Əsas diqqət yetiriləcək məqamlar
Kaito-nun AI ilə işləyən platformasının məqsədi çoxsaylı mənbələrdən olan uyğun analitikanı nizamlamaq, təhlil etmək və çatdırmaqla mürəkkəb kriptovalyuta ekosistemində naviqasiyanı asanlaşdırmaqdan ibarətdir.
Kaito-nun tokenizasiya edilmiş diqqətinin məqsədi kriptovalyuta ekosistemi daxilində töhfələri ədalətli şəkildə qiymətləndirmək, eləcə də interaksiya və kontentin keyfiyyəti kimi göstəricilərə əsaslanmaqla təsirin keyfiyyətini müəyyənləşdirməkdən ibarətdir.
Kaito yaradıcı, istifadəçi və brendləri daha şəffaf sistemdə birləşdirməklə informasiya mübadiləsi və dəyər yaradılması üçün mərkəzdənkənar InfoFi modelini təbliğ edir.
Kaito nədir?
Kaito süni intellektlə (AI) işləyən, xüsusi olaraq kriptovalyuta və Web3 üçün hazırlanmış paylama platformasıdır. O, məlumatların, diqqətin və kapitalın transferini asanlaşdırır.
Kriptovalyuta aləmini internetdə yayılmış, məlumatların bol və səpələnmiş vəziyyətdə olduğu geniş kitabxana kimi təsəvvür etsəniz, Kaito AI ilə işləyən kitabxanaçı rolunu oynaya bilər. O yalnız istifadəçi üçün uyğun olanları tapmağa çalışmır, eyni zamanda arxadakı konteksti və əlaqələri başa düşməyə çalışır.
Bu, istifadəçilərin ən uyğun və dəyərli məlumatlara tez daxil olmalarına imkan verə və onları sonsuz axtarışdan xilas edə bilər.
Kaito Pro və Kaito Connect kimi xüsusiyyətləri işə salan və digər tətbiqləri yerləşdirmək üçün token şəbəkəsini genişləndirən Kaito mərkəzləşdirilməmiş mühitdə brend, istifadəçi və yaradıcıları şəffaf şəkildə əlaqələndirə bilən platformalararası İnformasiya maliyyəsi (InfoFi) qatı olmağı hədəfləyir.
Kaito-nun iş prinsipi necədir?
İnformasiya maliyyəsi (InfoFi)
Kaito-nu və necə işlədiyini başa düşmək üçün məlumatların özünü maliyyə aləti kimi qəbul edən model olan İnformasiya maliyyəsini (InfoFi) başa düşmək vacibdir.
InfoFi mərkəzdənkənarlıq, şəffaflıq və istifadəçilərin məlumatlara sahib olmasına xüsusi diqqət yetirməklə məlumatların dəyərini, treydinq mexanizmlərini və innovativ iqtisadi modellər yaratmaq potensialını araşdırır.
Kaito şəffaf və mərkəzdənkənar InfoFi ekosistemini inkişaf etdirmək məqsədilə bu inkişaf etməkdə olan sektorda işləyir.
Kaito Pro
Kaito Pro kriptovalyuta sektoru üçün hazırlanmış, AI ilə işləyən xüsusi axtarış mühərrikidir. O, sosial media, idarəetmə panelləri, tədqiqat məqalələri, xəbər platformaları, podkastlar və konfrans transkriptləri daxil olmaqla minlərlə mənbədən məlumat toplayır.
Kaito Pro xüsusi axtarış alqoritmləri, böyük dil modeli (LLM) imkanları və real vaxt rejimli analitikası vasitəsilə işlək kriptovalyuta analitikasına girişi asanlaşdıra bilər.
Kaito Pro-nun əsas xüsusiyyətləri:
İndeksləmə: çoxsaylı ictimai mənbələrdən alınan məlumatları birləşdirir.
Real vaxt rejimli araşdırma: məlumatların davamlı olaraq yenilənməsini təmin edir.
Hərtərəfli xüsusiyyətlər: bunlara meta-axtarış, əhval-ruhiyyə analitikası, ağıllı siqnallar, alətlər panelləri, token məlumatlandırması, hekayə məlumatlandırması, katalizator təqvim, audio mediatekası və AI Copilot daxildir.
Kaito Yaps
Kaito Yaps sosial qrafikləri və semantik siqnalları təhlil etmək üçün AI-dan istifadə edən, diqqəti bəyənmə və təəssüratlar kimi ənənəvi göstəricilərdən fərqli formada qiymətləndirən xüsusiyyətdir.
Bu tokenizasiya edilmiş diqqət modeli SocialFi layihələrini və mükafatların paylanmasını dəstəkləyir. SocialFi dedikdə sosial media ilə mərkəzdənkənar maliyyənin (DeFi) kəsişməsi nəzərdə tutulur. Onun vasitəsilə sosial interaksiyalar və istifadəçi tərəfindən yaradılan kontent blokçeyn əsaslı sistemlər vasitəsilə monetizasiya və idarə edilə bilər.
Yaps təsirin daha dəqiq ölçülməsini təmin etmək üçün kontentin həcmini, interaksiya və fikirləri qiymətləndirir.
Yaps: tokenizasiya edilmiş diqqət mexanizmi.
Yapper liderlər lövhələri: yaradıcıların töhfə və təsirlərini qiymətləndirən ictimaiyyətə açıq alətlər panelləri.
Yapper işəsalma paneli: diqqətin paylanması üçün bazara əsaslanan platforma.
Kaito Connect
Kaito Connect diqqəti və kapitalı daha şəffaf və səmərəli şəkildə paylamaq üçün nəzərdə tutulmuş, AI ilə işləyən InfoFi şəbəkəsidir.
Kaito Pro ilə eyni əsas texnologiya üzərində qurulmuş Kaito Connect məlumatların axtarışı, bilik qrafikləri və təhlil üzərində işləmək üçün nəzərdə tutulub. AI-dan bazar tendensiyaları və istifadəçi davranışlarını təhlil etmək üçün istifadə olunur.
Kaito Connect töhfələrin verilməsi və dəyərin müvafiq şəkildə yerləşdirilməsini təmin etməyi hədəfləyir. Onun əsas dəyərlərinə ədalət, şəffaflıq və səmərəlilik daxildir. Onun üçün əsas dəstəyi Yaps, Yapper liderlər lövhələri və Yapper İşəsalma paneli təmin edir.
Kaito Connect şəbəkəsinin işlədiyi əsas iştirakçılar yaradıcılar, istifadəçilər, brendlər və şəbəkələrdir. Onun məqsədi yaradıcılar üçün daha ədalətli ödənişlər təmin etmək, istifadəçilərin iştirakını təşviq etmək, eləcə də brendlər üçün şəffaf komissiyalar və təsirə əsaslanan mükafatlar təklif etməkdən ibarətdir.
Tokenomika
KAITO Kaito ekosisteminin daxili tokenidir. O, bazar stimullarını dəstəkləyir, şəbəkə valyutası rolunu oynayır və idarəetmə təmin edir:
Bazar qüvvələrinin idarə edilməsi: KAITO sahibləri şəbəkəni yönləndirə bilirlər. Onlar AI ilə idarə olunan InfoFi ekosistemi tərəfindən diqqətin paylanmasını formalaşdırmağa müdaxilə edə bilərlər.
Valyuta: KAITO interaksiya və tranzaksiyaları asanlaşdıran Kaito ekosisteminin daxili mübadilə vasitəsidir.
İdarəetmə: KAITO sahibi olan istifadəçilər protokola və əlaqəli alqoritmlərə böyük yeniləmələr təklif edə, təkliflərə səs verə və onları tətbiq edə bilərlər.
KAITO tokenlərinin ilkin paylanması:
İlkin icma və ekosistem tələbi üzrə ayırmaların məqsədi Yaps iştirakı, Kaito-nun yanaşmasına uyğunluq, uzunmüddətli loyallıq, ekosistemlə interaksiya və idarəetmədə iştirak kimi amilləri nəzərə almaqla xidmətlərə əsaslanan yanaşma vasitəsilə ədalətliliyi təmin etməkdən ibarətdir.
Uzunmüddətli yaradıcı stimulları üzrə ayırmalar kontentin yaradılmasını dəstəkləyir, ekosistem və şəbəkənin böyüməsi isə qəbuletməni idarə edən layihələri maliyyələşdirir. Binance HODLer üzrə ayırmalar tərəfdaşlıqları gücləndirir, Likvidlik stimulları steykinqi təşviq edir və Fondun vəsaitləri platformanın inkişaf etdirilməsini və idarəetmə tədqiqatlarını dəstəkləyir.
Əsas töhfəçilər və ilkin dəstəkçilər keçmiş səylərinə və Kaito-nun uzunmüddətli yanaşmasına bağlı qaldıqlarına görə mükafatlandırılırlar.
Binance HODLer Airdrop-da KAITO
Binance KAITO-nu (KAITO) HODLer Airdrop-ları proqramının 9-cu layihəsi elan edib. Bu layihə BNB sahiblərini balanslarının keçmiş snepşotları əsasında token airdrop-ları ilə mükafatlandırır.
Əvvəl təyin edilmiş uyğunluq müddətləri ərzində Binance-in Sadə qazanc məhsullarına abunə olan istifadəçilər KAITO mükafatları üçün uyğun olurlar. Paylama üçün ümumi tədarükün 2%-ni təşkil edən 20 000 000 KAITO tokeni ayrılıb.
Airdrop-dan sonra KAITO BTC, USDT, USDC, BNB, FDUSD və TRY cütləri ilə treydinq etməyə imkan verən toxum teqinin tətbiq edilməsi ilə Binance-də listinq edilib.
Yekun qeydlər
Kaito internetdə yayılmış mürəkkəb və hissələrə ayrılmış kriptovalyuta məlumatlarını idarə etmək üçün nəzərdə tutulmuş, AI ilə işləyən potensial həldir. Kaito Pro (məlumatların birləşdirilməsi), Kaito Yaps (diqqətin ölçülməsi) və Kaito Connect (mərkəzdənkənar paylaşma) bu platformanın komponentləridir, KAITO tokeni isə şəbəkə tranzaksiyalarını dəstəkləyir və mərkəzdənkənar idarəetməyə imkan verir.
Tövsiyə olunan ədəbiyyat
İmtina: bu məqalə yalnız maarifləndirmə məqsədi daşıyır. Bu məzmun heç bir formada təqdimat və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" sizə təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi şərh edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə qeyd olunan məhsullar yaşadığınız regionda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Academy-nin mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün imtina mətnini tam şəkildə burada oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala bilər və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi şərh edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə baxın.