MetaMask-ın BNB Smart Chain ilə əlaqələndirilməsi
Əsas səhifə
Məqalələr
MetaMask-ın BNB Smart Chain ilə əlaqələndirilməsi

MetaMask-ın BNB Smart Chain ilə əlaqələndirilməsi

Başlanğıc
Dərc edilmişdir Oct 20, 2020Yenilənib Dec 4, 2023
6m

Çox uzundur, oxumadım

  • MetaMask blokçeyn tətbiqləri və mərkəzdən kənar maliyyə dünyasına giriş imkanı verən kriptovalyuta cüzdanıdır. MetaMask mobil tətbiq və veb-brauzer genişlənməsi kimi əlçatandır.

  • Əvvəlcə Ethereum şəbəkəsi ilə qarşılıqlı əlaqə üçün nəzərdə tutulsa da, MetaMask-dan BNB Smart Chain daxil olmaqla bir sıra digər blokçeyn şəbəkələrinə giriş imkanı əldə etmək üçün istifadə edə bilərsiniz.

  • Bu məqalədə sizə MetaMask qurmaq və onu BNB Smart Chain (BSC) ilə əlaqələndirmək prosesi üzrə təlimat veriləcək.

MetaMask-ın quraşdırılması və qurulması

MetaMask Chrome, Firefox və Brave daxil olmaqla bir neçə brauzerdə istifadə edilə bilər. Mobil telefonda MetaMask həm iOS, həmdə Android istifadəçiləri üçün əlçatandır. Nəzərə alın ki, istifadə etdiyiniz platformadan asılı olaraq təlimatlar bir qədər fərqlənə bilər, lakin buna baxmayaraq, onlara əməl edə bilməlisiniz.

1. Əvvəlcə, MetaMask-ı endirmə səhifəsinə keçin və istifadə etdiyiniz platformanı seçin. Sonra onu cihazınıza quraşdırmaq üçün addımlara əməl edin.

2. Sonra [Yeni cüzdan yarat] üzərinə klikləyin və təlimatlara əməl edin.

3. Gizli bərpa frazası (buna toxum frazası da deyə bilərik) ilə cüzdanınızın təhlükəsizliyini təmin etməyiniz tövsiyə olunur. Bu fraza cüzdanınız və vəsaitləriniz üçün əsas açar rolunu oynayacaq.

4. Gizli bərpa frazanızı yazın və onu təhlükəsiz yerdə yadda saxlayın. Cihazınız zədələnsə və ya itsə, bu fraza olmadan vəsaitlərinizi bərpa edə bilməzsiniz. Gizli bərpa frazanızı heç vaxt heç kəslə paylaşmamalısınız.

5. Frazanızı təsdiqləmək üçün çatışmayan sözləri daxil edin və [Təsdiq et] üzərinə klikləyin.

6. Bu qədər! Artıq cüzdanınızı görəcək, vəsait göndərə və ala biləcəksiniz.

MetaMask cüzdanınıza Yeni blokçeyn şəbəkəsinin əlavə edilməsi

Yeni cüzdanın standart olaraq Ethereum şəbəkəsi ilə əlaqələndirildiyini görmüş ola bilərsiniz. Lakin burada məqsədimiz MetaMask-ı BNB Smart Chain (BSC) ilə əlaqələndirməkdir. Bu, yalnız BNB Smart Chain-də əlçatan olan mərkəzləşdirilməmiş tətbiqlərlə (Dapp) qarşılıqlı əlaqədə olmağımıza və onlardan istifadə etməyimizə icazə verəcək.

1. Yuxarı sol küncdə [Ethereum Mainnet] bölməsinə keçin və [Şəbəkə əlavə et] üzərinə klikləyin.

2. Sonra siyahıda BNB Chain-i tapın və [Əlavə et] üzərinə klikləyin.

3. Şəbəkə təfərrüatlarını yoxlayın və [Təsdiq et] üzərinə klikləyin.

4. Artıq BNB Chain şəbəkəsini MetaMask cüzdanınıza əlavə etdiniz. Ondan dərhal istifadə etməyə başlamaq istəyirsinizsə, [BNB Chain-ə keç] üzərin klikləyin. Hələlik Ethereum şəbəkəsində qalmaq istəyirsinizsə, [Rədd et] üzərinə klikləyin.

5. Unutmayın ki, siz sadəcə olaraq vəsaitləri bir blokçeyn şəbəkəsindən digərinə transfer edə bilməzsiniz (məsələn, BNB Chain-dən Ethereum-a transfer). Xüsusi olaraq vəsaitləri müxtəlif zəncirlər üzrə köçürmək üçün nəzərdə tutulmuş blokçeyn körpüsündən istifadə etdiyiniz təqdirdə BNB Chain transferini yalnız BNB Chain cüzdanlarına və oradan edə bilərsiniz.

6. Əla! Artıq BNB Chain ilə əlaqələndirilmiş olmalısınız. Nəzərə alın ki, tranzaksiya ödənişlərini həyata keçirmək üçün MetaMask cüzdanınızı bir neçə BNB ilə maliyyələşdirməli olacaqsınız. Məsələn, BEP-20 şəbəkəsi vasitəsilə BNB-ni Binance hesabınızdan MetaMask cüzdanınıza çəkə bilərsiniz.

Şəbəkəni MetaMask-a əl ilə necə əlavə etməli

Əvvəlki addımlarda artıq BSC mainneti əlavə etdiyimizə görə BNB Smart Chain Testnet şəbəkəsini əlavə etməklə aşağıdakı addımları təsvir edəcəyik. Saxta pullarla yoxlamaq üçün testnet şəbəkəsindən istifadə edə və cüzdanla tanış ola bilərsiniz.

1. MetaMask cüzdanınıza şəbəkəni əl ilə əlavə etmək üçün ekranın aşağısında [Şəbəkə əlavə et], sonra [Əl ilə şəbəkə əlavə et] üzərinə klikləyin.

2. Sonra şəbəkə parametrlərini əlavə etməlisiniz. Nəzərə alın ki, bu parametrlər şəbəkəyə özəldir.

BNB Chain Testnet parametrləri

3. Hazırdır. MetaMask cüzdanınıza BNB Chain Testnet əlavə etdiniz.

MetaMask tranzaksiyalarının icrası (Testnetdə)

Cüzdanın iş prinsipini təsvir etmək üçün saxta puldan istifadə edərək testnet şəbəkəsində tranzaksiya həyata keçirəcəyik. 

1. MetaMask cüzdanınıza keçin və onu kopiyalamaq üçün ünvanınıza klikləyin.

2. BNB Smart Chain Faucet-a keçin və cüzdanınızın ünvanını müvafiq sahəyə əlavə edin. Sonra [Mənə BNB ver] bölməsinin altında [0,1 BNB] üzərinə klikləyin.

3. Saxta vəsaitlər köçürülənə qədər gözləyin. Nəzərə alın ki, tBNB testnet şəbəkəsində istifadə olunan saxta BNB-dir.

4. İş prinsipini göstərmək üçün burada vəsaitləri başqa bir yerə göndərəcəyik. İndicə ianə verəcəyimiz BscScan Testnet-dən təsadüfi bir ünvan əldə etdik. 

[Göndər] üzərinə klikləyin və təyinat yerinin cüzdan ünvanını əlavə edin. Sonra aktivi və məbləği seçib [Növbəti] üzərinə klikləyin.

5. [Təsdiq et] üzərinə klikləməzdən əvvəl tranzaksiya təfərrüatlarını yoxlayın. Nümunədə bu təsadüfi ünvana 0,05 tBNB göndəririk.

6. Tranzaksiyanın təsdiq edilməsi üçün bir neçə saniyə gözləyin. Keçmiş tranzaksiyalarınızı MetaMask-ın fəaliyyətin tabının altında yoxlaya bilərsiniz.

Yekun qeydlər

MetaMask Ethereum ekosisteminə daxil olmaq üçün uzun müddət populyar Web3 cüzdanı olub. Lakin cəmi bir neçə addımda hər kəs BNB ekosistemində icra olunan Dapp-dən ibarət yeni dəst açan BNB Smart Chain-ə qoşulmaq üçün onu konfiqurasiya edə bilər.

Tövsiyə olunan ədəbiyyat

İmtina: Bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və təhsil məqsədləri üçün "olduğu kimi" sizə təqdim edilir. Bu, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Məqaləyə üçüncü tərəf müəllifi tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifinə aiddir və Binance Academy-nin fikirlərini əks etdirmir. Əlavə təfərrüatlar üçün imtina mətnini tam şəkildə burada oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və siz investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız siz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu materialı maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydaları Risklə bağlı xəbərdarlıq bölməmizə baxın.