Animecoin (ANIME) nədir?
Əsas səhifə
Məqalələr
Animecoin (ANIME) nədir?

Animecoin (ANIME) nədir?

Başlanğıc
Yenilənib Jan 24, 2025
6m

Məsuliyyətdən imtina: bu məqalə yalnız məlumat xarakterlidir. Binance vasitəsilə təqdim edilən məlumat investisiya və ya treydinq üzrə məsləhət, yaxud tövsiyə mənasına gəlmir. Binance investisiya qərarlarınızın heç biri üzrə məsuliyyət daşımır. Maliyyə risklərinə getməzdən əvvəl mütəxəssislə məsləhətləşin. Bu məqalədə qeyd olunan məhsullar sizin regionda mövcud olmaya bilər.

Əsas diqqət yetiriləcək məqamlar

  • Animecoin (ANIME) ilk növbədə anime həvəskarlarını cəlb etmək, anime fandomu ilə blokçeyn texnologiyası aləmləri arasında körpü yaratmaq üçün yaradılmışdır. 

  • ANIME tokeni anime həvəskarlarına Web3 interaktivliyini gətirir, anime ilə əlaqəli NFT-lər, mallar və eksklüziv rəqəmsal məzmun ekosistemini gücləndirir.

  • ANIME Binance HODLer Airdrops proqramının bir hissəsi olaraq elan edilən 6-cı layihədir.

Animecoin nədir?

2025-ci ildə istifadəyə verilən Animecoin (ANIME) anime və manqa üçün qlobal həvəsdən ilhamlanan kriptovalyuta layihəsidir. Mədəniyyət koini kimi təsvir edilən və Azuki NFT kolleksiyasına bağlanan ANIME blokçeyn əsaslı platformalar vasitəsilə yaradıcılara imkanlar təqdim edərkən bütün dünyada anime həvəskarlarını birləşdirməyə çalışır.

ANIME öz ekosistemində yerli faydalı proqram və idarəetmə tokeni kimi fəaliyyət göstərir. O, token sahiblərinə qərarlarla bağlı səs verməklə şəbəkə idarəçiliyində iştirak etməyə imkan verir. Token həmçinin Animechain, Arbitrum Orbit L3 üçün qaz tokeni kimi xidmət etmək məqsədilə nəzərdə tutulmuşdur və Anime.com-da tranzaksiyalar üçün valyuta kimi istifadə edilə bilər.

Ethereum blokçeynində və Arbitrum Qat 2 şəbəkəsində qurulan ANIME hazırda dövriyyədə olan təxminən 6,8 milyard tokendən ibarət 10 milyard sabit təchizata malikdir. Rəqəmsal məkanlara və əlaqəli yaradıcı sənayelərə genişlənən anime mədəniyyəti ilə ANIME bu inkişaf edən sektorda qarşılıqlı əlaqə, töhfə və dəstək üçün tokenləşdirilmiş çərçivə təmin etməyi hədəfləyir.

Azuki NFT kolleksiyası

Anime-dən ilhamlanan Azuki NFT kolleksiyası 2022-ci ildə satışa çıxarıldıqdan sonra NFT məkanında öz təsirini göstərdi. Fərqli sənət üslubu və cəmiyyətə diqqəti ilə tanınan kolleksiyaya 10 000 unikal kolleksiya daxildir.

Bir çox NFT layihələrində olduğu kimi, Azuki sənayedə adi hala çevrilmiş həm təriflər, həm də tənqidlər aldı. Bununla belə, onun populyarlığı anime mədəniyyəti ilə blokçeyn texnologiyasının kəsişməsini nümayiş etdirir və bu ikisinin rəqəmsal təcrübə yaratmaq üçün necə birləşə biləcəyini göstərir. Qeyd edək ki, Azuki-nin sahiblərinə eksklüziv tədbirlərə və mallara çıxış imkanı verən icma əsaslı yanaşması Animecoin-in inkişafına təsir edən amil olub.

Layihənin missiyası

Animecoin anime mədəniyyətini blokçeyn texnologiyası ilə birləşdirərək həvəskarların əlaqəsini artırmaq məqsədi daşıyan xüsusiyyətlər təklif edir. ANIME tokenləri ilə istifadəçilər tərəfdaşlıq etdiyi anime studiyalarından rəsmi mallar ala və erkən epizod buraxılışları, pərdəarxası məzmun və yaradıcıların görüş və salamlama imkanları kimi eksklüziv üstünlüklərdən yararlana bilərlər.

Qeyri-mərkəzləşdirilmiş idarəetməni özündə birləşdirərək Animecoin token sahiblərinə tərəfdaşlıq, platforma yeniləmələri və NFT buraxılışları ilə bağlı qərarlara təsir göstərməyə imkan verir, cəmiyyət daxilində iştirak hissini artırır. Anime-nin mədəni təsirinin Web3 potensialı ilə birləşməsini simvollaşdıran Animecoin qlobal miqyasda genişlənməyə davam etdikcə bu sənayelərin inkişaf edən kəsişməsini vurğulayır.

Yol xəritəsi

2025-ci ildə Animecoin ekosistemi bir neçə inkişafla genişlənəcək. 1-ci rübün planlarına Animechain-in mainnet, Anime.com veb-saytının işə salınması daxildir, CEX və DEX-lərdə ANIME token listinqləri və Azuki-nin Enter the Garden antologiyasının 2-ci epizodu.

2-ci rübün planlarına ikinci tətbiqin buraxılışı, Anime Expo-da iştirak və tərəfdaşlıqların elanı daxildir. Əməkdaşlığa Code Geass ilə tanınan Qoro Taniquçinin rəhbərlik etdiyi Azuki anime antologiyası seriyası üçün Dentsu, Anime.com veb-saytındakı Fate seriyası məzmunu üçün AniplexUSA və interaktiv Sİ personajları üçün Hallway Sİ daxildir.

Animecoin-in iş prinsipi

Animecoin ekosistemi hazırda üç NFT kolleksiyasını, Azuki, Elementals və Beanz-i özündə birləşdirən Azuki əqli mülkiyyətini, sonrakı məzmunun yaradılması ilə ƏM inkişafı planlarını özündə birləşdirir.

Flaqman məhsul olan Anime.com Discord-un oyun üçün olduğu kimi, anime sənayesi üçün sosial mərkəz kimi xidmət etməyi hədəfləyir. Arbitrum Orbit texnologiyasından istifadə edilməklə qurulmuş L3 blokçeynli Animecoin xüsusi qaz tokeni kimi Animecoin-dən istifadə edir, Web2 anime həvəskarları üçün tranzaksiyaları sadələşdirir, çoxlu tokeni idarə etmək ehtiyacını aradan qaldırır və asan işədüşmə üçün qazsız, sponsorlu tranzaksiyalara imkan verir. 

23 yanvar 2025-ci il tarixinə Anime.com veb-saytının 3,3 milyon ünvandan ibarət gözləmə siyahısı var və 13,6 milyon NFT zərb edib. Bundan əlavə, Animee xüsusiyyəti həm mobil, həm də masaüstü kompüterdə Anime.com vasitəsilə əldə edilə bilən "Anime üçün Bitmoji" kimi təsvir edilən fərdiləşdirilə bilən anime avatar sistemi və stiker paketi təklif edir.

ANIME-nin tokenomikası uzunmüddətli böyümə və ədalətli mükafatları təşviq etmək üçün hazırlanmışdır. 10 milyard ümumi token tədarükündən təxminən 6,8 milyardı artıq dövriyyədədir. Qalan tokenlər ekosistemin inkişafı, icmanın mükafatlandırılması və tərəfdaşlıqların qurulması üçün qorunur. Davamlı artımı təmin etmək və inflyasiyadan qaçmaq üçün tokenlər tədricən buraxılır. Token yandırma kimi əlavə mexanizmlər təklifi azaltmaq üçün istifadə edilə, beləliklə, sahiblər üçün qıtlığı və dəyəri artıra bilər.

Binance HODLer Airdrop-da ANIME

Binance ANIME-ni HODLer Airdrops proqramında 6-cı layihə olaraq elan etdi. Bu proqram BNB sahiblərinə mükafatlar qazanmaq imkanı verir. BNB-ni Binance-in Sadə qazancına abunə edən istifadəçilər BNB balanslarının tarixi snepşotlarına əsaslanan retroaktiv ANIME mükafatları üçün uyğundur. Bu proqram vasitəsilə paylanması üçün ümumilikdə 500 000 000 ANIME tokeni ayrılıb.

ANIME tətbiq olunan Toxum teqi ilə listinq edildi və USDT, USDC, BNB, FDUSD, TRY cütlərinə qarşı ticarət üçün əlçatandır.

Yekun qeydlər

Animecoin ekosistemi yaradıcıların və həvəskarların qarşılıqlı əlaqədə olması və bir-birini dəstəkləməsi üçün yeni yolları araşdırmaq üçün blokçeyn texnologiyasından istifadə edir. Bu, ənənəvi maliyyələşdirmə modelləri və coğrafi məhdudiyyətlərlə məhdudlaşdırıla bilən yaradıcı sənayedə yeni yollar açaraq resursları artıra və yaradıcılara qlobal təsir göstərə bilər. Animecoin ənənəvi Web2 məkanlarında Web3 texnologiyasının qəbulunu göstərən layihədir.

Tövsiyə olunan ədəbiyyat

Məsuliyyətdən imtina: Bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bir təqdimat və ya zəmanət olmadan hazırkı məlumatlar əsasında təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir, bu məlumatlar hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımır. Siz məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Əlavə təfərrüatlar üçün məsuliyyətdən imtina bölməsini tam şəkildə burada oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə baxın.