GUNZ (GUN) nədir?
Əsas səhifə
Məqalələr
GUNZ (GUN) nədir?

GUNZ (GUN) nədir?

Orta
Yenilənib Mar 31, 2025
6m

Əsas diqqət yetiriləcək məqamlar

  • Gunzilla Games tərəfindən yaradılan GUNZ ənənəvi oyunu pozmadan NFT-ləri və kriptovalyuta tranzaksiyalarını müasir oyunlara mükəmməl inteqrasiya etmək üçün nəzərdə tutulmuş Qat 1 blokçeynidir.

  • Oyunçular oyundaxili aktivlərinə tam sahib ola, ticarət edə, hətta onları icarəyə verə bilərlər. Bundan əlavə, oyun developerləri NFT əsaslı bazarlar vasitəsilə yeni gəlir imkanları əldə etmək üçün GUNZ alətlərindən istifadə edə bilərlər.

  • Xüsusi NFT-lər oyundaxili elementləri zərb edən və komissiya ilə təkrar satış komissiyalarından mükafat qazanan qovşaqlar rolunu oynayır.

gunz gun cta banner

Giriş

GUNZ Off The Grid meydan döyüşü oyunu ilə tanınan video oyun şirkəti Gunzilla Games tərəfindən yaradılmış blokçeyn şəbəkəsidir. Şəbəkənin məqsədi blokçeyn texnologiyasını oyunçular və developerlərin asan istifadə edə biləcəyi oyuna çevirməkdir.

GUNZ nədir?

GUNZ xüsusi olaraq oyun üçün nəzərdə tutulmuş blokçeyn ekosistemidir. Layihə ilkin olaraq Gunzilla-nın əsas oyunu Off The Grid (OTG) üçün oyunçulara əsaslanan bazarını dəstəkləmək məqsədilə yaradılmışdır. Sonradan isə müasir oyunların hazırlanması üçün blokçeyn əsaslı infrastruktur təqdim edən tam funksional bir platformaya çevrildi.

GUNZ blokçeyn və dəyişdirilə bilməyən tokenlər (NFT-lər) vasitəsilə oyunçulara oyundaxili elementlərə həqiqətən sahib olmaq imkanı verir. Bu həm də onlara icarəyə verdikləri aktivlərdən mükafatlar qazanmaq imkanı verir.

GUNZ nə təklif edə bilər?

Oyunçular üçün:

  • Əsl sahiblik: oyunçular oyundaxili aktivlərə tam sahib ola və ticarət edə bilərlər.

  • İxtiyari blokçeyn inteqrasiyası: ənənəvi oyun təcrübəsinə üstünlük verənlər blokçeyn mexanikasına qoşulmadan oynaya bilərlər.

  • Təhlükəsizlik və şəffaflıq: blokçeyn texnologiyası oyundaxili tranzaksiyaların yoxlanıla bilən və təhlükəsiz olmasını təmin edir.

Developerlər üçün:

  • Asan inteqrasiya: GUNZ developerlər üçün blokçeyn tətbiqini sadələşdirən əlverişli alətlər təklif edir.

  • Miqyaslılıq: Avalanche əsaslı arxitektura sürətli tranzaksiyalar və aşağı komissiya təmin edir.

  • Monetizasiya: oyun studiyaları NFT əsaslı bazarları öz layihələrinə inteqrasiya etməklə yeni gəlir imkanları yarada bilərlər.

GUNZ necə işləyir?

GUNZ bir çox maraqlı xüsusiyyətləri olan mərkəzləşdirilməmiş oyun ekosistemi kimi fəaliyyət göstərir. Gəlin daha yaxından nəzər salaq.

Blokçeyn texnologiyası

GUNZ Avalanche ekosistemində altşəbəkə kimi fəaliyyət göstərən müstəqil Qat 1 (L1) blokçeynidir. Altşəbəkə olduğuna görə GUNZ yüksək ötürmə qabiliyyəti ilə aşağı gecikmə müddəti təmin etmək üçün Avalanche şəbəkəsinin bəzi əsas xüsusiyyətlərindən və infrastrukturundan istifadə edir. GUNZ hələ də özünün validatorlar qrupu ilə müstəqil olaraq işləyir.

GUNZ blokçeyni Ethereum virtual maşını (EVM) və Solidity əsaslı smart müqavilələrə tam uyğun gəlir.

GunzScan GUNZ ekosistemi üçün yaradılmış xüsusi blokçeyn eksploreridir. Etherscan kimi GunzScan də istifadəçilərə tranzaksiyalar, bloklar, tokenlər və digər blokçeyn məlumatları haqqında məlumat təklif edə bilər.

Oyun inteqrasiyası

GUNZ-dan istifadə edən ilk oyun pulsuz meydan döyüşü oyunu olan Off The Grid olub. Blokçeyn mexanizmləri əsas oyun təcrübəsini pozmayacaq şəkildə oyuna inteqrasiya edilib. Blokçeyn elementləri ilə məşğul olmaq istəyən oyunçular NFT-ləri toplayıb ticarət edə bilər, ənənəvi oyun təcrübəsinə üstünlük verənlər isə kriptoaktivlər ilə interaksiya etmədən oynaya bilərlər.

Oyundaxili aktivlər və NFT-lər

GUNZ NFT-lər kimi oyundaxili aktivlərin yaradılmasına imkan verir. Oyunçular bu aktivləri GUNZ bazar yerində qazana, ala və ya ticarət edə bilərlər. Off The Grid oyununda unikal funksiyalardan biri də HEXes adlanan qənimət qutularının olmasıdır. 

Oyunçular matçlar zamanı HEX-ləri toplaya və NFT-lər yaratmaq üçün onları deşifrə edə (aça bilər) bilərlər. Bu NFT-lər daha sonra uyğun oyunlarda ticarət edilə, istifadə oluna və ya transfer oluna bilər. HEX-lərin deşifrə olunması prosesi validator NFT-lərinə sahib olan validatorların işi ilə həyata keçirilir.

Validator NFT-ləri

Validator NFT-lərini GUNZ şəbəkəsində oyundaxili elementlərin zərbinə cavabdeh olan proqram təminatı qovşaqları kimi düşünə bilərsiniz. Rəsmi veb-sayta əsasən validator NFT-lərinin beş növü var və hər növdə güc səviyyəsi, təkrar satışın komissiyası, eləcə də hesablama gücü fərqlidir. Daha nadir NFT-lər deşifrələmə tranzaksiyası üçün daha çox seçillir.

Eksklüzivlik

NFT-lərin sayı

Təkrar satışın komissiyası dərəcəsi

1 NFT üzrə hesablama gücü

Ümumi

6000

1%

40

Nadir

3000

2%

120

Epik

900

3%

600

Əfsanəvi

93

4%

3000

Antik

7

5%

20 000

Bu NFT-lər iki növ mükafat yarada bilər. Birincisi HEX-lərin deşifrələnməsindən əldə olunur. Oyunçu HEX-i deşifrə etdikdə prosesi idarə etmək və yeni oyundaxili elementi zərb etmək üçün validator NFT-si seçiləcək. Oyunçu tərəfindən ödənilən GUN komissiyaları sonra NFT-lərin sahibinə mükafat olaraq verilir, eyni zamanda bəzi GUN tokenləri yandırılır.

İkinci mükafat növü isə təkrar satışlardan əldə olunur. Zərb edilən elementlər hər dəfə GUNZ bazar yerində ticarət ediləndə validator NFT-si sahibləri komissiyadan pay ala bilərlər.

Developer alətləri

GUNZ oyun provayderlərinin blokçeyni öz layihələrinə inteqrasiya etmələri üçün bir sıra alətlər təqdim edir. Bu alətlərə daxildir: tokenlər və NFT-lər yaratmaq üçün API-lər, tranzaksiyaları izləmək üçün blokçeyn skaneri, iOS və Android üçün mobil tətbiq, aktivlərin ticarəti üçün bazar yeri və daha çoxu.

Belə developer alətlər sayəsində developerlər smart müqavilə hazırlanmasında təcrübəsiz olsalar belə, blokçeyn texnologiyasını öz oyunlarına asanlıqla daxil edə bilirlər.

GUN tokeni

GUNZ ekosisteminin yerli kriptovalyutası GUN adlanır. O, şəbəkə daxilində tranzaksiyalar və qaz ödənişi üçün əsas valyuta rolunu oynayır. O həmçinin NFT-ləri dəstəkləyir və oyunçulara çoxlu oyunlarda ticarət edilə bilən və ya istifadə oluna bilən oyundaxili elementlərə sahib olmağa imkan verir.

GUNZ Binance Launchpool-da

27 mart 2025-ci ildə Binance GUNZ (GUN) kriptovalyutasını Binance Launchpool-da 66-cı layihə olaraq elan etdi. Farminq dövründə BNB, FDUSD və USDC-ni kilidləyən istifadəçilər GUN mükafatları ala bilərlər. Proqrama ümumilikdə 400 milyon GUN ayrılıb.

Farminqdən sonra GUN Binance-də toxum teqi ilə listinq edildi və USDT, BNB, FDUSD və TRY cütlərində treydinq haqqı qazandı.

Yekun qeydlər

GUNZ oyunçulara və developerlərə uyğun bir ekosistem təmin etmək üçün nəzərdə tutulmuş blokçeyn oyun platformasıdır. NFT-ləri, kriptovalyuta tranzaksiyalarını və mərkəzləşdirilməmiş infrastrukturu özündə birləşdirən GUNZ oyunçulara oyundaxili aktivlər üzərində daha çox nəzarət verərək oyun developerləri üçün yeni imkanlar təklif edir. 

Layihənin böyük potensialı olsa da, oyun sahəsində rəqabət yüksəkdir, buna görə də layihənin uzunmüddətli uğuru effektiv icradan və onun bazarda qəbulundan asılıdır.

Tövsiyə olunan ədəbiyyat

Bu məqalə yalnız maarifləndirmə məqsədi daşıyır. Bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllifi tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifinə aiddir və Binance Akademiyasının fikirlərini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə nəzər salın.