Initia (INIT) nədir?
Əsas səhifə
Məqalələr
Initia (INIT) nədir?

Initia (INIT) nədir?

Orta
Yenilənib Apr 23, 2025
6m

Əsas diqqət yetiriləcək məqamlar

  • Initia Qat 1 və Qat 2-ni birləşdirir. O, əsas blokçeyn (Initia L1) və fərdiləşdirilə bilən rollaplar şəbəkəsi təklif edərək blokçeyn tətbiqlərinin yaradılması və idarə edilməsini asanlaşdırır.

  • Interwoven Stack fərqlənən və proqramçılar üçün rahat olan alətlər təmin edir. Bu alətlərə körpü qurma, idarəetmə, likvidlik və s. üçün həllər daxildir.

  • InitiaDEX şəbəkə üzrə likvidliyi təmin edir, VIP proqramı və INIT tokeni isə aktiv istifadəçi və layihələri mükafatlandırır.

initia init cta

Giriş

Initia Qat 1 blokçeynini və fərdiləşdirilə bilən Qat 2 rollaplar şəbəkəsini birləşdirən blokçeyn layihəsidir. Məqsəd adətən bu proseslə bağlı yaranan texniki çətinliklərlə üzləşmədən proqramçıların öz blokçeyn və tətbiqlərini yaratmalarını asanlaşdırmaqdan ibarətdir. Initia daxili alətləri və infrastrukturu ilə əlaqəli, genişləndirilə bilən və asan istifadə olunan olan çoxzəncirli ekosistemin yaradılmasına kömək edir.

Nə üçün Initia?

Bir çox blokçeyn layihəsi bütün qərarları proqramçıların öhdəsinə buraxır, bu isə prosesi ləngidə və qarışıq tərtibatların meydana gəlməsi ilə nəticələnə bilər. Initia fərqli yanaşmadan istifadə edir. O, proqramçıların gözəl tətbiqlər yarada bilməsini təmin etmək üçün bəzi çətin infrastruktur seçimlərini əvvəlcədən müəyyənləşdirir. Bu seçimlərə məlumatların saxlanılma forması, blokçeynlərin bir-biri əlaqə yaratma forması və oracle-ların istifadə olunma qaydası daxildir.

Nəticədə Interwoven Stack alınır. O, fərdi blokçeynlərin (başqa sözlə, rollaplar) işə salınmasını və idarə edilməsini xeyli asanlaşdıran alət və sistemlər toplusudur.

Initia-nın iş prinsipi

Initia üç əsas hissədən ibarətdir:

  • Initia L1: bütün digər hissələrin qoşulduğu Qat 1 blokçeynidir.

  • Bir-birinə bağlı rollaplar: Initia L1 üzərində işləyən fərdi Qat 2 zəncirləridir.

  • Interwoven Stack: rollap və tətbiqlərin yaradılması və istifadə edilməsi üçün alətlər, standartlar və infrastruktur təmin edən proqramlaşdırma strukturudur.

Initia L1: əsas qat

Initia L1 Cosmos SDK-dan istifadə etməklə yaradılıb, əsas koordinasiya və likvidlik qatı hesab olunur. O, əsas qat olaraq aşağıdakılar daxil olmaqla müxtəlif funksiyalarda iştirak edir:

  • Təhlükəsizlik: rollaplar tokenlərin əlaqələndirilməsi, məlumatların doğrulanması və fırıldaqçılığın aşkarlanması kimi təhlükəsizlik funksiyaları üçün L1-ə qoşulur.

  • Likvidlik: istifadəçi və rollapların tokenləri svop etməsini və likvidliyi paylaşmasını asanlaşdıran InitiaDEX adlı daxili Mərkəzdənkənar mübadiləsi mövcuddur.

  • Rabitə: L1 müxtəlif rollapların bir-biri ilə əlaqə yaratmasına kömək edir. O, eyni zamanda digər blokçeyn ekosistemləri ilə əlaqə yaratmağa da kömək edə bilər.

  • Stimullar: L1 VIP (Maraq Payı Proqramı) və Təsdiqlənən Likvidlik kimi mükafat proqramlarını dəstəkləyir.

Bir-birinə bağlı rollaplar

Rollaplar Initia L1 üzərində yaradılmış mini blokçeynlər kimidir. Onların maraqlı tərəfi uyğunlaşdırıla bilən olmalarıdır. Proqramçılar aşağıdakılar daxil olmaqla rollapın əsas aspektlərini fərdiləşdirə bilərlər:

  • Virtual maşın: Ethereum virtual maşını (Ethereuma uyğunluq üçün), MoveVM və ya WasmVM arasında seçim edə bilərsiniz.

  • Qaz və komissiyalar: INIT, stabil koinlər, öz tokeniniz və ya aktiv kombinasiyalarından istifadə etmək istəyirsiniz? Hər rollap öz komissiya sistemlərini qura bilər.

  • Tranzaksiyaların sıralanması: proqramçılar tranzaksiyaların sıralanması üçün fərdi üsullar tətbiq edə bilərlər və bu, daha spesifik tələblər üçün faydalı ola bilər.

Sıfırdan başlamadan öz Qat 2 blokçeyninizi fərdiləşdirə bilərsiniz.

Interwoven Stack

Interwoven Stack rollapların yaradılmasını və işləməsini asanlaşdıran alətlər dəstidir. O, sizi ilk gündən rollapı işə salmaq və idarə etmək üçün lazım olan alətlərlə təmin edir. Interwoven Stack aşağıdakıları əhatə edir:

  • Rollaplar yaratmaq və Initia L1 ilə inteqrasiya etmək üçün əvvəlcədən yaradılmış SDK-lar.

  • Əlaqələndirmə, mesajlaşma, idarəetmə və likvidliyin idarə edilməsi kimi tapşırıqlar üçün daxili həllər.

  • Ekosistem üzrə uyğunluğu təmin etməyə kömək edən standartlar və şablonlar toplusu.

InitiaDEX

InitiaDEX Initia L1-də quraşdırılmış mərkəzdənkənar mübadilədir. O, müxtəlif aktivlərin treydinqi üçün Çəki nisbətli Hovuzlar (məsələn, Balanser) və eyni dəyərə malik aktivlərin (məsələn, stabil koinlər) treydinqi üçün Stabil Svop Hovuzlarını dəstəkləyir.

Mərkəzdənkənar mübadilə likvidliyə daxil olmaq və onu paylaşmaq üçün rollapların əsas ünvanı olaraq nəzərdə tutulub. O, rollaplar arasında həm adi, həm də təkmil svoplar həyata keçirməyə imkan verir və dərin, əlçatan likvidlik tələb olunan tətbiqlər üçün əsas rolunu oynayır.

DEX eyni zamanda müəyyən likvidlik hovuzlarının steykinq aktivləri kimi istifadə olunmaq üçün idarəetmə tərəfindən təsdiqləndiyi Təsdiqlənən Likvidliyi də dəstəkləyir. Bu, şəbəkənin təhlükəsizliyini və iqtisadi stimulları bazar fəaliyyəti ilə uyğunlaşdırmağa kömək edir.

Ekosistem mükafatları

Initia istifadəçi və proqramçıları cəlb etmək üçün Maraq Payı Proqramını (VIP) tətbiq edir. O, INIT tokenlərini aşağıdakılar əsasında rollaplara və istifadəçilərə paylayır:

  • Rollapda Kilidlənən ümumi dəyər (TVL).

  • Zəncirdaxili fəaliyyət (məsələn, tranzaksiyaların sayı).

  • İdarəetmədə iştirak.

Bu sistem şəbəkənin inkişafına töhfə verən layihə və istifadəçiləri mükafatlandırmaq məqsədilə hazırlanıb.

Ekosistemdəki digər alətlər

Initia eyni zamanda aşağıdakıları əhatə edir:

  • Initia tətbiqi: ekosistemi araşdırmaq üçün idarəetmə paneli

  • Initia skanı: blok eksploreri

  • Initia istifadəçi adları: rollaplarda işləyən ad xidməti

  • Initia multi-imza: pul kisələrini çoxsaylı imzalayan ilə idarə etmək üçün nəzərdə tutulmuş alət

Bütün bunlar ekosistemin həm proqramçılar, həm də son istifadəçilər tərəfindən asanlıqla istifadə olunması üçün yaradılıb.

INIT Tokeni

INIT Initia ekosisteminin daxili tokenidir. Onun funksiyalarına aşağıdakılar daxildir:

  • Qaz ödənişləri: həm L1, həm də uyğun rollaplar üzrə tranzaksiyalar üçün ödəniş etmək məqsədilə istifadə olunur

  • Steykinq: istifadəçilər öz INIT-lərini həvalə etdikdə şəbəkəni qorumağa kömək edir

  • İdarəetmə: sahiblərin şəbəkənin təkmilləşməsi ilə əlaqədar səs vermələrinə imkan verir

  • Mükafatlar: fəaliyyəti stimullaşdırmaq üçün VIP kimi mükafat proqramlarında istifadə olunur

INIT-in ümumi tədarükü 1 milyard tokendir. Onların bir hissəsi steykinqə, bir hissəsi proqramçılara, bir hissəsi isə Binance Launchpool kimi proqramlar vasitəsilə istifadəçilərə təqdim olunur.

Binance Launchpool-da INITI

17 aprel 2025-ci il tarixində Binance INIT-i Binance Launchpool-da 68-ci layihə olaraq elan edib. Farminq müddətində BNB, FDUSD və USDC kilidləyən istifadəçilər INIT mükafatları əldə edə bilərlər. Proqram üçün cəmi 30 milyon INIT tokeni ayrılıb və bu, ümumi token tədarükünün 3%-ni təşkil edir.

Farminq müddətindən sonra INIT Binance-da Toxum teqi ilə treydinq üçün listinq edilib və USDT, USDC, BNB, FDUSD və TRY cütləri ilə treydinqinə icazə verilib.

Yekun qeydlər

Initia genişləndirilə bilən blokçeyn tətbiqləri yaratmaq üçün modulyar, proqramçılar üçün əlverişli yanaşma təqdim edir. O, Qat 1 blokçeynini fərdiləşdirilə bilən rollaplar və proqramçılar üçün nəzərdə tutulmuş tam alətlər dəsti ilə birləşdirir. Initia çoxzəncirli tərtibatla əlaqədar meydana gələn tipik maneələr olmadan Web3 platformasında tətbiqlər yaratmağın asanlaşdırılmasını hədəfləyir.

Tövsiyə olunan ədəbiyyat

İmtina: bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə nəzər salın.