bəzi qabaqcıl analitika və məlumatlara daxil olmaq üçün COOKIE tokenləri tələb olunur. İstifadəçilər eksklüziv məlumat dəstlərinin kilidini açmaq üçün tokenlərini pay qoya və ya xərcləyə bilərlər.

  • Stimullar və airdroplar: CookieDAO aktiv icma üzvlərini airdrop-lar və stimullar vasitəsilə mükafatlandırır. COOKIE pay qoyan və ya sahibi olan istifadəçilər də vaxtaşırı mükafatlar ala bilərlər.

CookieDAO-dan potensial istifadə halları

CookieDAO-nun xidmətləri müxtəlif növ istifadəçilər üçün faydalı ola bilər:

  • AI tərtibatçıları AI proqramlarını təkmilləşdirmək üçün platformanın məlumatlarından istifadə edə bilərlər. 

  • AI və blokçeyn layihələrində investorlar daha yaxşı investisiya seçimləri etmək üçün təqdim olunan məlumatlardan istifadə edə bilərlər. 

  • Sosial media ekspertləri, o cümlədən marketoloqlar və analitiklər öz strategiyalarını fərdiləşdirmək və təkmilləşdirmək üçün AI ilə bağlı tendensiyaları öyrənə bilərlər. 

  • AI və blokçeyn texnologiyasını öyrənən tədqiqatçılar akademik və sənaye tədqiqatları üçün CookieDAO-nun strukturlaşdırılmış məlumatlarından istifadə edə bilərlər.

Çətinliklər və nəzərə alınmalı məsələlər

CookieDAO innovativ həllər təklif etsə də, nəzərə alınmalı bəzi məsələlər var:

1. Məlumatların dəqiqliyi

Toplanmış bütün məlumatların dəqiq və aktual olmasını təmin etmək əsas problemdir. AI tərəfindən yaradılan məzmun və blokçeyn arasında qarşılıqlı əlaqələr sürətlə dəyişdiyinə görə etibarlı məlumat mənbələrinin saxlanılması çox vacibdir.

Məlumatların etibarlı və aktual saxlanılması mühüm işdir. AI-ın fəaliyyəti sürətlə dəyişir, yəni CookieDAO daim öz məlumatlarını toplamalı, yoxlamalı və təkmilləşdirməlidir. Qeyri-dəqiq və ya köhnəlmiş məlumatlar istifadəçiləri çaşdıra, qərarların qəbuluna və onların platformaya olan inamına təsir edə bilər. Beləliklə, CookieDAO kimi AI layihələri üçün davamlı və etibarlı məlumatların yoxlanılması prosesini həyata keçirilməsi vacibdir.

2. Təhlükəsizlik riskləri

Hər hansı blokçeyn layihəsində olduğu kimi, CookieDAO da istifadəçi məlumatlarını qorumalı və hakerlik cəhdlərinin qarşısını almalıdır. Kibertəhlükəsizlik təhdidləri ciddi narahatlıq doğurur, çünki hücumçular məlumatları manipulyasiya etməyə, aktivləri oğurlamağa və ya sistem daxilindəki zəifliklərdən istifadə etməyə cəhd edə bilərlər. Güclü şifrələmə üsulları, müntəzəm təhlükəsizlik yoxlamaları və aktiv monitorinqin aparılması platformanı və onun istifadəçilərini potensial pozuntulardan qorumaq üçün olduqca vacibdir.

3. Tənzimləyici qeyri-müəyyənlik

Hökumətlər və tənzimləyici orqanlar hələ də AI vasitəsilə yaradılan məlumatlar və mərkəzləşdirilməmiş sistemlər üçün qanuni çərçivələri müəyyənləşdirirlər. Yeni qaydalara uyğunluq platformada dəyişikliklər, məsələn, məlumatların məxfiliyi tədbirlərinin həyata keçirilməsi və ya idarəetmə strukturlarının tənzimlənməsini tələb edə bilər.

Binance-də CookieDAO

10 yanvar 2025-ci il tarixində Binance, AIXBT və ChainGPT kimi digər Virtual əsaslı layihələrlə birlikdə Cookie DAO (COOKIE) siyahısını elan etdi. Üç token toxum teqi tətbiq olunmaqla listinq edildi.

Cookie DAO AI agentləri üçün indeks və məlumat qatı olsa da, AIXBT bazar imkanlarını müəyyən etmək üçün sosial medianı izləyən kriptovalyuta bazarının kəşfiyyat məhsuludur, ChainGPT isə Web3 AI infrastrukturuna yönəlmiş bir layihədir.

Yekun qeydlər

CookieDAO blokçeyn və sosial media platformalarında AI agentlərinin məlumatlarını birləşdirən və təşkil edən mərkəzləşdirilməmiş layihədir. Real vaxt rejimində analitika təqdim etməklə o, istifadəçilərə AI və Web3 məkanlarında məlumatlara əsaslanan qərarlar qəbul etməyə kömək edir.

COOKIE tokeni istifadəçilərə səs verməyə, əlavə məlumat əldə etməyə və mükafatlar almağa imkan verir. Bəzi çətinliklər olsa da, CookieDAO Web3 dünyasında AI tendensiyalarını izləmək üçün özünəməxsus bir üsul təqdim edir.

Tövsiyə olunan ədəbiyyat

Məsuliyyətdən imtina: Bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bir təqdimat və ya zəmanət olmadan hazırkı məlumatlar əsasında təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir, bu məlumatlar hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımır. Siz məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Əlavə təfərrüatlar üçün məsuliyyətdən imtina bölməsini tam şəkildə burada oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə baxın.