Məsuliyyətdən imtina: bu məqalə yalnız məlumat xarakterlidir. Binance vasitəsilə təqdim edilən məlumat investisiya və ya treydinq üzrə məsləhət, yaxud tövsiyə mənasına gəlmir. Binance investisiya qərarlarınızın heç biri üzrə məsuliyyət daşımır. Maliyyə risklərinə getməzdən əvvəl peşəkar məsləhət alın.
Əsas diqqət yetiriləcək məqamlar
Sui təhlükəsiz və uyğunlaşan Dapp yaratmaq üçün obyektyönümlü dizayndan və Move proqramlaşdırma dilindən istifadə edən blokçeyn platformasıdır.
zkLogin və sponsorlu tranzaksiyalar kimi istifadəçi üçün rahat funksiyalar qoşulmanı və interaksiyaları sadələşdirir.
Sui-nin proporsionallığı və ucuz modeli oyun, DeFi və ticarət daxil olmaqla müxtəlif sahələrdəki tətbiqləri dəstəkləyə bilir.
Sui nədir?
Sui sürətli, sərfəli və hamı üçün açıq olaraq hazırlanmış blokçeyn platformasıdır. Sui 1-ci qat blokçeyni olduğundan mərkəzdənkənar tətbiqlər (Dapp-lər) yaratmaq üçün əsas rolunu oynayır. Onun SUI adlanan kriptovalyutası da mövcuddur.
Mysten Labs tərəfindən yaradılmış Sui həm developerlər, həm də gündəlik istifadəçilər üçün istifadə baxımından rahatdır və aşağı tranzaksiya sürətləri və yüksək xərclər kimi blokçeyn texnologiyasında mövcud olan bəzi ümumi problemləri həll etmək məqsədi daşıyır.
Əsas xüsusiyyətlər
Sui-ni digər blokçeynlərdən fərqləndirən texniki xüsusiyyətlərə aşağıdakılar daxildir:
Obyektyönümlü dizayn: Sui hesab və balansları idarə edən digər blokçeynlərdən fərqli olaraq obyektyönümlü sistemdən istifadə edir. O, rəqəmsal aktivlərə unikal obyektlər kimi yanaşır və daha mürəkkəb interaksiyalar vasitəsilə tətbiqlər yaratmağı asanlaşdırır.
Proqramlaşdırıla bilən tranzaksiya blokları (PTB-lər): Sui developerlərin bir neçə əməliyyatı bir tranzaksiya blokunda birləşdirmələrinə imkan verir. Bu xüsusiyyət tətbiqlərin yaradılması zamanı daha çox çeviklik təmin edir və mürəkkəb əməliyyatların icra olunması prosesini sadələşdirir.
Üfüqi istiqamətdə böyümə: Sui üfüqi istiqamətdə böyüməyə uyğun şəkildə yaradılıb. Bu o deməkdir ki, şəbəkəyə daha çox istifadəçi qoşulduğu halda, təhlükəsizlik və ya mərkəzdənkənarlığın saxlanması ilə daha çox tranzaksiya emal edilə bilər.
Move proqramlaşdırma dili: Sui ilk olaraq Facebook-un Libra layihəsi tərəfindən yaradılmış Move adlı proqramlaşdırma dilindən istifadə edir. Move rəqəmsal aktivləri təhlükəsiz şəkildə idarə etmək üçün nəzərdə tutulub, habelə təhlükəsiz və səmərəli proqramlar yaratmaqda developerlərə kömək edir.
İstifadəçiyönümlü dizayn
Sui istifadəçiləri nəzərə almaqla hazırlanıb və bu alətlərlə blokçeynin daha əlçatan olmasını təmin edir:
zkLogin: bu funksiya insanların Google və ya Apple kimi xidmətlərdəki mövcud hesablarından istifadə etməklə pul kisələri yaratmalarına imkan verir. O, yeni istifadəçilər üçün çaşdırıcı ola bilən toxum frazalarına olan ehtiyacı aradan qaldırır.
Sponsorlu tranzaksiyalar: developerlər istifadəçiləri üçün tranzaksiya ödənişlərini ödəyə bilərlər. Bu funksiya insanlar üçün blokçeynin öz tokeninə sahib olmağa ehtiyac olmadan tranzaksiyalarla interaksiyanı asanlaşdırır.
Dinamik sahələr: developerlər rəqəmsal obyektlərə xüsusi sahələr əlavə edə və ya onları silə, bu obyektləri daha uyğunlaşdırıla bilən edə və daha mürəkkəb tətbiqlərin yaradılmasına imkan verə bilərlər.
SUI tokeni
Sui-nin ekosistemdə müxtəlif istifadə halları olan və SUI adlandırılan öz tokeni mövcuddur:
Steykinq və idarəetmə: istifadəçilər şəbəkənin təhlükəsizliyini dəstəkləmək və mükafatlar qazanmaq üçün SUI tokenlərini pay qoya bilərlər. Token sahibləri eyni zamanda platformanın gələcəyi ilə bağlı əsas qərarlara səs də verə bilərlər.
Qaz ödənişləri: Ethereum və digər blokçeynlər kimi Sui də tranzaksiyalar üçün qaz ödənişləri alır. Bu komissiyalar SUI tokenləri ilə ödənilir. Onların aşağı və sabit olmaları nəzərdə tutulub.
Saxlama fondu: qaz ödənişlərinin bir hissəsi məlumatların uzun müddət saxlanılması xərclərini ödəmək üçün nəzərdə tutulmuş fonda əlavə olunur. Bu, şəbəkənin davamlı və bütün istifadəçilər üçün münasib olmasına kömək edir.
SUI tokenlərinin ümumi tədarükü 10 milyard ədədlə məhdudlaşdırılıb. 30 dekabr 2024-cü il tarixinə olan məlumata əsasən SUI tokeninin bazar dəyəri təxminən 11,79 milyard $ təşkil edir.
İstifadə halları və tətbiqlər
Sui-nin texnologiyası müxtəlif sahələrdə çox sayda praktik tətbiqlər üçün şərait yaradır:
Oyun: Sui developerlərin oyunçuların həqiqətən sahib ola, ticarət edə və ya bir neçə oyunda istifadə edə biləcəyi oyundaxili elementlər yaratmalarına imkan verir. Bu xüsusiyyət oyunların cəlbediciliyini artıra və yaradıcılara yeni gəlir imkanları təklif edə bilər.
Mərkəzdənkənar maliyyə (DeFi): Sui aşağı tranzaksiya ödənişləri və sürətli emal müddətləri ilə borc vermək, borc almaq və treydinq kimi maliyyə tətbiqləri üçün olduqca uyğundur. Eyni zamanda onun daxili alətləri likvidliyi və bazarın səmərəliliyini təkmilləşdirməyə kömək edir.
Ticarət: şirkətlər məhsullarına rəqəmsal aktivlər əlavə etmək üçün Sui-dən istifadə edə bilər. Bu isə nəticədə müştərilər üçün interaktiv təcrübə yaratmağa və brend loyallığı formalaşdırmağa imkan verəcək.
Təhlükəsizlik və məxfilik
Təkmil kriptoqrafiya: Sui məlumatların təhlükəsizliyini və tranzaksiyaların müdaxilələrə qarşı davamlı olmasını təmin etmək üçün müasir kriptoqrafiya texnikalarından istifadə edir. Bu texnikalara misal olaraq, həssas məlumatları paylaşmadan tranzaksiyaları doğrulamağa imkan verən sıfır məlumat sübutlarını (ZKP-lər) göstərmək olar.
zkLogin: zkLogin istifadəçilərin şəxsi məlumatlarını məxfi saxlamaqla mövcud şəxsi məlumatları ilə daxil olmalarına imkan vermək üçün ZKP-dən istifadə edir.
Developer ekosistemi
Sui öz ekosistemi daxilində developerlərin aşağıdakıları yaratmalarına və inkişaf etdirmələrinə kömək etmək üçün çox sayda resurs təqdim edir:
Developer portalı: Sui üzərində yaratmanı asanlaşdırmaq üçün təlimatlar, alətlər və proqram təminatı yaratma dəstləri (SDK) olan mərkəzi hab.
Qrantlar və maliyyələşdirmə: Sui öz ekosisteminə töhfə verən layihələrə maliyyə dəstəyi təklif edir, developerləri yeniliklər etməyə və yeni tətbiqlər yaratmağa həvəsləndirir.
İcmanın cəlb olunması: developerlər forumlar, ofis saatları və icma tədbirləri vasitəsilə Sui komandası və digər yaradıcılarla əlaqə saxlaya bilərlər.
Yekun qeydlər
Sui məqsədi Dapp-lərin daha sürətli, daha ucuz və istifadə baxımından asan olmasını təmin etmək olan blokçeyn platformasıdır. Sui ekosistemi unikal xüsusiyyətləri, istifadəçi təcrübəsinə diqqət yetirməsi və developerlərə güclü dəstəyi ilə son illərdə əhəmiyyətli dərəcədə inkişaf edib və layihə bazar kapitalizasiyasına görə əsas 30 kriptovalyuta sırasına daxil olub.
Tövsiyə olunan ədəbiyyat
Məsuliyyətdən imtina: Bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bir təqdimat və ya zəmanət olmadan hazırkı məlumatlar əsasında təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir, bu məlumatlar hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımır. Siz məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Əlavə təfərrüatlar üçün məsuliyyətdən imtina bölməsini tam şəkildə burada oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə baxın.