Holoworld AI (HOLO) nədir?

Holoworld AI (HOLO) nədir?

Orta
Yenilənib Sep 12, 2025
7m

Əsas diqqət yetiriləcək məqamlar

  • Holoworld AI istifadəçilərin kodlaşdırma bacarıqları tələb olunmadan AI agentləri yarada, alıb-sata və yerləşdirə biləcəyi süni intellekt (AI) bazar yeri və sosial platformadır.

  • Platformada AI videolarının yaradılması üçün Ava Studio, AI agentləri üçün Agent bazarı və blokçeyn inteqrasiyası üçün OpenMCP var.

  • Holoworld-un AI agentləri Solana blokçeynində qeyd olunur və doğrulana bilən sahibliyi təmin edir, onların rəqəmsal aktivlər kimi fəaliyyət göstərməsinə imkan yaradır.

  • HOLO şəbəkənin yerli tokenidir. O, steykinq, idarəetmə və ekosistem buraxılışlarında iştirak etmək üçün istifadə olunur.

holoworld ai cta banner

Holoworld AI nədir?

Holoworld AI mərkəzləşdirilməmiş bazar yeri və süni intellekt (AI) üçün sosial platformadır. Platforma hər kəsin heç bir kodlaşdırma bacarığı tələb olunmadan AI agentlərini yaratmasına, alıb-satmasına və yerləşdirməsinə imkan verir. Hologram Labs tərəfindən yaradılmış Hologram AI həm interaktiv, həm də doğrulana bilən virtual obrazlar yaratmaq üçün blokçeyn texnologiyası və AI-ı birləşdirir. Statik avatarlardan fərqli olaraq, Holoworld AI agentləri mətn, səs və 3D modelləri vasitəsilə əlaqə qura bilir və daha çox qarşılıqlı əlaqə qurmağa imkan yaradır. 

Platfromada istifadəçilərin agentləri ilə videoməzmun yaratmasına imkan verən Ava Studio və agentlərin siyahıya alına, alınıb-satıla və işə salına biləcəyi Agent bazarı kimi alətlər var. Bu funksiyalar vasitəsilə Holoworld AI interaktiv rəqəmsal simvolları araşdırmaq və media və onlayn əlaqənin yeni formaları ilə sınaqdan keçirmək üçün çərçivə təqdim edir.

Holoworld AI-ın iş prinsipi

AI agentləri

Holoworld AI istifadəçilər adından hərəkət edə və əlaqə qura bilən AI agentləri ətrafında qurulub. Bu agentlər istifadəçinin rəqəmsal kimliyini əks etdirmək və müxtəlif platformalarda qarşılıqlı əlaqədə olmaq üçün nəzərdə tutulub. Hər bir AI agenti Solana blokçeynində qeyd olunur, doğrulana bilən sahiblik təmin edir və bu rəqəmsal simvolların unikal aktivlər və ya əqli mülkiyyət kimi satılmasına imkan verir. 

X kimi sosial şəbəkələrlə əlaqə qurmaqla agentiniz internetdəki şəxsiyyətinizi əks etdirə və tərzinizə və varlığınıza uyğun gələn yollarla qarşılıqlı əlaqədə ola bilər. Agentinizi canlı yayımlar, brend kanallar və digər rəqəmsal məkanlarda yerləşdirə bilərik.

Kreditlər 

Holoworld AI agentlərinin əməliyyat xərclərini qarşılayan kredit əsaslı sistemdən istifadə edir. Holo Kreditləri kimi bilinən bu kreditlər dil modelinin nəticəsi, API zəngləri və 3D qrafika işlənməsi kimi xərcləri qarşılamaq üçün istifadə olunur. İstifadəçilər Holoworld-də yaradılmış ilk AI Agent tokeni AVA tokenlərinə ekvivalent məbləğdə dolları yandırmaqla kreditlər əldə edirlər. Məsələn, 50 dollar dəyərində AVA yandırmaq 50 Holo krediti verir. Bu sistem bütün xərcləri bir aydın metrikdə birləşdirərək ödənişləri sadələşdirir və istifadəni izləmək və idarə etməyi asanlaşdırır.

Əsas xüsusiyyətlər

Ava Studio

Ava Studio Holoworld-un agent əsaslı video istehsal platformasıdır və sizə mətn sorğularını video məhsullarına çevirməyə imkan verir. Platforma AI obrazları yaratmağınıza, ssenarilər yazmağınıza, çoxsaylı səhnələr yaratmağınıza və hekayə, səs effektləri və fon musiqisi əlavə etməyinizə kömək edir. Videonuzun hər bir hissəsini redaktə etmək mümkündür, bu isə vizualları, vaxtı və dialoqu xəyalınızdakına uyğun şəkildə tənzimləməyinizə imkan verir.

Platforma iki əsas yaratma üsulu təklif edir: orijinal məzmun üçün fərdi göstərişlərlə sıfırdan başlamaq və ya məhsulu daha sürətli əldə etmək üçün əvvəlcədən hazırlanmış şablonlardan istifadə etmək. Yeni istifadəçilər qeydiyyatdan sonra pulsuz kreditlər əldə edirlər və bunları video, ssenari və ya səslər yaratmaq üçün istifadə edə bilərlər. Ava Studio ilə ənənəvi redaktə bacarıqlarına ehtiyac olmadan videoları tez yaratmaq üçün avtomatlaşdırmanı və sadə redaktə alətlərini birləşdirə bilərsiniz.

Agent bazarı

Agent bazarı AI agentlərini yarada, yerləşdirə və alıb-sata biləcəyiniz yerdir. Bura həm işəsalma, həm də bazar yeri kimi işləyir və sizi agentləri dizayn etmək və müxtəlif platformalarda əlçatan etmək üçün nəzərdə tutulmuş alətlərlə təmin edir. Hər bir agent adı, bioqrafik məlumatları, səsi və profil şəkli olan və başqaları ilə necə qarşılıqlı əlaqədə olduğunu müəyyənləşdirən sənədlə gəlir. 

Agentiniz üçün bilik bazası yaratmaq üçün fayl və ya linkləri yükləyə və şablon və ya fərdi göstərişlərdən istifadə edərək onun xarakterini tənzimləyə bilərsiniz. Yerləşdirildikdən sonra agentiniz alınıb-satıla və başqaları onun profilini araşdıra, tarixçəsinə baxa və ya canlı söhbətlərə qoşula bilər. Bazar yeri xaricində agentlər X, YouTube və Twitch kimi platformalarda da fəaliyyət göstərə bilərlər, bu isə onları həm interaktiv yoldaş, həm də satıla bilən rəqəmsal aktivlərə çevirir.

OpenMCP

OpenMCP (Model Kontekst Protokolu) AI agentlərinin Web3 sistemləri ilə qarşılıqlı əlaqədə olması üçün standartlaşdırılmış üsul təmin edən açıq mənbəli sistemdir. O, agentlərin ümumi interfeys vasitəsilə blokçeynlər, smart müqavilələr və mərkəzdənkənar tətbiqlər (Dapp) ilə qarşılıqlı əlaqədə olmasına imkan verir. Sistemə EVM Agent dəstiArbitrum kimi EVM-ə uyğun zəncirlərə fokuslanan EVM MCP kimi alətlər daxildir. Bu komponentlər agentlərin smart müqavilələri oxuyub yazmasına, blokçeyn məlumatları əldə etməsinə və çoxsaylı şəbəkələrdə ardıcıllıqla işləməsinə imkan yaradır.

Developer alətləri

Holoworld həm təsadüfi yaradıcıları, həm də tərtibatçıları dəstəkləyir. Kodsuz alətlər hər kəsin asanlıqla ağıllı obrazlar yaratmasına imkan verir, Agent SDK və API-lar isə təkmil istifadəçilərə fərdi agentləri tətbiqlərə və ya söhbət platformalarına inteqrasiya etmək imkanı verir. Bu agentlər unikal xarakterlərinin olması üçün uyğunlaşdırıla və çoxtərəfli hesablamadan (MPC) istifadə edilərək təhlükəsiz şəkildə yerləşdirilə bilər.  

Holoworld AI Tokeni

Holo tokeni Holoworld ekosisteminin yerli tokenidir və öz agent tətbiq mağazasının əsas valyutası rolunu oynayır.

  • Steykinq: HOLO steykerləri mükafatlar qazana və Hololaunch vasitəsilə yeni layihələrə erkən giriş imkanı əldə edə bilər.

  • İdarəetmə: HOLO sahibləri proqramlar, tərəfdaşlıqlar və protokol yaradılması ilə əlaqədar təşəbbüslər təklif edə və səs verə bilərlər. Bu idarəetmə rolu icmaya Holoworld-un gələcək istiqamətinə birbaşa təsir etmək imkanı verir.

  • Yaradıcı təşviqləri: HOLO-nun bir hissəsi ekosistemin inkişafını dəstəkləməyə ayrılıb, mükafatlar platformanı qurmağa və saxlamağa töhfə verən yaradıcılara və iştiraçılara paylanıb.

  • Şəbəkə valyutası: HOLO Holoworld Open MCP şəbəkəsində əsas birja vasitəsi kimi fəaliyyət göstərir və istifadəçilər, agentlər və tətbiqlər arasında tranzaksiyaları asanlaşdırır.

Binance HODLer Airdrop-da Holoworld AI (HOLO)

11 sentyabr 2025-ci ildə Binance HOLO-nu Binance HODLer Airdrop-da 38-ci layihə olaraq elan etdi. 29 avqustdan 1 sentyabra qədər BNB-ni Sadə qazanc və/və ya Zəncirdaxili gəlir məhsullarına abunə edən istifadəçilər HOLO airdrop-ları əldə etmək üçün uyğun olublar. Proqram üçün cəmi 30 720 000 HOLO tokeni ayrılıb və bu, ümumi token tədarükünün 1,5%-ni təşkil edir.

HOLO USDT, USDC, BNB, FDUSD və TRY cütlərinə qarşı treydinqə imkan verən Toxum teqi ilə treydinq üçün listinq edilib.

Yekun qeydlər

Holoworld AI istifadəçilərin virtual AI agentləri tərtib edə, alıb-sata və onlarla qarşılıqlı əlaqədə ola biləcəyi platforma təmin etmək üçün süni intellektlə blokçeyni birləşdirir. Ava Studio və Agent bazarı kimi alətlər AI əsaslı məzmun yaratmaq və paylaşmağı asanlaşdırır. OpenMCP və tərtibatçı API-ları ilə bu agentlər müxtəlif şəbəkələrdə blokçeynlərə və Dapp-lərə qoşula bilərlər. 

Tövsiyə olunan ədəbiyyat

İmtina: bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə nəzər salın.