Məsuliyyətdən imtina: bu bənd yalnız məlumat xarakterlidir. Binance vasitəsilə təqdim edilən məlumat investisiya və ya treydinq üzrə məsləhət, yaxud tövsiyə mənasına gəlmir. Binance investisiya qərarlarınızın heç biri üzrə məsuliyyət daşımır. Maliyyə risklərinə getməzdən əvvəl mütəxəssislə məsləhətləşin. Bu bənddə qeyd olunan məhsullar sizin regionda əlçatan olmaya bilər.
Əsas diqqət yetiriləcək məqamlar
Solayer şəbəkənin təhlükəsizliyini təmin etməklə yanaşı, pay qoyulmuş aktivlərin aktiv qalmasına imkan verməklə likvid steykinq və təkrar steykinqdən istifadə edərək Solana-nın miqyaslılıq və səmərəliliyini artırır.
Solayer-in infrastrukturu prosesləri sadələşdirmək üçün Təkrar steykinq hovuzu meneceri, Səlahiyyətlərin ötürülməsi üzrə menecer, Mükafat hesablama bölməsi və oracle-dan istifadə edir.
Token modelinə LAYER, sSOL və AVS, idarəetmə, likvidlik və steykinq mükafatları daxildir və Binance HODLer Airdrop-u DeFi iştirakını artırır.
Giriş
At belində vaxt məhdudiyyətli məktublar çatdıran kuryerlərdən tutmuş, sürət və həcm çətinliyi olan ilk teleqraf sistemlərinə qədər texnologiyanın limitləri həmişə insanları məhdudlaşdırıb. İndiki rəqəmsal dövrdə də blokçeyn texnologiyası sürət və səmərəlilik baxımından oxşar çətinliklərlə üzləşir.
Ancaq qeyd edilən ilk sistemlər artan tələbatı ödəmək üçün inkişaf etdiyi kimi Solayer-in (LAYER) hədəfi də blokçeyn üçün yeni dövr başlatmaq, bu çətinlikləri azaltmaq və ya hətta imkan daxilində aradan qaldırmaqdır.
Solayer nədir (LAYER)?
Solayer Solana üzərində qurulmuş Qat 2 blokçeynidir. Onun əsas məqsədi Solana şəbəkəsinin miqyaslılığını və likvidliyini artırmaqdır. Solayer tokenlərinizi boş yerə pul kisənizdə saxlamaq və ya yalnız steykinq üçün istifadə etmək yerinə, onlardan mərkəzdənkənar tətbiqlərdə (Dapp-lər) və likvidliyi təmsil edən tokenlərdə (LRT-lər) istifadə etməyin yeni yollarını meydana çıxarır.
SOL tokeninizi Solana ekosistemində kiçik rəqəmsal daşınmaz əmlak kimi təsəvvür edə bilərsiniz. Onu dolu bir binada otaq kimi icarəyə verirsiniz və nəticədə, sıxlıq azalmış, Dapp-lərin rahat işləməsi üçün yer artmış olur.
Beləliklə, şəbəkəni güc və dəstək resursları ilə təmin edirsiniz. Tokeniniz aktiv qalaraq bu proses müddətində mükafatlar qazanmağa davam edəcək.
Solayer-in iş prinsipi
Bir sözlə, Solayer SOL tokenlərinin səmərəliliyini artıran təkrar steykinq protokolu hesab edilə bilər. Solayer-ə blokçeyn şəbəkələrində miqyaslılığını və səmərəliliyi artırmaq potensialı qazandırmaq üçün bir neçə komponent birlikdə tətbiq olunur:
Qat 2 və təkrar steykinq
Unutmayın ki, Solayer müəyyən dərəcədə Solana üçün Qat 2 (L2) həlli olaraq qəbul edilə bilər. L2-lər əsas blokçeynin əlavələri hesab edilə bilər. Onlar iş yükünün bir hissəsini yerinə yetirir, əsas zənciri daha az yükləyir və nəticədə, sürəti və səmərəliliyi artırır.
Solayer halında L2 steykinq prosesini daha səmərəli şəkildə idarə edir. Bu, müxtəlif steykinq imkanları arasında SOL tokenlərinin paylanmasının logistikasını idarə edən xüsusi komandanın olması kimidir.
Təkrar steykinq hovuzu meneceri
Təkrar steykinq hovuzu meneceri əməliyyatın beyni kimi qəbul edilə bilər. O, mahiyyət etibarilə birləşdirilmiş SOL tokenləri üçün nəzərdə tutulmuş smart müqavilədir. Aşağıdakı prosesləri idarə edir:
Steykerlərdən SOL tokenlərinin alınması.
sSOL tokenlərinin yaradılması və paylanması.
Birləşdirilmiş SOL tokenlərinin əsas Solana şəbəkəsi, eləcə də digər Dapp-lər və xidmətlər də daxil olmaqla steykinq imkanları arasında paylanması.
Mükafatların toplanması və paylanması.
Likvid steykinq tokenləri
Yuxarıda istinad etdiyimiz sSOL-lar nədir? Onlar likvid steykinq tokenləridir (LST-lər) və mahiyyət etibarilə pay qoyulmuş SOL-un tokenləşdirilmiş ifadəsidir. Onlar Solana ekosistemində istifadə etmək üçün ayrıca token təmin etdiyi üçün likvid steykinq mexanizminin vacib komponenti hesab olunur.
Bu o deməkdir ki, SOL-u başqa yerdə istifadə etmək üçün steykinqin ləğv edilməsini gözləmək lazım deyil və bu da steykinq mükafatları qazanmaqla yanaşı, sərbəstliyin artmasına da imkan verir.
Səlahiyyətlərin ötürülməsi üzrə menecer
Səlahiyyətlərin ötürülməsi üzrə menecer Solayer-in steykinq mexanizmi üçün vacib hesab olunur. Təkrar steykinq hovuzu meneceri birləşdirilmiş SOL-un steykinq imkanları arasında paylanması üçün nəzərdə tutulduğu halda, Səlahiyyətlərin ötürülməsi üzrə menecer həmin SOL üzrə səlahiyyətlərin necə ötürüldüyünü təyin edir. O, bir sıra validatorla qarşılıqlı əlaqə yaradır və onlar üçün pay qoyulmuş SOL təyin edir, steykinq prosesinin səmərəli və təhlükəsiz şəkildə idarə olunmasını təmin edir.
Mükafat hesablama bölməsi
Mükafat hesablama bölməsi SOL hovuzu tərəfindən qazanılan mükafatları izləyir və hesablayır. O, eyni zamanda sSOL sahiblərinə mükafatların paylanmasının dəqiqliyini idarə edir, ədalətli və proporsional sSOL mülkiyyətinə əsaslanmaqla həyata keçirilməsini təmin edir.
Birbaşa steykinq etmədiyi və ya mükafat almadığı üçün Təkrar steykinq hovuzu menecerindən fərqlənir. O sadəcə hər sSOL sahibinin qazandığı mükafatların məbləğini hesablamaqla mühasib rolunu icra edir.
Oracle qiymət lenti
Solayer sSOL və SOL arasında əlaqəni saxlamaq üçün oracle qiymət lentlərinə əsaslanır. Bir sSOL həmişə təxminən bir SOL və qazanılmış mükafatların cəminə bərabər olmalıdır. Oracle-lar blokçeynləri real dünya məlumatları ilə təmin edən xidmətlərdir. Bu halda onlar dəqiq mübadilə məzənnəsi təmin etmək üçün yenilənmiş SOL qiymətləri təqdim edirlər.
Addım-addım proses
Solayer-in funksionallığının əsaslandığı nəzəriyyə hələ aydın deyilsə, gəlin bir nümunəyə nəzər salaq.
Tutaq ki, SOL pay qoyursunuz. Təkrar steykinq hovuzu meneceri SOL tokeninizi alır və əvəzində sizə sSOL verir. Sonra Təkrar steykinq meneceri SOL-u müxtəlif steykinq imkanları arasında strateji şəkildə yerləşdirir və mükafatlar qazanmağınıza imkan verir. SOL-un yerləşdirildiyi dəqiq yer Səlahiyyətlərin ötürülməsi üzrə menecer tərəfindən ötürülür.
Mükafat hesablama bölməsi qazanılmış mükafatları izləyir və hesablayır, Təkrar steykinq hovuzu meneceri isə mükafatları bu hesablamalar əsasında sizə paylayır. Bu zaman oracle qiymət lentləri sSOL bazarının stabil olmasını təmin edir və pay qoyduğunuz SOL-un qiymətini əks etdirir.
Solayer üzrə tokenomika
Solayer çoxtokenli modeldən istifadə etməklə işləyir və hər bir token ekosistemdə fərqli və mühüm rol oynayır. Bu tokenlərin əksəriyyəti haqqında artıq danışmışıq. Gəlin onları daha ətraflı araşdıraq:
SOL: Solana blokçeyninin steykinq və idarəetmə üçün, eləcə də Solayer daxilində əsas valyuta kimi istifadə olunan tokenidir.
LAYER: Solayer-in steykinq, idarəetmə və şəbəkə iştirakçılarının həvəsləndirilməsi üçün istifadə olunan əsas xidməti tokenidir.
sSOL: likvidliyi qorumaqla istifadəçilərin steykinqdə iştirak etmələrinə imkan verən, pay qoyulmuş SOL-u təmsil edən likvid steykinq tokenidir.
AVS tokenləri: Solayer-də Dapp-lər tərəfindən yaradılmış xüsusi tokenlər SOL gəlir və MEV (Maksimum Çıxarıla Bilən Dəyər) imkanlarına çıxış təmin edir.
sUSD: ABŞ dolları ilə əlaqələndirilmiş və ekosistem daxilində tranzaksiyalar, steykinq və likvidliyin təmin edilməsi üçün istifadə olunan stabil koindir .
Binance HODLer Airdrop-da LAYER
Binance Solayer-i (LAYER) HODLer Airdrop-ları proqramının səkkizinci layihəsi olaraq elan edib. Bu proqram vasitəsilə BNB sahibləri balanslarının keçmiş snepşotları əsasında token airdrop-ları vasitəsilə mükafat alırlar. Əvvəllər təyin edilmiş uyğunluq müddətlərində Binance-in Sadə qazanc məhsullarına abunə olan istifadəçilər LAYER mükafatları üçün uyğun olurlar. Paylanma üçün ümumi tədarükün 3%-nə ekvivalent olan cəmi 30 000 000 LAYER tokeni ayrılıb.
Airdrop-dan sonra LAYER toxum teqi tətbiq edilməklə Binance-də listinq edilir. Bu onu BTC, USDT, USDC, BNB, FDUSD və TRY cütləri ilə ticarət etməyə imkan verir.
Tokenin dizaynı və Solana ekosistemi üçün uzunmüddətli dəstəyin təmin edilməsində oynadığı rol artıq onun DeFi platformasındakı mövqeyini möhkəmləndirir. Ancaq Binance-dəki bu listinq LAYER-i nəzərəçarpanlıq və daha böyük bazar çıxışı ilə təmin edir və bu onun blokçeyn həllərini idarə etmək potensialını gücləndirməyə kömək edə bilər.
Yekun qeydlər
Solayer likvid steykinq və təkrar steykinqi birləşdirməklə bu istiqamətdə bir addım ataraq səmərəliliyi və miqyaslılığı artırmaq üçün yeni yollar meydana çıxarır. Onun məqsədi pay qoyulmuş aktivlərdən daha yaxşı istifadə etməklə şəbəkənin performansını təkmilləşdirməkdən ibarətdir. Solayer çoxtokenli modeli və sıxlığın azaldılmasına xüsusi diqqət ayırması ilə blokçeyn infrastrukturuna daha sərbəst yanaşma təmin edir.
Tövsiyə olunan ədəbiyyat
Məsuliyyətdən imtina: Bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bir təqdimat və ya zəmanət olmadan hazırkı məlumatlar əsasında təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir, bu məlumatlar hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımır. Siz məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Əlavə təfərrüatlar üçün məsuliyyətdən imtina bölməsini tam şəkildə burada oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə baxın.