Məsuliyyətdən imtina: bu məqalə yalnız məlumat xarakterlidir. Binance vasitəsilə təqdim edilən məlumat investisiya və ya treydinq üzrə məsləhət, yaxud tövsiyə mənasına gəlmir. Binance investisiya qərarlarınızın heç biri üzrə məsuliyyət daşımır. Maliyyə risklərinə getməzdən əvvəl peşəkar məsləhət alın.
Əsas diqqət yetiriləcək məqamlar
Scroll tranzaksiyaları əsas Ethereum zəncirindən xaricdə emal edən, yüklənməni azaldan və şəbəkəni istifadəçilər üçün hətta məşğul vaxtlarda belə daha sürətli edən miqyaslaşdırma həlldir.
Öz zk-rollap texnologiyası ilə Scroll Ethereumun qaz ödənişlərini azalda, DApp-ləri və DeFi xidmətlərini istifadəçilər üçün daha sərfəli və əlçatan edə bilər.
Skrol Ethereum ilə ahəngdarlıqla qovuşur, proqramçılara öz kodlarını tamamilə yenidən yazmadan öz mövcud alətlərindən və smart müqavilələrdən istifadə etməyə imkan verir.
Giriş
Əgər əvvəllər Ethereum-dan istifadə etmisinizsə, yəqin ki, onun yüksək tələbat dövründə bir qədər yavaş və bahalı olduğunu müşahidə etmisiniz. Mərkəzdən kənar tətbiqlərdən (Dapp) istifadə etmək üçün Ethereum şəbəkəsinə daha çox istifadəçi qoşulduqca, şəbəkə daha çox dolur və daha yüksək komissiya və daha yavaş tranzaksiya sürətlərinə səbəb olur. Burada köməyə Scroll gəlir.
Scroll Ethereum-un sürətini artırmaq və onu daha sərfəli etmək məqsədi daşıyır və bu zaman təhlükəsizlik və mərkəzdən kənarlaşdırmanın təhlükəsizliyi pozulmur və bu cəhət Ethereum-u özünəməxsus edir. Gəlin Scroll-u və onun miqyaslaşdırma həllərini daha dərindən nəzərdən keçirək.
Scroll (SCR) nədir?
Skrol xüsusi olaraq Ethereum üçün hazırlanmış 2-ci qat miqyaslaşdırma həllidir. Daha sadə sözlə desək, o, əməliyyatların daha rəvan icra olunması üçün Ethereum-un əsas şəbəkəsi (Qat 1) üzərindən işləyən texnologiyadır. Scroll-un əsas elementlərindən biri sıfır məlumat rollaplarıdır(zk-rollap) ki, bu, tranzaksiyaların təhlükəsizliyini təmin etməklə onların sürətini artıran innovativ kriptoqrafik texnikadır.
Scroll vasitəsilə tranzaksiyalar Ethereum-un əsas zəncirindən kənarda emal edilir və bu, yüklənmənin qarşısını almağa kömək edir. Sonra hər şeyin düzgün şəkildə doğrulanmasını təmin etmək üçün vacib məlumatlar Ethereum-un 1-ci qatına göndərilir. Bu o deməkdir ki, siz yenə də Ethereumda bütün yaxşı Dapp tətbiqlərindən və alətlərindən istifadə edə biləcəksiniz, lakin yüksək komissiya ödəmək və ya uzun müddət təsdiq gözləmək lazım olmayacaq.
Ethereum-a Scroll nə üçün lazımdır?
Fərz edək ki, Ethereum məşğul bir şossedir. Eyni zamanda çoxlu insan ondan istifadə etməyə çalışanda o yavaşlayır, istifadə xərcləri isə (qaz ödənişləri) artır. Bildiyimiz kimi, heç kəs yüksək komissiya ödəməyi sevmir, xüsusilə də dosta kriptovalyuta göndərən və ya Dapp-dən istifadə edən zaman.
Ethereum-un tərtibatçıları bu problemi həll etmək üçün həllər üzərində çox işləyir, lakin şəbəkənin təhlükəsizlik və mərkəzsizləşdirməyə diqqət yetirməsi onun miqyaslaşdırılmasını çətinləşdirir. Məhz burada Scroll kimi 2-ci Qat həllər köməyə gəlir – onlar Ethereum-un əsas şəbəkəsindən yükü azaldır, eyni zamanda onu təhlükəsiz və mərkəzdən kənarlaşdırılmış şəkildə saxlayır.
Scroll-un iş prinsipi necədir?
Rollapların əsasları
Artıq öyrəndiyimiz kimi rollaplar külli miqdarda tranzaksiyaları Ethereum-un əsas şəbəkəsindən kənarda (zəncirxarici) emal edib, sonra bu tranzaksiyaları təsdiq üçün 1-ci Qata geri qaytarmanın ağıllı yoludur. Bu, hər bir şəxsə ayrı-ayrılıqda mesaj göndərmək əvəzinə vaxta qənaət etmək üçün qrup mesajı göndərməyə bənzəyir.
Rollapların iki növü var: optimistik rollaplar və sıfır-məlumat rollapları (zk-rollaplar). Scroll əlavə təhlükəsizliklə təchiz edilmiş zk-rollaplardan istifadə edir. Bu rollaplar zəncirxarici tranzaksiyaların düzgün emal edildiyinə zəmanət vermək üçün sıfır məlumat sübutları adlanan (ZKP) protokollardan istifadə edir. Beləliklə, Ethereum-un hər bir detalı yoxlamasına ehtiyac qalmır, bu da prosesi sürətləndirir və xərcləri əhəmiyyətli dərəcədə azaldır.
Scroll-un üç qatlı quruluşu
Scroll sistemi üç əsas hissəsdən ibarətdir:
Yerləşmə qatı: bu, Ethereum-un özüdür. Scroll Ethereumun 1-ci qatından verilənlərin mövcudluğu və zk-rollap sübutlarının doğrulanması kimi məqsədlər üçün istifadə edir. Əslində, Ethereum hər şeyin qanuni olmasını təmin edən son hakim rolunu oynayır.
Sıralama qatı: burada Scroll tranzaksiyaları emal və təşkil edir. Bu qat tranzaksiyaları partiyalar şəklində qruplaşdırır və məlumatı təhlükəsiz şəkildə saxlamq və doğrulamaq üçün Ethereum-a qaytarır.
Sübutedici qat: bu, zk-rollapların möcüzəsinin baş verdiyi qatdır. Bir sıra kompüter (sübut edici adlanır) tranzaksiyaların düzgün aparıldığını göstərən sıfır məlumat sübutlarını yaratmaq üçün birlikdə işləyir. Bu qat hər şeyin təhlükəsiz və Ethereum tərəfindən təsdiqə hazır olmasını təmin edir.
Sıfır məlumatlı Ethereum virtual maşını (zkEVM)
Scroll-un ən özəl tərəflərindən biri onun zkEVM-idir (sıfır məlumatlı Ethereum virtual maşını ifadəsinin qısaldılmış forması). Bu, mürəkkəb görünə bilər, lakin əsasən onu bildirir ki, Scroll zk-rollaplardan istifadə edərək, Ethereum-un iş tərzini dəyişdirmədən Ethereum kimi tranzaksiyaları həyata keçirə bilər. Tərtibatçılar Scroll ilə işləmək üçün kodlarını yenidən yazmalı və ya yeni alətlər yaratmalı deyillər ki, bu da böyük üstünlükdür.
zkEVM Scroll-a Ethereum ilə 100% uyğunluğu qorumağa imkan verir ki, bu da tərtibatçıların DApp-lərini bu daha sürətli, daha səmərəli sistemə köçürməsini asanlaşdırır.
Tranzaksiyalar Scroll-da necə işləryir?
Scroll-da hər şeyin əngəlsiz işləməsini təmin etmək üçün tranzaksiyalar bir neçə mühüm mərhələdən keçir:
Təsdiq edilmə: əvvəlcə istifadəçi tranzaksiyanı ya Ethereum-un əsas şəbəkəsinə (Qat 1), ya da birbaşa Scroll-a (Qat 2) təqdim edir. Tranzaksiya icra edilib bloka əlavə edildikdən sonra təsdiq edilmiş hesab olunur.
Möhkəmlənmə: sonra təsdiq edilmiş tranzaksiyalar bir partiyada qruplaşdırılır. Bu partiya Ethereum-un əsas şəbəkəsinə göndərilir, bu da məlumatların düzgün qeyd olunmasını təmin edir.
Tamamlanma: Sonda Scroll etibarlılıq sübutunu yaradır (bundan əvvəl qeyd etdiyimiz sıfır məlumat rollapları sayəsində) və onları Ethereum-a göndərir. Ethereum sübutu doğruladıqdan sonra tranzaksiya tamamlanır. Vəssalam! İndi tranzaksiyanız sistemin sürətini heç də yavaşlatmadan rəsmi Ethereum blokçeyninin bir hissəsidir.
Scroll-un üstünlükləri
1. Daha yaxşı miqyaslanma qabiliyyəti
Tranzaksiyaları zəncirxarici emal etməklə Scroll Ethereum-da icra edilə bilən tranzaksiyaların sayını nəzərəçarpacaq dərəcədə artırır. Bu, şəbəkəni daha sürətli edir ki, bu da daha çox insanın Ethereum-da mərkəzləşdirilməmiş tətbiqlərdən (DApps) istifadə etməyə başladığını nəzərə alsaq, olduqca vacibdir.
2. Daha aşağı tranzaksiya ödənişləri
Scroll kriptovalyuta pul kisəniz üçün əla xəbərdir. O, əməliyyatları partiyalara qruplaşdıra və zk-rollaplardan istifadə edə bildiyi üçün Ethereum-dan istifadə xərcləri aşağı düşür. Bu da onu Dapp istifadəsində və kriptovalyuta transferində daha sərfəli edir.
3. Təhlükəsizlik yüksək səviyyədə qalır
Tranzaksiyalar zəncirxarici emal edilsə də, Scroll hər şeyin təhlükəsiz və etibarlı olduğunu təmin etmək üçün qabaqcıl zk-rollaplardan istifadə edir. Tranzaksiyalarınızın təhlükəsizliyindən narahat olmağa ehtiyac yoxdur – Scroll onları birbaşa Ethereum-da emal edilmiş kimi təhlükəsiz saxlamaq üçün nəzərdə tutulub.
4. Ethereum ilə uyğunluq
Scroll tərtibatçılardan DApp-lərini necə yaratdıqlarını dəyişdirməyi tələb etmir. Onun zkEVM texnologiyası Ethereum-un mövcud infrastrukturuna tam uyğunluğu təmin edir, yəni tərtibatçılar tamamilə yeni sistemi öyrənmək zərurəti olmadan asanlıqla Scroll-dan istifadə edə bilər.
SCR Tokeni
SCR tokenləri Scroll ekosisteminin mühüm hissəsini təşkil etmək üçün nəzərdə tutulmuşdur. SCR tokenindən əsas istifadə yollarına dair bir neçə misal:
İdarəetmə: SCR tokenləriniz varsa, Scroll-un inkişafı ilə bağlı rəy vermək hüququnuz var. SCR sahibləri protokola edilən yeniləmələrdən tutmuş şəbəkənin işinə qədər əsas qərarlarla bağlı səs verə bilər.
Şəbəkə dəstəyi: Scroll iki mühüm qrupdan asılıdır: sübut edənlər və ardıcıllıq göstəriciləri. Onlar arxa fonda hər şeyin qaydada olmasını təmin edir, tranzaksiyaları doğrulayır və onları bloklar üzrə təşkil edir. SCR tokenləri onların səyini mükafatlandırmaq üçün istifadə edilir ki, bu, hər şeyin mərkəzdən kənar və təhlükəsiz saxlanmasına yardım edir.
Steykinq: istifadəçilər və validatorlar şəbəkənin təhlükəsizliyini təmin etmək və mükafatlar qazanmaq üçün SCR tokenlərini paylara bölə bilər. Bu, Scroll şəbəkəsini təhlükəsiz və funksional vəziyyətdə saxlamaq üçün mühüm stimuldur.
Yekun qeydlər
Scroll (SCR) sıfır məlumat rollaplarından istifadə etməklə Ethereum-un miqyaslanma problemlərini həll edən innovativ 2-ci qat miqyaslandırma vasitəsidir. Tranzaksiyanın məhsuldarlığını təkmilləşdirməklə, xərcləri azaltmaqla və Ethereum-un ekosisteminə uyğunluğu saxlamaqla Scroll istifadəçilərə və proqramçılara Ethereum blokçeyni ilə daha asan və daha ucuz əlaqə qurmaq imkanı verir.
Ethereum inkişaf etdikcə, Scroll kimi layihələr şəbəkənin mərkəzləşdirilməmiş tətbiqlərə və xidmətlərə artan tələblərə tab gətirməsinin təmin edilməsində mühüm rol oynayacaq.
Tövsiyə olunan ədəbiyyat
Məsuliyyətdən imtina: Bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bir təqdimat və ya zəmanət olmadan hazırkı məlumatlar əsasında təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir, bu məlumatlar hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımır. Siz məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Əlavə təfərrüatlar üçün məsuliyyətdən imtina bölməsini tam şəkildə burada oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə baxın.