Məsuliyyətdən imtina: bu məqalə yalnız məlumat xarakterlidir. Binance vasitəsilə təqdim edilən məlumat investisiya və ya treydinq üzrə məsləhət, yaxud tövsiyə mənasına gəlmir. Binance investisiya qərarlarınızın heç biri üzrə məsuliyyət daşımır. Maliyyə risklərinə getməzdən əvvəl peşəkar məsləhət alın.
Əsas diqqət yetiriləcək məqamlar
Magic Eden Solana, Ethereum, Polygon və Bitcoin daxil olmaqla bir çox blokçeyni dəstəkləyən dəyişdirilə bilməyən tokenlər (NFT) üçün bazar yeridir.
Magic Eden platforması yeni NFT layihələri və fərdiləşdirilə bilən royaltilər üçün Launchpad təklif edir ki, bu da yaradıcıların zərb etməsini və işlərindən pul qazanmasını asanlaşdırır.
ME tokeni Magic Eden ekosisteminin vacib hissəsidir. O, idarəetmə, treydinq komissiyası endirimləri, eksklüziv kolleksiyalara giriş və s. üçün istifadə edilə bilər.
2024-cü ilin dekabrında Magic Eden aktiv istifadəçilər üçün böyük bir airdrop elan etdi. Bu məqalədə biz airdrop-un təfərrüatlarını nəzərdən keçirəcək, pul kisənizin tələblərə uyğun olub-olmadığını yoxlamaq və ME tokenlərini tələb etmək qaydalarını göstərəcəyik.
Magic Eden nədir?
ME kimi də tanınan Magic Eden NFT-ləri (dəyişdirilə bilməyən tokenlər) ala, sata və hətta işə sala biləcəyiniz bazar yeridir. Əvvəlcə Solana blokçeynində başladılıb, sonra Ethereum, Polygon və Bitcoin-i dəstəkləmək üçün genişlənib. O, çoxlu blokçeynləri dəstəkləməklə daha çox yaradıcı və kolleksiyaçının iştirakını asanlaşdırır, eyni zamanda platformanı sadə və istifadəçiyönümlü saxlayır.
Magic Eden-də nə edə bilərsiniz?
Magic Eden mahiyyət etibarilə NFT ilə əlaqəli hər şey üçün mərkəzdir. O, sürətli, sərfəli və istifadəçiyönümlü olmaq üçün hazırlanmışdır. Onun əsas təkliflərinə daha yaxından nəzər salaq.
Yeni NFT layihələri üçün Launchpad
Launchpad xüsusiyyəti NFT layihələrini zərb etmək və tanıtmaq istəyən yaradıcılar üçün nəzərdə tutulub. Bu, yaradıcılara daha geniş auditoriyaya çatmağa və kolleksiyaçılarla əlaqə saxlamağa kömək edərək prosesi asanlaşdırır.
Treydinq üçün bazar yeri
NFT almaq və ya satmaq istəyirsinizsə, Magic Eden sizə lazım olan hər şeyə malikdir. O, istər NFT-yə yeni başlayan, istərsə də təcrübəli kolleksiyaçı olmağınızdan asılı olmayaraq, treydinqi asanlaşdırmaq üçün nəzərdə tutulub.
Fərdiləşdirilə bilən royaltilər
Magic Eden yaradıcılara royalti – NFT-nin hər bir təkrar satışı üçün alınan faiz məbləğini təyin etməyə imkan verir. Bu, vaxt keçdikcə işinizdən qazanc əldə etməyinizi təmin edir.
Çoxzəncirli uyğunluq
Magic Eden Solana, Ethereum, Polygon və Bitcoin daxil olmaqla bir çox blokçeyndə NFT-ləri dəstəkləyir. Bu, istifadəçilərə yalnız bir blokçeynlə məhdudlaşmamaqla daha geniş layihələri araşdırmaq imkanı verir.
Magic Eden-in iş prinsipi necədir?
Magic Eden sürətli, aşağıxərcli tranzaksiyaları asanlaşdırmaq üçün Solana və digər zəncirlərin əsas blokçeyn texnologiyasından istifadə edir. İstifadəçilər Trust Wallet və ya Phantom kimi kriptovalyuta pul kisələri vasitəsilə bazar yeri ilə interaksiya edirlər. Yeni NFT zərb etmək, mövcud olanı almaq, yaxud kolleksiyalar arasında treydinq etməkdən asılı olmayaraq, Magic Eden bunu etmək üçün asan və sadə bir yol təqdim edir.
ME tokeni
Magic Eden-in daxili kriptovalyutası olan ME tokeni ekosistem daxilində müxtəlif istifadə hallarına malikdir:
İdarəetmə: ME tokenlərinin sahibləri platforma yeniləmələri və ya icma siyasətləri ilə bağlı qərarlarda iştirak edə bilərlər.
Xidməti: token treydinq komissiyasına endirimlər və xüsusi funksiyalara və ya NFT kolleksiyalarına eksklüziv giriş üçün istifadə edilə bilər.
Mükafatlar: Magic Eden istifadəçiləri treydinq və ya kampaniyalarda iştirak etmək kimi platforma fəaliyyətlərinə görə ME tokenləri ilə mükafatlandırır.
Rəsmi kanallara görə, ME tokenomikası icma təşəbbüsləri və tərəfdaşlıqlar üçün resurslara qənaət edərkən aktiv iştirakın mükafatlandırılması üçün nəzərdə tutulub. İdeya istifadəçilər və töhfəçilər üçün davamlı ekosistem yaratmaqdır.
Binance listinqi
10 dekabr 2024-cü ildə Binance Toxum teqindən istifadə edərək Magic Eden-i (ME) listinq etdi. Binance nisbətən yeni olan və listinq edilmiş digər aktivlərlə müqayisədə daha yüksək dəyişkənlik riskləri təqdim edə bilən layihələrə Toxum teqi tətbiq edir. Başlanğıcda aşağıdakı spot treydinq cütləri mövcud idi: ME/BTC, ME/USDT, ME/FDUSD və ME/TRY.
Magic Eden (ME) airdrop-u
Magic Eden aktiv icma üzvlərini ME tokenləri ilə mükafatlandırmaq üçün airdrop kampaniyası həyata keçirdi.
Airdrop NFT treydinqi, NFT işəsalma zərbi, çarpaz zəncirli token svopları və Runes treydinqi kimi fəaliyyətlər vasitəsilə platformaya töhfə vermiş istifadəçilərə ME tokenlərini paylamaq üçün nəzərdə tutulmuşdur.
Uyğun istifadəçilər Magic Eden ilə interaksiya tarixçəsinə əsasən müəyyən edilmişdi. Bazar yerində fəal iştirak edənlər üçün daha yüksək mükafatlar nəzərdə tutulmuşdu.
Airdrop Magic Eden-in ekosistemini gücləndirmək strategiyasının bir hissəsidir. Aktiv istifadəçiləri mükafatlandırmaqla məqsəd loyallıq yaratmaq və ME tokeninin həm xidməti, həm də idarəetmə aktivi kimi istifadəsini təşviq etməkdir.
Magic Eden airdrop-unun təfərrüatları
Tələbetmə müddəti: 10 dekabr 2024-cü il, saat 14:00-dan (UTC) 1 fevral 2025-ci il, saat 23:00-dək (UTC).
Rəsmi müqavilə ünvanı: MEFNBXixkEbait3xn9bkm8WsJzXtVsaJEn4c8Sam21u (Solscan)
Tələbetmə səhifəsi: mefoundation.com. Saxta veb-saytlar və fırıldaqçılara qarşı ehtiyatlı olun. Yalnız rəsmi səhifələrə daxil olduğunuza əmin olun.
Magic Eden airdrop-nu necə tələb etmək olar?
Uyğunluğunuzu yoxlamaq və airdrop-nuzu tələb etmək üçün Magic Eden mobil tətbiqində prosesi bitirməzdən əvvəl bütün uyğun pul kisələrinizi rəsmi səhifə ilə əlaqələndirməlisiniz.
Magic Eden tətbiqiniz yoxdursa, onu endirməli, quraşdırmalı və Magic Eden platformasında istifadə etdiyiniz kriptovalyuta pul kisəsini idxal etməlisiniz. Artıq tətbiqiniz varsa, bu addımları yerinə yetirin:
mefoundation.com ünvanına daxil olun və [$ME tələb et] düyməsinə klikləyin.
Sonra [Uyğunluğu yoxla] üzərinə klikləyin.
Magic Eden tətbiqindən istifadə edərək QR kodunu skan edin və uyğun pul kisələrini əlaqələndirin. Bir neçə pul kisəsi əlaqələndirə bilərsiniz.
Qayda və şərtlərə baxın. Onlarla razısınızsa və məhdudiyyət tətbiq edilmiş ölkədən deyilsinizsə, davam etmək üçün xananı işarələyin.
Növbəti ekranda siz hansının airdrop-a uyğun olduğunu görmək üçün birdən çox pul kisəsini əlaqələndirə bilərsiniz.
Son addım iOS və Android üçün əlçatan olan Magic Eden tətbiqindən istifadə edərək airdrop-nuzu tələb etməkdir. Airdrop-nuzu tələb edərkən qaz ödənişlərini ödəmək üçün pul kisənizdə müəyyən məbləğdə SOL olmalıdır.
Yekun qeydlər
Magic Eden Solana, Ethereum, Polygon və Bitcoin kimi çoxsaylı blokçeynləri dəstəkləyən istifadəçiyönümlü NFT bazar yeridir. O, yeni layihələr üzrə Launchpad, sadə treydinq, fərdiləşdirilə bilən royaltilər, eləcə də mükafatlar və idarəetmə üçün ME tokeni kimi xüsusiyyətlər təmin edir. Platforma NFT-nin alışını, satışını və işə salınmasını sadə və hər kəs üçün əlçatan etmək məqsədi daşıyır.
Tövsiyə olunan ədəbiyyat
Məsuliyyətdən imtina: Bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bir təqdimat və ya zəmanət olmadan hazırkı məlumatlar əsasında təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir, bu məlumatlar hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımır. Siz məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Əlavə təfərrüatlar üçün məsuliyyətdən imtina bölməsini tam şəkildə burada oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə baxın.