Əsas diqqət yetiriləcək məqamlar
Dolomite kapital baxımından səmərəli kreditvermə, borcalma və treydinq imkanı təmin edən mərkəzdənkənar pul bazarı protokoludur.
Protokol virtual likvidlik sistemi təqdim edir və bu sistem aktivlərin Dolomite platforması daxilində gəlir qazanma, borcalma və idarəetmə kimi bir neçə funksiyada təkrar istifadə edilməsinə imkan verir.
Dolomite ekosistemi üç tokendən istifadə edir: DOLO (əsas token), veDOLO (səsvermə və mükafatlar üçün istifadə edilən kilidlənmiş DOLO) və oDOLO (likvidlik təmin etməklə qazanılan token).
Dolomite nədir?
Dolomite depozit qoyulmuş aktivlərin səmərəliliyini artırmaq üçün yaradılmış mərkəzdənkənar pul bazarı protokoludur. Platforma istifadəçilərin kredit vermələrinə, borc almalarına və ya ticarət etmələrinə imkan verir, eyni zamanda mürəkkəb mərkəzdənkənar maliyyə (DeFi) fəaliyyətlərini sadələşdirən seçilmiş strategiyalar təklif edir. Protokol standart ERC-20 tokenləri və DeFi üzrə geniş şəkildə istifadə olunan digər aktiv növləri ilə işləyən çox sayda tokeni dəstəkləmək üçün nəzərdə tutulub.
Dolomite ekosistemini idarə etmək üçün hər biri idarəetmə, likvidlik və mükafatlar üzrə fərqli rol icra edən üç əsas tokendən istifadə edir:
DOLO: Dolomite platformasında treydinq, kreditvermə və idarəetməni dəstəkləyən daxili tokendir.
veDOLO: DOLO-nun səsvermə hüquqları və əlavə mükafatlar təklif edən kilidlənmiş versiyasıdır.
oDOLO: likvidlik təminatçıları üçün endirimli veDOLO-ya konvertasiya edilə bilən mükafat tokenidir.
Dolomite-ın iş prinsipi
Əksər DeFi kreditvermə platformaları sizdən tokenləriniz depozit qoyulduqdan sonra onun müəyyən üstünlüklərindən imtina etməyinizi tələb edir. Lakin Dolomite girovla eyni tokenlərdən istifadə etməklə steykinq mükafatları, mülkiyyət hüququ və ya səsvermə hüquqları kimi üstünlükləri saxlamağınıza imkan verir. Bu, Dolomite-ın virtual likvidlik sistemi və modulyar arxitekturası ilə təmin edilir və onlar birlikdə platformanın kapital baxımından səmərəli quruluşunun əsasını təşkil edir.
Modulyar arxitektura
Dolomite iki qatlı dizaynla yaradılıb:
Əsas qat dəyişdirilə bilməyəndir və təhlükəsizlik qaydalarını tətbiq etmək, eləcə də smart müqavilələri yönləndirmək üçün nəzərdə tutulub. O, qəsdən sərt şəkildə qurulub, yalnız məhdud parametr tənzimləmələrinə icazə verir və protokol üçün stabil, eləcə də etibarlı əsas təmin edir.
Modul qatı platformanın depozitlər, ticarətlər və likvidasiyalar kimi gündəlik funksiyalarını idarə etməklə çeviklik əlavə edir. Bu qat protokolun dəyişən istifadəçi ehtiyaclarına uyğunlaşa bilməsini təmin etməklə yeni aktiv və funksiyalar təqdim etmək üçün mütəmadi olaraq yenilənir.
Dolomite ilə, məsələn, vəsait depozit qoymaq və ya ticarət açmaqla interaksiya etdiyiniz zaman modul qatı addımlarınızı bir əməliyyatda birləşdirir. Bu əməliyyat daha sonra sistemin təhlükəsizliyini qoruyan və vaxt keçdikcə təkmilləşməyinə imkan verən əsas qat tərəfindən icra edilir.
Virtual likvidlik sistemi
Dolomite bütün istifadəçi depozitlərini vahid Dolomite Balansına yığan virtual likvidlik sistemi təqdim edir. Bu balans protokol tərəfindən təklif olunan müxtəlif xidmətlərə müraciət edə biləcəyiniz vahid hesab rolunu oynayır.
Hər dəfə addım atdığınız zaman Dolomite tokenləri zəncirdaxili qaydada transfer etmək əvəzinə, dəyişiklikləri daxili qaydada qeydə alır. Bu quruluş bir tokenin eyni vaxtda bir neçə məqsədə xidmət etməsinə imkan verir. Ondan kredit faizi qazana, borc almaq üçün girov kimi istifadə edə və eyni zamanda sistemdən çıxarmadan svop komissiyaları toplaya bilərsiniz.
Pərdə arxasında smart müqavilə bu fəaliyyətləri əks etdirməsi üçün daxili hesab dəftərini yeniləyir. Protokol tez-tez zəncirdaxili transferlərin icra edilməsinin qarşısını almaqla tranzaksiya xərclərini azaldır və kapitalınızı daha səmərəli edir. Bu yanaşma eyni zamanda daha çox çeviklik təmin edir və bazarın gərgin olduğu dövrlərdə likvidliyin kilidlənməsinin qarşısını alır və mövqeləri idarə etməyi asanlaşdırır.
Əsas xüsusiyyətlər
Qazan
Protokol kredit verməklə faiz, likvidlik təmin etməklə komissiya və kredit çiyni olan treydinqdən potensial gəlirlər əldə etmək daxil olmaqla çox sayda qazanma imkanı təmin edir. Virtual likvidlik sistemi sayəsində bir aktiv eyni vaxtda bir neçə yolla işləyə və eyni zamanda bir neçə növ gəlir əldə etməyə imkan verə bilər.
Borc almaq
Dolomite platformasında borc aldığınız zaman hər mövqe təcrid olunaraq ayrıca idarə olunur. Depozitləriniz avtomatik olaraq girov kimi istifadə edilmir, borc mövqeyi üçün hansı aktivləri təyin edəcəyinizi özünüz seçirsiniz. Likvidasiya yalnız müvafiq mövqeyə təsir etdiyi, digər kreditləriniz isə dəyişməz qaldığı üçün bu, riskə daha çox nəzarət etməyinizə imkan verir.
Strategiyalar
Dolomite sadəcə bir neçə kliklə qura biləcəyiniz ilkin borcalma və treydinq strategiyaları təklif edir. Bunlar sıfırdan yaratmağa ehtiyac olmadan lupinq və ya hedcinq kimi daha təkmil DeFi strategiyalarından istifadə etməyinizə kömək etmək üçün nəzərdə tutulmuş, əvvəlcədən hazırlanmış mövqelərdir. Məqsəd xüsusilə yeni istifadəçilər üçün mürəkkəb strategiyaların başa düşülməsini və tətbiq edilməsini asanlaşdırmaqdır.
Zap
Dolomite-ın Zap funksiyası ilə aktivləri birbaşa platforma daxilində svop edə bilərsiniz. Zap sizin üçün ən yaxşı əlçatan qiyməti tapmaq üçün mərkəzdənkənar mübadilə (DEX) aqreqatorlarına qoşulur. Bu o deməkdir ki, adətən çətinliklə əldə edilən tokenlərə svop edə və ya borc mövqelərinizi dərhal tənzimləyə bilərsiniz. Zap birbaşa borc mövqelərinə inteqrasiya edildiyi üçün, onları Dolomite-dan çıxmadan təkrar balanslaşdıra və ya təkrar tərtib edə bilərsiniz və nəticədə aktivlərin idarə edilməsi daha asan və səmərəli olacaq.
Dolomite Tokenləri
veDOLO
veDOLO DOLO-nun əsas tokeni iki ilə qədər kilidləməklə əldə edilə bilən versiyasıdır. Kilidləndiyi müddətdə token sizə protokol qərarlarına səs vermək üçün idarəetmə səlahiyyəti, platformanın komissiyalarından pay və likvidlik təmin etməyə görə əlavə mükafatlar verir. veDOLO transfer qabiliyyətli dəyişdirilə bilməyən token (NFT) kimi buraxıldığı üçün digər rəqəmsal aktivlər kimi köçürülə və ya idarə oluna bilər. Tokenlərinizi nə qədər uzun müddət kilidlənmiş saxlasanız, o qədər çox səsvermə səlahiyyəti və mükafat əldə edəcəksiniz.
oDOLO
Hər həftə likvidlik təminatçılarına təqdim olunan mükafat tokendir. veDOLO-ya konvertasiya üçün DOLO ilə birəbir əlaqələndirilməli və kilidləmə müddətindən asılı olan endirimlər təklif etməlidir. Bu mexanizm DOLO üzərində uzunmüddətli alış təzyiqi yaradır, protokolun likvidliyini dəstəkləyir və ekosistemi stabilləşdirməyə kömək edir.
DOLO
DOLO tokeni ERC-20 tokeni və Dolomite şəbəkəsinin daxili xidməti tokenidir. O, kredit hovuzları üçün likvidlik təmin edir, birja bazarlarını dəstəkləyir və idarəetmədə iştirak etmək üçün veDOLO-ya konvertasiya edilə bilər. Token Dolomite-ın dəstəklədiyi şəbəkələrdə problemsiz zəncirlərarası transferlərə imkan verən Chainlink Zəncirlərarası Qarşılıqlı Fəaliyyət Protokolu (CCIP) ilə dəstəklənən kilidlə və zərb et sistemi vasitəsilə Berachain platformasında təqdim olunub.
Bu üç token bir-birini gücləndirən dövrədə işləmək üçün nəzərdə tutulub: oDOLO DOLO üçün tələb yaradır və birlikdə veDOLO-ya konvertasiya olunurlar. Bu model likvidlik mükafatlarını idarəetmə ilə əlaqələndirdiyi üçün mükafat və qərarlar bir-biri ilə bağlıdır və bu, balanslı Dolomite ekosistemini qorumağa kömək edir.
Binance HODLer Airdrop-larında Dolomite (DOLO)
27 avqust 2025-ci ildə Binance DOLO-nu Binance HODLer Airdrop-da 33-cü layihə olaraq elan etdi. 3 avqustdan 6 avqusta qədər BNB-ni Sadə qazanc və/və ya Zəncirdaxili gəlir məhsullarına abunə edən istifadəçilər DOLO airdrop-ları əldə etmək üçün uyğun olublar. Proqram üçün cəmi 15 milyon DOLO tokeni ayrılıb və bu, ümumi token tədarükünün 1,50%-ni təşkil edir.
DOLO USDT, USDC, BNB, FDUSD və TRY cütlərinə qarşı treydinqə imkan verən Toxum teqi ilə treydinq üçün listinq edilib.
Yekun qeydlər
Dolomite kreditvermə, borcalma və treydinqi vahid DeFi platformasında birləşdirərək istifadəçilərə nəzarət və səmərəliliyi artırmağı təklif edir. Şəbəkənin virtual likvidlik modeli, modulyar arxitekturası və geniş token dəstəyi aktivlərin unikal xüsusiyyətlərini itirmədən daha çox işləmələrinə imkan verir. Ekosistemin üç tokeni olan DOLO, veDOLO və oDOLO istifadəçiləri protokolun uzunmüddətli inkişafı ilə uyğunlaşdıran unikal idarəetmə və həvəsləndirmə sistemi yaradır.
Tövsiyə olunan ədəbiyyat
İmtina: bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə nəzər salın.