Əsas diqqət yetiriləcək məqamlar
Conflux (CFX) ağacşəkilli strukturu və hibrid konsensusu vasitəsilə blokçeynin miqyaslılığını artırır, yüksək ötürmə qabiliyyətinə və tranzaksiyaların paralel emal edilməsinə imkan verir.
CFX tokeni idarəetməni, steykinqi, tranzaksiya ödənişlərini və ekosistemdə iştirakı asanlaşdırır.
EVM-ə uyğunluq və çarpaz zəncir üzrə qarşılıqlı fəaliyyət Conflux-u developerlər üçün çoxyönlü platformaya çevirir və Ethereum əsaslı Dapp-lərlə problemsiz inteqrasiyaya imkan verir.
Giriş
Blokçeyn texnologiyası əsas sistemə qəbul olunmağa davam etsə də, bir sıra ciddi problemlərlə qarşılaşır. Ən böyük problem miqyaslılıq problemi ola bilər. Mərkəzdənkənar şəbəkələr böyüdükcə komissiyalar artdığı halda, tranzaksiya sürətləri azalmağa meyilli olur və nəticədə, blokçeynin daha geniş şəkildə qəbul edilməsinin yavaşlamağı riski yaranır.
Conflux (CFX) xüsusi olaraq bu cür miqyaslılıq problemləri ilə məşğul olmaq üçün nəzərdə tutulmuş blokçeyn platformasıdır. O, hədəfi mərkəzdənkənar maliyyə (DeFi) xidmətləri və mərkəzdənkənar tətbiqlər (Dapp-lər) daxil olmaqla Web3-ün təkmilləşdirilməsi üçün təhlükəsiz, miqyaslı və sürətli mühit yaratmaq olan yeni ağacşəkilli strukturdan istifadə edir.
CFX tokeni Conflux şəbəkəsinin əsasını təşkil edir, şəbəkənin idarə edilməsi, steykinq və tranzaksiya ödənişləri sahələrində mühüm rol oynayır.
Conflux (CFX) nədir?
Conflux ictimai və icazəsiz Qat-1 blokçeyni platformasıdır. İcazəsiz dedikdə kimlərin şəbəkəyə qoşula və şəbəkədə iştirak edə biləcəyinə heç bir mərkəzi orqanın nəzarət etməməsi nəzərdə tutulur. Əsası 2018-ci ildə Çində qoyulan platforma təhlükəsizliyi və mərkəzdənkənarlığı təkmilləşdirməyi və miqyaslılıq məhdudiyyətlərini aradan qaldırmağı hədəfləyir.
Conflux mərkəzdənkənar tətbiqlər (Dapp-lər), mərkəzdənkənar maliyyə (DeFi) platformaları və başqa Web3 xidmətləri yaratmaq istəyən developerlər üçün nisbətən aşağı qiymətə yüksək ötürmə qabiliyyəti təmin etmək məqsədilə nəzərdə tutulub.
O, ağacşəkilli struktur kimi tanınan zəruri məlumat strukturu ilə yanaşı, hibrid konsensus mexanizmindən istifadə edir. Bu struktur Conflux platformasının sıxlığı azaltmasına və tranzaksiyaları paralel emal etməsinə imkan verir. Bu bəzi ənənəvi xətti blokçeynlərlə müqayisədə tranzaksiya sürətlərini artıra və şəbəkənin səmərəliliyini təkmilləşdirə bilər.
Conflux-un iş prinsipi necədir?
Hibrid konsensus
Conflux hibrid konsensus mexanizmi yaratmaq üçün İş sübutu (PoW) və Yönləndirilmiş düz qrafik (DAG) strukturunun elementlərini birləşdirir.
Bitcoin kimi ənənəvi PoW sistemləri mürəkkəb problemləri həll etmək və şəbəkənin təhlükəsizliyini təmin etmək üçün böyük miqdarda enerji tələb edə bilər. Ancaq bu hibrid yanaşma DAG strukturu vasitəsilə səmərəliliyi təkmilləşdirə və PoW-un təhlükəsizliyindən istifadə edə bilər.
Ayrıca konsensus mexanizmi kimi işləməsə də, Pay sübutu (PoS) istifadəçilərin tokenləri steykinq etmək və mükafatlar qazanmaqla iştirak edərək şəbəkənin təhlükəsizliyinə töhfə vermələrinə imkan verir. Steykerlərin əməliyyatları ağacşəkilli strukturda qeydə alındığı üçün bu, konsensusla bağlıdır.
Ağacşəkilli struktur
Yönləndirilmiş düz qrafik (DAG) növü olan ağacşəkilli struktur Conflux texnologiyasının əsasını təşkil edir. Tranzaksiyaları bir-birinin ardınca xətti şəkildə emal edən ənənəvi blokçeynlərdən fərqli olaraq, Conflux platformasının ağacşəkilli strukturu çoxsaylı blok və tranzaksiyaların paralel emal edilməsinə imkan verir.
Bir xətt əvəzinə çoxlu budağı olan ağac təsəvvür edin. Hər budaq tranzaksiyalar çoxluğunu təmsil edir. Bu tranzaksiyalar artıq ayrı-ayrı budaqlarda emal edilə bilər.
Ənənəvi xətti proseslər şəbəkə böyüdükcə tutulmalar yarada bilsə də, ağacşəkilli strukturun təklif etdiyi paralel emal şəbəkənin ötürmə qabiliyyətini artıra və tranzaksiya sürətlərinin artırılmasına imkan verə bilər.
GHAST
Ən Tamahkar Ən Ağır Uyğunlaşan Altağac (GHAST) alqoritmi Conflux platformasının konsensus mexanizminin əsas komponentidir. Bu alqoritm ən ağır altağacı müəyyən etməklə ağacşəkilli strukturla birlikdə işləyir. Bu o deməkdir ki, o ən çox yığılmış iş və təsdiqləmələrdən ibarət olan budağı seçir.
Seçim prosesini yaradan əsasən GHAST alqoritmidir. Şəbəkənin tranzaksiyaların sırası ilə razılaşmasını təmin edir və beləliklə, ikiqat xərclərin qarşısını alır. O, şəbəkənin təhlükəsizlik və konsensusu qoruyub saxlamasına və tranzaksiyaları paralel emal etməsinə imkan verir.
EVM-ə uyğunluq və smart müqavilələr
Conflux Ethereum virtual maşınına (EVM) tam uyğundur və bu, developerlərin Conflux platformasının yüksək ötürmə qabiliyyəti və aşağı komissiyalarından istifadə etməklə mövcud Ethereum Dapp-lərini Conflux platformasına keçirmələrini və ya yenilərini yaratmalarını asanlaşdırır.
Conflux eyni zamanda Türinqə görə tam smart müqavilələri də dəstəkləyir. Bu müqavilələr mürəkkəb məntiqi icra edə bildiyi üçün platformada daha çox Dapp növündən istifadə etməyə imkan verir.
Çarpaz zəncir protokolu
Conflux platformasının ShuttleFlow protokolu çarpaz zəncir körpüsü rolunu oynayaraq qarşılıqlı fəaliyyət şəraiti yaradır. O, aktiv və məlumatların Ethereum, BNB Smart Chain və digər zəncirlər kimi şəbəkələr arasında transfer edilməsinə imkan verir.
Bu qarşılıqlı fəaliyyət Conflux əsaslı Dapp-lər üçün potensial istifadə hallarını genişləndirə və Conflux platformasının daha geniş blokçeyn ekosistemində istifadə edilməsi hallarını artıra bilər. ShuttleFlow bu çarpaz zəncir tranzaksiyalarını asanlaşdırmaq üçün ayrıca token olan FC-dən (Funksiya koini) istifadə edir.
Tokenomika
CFX tokeni Conflux şəbəkəsinin daxili kriptovalyutasıdır. O, ekosistemi dəstəkləyir və idarə edir.
CFX tokenindən istifadə
Şəbəkənin idarə edilməsi: CFX tokenləri olan istifadəçilər Conflux şəbəkəsinin idarə edilməsində iştirak edə bilərlər. Onlar təkliflərə səs verə və platformanın gələcəyinə təsir göstərə bilərlər.
Steykinq və təhlükəsizlik: istifadəçilər CFX pay qoya və şəbəkənin təhlükəsizliyinə töhfə verə bilərlər. Steykerlər CFX tokenlərini kilidləməklə tranzaksiyaları təsdiqləməyə kömək edə və CFX token mükafatları qazana bilərlər.
Komissiyalar: Conflux şəbəkəsindəki tranzaksiya ödənişləri CFX vasitəsilə ödənilir.
Ekosistemdə iştirak: CFX Dapp-lər ilə interaksiya etmək, premium funksiyalara daxil olmaq və Conflux şəbəkəsindəki fəaliyyətlərdə iştirak etmək üçün istifadə edilə bilər.
İlkin paylama
Beş milyard tokenlik genezis blokunun CFX tokenləri əvvəlcə beş kateqoriyaya ayrılırdı:
Fond hissələrinin satılmamış hissəsi dedikdə əvvəlki paylama turunda (Şəxsi səhm investorları) satılmayan istənilən token nəzərdə tutulur.
Tokenin buraxılması
Tokenlər iki mexanizm vasitəsilə buraxılır:
PoW mayninqi: maynerlər çıxardıqları hər blok üçün yeni CFX tokenləri ilə mükafatlandırılırlar. Mükafat məbləği hər blok üçün təxminən 1 CFX təşkil edir. O, DAO səslərindən asılı olaraq dəyişə bilər.
PoS faizi: CFX tokenini pay qoya bilən istifadəçilər CFX ilə mükafatlar ala bilərlər. Mükafat məbləği də DAO tərəfindən tənzimlənir.
Tokenin yandırılması
Bir çox şəbəkələr kimi Conflux da token tədarükünün sağlamlığını qorumaq və inflyasiyaya nəzarət etmək üçün token yandırma mexanizmlərindən istifadə edir:
Dəstəklənən ehtiyatın yandırılması: istifadəçinin CFX tokenlərinin bir hissəsi şəbəkədəki ehtiyatı dəstəklədikləri halda, yandırılır.
Tranzaksiya ödənişlərinin yandırılması: toplanan tranzaksiya ödənişlərinin bir hissəsi də yandırılır.
DAO idarəetməsi
Conflux DAO (Mərkəzləşdirilməmiş muxtar təşkilat) əsas şəbəkə parametrlərinin tənzimlənməsində həlledici rol oynayır. Onlara aşağıdakılar daxildir:
Conflux ekosistemi
Conflux Ethereum ilə tam uyğun olsa da, bu şəbəkədə həm də Fluent Pul kisəsi, ConfluxHub və Swappi daxil olmaqla bir çox yerli Dapp mövcuddur.
Fluent Pul kisəsi
Xüsusi olaraq Conflux şəbəkəsi üçün yaradılmış Web3 pul kisəsi. O, istifadəçilərin aktivləri idarə etmələrinə və Dapp-lər ilə interaksiya etmələrinə imkan verir.
ConfluxHub
ConfluxHub müxtəlif DeFi xidmətləri təklif edən platformadır. O, tokenin yayımlanması və idarə olunmasından airdrop-lara və çarpaz zəncirlərin əlaqələndirilməsinə qədər dəyişir.
Swappi
Conflux eSpace üzərində işləyən, mərkəzdənkənar mübadilə (DEX) olan Swappi istifadəçilərə token svopları, steykinq imkanları və müxtəlif qazanc mexanizmlərində iştirak kimi xidmətlər təklif edir.
Yekun qeydlər
Blokçeyn texnologiyası əsas sistemə qəbul olunmağa davam etdikcə Conflux qalan miqyaslılıq problemlərini həll etməyi hədəfləyir.
Onun ağacşəkilli strukturu hibrid konsensus və GHAST alqoritmi ilə birlikdə tranzaksiyaların paralel emal edilməsini və səmərəli şəkildə təsdiqlənməsini təmin edir. CFX tokeni idarəetməni, steykinqi və ekosistemdə iştirakı asanlaşdırmaqla şəbəkəni dəstəkləyir.
Tövsiyə olunan ədəbiyyat
İmtina: bu məqalə yalnız maarifləndirmə məqsədi daşıyır. Bu məzmun heç bir formada təqdimat və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" sizə təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi şərh edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə qeyd olunan məhsullar yaşadığınız regionda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Academy-nin mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün imtina mətnini tam şəkildə burada oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala bilər və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi şərh edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə baxın.