Defi tətbiqi (HOME) nədir?

Defi tətbiqi (HOME) nədir?

Orta
Yenilənib Jun 17, 2025
6m

Əsas diqqət yetiriləcək məqamlar

  • Defi tətbiqi həm yeni başlayanlar, həm də təcrübəli istifadəçilər üçün DeFi təcrübəsini sadələşdirmək məqsədilə yaradılmış modul mərkəzdənkənar maliyyə (DeFi) platformasıdır.

  • O, istifadəçilərə qaz ödənişləri və ya mürəkkəb ayarlamalardan narahat olmadan pul kisələrini idarə etməyə, mübadilə etməyə və müxtəlif blokçeynlərdən istifadə etməyə imkan verir.

  • Platformanın yerli tokeni olan HOME tranzaksiya ödənişi abstraksiyası, idarəetmə hüquqları və istifadəçi mükafatları təklif edərək ekosistemini gücləndirir.

  • Defi tətbiqi Solana, Ethereum və digər EVM ilə uyğun zəncirlər kimi bir çox şəbəkələrdə işləyir.

defi-app-home cta

Giriş

DeFi məhsulları maliyyə xidmətlərini vasitəçi olmadan təklif edə bilsə də, mürəkkəb interfeyslər, texniki maneələr və parçalanmış ekosistemlər səbəbindən məkan çox vaxt orta istifadəçilər üçün əlçatmaz olur.

Defi tətbiqi xüsusilə yeni istifadəçilər üçün DeFi-ni asanlaşdırmaq və daha az stresli hala gətirmək məqsədilə yaradılıb. Tətbiq arxa fonda bir çox çətin işlərlə məşğul olur, buna görə də siz nə etmək istədiyinizə (məsələn, tokenləri dəyişmək, gəlir əldə etmək və ya sadəcə olaraq bunların necə fəaliyyət göstərdiyini öyrənmək) fokuslana bilərsiniz.

DeFi-dəki çətinliklər

DeFi uzun yol qət edib, lakin hələ də daha çox insanın ondan istifadə etməsinə mane olan bəzi problemlər var:

  • Mürəkkəb istifadəçi təcrübəsi: bir çox DeFi platforması istifadəçilərdən kriptovalyuta pul kisələrini, qaz tokenlərini və körpüləri idarə etməyi tələb edir və bu da (xüsusilə yeni başlayanlar üçün) çox çətin ola bilər.

  • Parçalanma: istifadəçilər tranzaksiyaları başa çatdırmaq və məqsədlərinə çatmaq üçün adətən müxtəlif şəbəkələr, proqramlar və platformalar arasında keçid etməli olurlar.

  • İstidadəçi xətası riski: toxum frazalarını itirmək, yanlış ünvana token göndərmək və ya səhv token svopu kimi ümumi istifadəçi səhvləri daimi itkilərə səbəb ola bilər.

  • Mərkəzləşdirilmiş birja riskləri: mərkəzləşdirilmiş platformalardan istifadə adətən şəxsi aktivlər üzərində nəzarətin itirilməsi deməkdir ki, bu da mərkəzsizləşdirmə prinsiplərinə ziddir.

Defi tətbiqi daha çox inteqrasiya olunmuş və mücərrəd istifadəçi təcrübəsi vasitəsilə bu problemləri həll etməyi hədəfləyir.

Defi tətbiqi nədir?

Defi tətbiqi yeni başlayanlardan qabaqcıl istifadəçilərə qədər hər kəs üçün kriptovalyutanı asanlaşdırmağa və daha az çaşdırıcı hala gətirməyə çalışan DeFi platformasıdır. Tətbiq pul kisələri yaratmağa, müxtəlif blokçeynlər arasında pul köçürməyə və ticarət etməyə kömək edir – hamısı bir yerdə.

Defi tətbiqi necə fəaliyyət göstərir?

DeFi tətbiqi əsasən smart müqavilələrhesab abstraksiyası ilə işləyir. Bu texnologiyalar qeyri-saxlanc pul kisəsinin yaradılması, təyin edilmiş tranzaksiya icrası və qaz ödənişlərinin HOME tokenləri ilə aparılması kimi funksiyaları mümkün hala gətirir.

1. Asan pul kisəsi ayarlaması

Qeydiyyatdan keçdiyiniz zaman DeFi tətbiqi sizin üçün avtomatik olaraq iki pul kisəsi yaradır. Bunlardan biri EVM şəbəkələri, digəri isə Solana üçün olur. Yəni uzantılar quraşdırmadan və ya toxum frazaları yazmadan dərhal başlaya bilərsiniz. Həmçinin bir yerdə birdən çox pul kisəsini idarə edə bildiyiniz üçün aralarında keçid etmək asandır.

2. Çarpaz zəncir uyğunluğu

Defi tətbiqi körpülərin və ya bükülmüş tokenlərin necə fəaliyyət göstərdiyini başa düşməyə ehtiyac olmadan fərqli blokçeynlər arasında hərəkət etməyə və tokenləri dəyişdirməyə imkan verir. Tətbiq fondakı bütün əməliyyatları emal edir, ona görə də texniki mərhələlər barədə narahat olmağa ehtiyac yoxdur.

3. Qaz ödənişi yoxdur

DeFi-də əsas maneələrdən biri tranzaksiyaları tamamlamaq üçün müxtəlif qaz tokenlərində (məsələn, Ethereum üçün ETH, Solana üçün SOL) balans saxlamaq zərurətidir. Defi tətbiqi bunu qazın çıxarılması yolu ilə həll edir. 

İstifadəçilər yalnız platformanın yerli tokeni olan HOME-dan istifadə edərək tranzaksiyalar həyata keçirə bilər, protokol isə qaz ödənişlərini fonda idarə edir.

4. Fiat inteqrasiyası

DeFi tətbiqi kriptovalyuta dünyasına pul daxil etməyi və oradan çıxarmağı daha asan hala gətirir. Tətbiq vasitəsilə kriptovalyutanı adi pulla ala və ya birbaşa bank hesabınızdan çıxara bilərsiniz. Bu, ənənəvi maliyyə ilə DeFi arasındakı uçurumu aradan qaldırmağa kömək edir.

HOME tokeni

HOME tokeni DeFi tətbiqi ekosistemində yerli xidməti token kimi fəaliyyət göstərir. Bir çox funksiyaları yerinə yetirir:

1. Qaz abstraksiyası

Tranzaksiya ödənişini etmək üçün ETH və ya SOL istifadə etmək əvəzinə Defi tətbiqi HOME-dan istifadə edir. Pul kisənizdə yalnız HOME varsa, tranzaksiyanın reallaşdığına əmin olmaq üçün tətbiq hər şeyi fonda idarə edir.

2. XP sistemi

Tətbiqdə XP adlı xüsusi bir növ xal sistemi var. Tokenləri dəyişdirmək və ya vəsait depozit qoymaq kimi tədbirlər görsəniz, XP qazanırsınız. Bu XP gələcək airdrop-lara qərar vermək və ya digər mükafatları açmaq üçün istifadə edilə bilər.

3. Steykinq və mükafatlar

HOME tokenlərini pay qoyan istifadəçilər platformanın mükafatlarına, o cümlədən bonus tokenlərə və XP əmsallarına haqq qazanırlar. Nə qədər çox pay qoysanız, o qədər çox XP qazanacaqsınız.

4. İdarəetmə

Pay qoyulmuş HOME tokenləri istifadəçilərə səs verməyə imkan verən idarəetmə hüquqları verir:

  • Steykinq mükafatları və ya digər gəlir paylama modelləri

  • Xüsusiyyətlərin inkişafı prioritetləri

  • Protokol inteqrasiyaları

Protokolların özləri də inteqrasiyanı sürətləndirmək və platformada görünmə imkanı əldə etmək üçün HOME tokenlərini ala və paylaya bilərlər.

Binance HODLer Airdrop-da Defi Tətbiqi (HOME)

12 iyun 2025-ci ildə Binance HOME tokenini Binance HODLer Airdrop-da 22-ci layihə olaraq elan etdi. 6 iyundan 9 iyuna qədər BNB-ni Sadə qazanc və/və ya Zəncirdaxili gəlir məhsullarına abunə edən istifadəçilər HOME airdrop-ları əldə etmək üçün uyğun oldular. Proqram üçün ümumi 200 milyon HOME tokeni ayrılıb. Bu isə ümumi token tədarükünün 2%-ni təşkil edir.

HOME USDT, USDC, BNB, FDUSD və TRY cütlərinə qarşı treydinqə imkan verən toxum teqi ilə Binance-də treydinq üçün listinq edilib.

Yekun qeydlər

Defi tətbiqi DeFi-ni hər kəs üçün daha az çaşdırıcı və daha faydalı etməyə çalışır. Fonda qaz ödənişləri, pul kisəsinin ayarlanması və çarpaz zəncir svopları kimi əməliyyatları idarə etməklə kriptovalyutaya başlamaq üçün maneəni azaldır.

Hər hansı kriptovalyuta layihəsində olduğu kimi, istifadəçilər platforma və ya onun yerli tokeni ilə interaksiya etməzdən əvvəl özləri araşdırma aparmalı və əlaqəli riskləri nəzərə almalıdırlar.

Tövsiyə olunan ədəbiyyat

İmtina: bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə nəzər salın.