StakeStone (STO) nədir?
Əsas səhifə
Məqalələr
StakeStone (STO) nədir?

StakeStone (STO) nədir?

Orta
Yenilənib May 3, 2025
6m

Əsas diqqət yetiriləcək məqamlar

  • StakeStone likvidliyin müxtəlif blokçeyn şəbəkələrindəki hərəkətini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş mərkəzdənkənar protokoldur. 

  • StakeStone omniçeyn infrastrukturu və LayerZero texnologiyasından istifadə edərək qüsursuz çarpaz zəncir likvidliyi təmin edir.

  • O, fraqmentləşdirilmiş likvidlik, səmərəsiz gəlir generasiyası və mürəkkəb çarpaz zəncir əməliyyatları kimi məsələləri həll etməklə mərkəzdənkənar maliyyədə (DeFi) ether (ETH) və bitcoin (BTC) kimi aktivləri daha istifadəyəyararlı etməyə yönəlmişdir.

StakeStone nədir?

StakeStone "omniçeyn" likvidlik infrastrukturunu yaradan blokçeyn protokoludur. Yəni aktivlərin müxtəlif blokçeynlər arasında asanlıqla axmasına kömək edir. Protokol aktivlərin tez-tez təcrid olunmuş şəbəkədə ilişib qaldığı ümumi DeFi problemlərini (bu da istifadəçilərin onları köçürməsini və ya mükafatları səmərəli şəkildə qazanmasını çətinləşdirir) həll etməyi hədəfləyir.

Layihə bir çox xidmət və alətləri təqdim edir, o cümlədən:

  • STONE: pay qoyulan ETH-ni təmsil edən və DeFi-də yararlı qalaraq gəlir qazandıran token.

  • SBTC və STONEBTC: istifadəçilərə BTC-ni çoxsaylı zəncirlərdə likvid və gəlir gətirən hala gətirməsinə imkan verən tokenlər.

  • LiquidityPad: yeni blokçeynlərin likvidliyi cəlb etməsinə və idarə etməsinə kömək edən platforma.

  • STO tokeni: istifadəçilərə protokolun necə işlədiyinə dair səs verməyə imkan verən idarəetmə tokeni.

StakeStone-un iş prinsipi

StakeStone texniki komponentlərin və idarəetmə mexanizmlərinin kombinasiyası sayəsində fəaliyyət göstərir. Aşağıda onun bəzi əsas xüsusiyyətləri və necə fəaliyyət göstərdiyi verilib.

STONE: gəlir gətirən ETH

STONE pay qoyulan ETH-ni təmsil edən tokendir. İstifadəçilər ETH-ni StakeStone-a depozit qoyanda STONE alırlar. STONE tokenləri kredit və ya treydinq kimi DeFi proqramlarında istifadə oluna bilən steykinq mükafatları qazandırır. Bu, ETH sahiblərinin steykinq və DeFi-də iştirak etmək arasında seçim etmə məcburiyyətini aradan qaldırır.

STONE blokçeynlərdə asanlıqla hərəkət etməyə imkan verən LayerZero texnologiyası ilə dəyişdirilə bilən omniçeyn tokeni (OFT) kimi hazırlanmışdır. Onun qiyməti mərkəzdənkənar mübadilə (DEX) ilə deyil, protokolun smart müqaviləsi ilə müəyyən edilir. DEX qiymətlərinin fərqli olması arbitraj imkanları yarada bilər.

SBTC və STONEBTC: likvid və gəlir gətirən BTC

StakeStone, Bitcoin smart müqavilələrinin məhdud funksionallığını həll etmək üçün iki token təqdim etdi:

  • SBTC (likvid BTC): müxtəlif BTC derivativlərini (məsələn, WBTC, BTCB) Ethereum, BNB zənciri və sairə kimi zəncirlərdə istifadə oluna bilən vahid, likvid tokenə birləşdirir. İstifadəçilər BTC derivativini bir kisəyə depozit qoyur və Minter SBTC verir. SBTC treydinq və ya kredit kimi DeFi fəaliyyətlərini dəstəkləyir.

  • STONEBTC (gəlir gətirən BTC): SBTC-yə əsaslanaraq DeFi, mərkəzləşdirilmiş-mərkəzdənkənar maliyyə (CeDeFi) və real dünya aktivlərində(RWA) strategiyalar vasitəsilə gəlir əldə edir. İstifadəçilər SBTC və ya digər BTC derivativini depozit qoyur və STONEBTC gəlirləri artırmaq üçün aktivləri avtomatik olaraq paylayır.

Bu tokenlər Bitcoin-i DeFi-də daha çoxfunksiyalı edir, parçalanmanı azaldır və kapital səmərəliliyini artırır. StakeStone Mantle, Linea və Zircuit kimi şəbəkələrə inteqrasiya olunaraq SBTC və STONEBTC-nin geniş şəkildə istifadəsinə imkan verir.

LiquidityPad

LiquidityPad inkişaf etməkdə olan blokçeynlərə likvidliyi cəlb etməyə və idarə etməyə kömək edən bir platformadır. O, Ethereum-da yaradılan DeFi ekosistemi ilə daha yeni şəbəkələr arasında körpü rolunu oynayır. İstifadəçilər ETH, BTC derivativləri və ya stabil koinlər kimi aktivləri ekosistemin xüsusi kisələrinə depozit qoyur və qaşılığında LP tokeni alırlar. Bu tokenlər həm Ethereum DeFi-də, həm də yaranan zəncirin ekosistemində istifadə olunaraq hər ikisindən gəlir qazandıra bilər.

Bu ikiistiqamətli axın yeni blokçeynlərə Ethereum-un dərin likvidliyinə daxil olmaq imkanı verir, eyni zamanda Ethereum istifadəçilərinə böyüyən ekosistemlərdə gəlir imkanlarından yararlanmaq fürsəti verir. LiquidityPad uzunmüddətli artımı təşviq edərək dayanıqlı olmayan token stimullarından asılılığı azaldır.

Omniçeyn likvidlik infrastrukturu

StakeStone-un əsas yeniliyi omniçeyn likvidlik sistemidir ki, bu da ləng və riskli ənənəvi körpülərə ehtiyacı aradan qaldırır. Bunun əvəzinə, o, bir bazar yaratma sistemi olan kredit marja mexanizmindən (CME) istifadə edir ki, bu da:

  • Zəncirlər arasında likvidliyi davamlı saxlayır.

  • Yayınmanı azaltmaq və ədaləti təmin etmək üçün qiymətləri optimallaşdırır.

  • Ənənəvi körpülərdəki çoxmərhələli proseslərdən fərqli olaraq bir kliklə çarpaz zəncir tranzaksiyalarını aktivləşdirir.

CME avtomatlaşdırılmış bazar qurulması və universal uyğunluq mexanizmini özündə birləşdirən yerli infrastrukturda işləyir. 2025-ci ilin may ayından etibarən StakeStone 20-dən çox zəncir və 100 protokolu dəstəkləyir.

İdarəetmə və STO tokeni

STO tokeni StakeStone idarəetməsinin əsas elementidir. İstifadəçilər səsvermə hüququ verən veSTO almaq üçün STO-nu kilidləyə bilərlər. Məsələn, veSTO sahibləri likvidlik mükafatlarının STONE-Fi, BTC-Fi və LiquidityPad hovuzları arasında necə bölüşdürüləcəyinə qərar verirlər. Onlar həmçinin kilidlənmiş tokenlər əsasında gəlir artımı əldə edirlər.

İdarəetmə sisteminə aşağıdakılar daxildir:

  • Təşviq sistemi: protokollar likvidlik cəlb etmək üçün STO və ya tərəfdaş tokenlərini depozit qoyurlar. STO təşviqlərinin bir hissəsi yandırılır və bu, token təklifini azaldır, tərəfdaş token təşviqləri isə protokolun xəzinəsini şaxələndirir.

  • Svop mexanizmi: arbitraj imkanları yarananda STO sahibləri tokenlərini xəzinə aktivləri (məsələn, tərəfdaş tokenləri) ilə dəyişə bilərlər, bu isə dəyər yaradır və deflyasiya təzyiqini qoruyur.

  • Vestinq: veSTO-nun yenidən STO-ya çevrilməsi uzunmüddətli öhdəliyi təşviq edən 30 günlük vestinq müddəti tələb edir.

StakeStone-un perspektivi

StakeStone TCP/IP-nin interneti necə təmin etdiyinə bənzər, omniçeyn likvidliyi üçün təməl infrastruktur olmağı hədəfləyir. O elə bir blokçeyn ekosistemi təmin edir ki, burada:

  • Likvidlik zəncirlər arasında asanlıqla axır.

  • Kapital yüksək xərclər və gecikmələr olmadan səmərəli istifadə olunur.

  • Yeni blokçeynlər likvidliyi cəlb etmək üçün mübarizə aparmadan yeniliklər edə bilir.

Protokol buna davamlı texniki təkmilləşdirmələr, Scroll və Mantle kimi zəncirlərlə əməkdaşlıq, şəffaflıq və davamlılığa diqqət yetirməklə nail olmağı planlaşdırır.

Binance HODLer Airdrop-da STO

2 may 2025-ci ildə Binance STO-nu Binance HODLer Airdrop-da 17-ci layihə olaraq elan etdi . 27 apreldən 29 aprelə qədər BNB-ni sadə qazanc və ya zəncirdaxili gəlir məhsullarına abunə edən istifadəçilər airdrop-lar əldə edə bilərlər. Proqram üçün cəmi 15 milyon STO tokeni ayrılıb və bu, ümumi token tədarükünün 1,5%-ni təşkil edir.

STO USDT, USDC, BNB, FDUSD və TRY cütlərinə qarşı treydinqə imkan verən toxum teqi ilə Binance-də treydinq üçün listinq edilib.

Yekun qeydlər

StakeStone STONE, SBTC, STONEBTC və LiquidityPad kimi alətlər təklif etməklə DeFi-də likvidlik problemlərini həll edən mərkəzdənkənar protokoldur. Blokçeylərni birləşdirmək, gəlirləri artırmaq və aktivlərin hərəkətini sadələşdirmək üçün omniçeyn infrastrukturundan istifadə edir. STO tokeni ilə idarə olunan bir idarəetmə sisteminə və təhlükəsizliyə fokuslanan StakeStone daha bir-biri ilə əlaqəli və səmərəli blokçeyn ekosistemi yaratmağı hədəfləyir.

Tövsiyə olunan ədəbiyyat

İmtina: bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə nəzər salın.