Kriptovalyuta pul kisəsini quraşdırmaq qaydası
Əsas səhifə
Məqalələr
Kriptovalyuta pul kisəsini quraşdırmaq qaydası

Kriptovalyuta pul kisəsini quraşdırmaq qaydası

Başlanğıc
Yenilənib Sep 10, 2024
7m

Əsas diqqət yetiriləcək məqamlar

  • Kriptovalyuta pul kisələrinin bir neçə forması olur. Saxlanc pul kisələrini quraşdırmaq asandır, ancaq onlar az nəzarət təklif edir.

  • Qeyri-saxlanc pul kisələri sizə tam nəzarət imkanı verir, ancaq açarlarınızın və aktivlərinizin təhlükəsizliyinə görə bütün məsuliyyət sizə aiddir.

  • Fiziki pul kisələri haker müdaxilələrinə və istismara qarşı güclü təhlükəsizlik təklif edir, ancaq nisbətən bahalıdır və yeni başlayanlar üçün uyğun deyil.

  • Bu təlimatda kriptovalyuta pul kisələrinin müxtəlif növlərini təqdim edirik və onları bir neçə addımda necə quraşdıra biləcəyinizi göstəririk.

Giriş

Kriptovalyuta ilə işə başlayırsınız? Ehtiyacınız olan ilk şey kriptovalyuta pul kisəsidir! Kriptovalyuta pul kisəsi kriptovalyutaları və rəqəmsal aktivləri göndərmək, qəbul etmək və saxlamaq üçün vasitədir. Onlar müxtəlif formalarda olur və hər birinin öz faydaları, məhdudiyyətləri və riskləri var. Ehtiyaclarınıza uyğun gələn ən yaxşı kriptovalyuta pul kisəsini seçə bilməyiniz üçün müxtəlif növlərə nəzər salaq.

Saxlanc pul kisələri

Üçüncü tərəf pul kisələri kimi də tanınan saxlanc pul kisələri kriptovalyuta birjası və ya başqa üçüncü tərəf tərəfindən təmin edilir və idarə olunur. Üçüncü tərəf pul kisələri sizə aktivləriniz üzərində tam nəzarət imkanı vermir və nağdlaşdırma və ya ödənişlər edərkən provayderin xidmətlərinə etibar edirsiniz. 

Əsas üstünlüyü ondan ibarətdir ki, açarlarınızın idarə edilməsi ilə bağlı narahatlığa ehtiyac olmur və zəruri hallarda parolunuzu sıfırlaya bilərsiniz.

Saxlanc kriptovalyuta pul kisəsini quraşdırmaq qaydası

1. Platforma seçin: nüfuzlu kriptovalyuta birjası seçin və onun yerli qaydalara uyğun olduğundan əmin olun.

2. Hesab yaradın: e-poçtunuzdan və güclü paroldan istifadə etməklə qeydiyyatdan keçin.

Binance-də qeydiyyatdan keçin

3. Kimliyinizi doğrulayın: əksər platformalar qaydalara əməl etmək üçün kimliyin doğrulanmasını (Müştərini tanı və ya KYC) tələb edir.

4. Vəsaitlər əlavə edin: doğrulandıqdan sonra pul kisənizə fiat valyutası və ya kriptovalyutanı depozit olaraq qoymaq üçün ödəniş metodunu əlaqələndirə bilərsiniz.

5. Treydinqə başlayın: ticarət etməyə və ya investisiya qoymağa hazırsınız. Binance ilə işə başlamaq haqqında ətraflı məlumat əldə etmək üçün Binance ilə yeni işə başlayanlar üçün təlimatı nəzərdən keçirin.

Qeyri-saxlanc pul kisələri

Qeyri-saxlanc və ya öz-saxlanc pul kisələri sizə açarlarınız və vəsaitləriniz üzərində tam nəzarət imkanı verir. Bu pul kisələri daha çox azadlıq və nəzarət imkanı versə də, kriptovalyutanızın təhlükəsizliyini təmin edən parolları və toxum frazalarını yadda saxlamaq üçün bütün məsuliyyət sizə aid olur.

Əksər hallarda haker hücumuna məruz qaldığınız və ya giriş imkanınızı itirdiyiniz halda, parolunuzu sıfırlamaq və ya vəsaitlərinizi bərpa etmək üçün heç bir yol olmur. MetaMaskTrust Wallet qeyri-saxlanc kriptovalyuta pul kisələrinin populyar nümunələridir.

Qeyri-saxlanc kriptovalyuta pul kisələrini quraşdırmaq qaydası

1. Pul kisəsi tətbiqini əldə edin: mobil telefon istifadə etdiyiniz halda, rəsmi mənbələrdən (App Store və ya Google Play) etibarlı pul kisəsi tətbiqi quraşdırdığınızdan əmin olun. Masaüstü kompüter istifadə etdiyiniz halda, brauzer uzantısını rəsmi veb-saytlardan əldə edin. Nümunə kimi MetaMask-dan istifadə edəcəyik.

MetaMask

2. Yeni pul kisəsi yaradın: tətbiqi açın və yeni pul kisəsi yaratmaq seçimini edin.

MetaMask – yeni pul kisəsi yaradın

3. Güclü parol təyin edin: bu, tətbiqi icazəsiz girişdən qoruyacaq.

4. Toxum frazanızın ehtiyat nüsxəsini çıxarın: tətbiq tərəfindən verilən 12 və ya 24 sözdən ibarət toxum frazasını yazıb götürün. Onu gizli və təhlükəsiz şəkildə saxlayın. Giriş məlumatlarını itirdiyiniz təqdirdə pul kisənizi bərpa etmək üçün toxum frazası çox vacibdir.

MetaMask – toxum frazasının ehtiyat nüsxəsini çıxarın

5. Vəsaitlər əlavə edin: qeyri-saxlanc pul kisənizə vəsaitlər əlavə etməyin ənənəvi yolu Binance kimi kriptovalyuta birjasından kriptovalyuta transfer etməkdir. Ancaq bəzi pul kisələri kredit kartı və bank ödənişləri ilə on-ramp xidmətlər də təklif edir.

MetaMask yaradıldı

Öz-saxlanc pul kisəniz istifadəyə hazırdır. İndi Uniswap, PancakeSwap və s. kimi Mərkəzdən kənar maliyyə platformalarına qoşula bilərsiniz. Ancaq diqqətli olun. Zərərli Dapp və ya fişinq veb-saytlarına qoşulmaq vəsaitlərin itkisinə səbəb ola bilər. 

Pul kisənizi Web3 platformalarına qoşmazdan əvvəl nüfuzlu və qanuni xidmətlərdən istifadə etdiyinizdən əmin olun. Eyni zamanda riskləri azaltmaq üçün vəsaitlərinizi bölə və birdəfəlik pul kisələrindən istifadə edə bilərsiniz.

Binance Web3 Pul kisəsi

Binance Web3 Pul kisəsi hər iki aləmin ən yaxşılarını özündə birləşdirən unikal kriptovalyuta pul kisəsidir. O, şəxsi açarlarınızı bir yerdə saxlamaq ehtiyacını aradan qaldıran öz-saxlanc pul kisəsidir. Binance Web3 Pul kisəsi istifadəçiləri toxum frazaları haqqında düşünməli olmurlar və 24/7 müştəri dəstəyi xidmətindən faydalana bilərlər.

Binance Web3 Pul kisəsini quraşdırmaq qaydası

1. Binance tətbiqində Binance hesabınıza daxil olun və [Pul kisələri] bölməsinə keçin.

Tətbiqdə Binance Web3 Pul kisəsi nişanı

2. Pul kisəsi yaradın. [Pul kisəsi yaradın] üzərinə klikləyin və təlimatlara əməl edin. Binance Web3 Pul kisəsi Çoxtərəfli hesablama (MPC) texnologiyasından istifadə etdiyi üçün toxum frazası ilə bağlı narahatlığa ehtiyac yoxdur. Onun yerinə üç ayrı yerdə saxlanılan üç "açar-bölüşmə" yaradır.

Binance Web3 Pul kisəsi MPC texnologiyası

3. Pul kisənizin ehtiyat nüsxəsini çıxarın və bərpa parolunuzu təyin edin. Açar-bölüşmələr bərpa parolunuzla qorunur. Onu gizli və təhlükəsiz şəkildə saxlayın.

Binance Web3 Pul kisəsinin ehtiyat nüsxəsi

4. Pul kisəsini aktivləşdirin: Web3 pul kisəsini aktivləşdirdikdən sonra o, treydinq, steykinq və ya Dapp-lər ilə qarşılıqlı əlaqə üçün istifadəyə hazır olacaq.

Binance Web3 Pul kisəsi 24/7 müştəri xidmətləri göstərir və bu sayədə təlimata ehtiyacı olan istifadəçilər üçün əla seçim hesab olunur.

Fiziki pul kisələri

Fiziki pul kisələri şəxsi açarlarınızı oflayn rejimdə saxlayan fiziki cihazlardır. Ledger və Trezor kimi populyar brendlər zərərli proqram təminatlarına və hakerlərə qarşı güclü müdafiə təklif edə bilər. Ancaq fiziki pul kisələri nisbətən bahalı ola bilər və yeni başlayanlar üçün o qədər də münasib deyil. Onlar uzunmüddətli investisiyalar kimi böyük məbləğdə HODL strategiyası tətbiq etməyi planlaşdıran təcrübəli kriptovalyuta istifadəçiləri üçün daha münasibdir.

Fiziki pul kisəsini quraşdırmaq qaydası

1. Fiziki pul kisəsi alın: rəsmi saytdan və ya etibarlı pərakəndə satıcıdan Ledger Nano və ya Trezor alın.

Binance Ledger şəkli

2. Pul kisəsi proqram təminatını quraşdırın: əlavə pul kisəsi proqram təminatını (məsələn, Ledger Live və ya Trezor Suite) kompüterinizə və ya smartfonunuza endirin.

3. Cihazı qoşun: USB kabeldən istifadə edərək fiziki pul kisənizi kompüterinizə qoşun.

4. PİN kod təyin edin: cihazınızı qorumaq üçün təhlükəsiz PİN kod seçin.

5. Bərpa frazasının ehtiyat nüsxəsini çıxarın: cihaz bərpa üçün toxum frazası yaradacaq. Onu yazın və təhlükəsiz yerdə saxlayın.

6. Kriptovalyuta göndərin və qəbul edin: quraşdırdıqdan sonra kriptovalyuta pul kisəsini fiziki pul kisəsinə və əksinə transfer edə bilərsiniz.

Yekun qeydlər

Bir neçə sadə addımla kriptovalyutaları təhlükəsiz şəkildə saxlamağa, göndərməyə və qəbul etməyə hazır olacaqsınız. Unutmayın ki, kriptovalyuta aləmində təhlükəsiz qalmağın açarı şəxsi açarlarınızı qorumaq və potensial təhlükəsizlik təhdidlərindən xəbərdar olmaqdır.

Tövsiyə olunan ədəbiyyat

Məsuliyyətdən imtina: bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bir təqdimat və ya zəmanət olmadan təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir və bu məlumatların məqsədi hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etmək deyil. Məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Ətraflı məlumat üçünburada məsuliyyətdən imtina bölməsinin tam mətnini oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə baş çəkin.