Əsas diqqət yetiriləcək məqamlar
Newton protokolu (NEWT) İnternet üçün açıq, icazəsiz və proqramlaşdırıla bilən hesablama qatı təmin etmək məqsədilə nəzərdə tutulmuş mərkəzdənkənar protokoldur.
Layihə istifadəçilərə və tərtibatçılara hesablama resurslarını etimada ehtiyac olmadan kəşf etməyə, onlara çıxış əldə etməyə və təşkil etməyə imkan verən qlobal hesablama xidmətləri reyestrini təqdim edir.
Onun arxitekturası mərkəzdənkənar maliyyə (DeFi), Sİ, toplu hesablama, məxfiliyi qoruyan iş axınları və daha çoxu da daxil olmaqla müxtəlif istifadə hallarına imkan verir.
Blokçeyn texnologiyasının ictimai data infrastrukturunu demokratikləşdirdiyi kimi Newton protokolu da hesablama imkanlarını ümumi istifadə üçün əlçatan xidmətə çevirməyi hədəfləyir.
Giriş
Bulud yaddaşı kimi bu gün istifadə etdiyimiz hesablama xidmətlərinin əksəriyyəti bir neçə böyük şirkət tərəfindən idarə olunur. Bu işə yarayır, lakin istifadəçilər üçün daha çox risk mənasına gəlir: məhdudiyyətlər, seçim imkanının olmaması, data sızıntısı və bəzən senzura kimi hallar. Newton protokolu kimi layihələr bu xidmətləri təqdim etməyin daha yaxşı yollarını axtarır və əsas diqqəti hər kəs üçün açıq və istifadəsi asan olmağa yönəldir.
Newton protokolu nədir?
Newton protokolu İnternet üçün ictimai hesablama qatı yaradan mərkəzdənkənar protokoldur. O, hesablama tapşırıqlarının və xidmətlərin necə yayımlandığını, kəşf edildiyini və tərtib edildiyini standartlaşdıran zəncirdaxili xidmət reyestrini təqdim edir.
Bu reyestr hər kəs üçün açıqdır: fərdlər, təşkilatlar və tərtibatçılar şəffaf və icazəsiz mühitdə hesablama xidmətlərini siyahıya ala, kəşf edə və istifadə edə bilərlər.
Məqsəd elə bir sistem yaratmaqdır ki, istənilən şəxs bulud hesablama, Sİ və ya xüsusi data emalı kimi xidmətləri şəffaf şəkildə və tək bir şirkətə etibar etmədən təqdim edə və ya istifadə edə bilsin.
Newton protokolu niyə yaradılıb?
Mərkəzləşdirilmiş bulud xidmətləri problemi
Bu gün bulud hesablama xidmətlərinin əksəriyyəti yüksək dərəcədə mərkəzləşdirilib və az sayda provayderin nəzarətindədir. Bu xidmətlər sərbəstlik və miqyaslılıq təklif etsə də, bəzi problemlər də yaradır, məsələn:
Etimad: istifadəçilər provayderin dürüstlüyünə, təhlükəsizliyinə və əməliyyat etibarlılığına etibar etməlidirlər.
Məhdudiyyətlər: provayderlər istədikləri zaman xidmətlərə girişi məhdudlaşdıra, senzura tətbiq edə və ya təqdim olunan xidmətləri ləğv edə bilərlər.
Vendor asılılığı: xidmətləri və ya datanı bir provayderdən digərinə köçürmək çətin ola və baha başa gələ bilər.
Parçalanma: yeni, mərkəzləşdirilməmiş həlləri bir-biri ilə birləşdirmək belə adətən çətin olur.
Newton protokolunun həlli
Newton protokolu hesablama xidmətlərinin açıq, zəncirdaxili reyestrini yaratmaqla bu problemləri həll edir. Yalnız xam hesablama resursları üçün fərdlərarası bazar yeri təklif etmək əvəzinə Newton öz sistemini aşağıdakı məqsədlər üçün qurur:
Blokçeyn qeydlərindən istifadə edərək hesablama xidmətlərinin kəşfini aktivləşdirmək.
Standartlaşdırılmış API-lər və interfeyslər vasitəsilə qarşılıqlı fəaliyyəti dəstəkləmək, tərtibatçıların xidmətləri yaratmasını və uyğunlaşdırmasını asanlaşdırmaq.
Zəncirdaxili sübutlar və şəffaf göstəricilər vasitəsilə provayderlər və istifadəçilər arasında dürüst davranışı təşviq etmək.
İstər provayder, istərsə də istifadəçi kimi hər kəsin qoşulmasına imkan vermək.
Newton protokolu necə fəaliyyət göstərir?
1. Zəncirdaxili xidmət reyestri
Newton protokolunun reyestri əlçatan hesablama xidmətlərinin ictimai və dəyişdirilməz kataloqu kimi xidmət edir. Hər girişə aşağıdakılar daxil ola bilər:
Xidmət metadatası (ad, təsvir, dəstəklənən interfeyslər)
Provayder təfərrüatları
Qiymət haqqında məlumat
İstifadə şərtləri və müddəaları
API spesifikasiyaları
Performans və etibarlılıq göstəriciləri
Hər kəs ehtiyaclarına uyğun xidmətləri tapmaq üçün bu siyahıya nəzər sala bilər.
2. Standartlaşdırılmış interfeyslər və API-lər
Newton protokolunda hesablama xidmətləri hər kəsi eyni tipli interfeyslərdən istifadə etməyə təşviq edən açıq standartlara əməl edir. Yəni müəyyən xidmətlə işləmək üçün nəsə qursanız belə, istəsəniz, sonradan digər xidmətlərlə də interaksiya yarada bilərsiniz.
3. Xidmətin kəşfi və tərkibi
Xidməti tapıb ondan dərhal istifadə edə və ya daha təkmil proseslər yaratmaq üçün onu digər xidmətlərlə əlaqələndirə bilərsiniz. Newton-un komponentləşməyə fokuslanması fərdi xidmətlərin daha geniş iş axınlarına inteqrasiya edilə bilməsi deməkdir. Məsələn, o, müxtəlif yerlərdə bir neçə provayderi əhatə edən avtomatlaşdırılmış tədbirlər zəncirini təmin edə bilər.
4. Zəncirdaxili doğrulama və təşviqlər
Newton xidmətin icrasını doğrulamaq və dürüstlüyünü təmin etmək üçün kriptoqrafik sübutlar və zəncirdaxili mexanizmlərdən istifadə edir. Bu, hesablama provayderlərinin dürüst davranışını təşviq edir və mərkəzi orqanlar olmadan etimadın qurulmasına kömək edir.
Potensial istifadə halları
DeFi əməliyyatları: müxtəlif xidmətlərdən istifadə edərək treydinq və ya qiymət yeniləmələrini avtomatlaşdırın.
Mərkəzdənkənar Sİ: ictimai Sİ xidmətlərinə daxil olun və ya daha təkmil tətbiqlər üçün onları digər hesablamalarla birləşdirin.
Məxfilik: təhlükəsiz hesablama və ya məxfi hesablama həyata keçirən kredit çiyni provayderləri.
Çoxzəncirli data emalı: bir neçə blokçeyn üzrə datanı və ya emalı birləşdirmək üçün Newton-un xidmətlərindən istifadə edin.
Elmi tədqiqat: böyükhəcmli datanın təhlili və ya simulyasiyalar üçün ixtisaslaşmış hesablama provayderlərini birləşdirin.
Nümunə
Tutaq ki, bir tərtibatçı həm mürəkkəb riyazi hesablamalar, həm də Sİ ilə dəstəklənən analiz tələb edən yeni DeFi tətbiqi yaratmaq istəyir. Hər şeyi sıfırdan yaratmaq əvəzinə Newton protokolunun reyestrindən istifadə edərək riyazi hesablama xidməti təqdim edən provayder və Sİ təklif edən başqa provayder tapa bilərlər. Bu xidmətləri bir iş axınında birləşdirə bilər və beləliklə, vaxt və resurslara qənaət etmiş olarlar.
NEWT tokeni
NEWT tokeni Newton protokolu ekosisteminin yerli xidməti tokenidir. Əsasən hesablama xidmətlərinə çıxış üçün ödənişlərdə, o cümlədən qaz ödənişləri, reyestr əməliyyatları, provayderlərə verilən mükafatlar və digər məqsədlər üçün istifadə olunur. NEWT həmçinin steykinqdə (şəbəkənin təhlükəsizliyini təmin etmək üçün) və idarəetmədə (protokol qərarlarında sahiblərə səsvermə hüququ vermək üçün) istifadə olunacaq.
Binance HODLer airdrop-da Newton protokolu (NEWT)
23 iyun 2025-ci ildə Binance NEWT-ni Binance HODLer airdrop-da 24-cü layihə olaraq elan etdi. 14 iyundan 17 iyuna qədər BNB-ni Sadə qazanc və ya Zəncirdaxili gəlir məhsullarına abunə edən istifadəçilər NEWT airdrop-ları əldə edə bilərlər. Proqrama cəmi 12,5 milyon NEWT tokeni ayrılıb ki, bu da ümumi token tədarükünün 1,25%-ni təşkil edir.
NEWT USDT, USDC, BNB, FDUSD və TRY cütlərinə qarşı treydinqə imkan verməklə toxum teqi ilə listinq edilib.
Yekun qeydlər
Newton protokolu (NWT) insanların bulud hesablamalarına daxil olma üsullarını dəyişdirməyə çalışır, onu daha açıq və böyük şirkətlərdən daha az asılı hala gətirir. Hesablama xidmətlərinin ictimai reyestrini yaratmaqla və onlar arasında asan əlaqələrə diqqət yetirməklə Newton tərtibatçılara və istifadəçilərə veb-tətbiqlərin yaradılması və istifadəsi üçün yeni seçimlər təqdim edir.
Tövsiyə olunan ədəbiyyat
İmtina: bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə nəzər salın.