Chainbase (C) nədir?

Chainbase (C) nədir?

Orta
Yenilənib Jul 22, 2025
8m

Əsas diqqət yetiriləcək məqamlar

  • Chainbase müxtəlif blokçeynlərdən verilənləri toplayaraq işləmək asan olan strukturlaşdırılmış verilənlərə çevirən mərkəzdənkənar şəbəkədir.

  • Chainbase ikizəncirli dizayn üzərində işləyir: burada Cosmos şəbəkə koordinasiyası və idarəetməni təmin edir, EigenLayer isə təkrar steykinq vasitəsilə Ethereum-un təhlükəsizliyini və hesablama gücünü şəbəkəyə gətirir.

  • Şəbəkə dörd əsas qat üzərində işləyir: verilənlərin əlçatanlığı, birgə emal təbəqəsi, icra və konsensus.

  • Tərtibatçılar emal edilməmiş blokçeyn məlumatlarını faydalı formatlara çevirmək üçün manuskriptlər hazırlaya və dərc edə, başqaları onların işlərindən istifadə etdikdə isə mükafat qazana bilərlər.

chainbase cta banner

Giriş

Blokçeyn şəbəkələri hər token transferi, smart müqavilə ilə interaksiya, NFT zərbetmə və Mərkəzləşdirilməmiş muxtar təşkilat üzrə idarəetmə səsverməsi kimi bir çox dəyərli məlumatı qeydə alır. Verilənlər daimi olsa da, çox vaxt müxtəlif zəncirlər arasında yayılır və fərqli formatlarda saxlanılır. Verilənləri bir neçə şəbəkədən əldə etmək istəyirsinizsə, öz qovşaqlarınızı işlətməli, fərdi indeksləşdirmə kodları yazmalı və ya etibarlı olmaya biləcək xarici xidmətlərdən asılı qalmalı ola bilərsiniz.

Chainbase verilənləri müxtəlif blokçeynlərdən əldə edən, onları tənzimləyən və istifadəsini asanlaşdıran hiperverilənlər şəbəkəsi qurur. Bu, tərtibatçıların Sİ alətləri, DeFi analitikası panelləri və çarpaz zəncir pul kisələri kimi verilənlərə əsaslanan tətbiqləri daha səmərəli və daha az texniki maneələrlə yaratmalarına imkan verir.

Chainbase nədir?

Chainbase müxtəlif blokçeynlərdən verilənləri toplayaraq işləmək asan olan təmiz, strukturlaşdırılmış verilənlərə çevirən mərkəzdənkənar şəbəkədir. Tərtibatçılar səpələnmiş və ya emal edilməmiş blokçeyn verilənləri ilə işləmək əvəzinə, bu platformadan istifadə edərək çoxzəncirli verilənləri real vaxtda sorğulaya, təhlil edə və ona əsasən hərəkət edə bilərlər. 

Bu, xüsusilə qərar qəbul etmək və effektiv şəkildə fəaliyyət göstərmək üçün dəqiq və yüksəkkeyfiyyətli verilənlər lazım olan süni intellekt (Sİ) agentləri və çarpaz zəncir tətbiqləri üçün son dərəcə dəyərlidir. 

Chainbase-in iş prinsipi necədir?

Chainbase CosmosEigenLayer texnologiyalarını birləşdirən ikizəncirli struktur tərəfindən dəstəklənir. Platforma dörd qatdan ibarət sistem vasitəsilə fəaliyyət göstərir və hər qat verilənlər yolunun müəyyən hissəsi ilə işləyir. 

Verilənlərin əlçatanlığı qatı

Chainbase həm zəncirdaxili, həm də zəncirxarici mənbələrdən verilənləri toplayır və onları tənzimləyir. Zəncirdaxili verilənlərə tranzaksiya tarixçələri və smart müqavilə interaksiyaları daxildir, zəncirxarici verilənlər isə Sİ modelləri və ya tətbiq metaverilənləri kimi mərkəzdənkənar sistemlərdə saxlanılan daha böyük və ya daha özəl məlumatları əhatə edir. 

Verilənlər mərkəzdənkənar təminatçılar şəbəkəsindən gəldiyi üçün heç bir tərəfin nəzarəti olmur. Eyni zamanda platforma sıfır məlumat sübutları (ZKP) ilə heç bir həssas məlumatı açıqlamadan verilənlərin dəqiqliyini doğrulaya bilir.

Birgə emal təbəqəsi qatı

Bu qat Chainbase ekosisteminin əsas anlayışlarından biri olan manuskriptlər tərəfindən dəstəklənir. Manuskript blokçeyn verilənlərinin necə emal ediləcəyini, məsələn, nəyin çıxarılacağını və ya tətbiqlərin və Sİ alətlərinin istifadə edə biləcəyi şəkildə necə təmizlənəcəyi və formatlaşdırılacağını müəyyən edən skriptdir. 

Məsələn, tərtibatçı smart müqavilədən token transferlərini filtrləyən və ya fırıldaqçılığın aşkarlanması üçün pul kisəsi davranış nümunələrini izləyən manuskript yaza bilər.

Manuskript şəbəkədə yayımlandıqdan sonra istənilən şəxs ondan istifadə edə bilər və orijinal müəllif hər istifadəyə görə mükafat qazanır. O, tərtibatçıların biliklərini dəyərli və təkrar istifadə oluna bilən formaya çevirmələri üçün istifadə olunan üsuldur. Daha çox tərtibatçı töhfə verdikcə platforma istənilən şəxsin qoşula biləcəyi, etibarlı və istifadəyə hazır verilənlər alətlərindən ibarət genişlənən mediatekaya çevrilir.

İcra qatı

Chainbase Virtual maşını (CVM) manuskriptlərin geniş miqyasda icra edilməsi üçün fərdi olaraq hazırlanmış mühitdir. O, eyni anda bir neçə işi idarə etmək və hətta geniş miqyasda da sürətli və səmərəli emal imkanı yaratmaq üçün verilənlər və tapşırıqların paralelləşdirilməsindən istifadə edir.

Bu qat tələb olunan hesablama resurslarını Avtonom Doğrulana bilən Xidmətlər (AVS) üzrə qovşaq operatorlarına təqdim etmək üçün ether və ya likvid steykinq tokenlərini (LST) steykinq etmək imkanı verən EigenLayer tərəfindən təmin olunur. Onlar şəbəkənin mərkəzdənkənar və təhlükəsiz qalmasına kömək edir və gördükləri işin həcminə əsasən mükafatlandırılırlar.

Konsensus qatı

Chainbase sürətli və etibarlı yekunlaşdırma təklif edən Bizans xəta tolerantlığına (BFT) malik konsensus alqoritmi olan CometBFT-dən istifadə edir. O, eyni zamanda Deleqasiya olunmuş Pay sübutu (DPoS) sistemindən istifadə edir. Bu sistemdə validatorlar verilənlər üzrə əməliyyatları yoxlayır və ardıcıllığı təmin edirlər, nümayəndələr isə etibarlı validatorları tokenlərini steykinq edərək dəstəkləyə bilərlər.

Ekosistem iştirakçıları 

Tərtibatçılar 

Tərtibatçılar yalnız tətbiqlərini dəstəkləmək üçün verilənlər istehlak etmir, eyni zamanda manuskriptlər yaradaraq verilənlər istehsal edirlər. Tərtibatçılar Chainbase Proqram Təminatı Yaratma Dəsti (SDK) vasitəsilə aşağıdakıları edə bilərlər:

  • Real dünyada Sİ modelləri, DeFi panelləri və ya fırıldaqçılıq aşkarlama alətləri kimi istifadə halları üçün verilənlər əldə etmək və çevirmək məqsədilə manuskriptlər yaratmaq.

  • Daha ağıllı və sürətli Dapp-lər yaratmaq üçün doğrulanmış çarpaz zəncir verilənlər dəstindən istifadə etmək.

  • Manuskriptlərinin istifadə edilmə tezliyinə və ekosistem üçün nə dərəcədə dəyərli olmasına əsasən mükafat qazanmaq.

Operatorlar

Operatorlar Chainbase şəbəkəsinin icra qatını işlədən hesablama gücü təmin edirlər. Onlar manuskriptlərin emal edilməsində və məlumat axınlarının geniş miqyasda səmərəli şəkildə davam etdirilməsində aparıcı rol oynayırlar.

  • Verilənlərə dair tapşırıqları yerinə yetirmək və böyük həcmdə məlumatı idarə etmək üçün CVM işlədirlər.

  • EigenLayer vasitəsilə ETH və ya LST tokenlərini təkrar steykinq etməklə Chainbase-in mərkəzdənkənar icra sistemində iştirak etmək imkanı əldə edirlər.

  • Onların töhfələri tokenlərlə mükafatlandırılır və qazanclar onların infrastrukturunun performansı və etibarlılığına əsaslanır.

Validatorlar

Validatorlar şəbəkənin bütövlüyü və təhlükəsizliyinin qorunmasına görə məsuliyyət daşıyırlar. Onlar verilənlərlə bağlı bütün transformasiyaların və tranzaksiyalarının düzgün və ardıcıl olduğunu təsdiqləyirlər. 

  • CometBFT və DPoS sistemindən istifadə etməklə şəbəkənin konsensus prosesində iştirak edirlər.

  • Onlar manuskript nəticələrini təsdiqləyir, şəbəkənin vəziyyətini yeniləyir və sürətli, xəta tolerantlığı olan yekunlaşmanın qorumasına kömək edirlər.

  • Bunun müqabilində sistemi dəqiq, etibarlı və saxtakarlığa qarşı dözümlü saxladıqları üçün mükafat qazanırlar.

Nümayəndələr

Nümayəndələr tokenlərini etibarlı validator və operatorlarla steykinq edərək şəbəkənin təhlükəsizliyini dəstəkləyirlər. Özləri infrastrukturu idarə etməsələr də, onların dəstəyi sistemin sağlamlığı və mərkəzdən kənarlaşdırılması üçün ciddi əhəmiyyət daşıyır.

  • Onlar tokenlərini etibar etdikləri validator və ya operatorlara deleqasiya etməklə dəstəkləyəcəkləri tərəfi seçir və əldə edilən mükafatlardan pay qazanırlar. 

  • Nümayəndələr eyni zamanda idarəetmədə iştirak edə, protokol yeniləmələri, maliyyələşdirmə təklifləri və Chainbase-in gələcəyini formalaşdıran digər əsas qərarlar üzrə səs verə bilərlər.

C Tokeni

C tokeni Chainbase ekosisteminin daxili xidməti tokenidir. Token müxtəlif məqsədlər, o cümlədən aşağıdakılar üçün istifadə olunur:

  • Verilənlər dəstinə giriş: C tokenləri Chainbase şəbəkəsində verilənlər dəstinə giriş və manuskriptlərin işlədilməsi üçün ödəniş etmək məqsədilə istifadə olunur.

  • Steykinq və şəbəkənin təhlükəsizliyi: validator və operatorlar şəbəkənin və verilənlər emalı axınlarının qorunmasına kömək etmək üçün C tokenlərini steykinq etməlidirlər. Nümayəndələr eyni zamanda etibarlı iştirakçıları dəstəkləmək üçün C tokenlərini steykinq edə, bununla da sistemin təhlükəsizliyinə kömək edə və əvəzində mükafatlardan pay qazana bilərlər.

  • İdarəetmə: C token sahibləri təkmilləşdirmələr, mükafat strukturları və ekosistem parametrləri kimi vacib protokol qərarlarına səs vermək imkanına malikdirlər və bu, Chainbase-in gələcəyinin formalaşmasına kömək edir.

Chainbase-in əldə edilməsini və istifadəsini asanlaşdırmaq üçün C tokeni həm Base, həm də BNB Smart Zənciri (BSC) üzərində istifadəyə verilib. Bir neçə zənciri dəstəkləməklə Chainbase həm istifadəçilər, həm də tərtibatçılar üçün ekosistemlə interaksiyada daha çox çeviklik təmin edərək öz təsir dairəsini genişləndirməyi hədəfləyir.

Binance HODLer Airdrop-larında Chainbase (C)

18 iyul 2025-ci ildə Binance C-ni Binance HODLer Airdrop-larında 28-ci layihə olaraq elan etdi. 6 iyuldan 9 iyula qədər BNB-ni Sadə qazanc və/və ya Zəncirdaxili gəlir məhsullarına abunə edən istifadəçilər C airdrop-ları əldə etmək üçün uyğun hesab edildilər. Proqram üçün ümumi 20 milyon C tokeni ayrılıb. Bu isə ümumi token tədarükünün 2%-ni təşkil edir.

C USDT, USDC, BNB, FDUSD və TRY cütlərinə qarşı treydinqə imkan verməklə toxum teqi ilə listinq edilib.

Yekun qeydlər

Bir neçə şəbəkə və müxtəlif verilənlər formatları ilə işləyərkən blokçeynlərdən faydalı verilənlər əldə etmək çətindir. Chainbase səpələnmiş blokçeyn məlumatlarını təmiz, strukturlaşdırılmış və istifadəyə hazır formaya çevirərək bu prosesi asanlaşdırmaq üçün hazırlanıb.

Tövsiyə olunan ədəbiyyat

İmtina: bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə nəzər salın.