BscScan nədir və ondan necə istifadə etməli?
Əsas səhifə
Məqalələr
BscScan nədir və ondan necə istifadə etməli?

BscScan nədir və ondan necə istifadə etməli?

Başlanğıc
Dərc edilmişdir Nov 18, 2021Yenilənib Oct 15, 2024
9m

Əsas diqqət yetiriləcək məqamlar

  • BscScan istifadəçilərə asanlıqla tranzaksiyaları izləməyə, pul kisəsinin balansını yoxlamağa və BNB Smart Chain (BSC) sistemində smart müqavilələrlə məşğul olmağa imkan verən blokçeyn eksploreridir.

  • O, həmçinin qaz qiymətlərinə nəzarət, BEP-20 tokenlərinin izlənməsi və unikal ünvan sayının yoxlanması kimi bir sıra funksiyalar təklif edir.

  • Bu göstəricilər istifadəçilərə şəbəkə fəaliyyətini ölçmək, şəbəkədə yüklənmələri müəyyən etmək və tokenin məhsuldarlığını qiymətləndirmək üçün istifadə edilə bilər ki, bu, investorlar, treyderlər və blokçeyn tərtibatçıları üçün çox faydalı ola bilər.

akademiya kurslarının CTA banneri

Giriş

Biz tez-tez açıq blokçeynlərin icazəsiz olması haqqında danışırıq, yəni ünvanı olan hər bir şəxs onlarla əlaqəyə girə bilər. Bəs bilirsinizmi ki, blokçeynlərin proqramlaşdırılması da icazəsizdir? Müvafiq təcrübəyə malik olan hər bir şəxs öz Dapp-lərini blokçeyndə istifadə edə bilər və onları dayandıracaq kimsə yoxdur.

Bu, Mərkəzdən kənar maliyyə (DeFi) sahəsinin sürətlə inkişaf etməsinə səbəb oldu. BNB Smart Chain (BSC) hələ yeni blokçeyndir, lakin artıq nəzərəçarpacaq dərəcədə inkişaf etmişdir. Heyrətamizdir, elə deyilmi? Treyderlərin və investorların şəbəkənin fəaliyyətini yoxlamasını asanlaşdıran bir çox açıq zəncirdaxili verilənlər mövcuddur.

Bu zəncirdaxili verilənlər əldə etmək istəyirsinizsə, BscScan kimi blokçeyn eksploreri istədiyiniz hər bir şeyi tapmanın ən asan yoludur.

BscScan nədir?

BscScan Etherscan kimi eyni komanda tərəfindən hazırlanmış blokçeyn eksploreridir. O, BNB Smart Chain üçün analitik platforma təklif edir, lakin eyni zamanda bir çox başqa funksiyaları da var. Əgər BSC-də hazırlanmış DeFi layihələrini nəzarət altında saxlamaq istəyirsinizsə, bunlar yaxşı məlumat mənbəyi ola bilər. 

BscScan-dan eyni zamanda aşağıdakı məqsədlərlə istifadə edə bilərsiniz:

1. Tranzaksiyaları axtarmaq və onların gedişatına nəzarət etmək.

2. Blokçeynə əlavə edilmiş ən son blokları görmək.

3. Pul kisələrinin balansını və onlarla aparılmış hər hansı tranzaksiyaları yoxlamaq.

4. Blokçeyndə istifadə edilmiş smart müqavilələri axtarmaq, oxumaq və onlarla məşğul olmaq.

5. Tokenlərin və digər kriptovalyutaların təchizini tədqiq etmək.

Bütün bu məlumatları qeydiyyatdan keçmədən və tamamilə pulsuz əldə etmək olar. Blokçeyn eksploreri onları sadə və asan naviqasiya edilən üsulla təsvir edir.

Nə üçün BscScan-dan istifadə etməliyəm?

BscScan EtherScan kimi etibarlı proqramlaşdırma komandasının məhsulu, məşhur Ethereum blok eksplorerdir. Öz nüfuzuna əlavə olaraq, BscScan sizə blokçeyn dünyasında hərəkət etməyə yardım edə bilər. Ondan istifadə ilə bağlı bəzi ilkin biliklərlə siz əsas problemləri və sorğuları tez bir zamanda aradan qaldıra bilərsiniz.

Məsələn, BscScan-da smart müqaviləni axtarmaq qaydasını bilmək DApp-dən istifadə edən hər bir şəxs üçün yararlı səriştədir. Siz BscScan vasitəsilə onların smart müqavilələrinin doğrulandığını görə və hətta onlarla birbaşa əlaqə yarada bilərsiniz (DApp Applikasiya proqramlaşdırma interfeysi (API) işləmədiyi hallarda faydalı ola bilər). Lakin zəncirdaxili məlumatlar ancaq smart müqavilələrin yoxlanması və əsas tranzaksiyalarla məhdudlaşmır. 

Məsələn siz böyük məbləğli tranzaksiyalara nəzarət etmək üçün nəzərəçarpan hallarla bağlı həyəcan siqnalı təşkil edə bilərsiniz. Bəzi hallarda böyük məbləğdə kriptovalyutanın mübadilə üçün hərəkət etdirilməsi tezliklə satış olacağını göstərə bilər. Siz hətta DeFi protokolu təsisçilərinin pul kisəsini izləyə və onların öz tokenlərini hərəkət etdirmələrini müəyyən edə bilərsiniz. Gəlin BscScan-dan istifadə edən zaman axtara biləcəyiniz ən çox istifadə edilən alətlərdən və göstərici parametrlərdən bəzilərini nəzərdən keçirək.

BNB Smart Chain üzrə Orta Qaz qiymətini necə tapa bilərəm?

Əvvəlcə [Resurslar] bölməsinə keçin, [Qrafik və statistika] üzərinə, sonra isə [Orta qaz qiyməti qrafiki] üzərinə klikləyin.

bscscan qrafikləri və statistikası

Siz indi istifadəçilərin BSC tranzaksiyaları üçün ödədikləri qaz ödənişini hesablamaq üçün istifadə edilən orta qaz qiyməti qrafikini görəcəksiniz.

bscscan orta qaz qiyməti qrafiki

Qeyd etdiyimiz kimi BSC komissiya haqqı nisbətən aşağıdır. BSC-də 1 gwei 0,000000001 BNB-ə bərabərdir. Orta qaz qiymətinin təxminən 3,5 gwei təşkil etməsini nəzərə aldıqda, 100 BNB-nin göndərilməsi haqqı on sentdən az olmalıdır. Əslində, həmin məbləğdən on, hətta yüz dəfə artıq məbləğin göndərilməsi sizə ən çoxu 30 sentə başa gələcək.

bscscan orta qaz qiyməti 2024

Tranzaksiya tarixçəsindən görə bilərik ki, insanlar həmişəkindən daha yüksək tranzaksiya ödənişi edir. Bəzi istifadəçilər Ethereum və ya digər blokçeynlərdən keçmiş adətlərini yeni sistemə gətirmiş ola bilər. Bu, həqiqətən də lazımsızdır. BNB Smart Chain-də hələ yer çoxdur, ona görə də şəbəkə şəraitləri stabil qalarsa, sadə tranzaksiya üçün 3,5 gwei kifayət olmalıdır.

BNB Smart Chain unikal ünvan sayını haradan tapa bilərəm?

BscScan-ın unikal ünvan sayı şəbəkənin təxminən neçə istifadəçisi olduğunu müəyyən edən zaman istifadə edilən əla hesablama üsuludur. Unikal ünvan sayını [Resurslar] bölməsinə keçib [Qrafik və statistika] üzərinə klikləməklə tapa bilərsiniz. Sonra [Unikal Ünvanlar Qrafiki] üzərinə klikləyin.

bscscan bsc unikal ünvanlar qrafiki

Əgər blokçeyndə 100 unikal ünvan varsa, bu o deməkdir ki, şəbəkənin 100 unikal istifadəçisi var? Əlbəttə ki, yox! İstənilən şəxs birdən çox ünvan yarada bilər. Lakin kriptoqrafiya sayəsində, hətta bu baş versə belə, ünvanlarımız hələ uzun müddət tükənməzdi. Hətta o zaman belə, bu ünvanların eyni müəssisəyə məxsus olduğunu aşkar etmək çox çətin olardı.

Bildiyimiz kimi, istənilən şəxs birdən çox ünvan yarada bilər və bu göstərici istifadəçilərin şişirdilmiş sayıdır. Bununla belə, unikal ünvanların sayı bizə şəbəkənin inkişafına dair təxmini məlumat verə bilər.

BNB Smart Chain-in gündəlik tranzaksiya sayını necə müəyyən edə bilərəm?

Bu qrafik verilmiş gün ərzində BNB Smart Chain-də aparılmış tranzaksiyaların cəmi sayını göstərir. Həmin qayda ilə eyni [Qrafik və statistika] bölməsində mövcuddur.

bscscan bsc gündəlik tranzaksiyalar qrafiki

Bəzi smart müqavilələrin yerinə yetirilməsi üçün digərlərinə nisbətən daha çox tranzaksiya tələb olunsa da, bu qrafik hələ də şəbəkənin fəaliyyətini və onun dolub-dolmadığını göstərir. O, həmçinin sağlam şəbəkənin əlamətidir.

Ən yaxşı BEP-20 tokenləri hansılardır?

Token trekeri səhifəsi sizə ən yaxşı BEP-20 tokenlərini bazar həddinə və ya gündəlik tranzaksiya həcminə əsasən izləməyə imkan verir. Bu, sizə BSC blokçeynində hansı tokenlərin ən yüksək toplam dəyərə, o cümlədən ən yüksək treydinq həcminə malik olduğuna dair məlumat verir.

bscscan ən yaxşı bep20 tokenləri

Burada token məlumatlarına diqqət yetirmək vacibdir. Token/müqavilə sahibləri BscScan-da öz tokenlərinə dair məlumatı yeniləyərək, token haqqında sizə daha çox təfərrüat verə bilər. BscScan komandası token müqaviləsinin ünvanını doğrulamayıbsa, o, etibarlı hesab olunmur.

Siz bu səhifədə çoxlu qruplaşdırılmış token görə bilərsiniz. Bunlar koinlərin tokenləşdirilmiş versiyası və ya başqa blokçeynə məxsus tokendir. Binance-Peg ETH buna misallardan yalnız biridir. 

Bu o deməkdir ki, siz BSC vəsaitinizi Ethereum blokçeyninə köçürmədən ETH-nin BSC versiyasını ala, sata və ya ticarət edə bilərsiniz. Başqa sözlə, BSC-də qruplaşdırılmış ETH Ethereum blokçeyninə aid olan orijinal ETH-nin tokenləşdirilmiş versiyasıdır.

BscScan dəyişdirilə bilməyən tokenlərə uyğun gəlirmi?

BSC-də mövcud olan hər hansı digər rəqəmsal aktivlər kimi siz tez bir zamanda ayrı-ayrı dəyişdirilə bilməyən tokenləri və onların smart müqavilələrini axtara bilərsiniz. BEP-721 və BEP-1155 tokenləri dəyişdirilə bilməyən tokenlər üçün BSC-nin ən çox istifadə edilən standart tokenləridir, ona görə də gəlin qısa nümunəyə baxaq. Pancake Squad kolleksiyasından PancakeSwap dəyişdirilə bilməyən tokenini götürək:

bscscan pancakeswap squad dəyişdirilə bilməyən tokenləri

Biz onun müqavilə ünvanını (0x0a8901b0E25DEb55A87524f0cC164E9644020EBA) kopiyalayıb BscScan-nın axtarış sətrinə yapışdırsaq, müqavilənin yaradıcısını və token trekerini tapa bilərik.

bscscan token trekeri

Token trekeri linkinə klikləsək, ümumi tədarükü, sahiblərin sayını və cəmi transferləri yoxlaya bilərik. Həmçinin bu göstəricilərin hər birini ayrı-ayrılıqda və digər təfərrüatları, məsələn inventarı və müqavilənin mənbə kodunu yaxından nəzərdən keçirmək üçün aşağıdakı səhifələrdən istifadə edə bilərik.

bscscan smart müqavilə kodunun yoxlanması

BNB Smart Chain validatorlarını necə axtara bilərəm?

Sadə sözlə desək, validatorlar BSC-nin işləməsini təmin edən vasitədir. Onlar BNB-ni paylara bölməklə, tranzaksiyaları emal edir və yeni blokları təsdiqləyir. Bu xidmətin müqabilində onlar şəbəkə fəaliyyətindən irəli gələn tranzaksiya ödənişini qazanır.

BNB Smart Chain Pay səlahiyyətinin sübutu (PoSA) adlanan konsensus mexanizminə əsaslanır. Bu konsensus modeli qısa blok vaxtını və aşağı komissiyaları dəstəkləyə bilər. BNB Smart Chain-dəki ən yaxşı validatorları [Validatorlar] bölməsində Validatorlar Lider lövhəsində yoxlaya bilərsiniz.

bscscan validatorların liderlər lövhəsi

Kim validator ola bilər? Əsasən hər kəs, lakin tələblər nisbətən yüksəkdir. Axı, söz şəbəkənin təhlükəsizliyindən gedir. BNB Smart Chain-də validator olmaqla bağlı əlavə məlumat almaq istəyirsinizsə, rəsmi BNB Chain sənədlərini yoxlayın.

BscScan-da smart müqaviləni necə doğrulamalı?

BscScan istifadəçiləri tərtib edilmiş kodun blokçeyndə işləyən kodla uyğun olub-olmadığını doğrulamaq üçün istənilən müqavilə ünvanını daxil edə bilərlər. Bunu müəyyən etmək asandır – alətlər panelində müqavilənin yanında yaşıl işarə və [Müqavilə Mənbə Kodu Doğrulanıb] bildirişini görəcəksiniz.

bscscan smart müqavilənin mənbə kodu doğrulanıb

İstifadəçilərə kodu yoxlamaq və doğrulamaq imkanı vermək dəyərli xüsusiyyətdir, çünki bu, BNB Smart Chain ekosisteminə şəffaflıq əlavə edir. Siz həmçinin MetaMask kimi kriptovalyuta pul kisəsini əlaqələndirməklə smart müqavilələrlə birbaşa məşğul ola bilərsiniz.

Yekun qeydlər

Mərkəzdən kənar maliyyə sahəsində təcrübəli istifadəçi, yaxud BSC şəbəkəsinin tamamilə yeni istifadəçisi olmağınızdan asılı olmayaraq, BscScan-dan istifadəni öyrənməklə siz blokçeyndən istifadə yollarını daha yaxşı başa düşə biləcəksiniz. Bununla belə, yadda saxlayın ki, bazarları proqnozlaşdırmaq mümkün deyil və onlar kəskin dəyişkənliyə məruz qala bilir. Treydinqdə uğur qazanmaq üçün öz tədqiqatınızı aparmaq çox vacibdir. Buraya tokenin BscScan komandası tərəfindən təsdiq edilib-edilmədiyini, müqavilənin açıq mənbəli olub-olmadığını və yoxlanıldığını yoxlamaq və əlavə məlumat üçün layihənin bloqunu və ya sosial media hesablarına ziyarət etmək daxil ola bilər. Mərkəzdən kənar maliyyəyə qoşulmazdan əvvəl orada iştirakla bağlı riskləri başa düşdüyünüzdən əmin olun.

Tövsiyə olunan ədəbiyyat

Məsuliyyətdən imtina: Bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bir təqdimat və ya zəmanət olmadan hazırkı məlumatlar əsasında təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir, bu məlumatlar hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımır. Siz məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Əlavə təfərrüatlar üçün məsuliyyətdən imtina bölməsini tam şəkildə burada oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə baxın.