Bitcoin və kriptovalyutalara investisiya qoymaq qaydası
Əsas səhifə
Məqalələr
Bitcoin və kriptovalyutalara investisiya qoymaq qaydası

Bitcoin və kriptovalyutalara investisiya qoymaq qaydası

Başlanğıc
Dərc edilmişdir May 13, 2021Yenilənib Aug 15, 2024
7m

Əsas diqqət yetiriləcək məqamlar

Bitcoin investisiya qoymaq üçün ən populyar koinlərdən biri olsa da, yeganə belə koin deyil. Portfelinizin müxtəlifliyini artıra biləcək kriptovalyuta almaq istədiyiniz halda, altcoin-lər əla alternativ təqdim edir.

Kriptovalyutanı seçərkən investisiya, yoxsa treydinq etdiyiniz, eyni zamanda risk profiliniz və etmək istədiyiniz analiz növü də nəzərə alınmalıdır. Fundamental və ya texniki təhlil, yaxud eyni zamanda hər ikisini seçə bilərsiniz. Bütün bunları nəzərə almaqla Binance-də investisiya qoymağa və ya treydinqə başlamağa hazır olacaqsınız.

Giriş

Bitcoin və digər kriptovalyutalara investisiya qoymaq investisiyalarınızı diversifikasiya etməyin əla üsulu olsa da, eyni zamanda yüksək risk daşıyır. Odur ki, başlamazdan əvvəl bəzi əsas anlayış və prinsipləri başa düşmək vacibdir. Bunun üçün sadəcə kriptovalyuta alaraq yaxşı olacağına ümid etməkdən daha çox tədbir görə bilərsiniz. 

Məlumatlarla dəstəklənən investisiya qərarı diqqətli araşdırma və təhlili əhatə edir. İdeal halda risk profilinizə əsaslanan strategiyanız olmalıdır və heç vaxt itirə biləcəyinizdən daha çox investisiya qoymamalısınız.

Bitcoin, yoxsa altcoin-lər?

Kriptovalyuta sahəsində yeni olanlar üçün adətən investisiya qoymaqla bağlı ilk seçim Bitcoin olur. O ən populyar blokçeyn layihəsi və bazar kapitalizasiyasına görə ən böyük kriptovalyutadır.

Ancaq ondan əlavə minlərlə müxtəlif kriptovalyuta (altcoin-lər) mövcuddur. Bəzi altcoin-lərin öz blokçeynləri var, digərləri isə əvvəlcədən mövcud olan şəbəkədən istifadə edir (məsələn, BNB Smart Zənciri və ya Ethereum). Hər bir layihə öz potensial riskləri və üstünlükləri olan fərqli bir təklif irəli sürür. 

Yalnız BTC-yə və ya birdən artıq kriptovalyuta aktivinə investisiya qoymaq istəməyiniz tamamilə sizdən asılıdır. Bəziləri BTC-yə sadiq qalmağı üstün tutur; digərləri isə öz hissələrini altcoin-lər ilə diversifikasiya etməyi seçirlər.

Bir tərəfdən, aktivlərin diversifikasiyası yalnız bir layihəyə investisiya qoymaq risklərini aradan qaldırır. Bir neçə aktiviniz olduğu halda, biri uğursuz olduqda böyük məbləğlər itirmək ehtimalınız az olur. Digər tərəfdən, altcoin investisiyaları riskli ola bilər və təəssüf ki, çox sayda fırıldaq halları mövcuddur. Ona görə də risk etməzdən əvvəl öz tədqiqatınızı aparmaq çox vacibdir.

Ticarət etməliyəm, yoxsa investisiya qoymalıyam?

İnvestisiya qoyduğunuz və ya treydinq etdiyiniz zaman nə almaq barədə qərar qəbul etmək də nəzərə alınmalıdır. Bu ikisi asanlıqla qarışdırılsa da, bir-birindən fərqlənir. Sadə formada desək, investisiya qoymaq inandığınız və uzun müddət saxladığınız aktivləri seçməkdən ibarətdir. Belə strategiya aktiv üzrə daha az vaxt öhdəliyini əhatə edir və adətən daha az risk daşıyır.

Ondan fərqli olaraq treydinq adi alıb-satmaq yolu ilə qısa və ya ortamüddətli mənfəətlər əldə etməyi hədəfləyir. Yaxşı treyder olmaq üçün çox vaxt və təcrübə tələb olunur. Treyder daha mürəkkəb strategiyalar hazırlamalı, bazarları və treydinq platformalarını təhlil etməyə daha çox vaxt ayırmalı və daha çox riskə məruz qalmalıdır. O, eyni zamanda treydinq və tranzaksiya ödənişlərinə xərclənən pulları da nəzərə almalıdır.

Nəzərə alın ki, kriptovalyuta bazarlarında ənənəvi bazarlardan daha çox dəyişkənlik müşahidə olunur. Treyderlərin mənfəət əldə etməsi üçün dəyişkənlik lazım olsa da, yüksək səviyyəli dəyişkənlik yüksək risk də yarada bilər.

Yeni başlayanlar üçün ən asan və ən təhlükəsiz seçim investisiya qoymaqdır. İnvestorlar adətən illəri nəzərə alaraq düşündükləri üçün qısamüddətli qiymət dəyişiklikləri o qədər də əhəmiyyətli deyil. İnvestisiya qoymaq qərarı daha çox koinin əsaslarına (layihənin dayanıqlılığına və uzunmüddətli perspektivdə uğur qazanma ehtimalına) yönəlir.

Bəziləri investisiya qoymağa və qısamüddətli dalğalanmalara əhəmiyyət verməməyə üstünlük verirlər. Digərləri isə mənfəətləri artırmaq üçün tez-tez ticarət etməyi seçirlər. Digər bir qrup isə hətta bu strategiyaların hər ikisini eyni vaxtda tətbiq edir. Bu seçimlər strategiyanızdan, profilinizdən və risk tolerantlığınızdan asılıdır. Qərarı özünüz qəbul edirsiniz, ancaq itirməməli olduğunuz vəsaitlərlə investisiya qoymamalı və ya ticarət etməməlisiniz.

Yuxarıda qeyd edilənlərdən əlavə, kriptovalyuta ilə dey-treydinq və svinq treydinq haqqında daha ətraflı məlumat əldə etmək istədiyiniz halda, Yeni başlayanlar üçün kriptovalyuta treydinqinə dair tam təlimatımız vasitəsilə daha ətraflı məlumat əldə edə bilərsiniz.

Təməl təhlil – texniki təhlil

Yaxşı investisiya barədə qərar vermək üçün bir sıra təhlil işləri aparılmalıdır. Təhlilin növü ilk növbədə investisiya və ya treydinqdən asılı olacaq, ancaq həm fundamental, həm də texniki təhlillər faydalı ola bilər.

Qeyd edildiyi kimi investisiya qoyarkən (və ya HODLing) qısa və ortamüddətli qiymət dəyişiklikləri o qədər də əhəmiyyət kəsb etmir. Ümumiyyətlə, uzunmüddətli investisiya daha çox koin və ya layihənin daxili dəyərinə əsaslanır və bu da fundamental təhlillə (FA) araşdırılır.

Fundamental təhlil bütövlükdə layihə əsasında aktivin potensialının, o cümlədən faydalılığı, komandası, ağ kağızı, inkişafı, marketinqi, idarəetməsi, nüfuzu, uzunmüddətli hədəfləri və digər amillərin qiymətləndirilməsini əhatə edir.

Texniki təhlil (TA) zamanı isə gələcək qiymət hərəkətlərini proqnozlaşdırmağa çalışmaq üçün əvvəlki qiymət hərəkatı və həcm məlumatları nəzərə alınır. Bu texnikaya adətən şamdan qrafikləri, eləcə də dəyişkən ortalamalartendensiya xətləri kimi TA göstəriciləri daxildir.

Binance-də ilk bitcoin-nizi almaq

Binance kriptovalyuta birjasında asanlıqla bitcoin və altcoin ala bilərsiniz.

1. Binance əsas səhifəsinə keçib, yuxarı sağ küncdə [Qeydiyyatdan keç] üzərinə klikləməklə hesab yaradın.

2. Bundan sonra Binance hesabınızı doğrulamalı olacaqsınız. Bu KYC doğrulaması iddia etdiyiniz şəxs olduğunuzdan və qanuni tələblərimizi ödədiyinizdən əmin olmağımıza kömək edir.

3. Kriptovalyuta almağın ən asan yolu Kriptovalyuta al funksiyası ilə kredit və ya debet kartınızdan istifadə etməkdir. Binance tətbiqinizə daxil olun və Binance Pro-ya keçin. [Vəsait əlavə et], sonra isə [Al] seçiminə vurun. Nümunə kimi EUR-dan istifadə edək. Yuxarı sağ küncdəki menyudan istifadə etməklə fiat valyutasını dəyişdirə bilərsiniz.

4. Məbləğ və ödəniş metodu təyin edin və təsdiq etmək üçün [Al] üzərinə klikləyin. 

Binance Spot treydinq interfeysi ilə də rəqəmsal aktivlər almaq üçün bank hesabınızdan fiat valyutası transfer edə bilərsiniz. Ətraflı məlumat əldə etmək istədiyiniz halda, Yeni başlayanlar üçün Binance təlimatına nəzər salın.

Binance P2P

Alternativ olaraq, sahədə liderlik edən fərdlərarası bazar yeri olan Binance P2P-dən də istifadə edə bilərsiniz. Ən yaxşı qiymət, ödəniş metodu və ticarət partnyorlarını seçmək azadlığı ilə ticarət edin. Bütün bunlar Binance-in əmanət xidməti ilə təmin edilir.

1. Tətbiq istifadəçiləri üçün əsas səhifədə [Vəsait əlavə et] üzərinə klikləməklə başlayın, [P2P treydinq], sonra isə 700-dən artıq seçim arasından valyuta və ödəniş metodunuzu seçin.

2. Sürət və sadəlik üçün Ekspres versiyadan istifadə edin və nəzərə alın ki, doğrulanmış qarşı tərəflə işləməyi tövsiyə edirik. Ətraflı təlimatlar üçün P2P təlimatımıza və ya Tez-tez verilən suallar səhifəsinə nəzər salın.

Binance-də ilk altcoin-nizi almaq

Bir çox istifadə hallarına malik xidməti token olan BNB kimi altcoin almaqla portfelinizi diversifikasiya etməyə başlaya bilərsiniz. 

1. Binance tətbiqinizə daxil olun və Binance Pro-ya keçin. [Vəsait əlavə et] – [Al] seçiminə vurun. Nümunə kimi EUR-dan istifadə edək. Yuxarı sağdakı menyudan istifadə etməklə fiat valyutasını dəyişdirə bilərsiniz.

2. Sonra müxtəlif kriptovalyutalar arasından seçim edə biləcəksiniz. Düzgün fiat valyutası seçdiyinizdən əmin olun. Bu nümunədə EUR ilə BNB almağı seçdik.

3. Satınalmanı yekunlaşdırmaq üçün kart məlumatlarınızı doldurun və kriptovalyutanın hesabınıza gəlməsini gözləyin.

Eyni zamanda Binance P2P və ya Kriptovalyuta al səhifəsində də yerli valyutanızdan istifadə etməklə müxtəlif ödəniş metodları ilə altcoin-lər ala bilərsiniz.

Kriptovalyutamla nə etməliyəm?

Kriptovalyutanın alınması, satılması və saxlanması kriptovalyutalara investisiya qoyarkən və ya onlarla treydinq edərkən istifadə edə biləcəyiniz strategiyalardandır. Uzunmüddətli saxlamağa gəldikdə isə kriptovalyutalarınızı Binance hesabınızda saxlamağı və ya onları xarici kriptovalyuta pul kisəsinə transfer etməyi seçə bilərsiniz. 

Kriptovalyutanızı Binance hesabınızda saxlamağı seçdiyiniz halda, Binance Qazanc tərəfindən təqdim olunan bir çox opsionları araşdıra bilərsiniz. Onu kriptovalyutanızı saxlamaqla passiv gəlir əldə etməyinizə imkan verən əmanət hesabı kimi qəbul edə bilərsiniz.

Yekun qeydlər

Kriptovalyutalara investisiya qoymağı və ya onlarla ticarət etməyi öyrənmək üçün bir qədər vaxt tələb olunur. Biliklərinizi təkmilləşdirmək daha məlumatlı qərarlar qəbul etməyinizə imkan verir və ümumi investisiya riskinizi azaltmaq üçün yaxşı üsuldur. Emosiyalara qapılaraq təşvişlə aktivi satmaq çox rast gəlinən haldır, ancaq investisiya və treydinqi öyrəndiyiniz zaman bu halın baş vermə ehtimalı çox aşağı olur. Bu barədə daha ətraflı məlumat əldə etmək üçün Bazar dövrlərinin psixologiyası bölməsinə nəzər salın.