Yeni başlayanlar üçün Binance təlimatı
Əsas səhifə
Məqalələr
Yeni başlayanlar üçün Binance təlimatı

Yeni başlayanlar üçün Binance təlimatı

Başlanğıc
Dərc edilmişdir Apr 5, 2021Yenilənib Aug 20, 2024
11m

Əsas diqqət yetiriləcək məqamlar

  • Binance dünyada 200 000 000-dan çox istifadəçinin etibar etdiyi bir platformadır. Elə bu gün Binance hesabı açaraq bizim böyüməkdə olan icmamıza qoşulun. Bir neçə dəqiqə içində investisiya qoymağa və ya treydinqə başlaya bilərsiniz.

  • Binance platformasından istifadəyə başlamaq üçün bir hesab yaradın, kimliyinizi təsdiq edin və kriptovalyuta almaq üçün ödəniş metodunu seçin.

  • Binance platformasında kriptovalyuta almaq kredit/debet kartları, bank transferləri və ya fərdlərarası (P2P) tranzaksiyalar kimi müxtəlif üsullarla həyata keçirilə bilər.

  • Güclü şifrələrdən istifadə etməklə, ikimərhələli autentifikasiyanı aktivləşdirməklə və anti-fişinq kodu təyin etməklə Binance hesabınızın təhlükəsizliyini artırmağı unutmayın.

Giriş 

Binance hesabı sizin blokçeyn və Web3 dünyasına giriş yolunuz kimi xidmət edir və kriptovalyuta treydinqi səyahətinizə başlamaq üçün ən yaxşı yerdir. Bu təlimat sizə Binance platformasında mübadilə etməyə başlamaq qaydasını öyrədəcək. Addımlar sadədir. Hesab açın, məlumatlarınızı doğrulayın, ödəniş metodu seçin, sonra isə kritpo aktivlərinizi əldə edin.

Binance hesabı yaratmaq qaydası

İlk bitcoin və ya BNB-nizi almazdan əvvəl, hesab açmalısınız.

1. Binance əsas səhifəsinə keçid edin və ön səhifədəki və ya sağ yuxarı küncdəki [Qeydiyyat] seçiminə klikləyin.

2. E-poçt ünvanınızı daxil edin və etibarlı bir şifrə seçin. İstəsəniz, e-poçt ünvanı əvəzinə mobil nömrənizdən istifadə edərək də qeydiyyatdan keçə bilərsiniz.

3. E-poçt və ya telefon nömrəsi vasitəsilə qəbul etdiyiniz 6 rəqəmli doğrulama kodunu yazın və [Növbəti] seçiminə klikləyin.

4. Ən azı 8 simvola, 1 rəqəm və 1 böyük hərfə malik güclü bir şifrə yaradın. Bu şifrəni heç kəslə paylaşmayın.

5. Doğrulandıqdan sonra Binance hesabınız hazır vəziyyətdə olmalıdır. Artıq kriptovalyuta almağa bir addım da yaxınlaşmısınız, buna görə də, gəlin ilk kriptovalyuta alış-verişinizi etməyə başlayaq.

Binance platformasında necə kriptovalyuta almaq olar

Binance platformasında kriptovalyuta ala bilmək üçün əvvəlcə Müştərini tanı (KYC) kimi tanınan kimliyin doğrulanması prosesini tamamlamalısınız. KYC iddia etdiyiniz şəxs olduğunuzdan əmin olmağımıza və qanuni tələblərimizi icra etməyimizə kömək edir.

Kimliyin doğrulanması prosesini tamamladıqdan sonra müxtəlif üsullardan istifadə edərək kriptovalyuta ala biləcəksiniz.

1. Kredit/debet kartı: yeni istifadəçilər üçün ən rahat seçimdir.

2. Fiat və Spot pul kisənizə vəsait yatırın: Bank hesabınızdan fiat valyutasını transfer edin və ondan mübadilədə istifadə edin.

3. Binance P2P: Binance platformasının fərdlərarası (P2P) xidmətindən istifadə edərək birbaşa digər istifadəçilərdən kriptovalyuta alın.

Kredit və ya debet kartı ilə kriptovalyuta almaq

1. Yuxarıdakı menyudan [Kriptovalyuta alın] bölməsinə keçid edin və [Alış və Satış] seçimini edin.

2. Ardınca isə ödəniş edəcəyiniz fiat valyutanı və satın almaq istədiyiniz koini seçin. Davam etmək və kart məlumatlarınızı əlavə etmək üçün [Yeni kart əlavə etmək] seçiminə vurun.

3. Kart detallarınızı daxil edin və [Təsdiq etmək] seçiminə klikləyin. Yadda saxlayın ki, yalnız öz adınıza qeydiyyatdan keçmiş kredit və ya debet kartından istifadə edə bilərsiniz.

4. Sifariş detallarını iki dəfə yoxlayın. Konvertasiya dərəcələrini və komissiyalarını üç nöqtə […] düyməsinə klikləməklə yoxlaya bilərsiniz.

5. İstifadə qaydası və Məxfilik siyasətini oxumusunuzsa və təsdiq verirsinizsə, təsdiqləmə qutusunu işarələyin. Hazır olanda ödənişinizi tamamlamaq üçün [Təsdiq etmək] seçiminə klikləyin.

6. Proses tamamlanan kimi satın aldığınız kriptovalyuta Binance Spot pul kisənizə köçürüləcək. Adətən hesab açmaq və bu mərhələyə gəlib çatmaq təxminən 10 dəqiqə vaxt aparır.

Binance platformasında kriptovalyuta ticarəti qaydası

Yəqin ki, hansısa məqamda kriptovalyuta ticarətinə başlamaq istəyəcəksiniz. Ənənəvi treydinq interfeysinə alışmamısınızsa, Binance Konvertasiya funksiyasından istifadə etməyinizi tövsiyə edirik. 

1. Ona Binance əsas səhifəsində [Ticarət] bölməsinin üstünə gələrək və [Konvertasiya edin və treydinqi bloklayın] seçimini etməklə giriş edə bilərsiniz.

Konvertasiya aləti ilə siz sadə interfeysdən istifadə edərək treydinq etmək istədiyiniz kriptovalyuta cütünü seçə bilərsiniz. Nağd pul çıxarmaq və ya fiat ilə kriptovalyuta almaq istəyirsinizsə, fiat valyutaları da əlçatandır. 

2. Yuxarı sahədə mübadilə etdiyiniz koini seçin və miqdarı daxil edin. Arzu etdiyiniz kriptovalyuta və ya fiat valyutasını seçmək üçün aşağıdakı sahədən istifadə edin. Yadda saxlayın ki, standart parametr [Bazar] seçimidir, bu isə o deməkdir ki, siz spot qiyməti adlanan hazırkı bazar qiymətini əldə edəcəksiniz.

3. Seçiminizi təsdiq etdikdən və [Konvertasiyaya ilkin baxış] bölməsinə kliklədikdən sonra edəcəyiniz ticarətin xülasəsini də görəcəksiniz.

İlkin baxış sizi qane edirsə, sifarişi təsdiq etmək üçün [Konvertasiya] seçiminə klikləyə bilərsiniz.

4. Əvəzində limit sifariş yaratmaq istəyirsinizsə, yuxarı menyudakı [Limit] seçimini edin. Limit sifariş sizin müəyyən qiymətə və ya daha yaxşı imkanlarla kriptovalyuta almağınıza və ya satmağınıza imkan verir.

Bu nümunədə biz BNB qiyməti 610 USDT-yə düşəndə 50 USDT-mizi ekvivalent dəyərdə BNB ilə mübadilə etmək üçün limit sifarişi yaradırıq.

Binance Spot Treydinq İnterfeysindən istifadə

1. Yuxarıdakı [Ticarət] menyusunu tapın və [Spot] seçiminə klikləyin.

2. Ardınca Binance Spot treydinq interfeysini tapacaqsınız.

3. Sol tərəfdə sifariş kitabçasını görəcəksiniz:

  • Satış sifarişləri (təkliflər) qırmızı rəngdə görünür.

  • Alış sifarişləri (tenderlər) yaşıl görünür.

4. Mərkəzi hissədə seçilmiş treydinq cütünün interaktiv qrafikini görəcəksiniz. Bu nümunədə BTC/USDT.

5. Sağ tərəfdə Binance platformasındakı mümkün treydinq cütlərinin hamısına malik olan treydinq cütü siyahısı var. Konkret treydinq cütlərini tapmaq üçün Axtarış funksiyasından istifadə edin.

6. Aşağıdakı treydinq qrafikində siz alış və satış üçün sifarişləri yarada bilərsiniz. Əgər ilk dəfə alış və ya satış edirsinizsə, əvvəlcə Spot pul kisənizə vəsait əlavə etməli olacaqsınız.

7. Məsələn, BTC almaq üçün USDT-dən istifadə edirsinizsə, əvvəlcə Spot pul kisənizə USDT əlavə etməli olacaqsınız. Hesabınıza vəsait əlavə etmək üçün [+] işarəsinə klikləyin və üstünlük verdiyiniz metodu seçin.

USDT ilə BTC almaq qaydası

1. Başlamaq üçün sifariş növünü seçin. Limit sifariş ilə siz konkret qiymət (hazırkı qiymət olmaya da bilər) təyin edə bilərsiniz. Bundan fərqli olaraq, bazar sifarişi sifarişinizi hazırkı bazar qiyməti ilə mümkün qədər qısa zamanda icra etməyə çalışacaq.

2. Limit sifarişindən istifadə edirsinizsə, miqdar və qiyməti təyin edin, sonra isə [BTC al] seçiminə klikləyin.

3. Ekranınızın yuxarı sağ küncündə bildiriş alacaqsınız. Treydinq interfeysinizin aşağısında açıq limit sifarişlərinizi izləyə bilərsiniz.

4. BTC qeyd etdiyiniz sifariş qiymətinə çatarsa, sifarişiniz icra ediləcək.

USDT üçün BTC-ni satmaq qaydası

Satış sifarişləri yaratmaq prosesi də demək olar ki, eynidir. Bu halda biz BTC-nizi USDT qarşılığında satmaq qaydasını göstərmək üçün bazar sifarişindən istifadə edəcəyik.

1. Sifariş növünüzü seçin, miqdarı təyin edin və [BTC satmaq] seçiminə klikləyin.

2. Bazar sifarişi yaratdığımıza görə satış sifarişi dərhal yerləşdiriləcək və kifayət qədər likvidlik olarsa, ən yaxşı bazar qiyməti ilə dərhal icra ediləcək.

Spot treydinq etməkdən hələ də əmin deyilsinizsə və ya Binance Spot treydinq interfeysindən istifadə qaydasının detalları barədə daha çox məlumat almaq istəyirsinizsə, bizim Binance Spot Treydinq Təlimatımıza nəzər salın.

Binance P2P

Alternativ olaraq kriptovalyutalar almaq və satmaq üçün Binance fərdlərarası (P2P) bazar yerindən istifadə edə bilərsiniz. Binance P2P alıcıların və satıcıların ən yaxşı qiyməti, ödəniş metodunu, treydinq tərəfdaşlarını seçməsinə imkan verən sənayenin qabaqcıl P2P platformalarından biridir, bunların hamısı Binance əmanət xidməti ilə mühafizə olunur.

Bu bölmədə biz Binance tətbiqi vasitəsilə Binance P2P-dən istifadə qaydasını sizə göstərəcəyik. Daha ətraflı məlumat və Binance P2P-nin Web versiyası barədə geniş baxış üçün Binance P2P nədir və ondan necə istifadə etmək olar? bölməsinə nəzər salın.

Binance tətbiqində Binance P2P-dən istifadə

1. Mobil cihazınızda Binance tətbiqindən istifadə edin və [Ticarət] düyməsinə vurun.

Binance tətbiqi ticarət işarəsi

2. Sağ yuxarı küncdəki mümkün seçimlər arasından P2P Treydinq seçimini edin.

Binance tətbiqi p2p

3. Üstünlük verdiyiniz valyutanı və ödəniş metodunu seçin. Bu, hesabınıza vəsait əlavə etmək üçün sizin ən rahat və qiymət baxımından ən sərfəli yolu tapmağınıza imkan verir.

binance tətbiqi p2p interfeysi

4. Tranzaksiyanızı tamamlamaq üçün ekrandakı göstərişlərə əməl edin. Davam etməzdən əvvəl detalları təsdiq etdiyinizdən və qarşı tərəfi doğruladığınızdan əmin olun.

Binance P2P barədə daha çox məlumat və ondan istifadə qaydası barədə təlimat üçün Binance P2P Təlimatımıza nəzər salın.

Binance Hesabınızın təhlükəsizliyini təmin etmək qaydası

Güclü şifrədən və bizim təhlükəsizlik funksiyalarımızdan istifadə etmək vəsaitlərinizi təhlükəsiz saxlamağınıza kömək edəcək. Aşağıdakı təhlükəsizlik addımları ilə başladığınızdan əmin olun.

Güclü bir şifrədən istifadə edin və onu müntəzəm olaraq dəyişdirin

Bu, əslində kifayət qədər aydındır, amma hələ də sadə və xatırlanması asan şifrələrdən istifadə edən insanların sayını bilsəniz, təəccüblənərsiniz. Şifrəniz həmişə böyük və kiçik hərflər və simvolların qarışığından ibarət olmalıdır. Əlbəttə ki, onu təhlükəsiz bir yerdə saxladığınızdan və başqaları ilə paylaşmadığınızdan da əmin olun.

İkimərhələli autentifikasiyanı (2FA) aktivləşdirin

Hesabınızı ikimərhələli autentifikasiya (2FA) ilə quraşdırmağınızı qətiyyətlə tövsiyə edirik. Bu, əlavə təhlükəsizlik qatı yaradır, bu isə o deməkdir ki, əgər hakerlər şifrənizi tapsa, hesabınıza giriş etmək üçün fiziki 2FA cihazınızı da ələ keçirməlidirlər.

Google Authenticator tətbiqi və SMS autentifikasiyası başlanğıc üçün əla vasitələr ola bilər. Binance 2FA Təlimatımız prosesi ətraflı şəkildə izah edə bilər.

Binance Anti-fişinq kodunu aktivləşdirin

Binance hesabınıza anti-fişinq kodu əlavə etdiyiniz zaman, Binance platformasından aldığınız hər bir e-poçt mesajında bu kod yuxarıda görünəcək. Hərflər və ya rəqəmlər seriyası arasından bu kodu manual olaraq təyin edə bilərsiniz.

Bu yolla qəbul etdiyiniz mesajın saxta e-poçt ünvanından yox, həqiqətən də Binance platformasından gəldiyindən əmin ola bilərsiniz. Başqa sözlə desək, bu, sizin fişinq hücumlarına məruz qalmağınızın qarşısını ala bilər.

Hesab təhlükəsizliyi ilə bağlı ətraflı məlumat üçün 7 sadə addımla Binanca hesabınızın təhlükəsizliyini qoruyun bölməsinə baş çəkə bilərsiniz.

Yekun qeydlər

Binance platformasında hesab açmaq və ilk ticarətinizi etmək kriptovalyuta dünyasına doğru atılmış kiçik bir addımdır. Kriptovalyuta dünyasında mübadilədə alış və satış etməkdən daha çox şey var. Əvvəllər treydinq barədə məlumatınız olmayıbsa, bunların hamısı sizə qarışıq gələ bilər. Binance Academy treydinq məqalələri və təlimatlar ilə doludur ki, bu da sizin treydinq alətləri ilə tanış olmağınıza və hətta öz treydinq strategiyalarınızı yaratmağınıza kömək edə bilər.

Tövsiyə olunan ədəbiyyat

Məsuliyyətdən imtina: MiCA tələblərinə uyğun olaraq icazəsiz stabilkoinlər EEA istifadəçiləri üçün müəyyən məhdudiyyətlərə uyğun gəlməlidir. Daha ətraflı məlumat üçün buraya klikləyin.

Məsuliyyətdən imtina: Bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bir təqdimat və ya zəmanət olmadan hazırkı məlumatlar əsasında təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir, bu məlumatların məqsədi nə də hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etməkdir. Siz məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Məsuliyyətdən imtina bölməsinin tam mətnini ətraflı məlumat üçün burada oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə baş çəkin.