Məsuliyyətdən imtina: bu məqalə yalnız məlumat xarakterlidir. Binance vasitəsilə təqdim edilən məlumat investisiya və ya treydinq üzrə məsləhət, yaxud tövsiyə mənasına gəlmir. Binance investisiya qərarlarınızın heç biri üzrə məsuliyyət daşımır. Maliyyə risklərinə getməzdən əvvəl peşəkar məsləhət alın.
Əsas diqqət yetiriləcək məqamlar
Vana şəxsi məlumatlarınıza tam nəzarət etməyinizə, onları necə istifadə edəcəyinizi qərarlaşdırmağınıza imkan verən, eyni zamanda məlumatlarınızın təhlükəsizliyini və məxfiliyini qoruyan blokçeyn layihəsidir.
İstifadəçilər Sİ modellərinin təliminə kömək etmək üçün məlumatlarını paylaşdıqda token mükafatları qazana bilərlər. Vana istifadəçilərə verdikləri töhfələrə mütənasib mükafatlar təqdim edən məlumatlardan ibarət likvidlik hovuzundan istifadə edir.
Vana 2018-ci ildə MIT-in tədqiqat layihəsi olaraq başladılıb. Platforma tamamilə açıq mənbəlidir və mərkəzdənkənar, icazəsiz şəbəkə kimi fəaliyyət göstərir.
VANA tokenləri Binance Launchpool vasitəsilə istifadəyə verilib və 4,8 milyon token Binance istifadəçiləri üçün mükafat olaraq əlçatandır.
Giriş
Vana istifadəçilərin rəqəmsal məlumatlarına yenidən nəzarət etmələrinə, eyni zamanda bu məlumatların süni intellekt (Sİ) modellərinin təlimi üçün istifadə olunmasına imkan verən blokçeyn layihəsidir. Bir sözlə, Vana istifadəçi məlumatlarını məxfi və təhlükəsiz şəkildə saxlamağa və ədalətli mükafatlandırmanı təmin etməyə xüsusi diqqət yetirir.
Vana nədir?
Vana məlumatların istifadə edilməsi üsulunu dəyişdirən mərkəzdənkənar platformadır. Hazırda böyük texnologiya şirkətləri sizin məlumatlarınızı pulsuz toplayıb istifadə edir və həmin məlumatlardan pul qazanır. Vana bu reallığı dəyişdirməyə çalışır. O sizin kimi fərdlərin öz məlumatlarının sahibi olmalarına və onlara nəzarət etmələrinə, eyni zamanda onları təhlükəsiz və qazanclı şəkildə paylaşmalarına imkan verir.
Vana-nın məqsədi bir şirkətin hər şeyin sahibi olması əvəzinə, istifadəçiyönümlü Sİ ekosistemi yaratmaqdır. Vana ilə məlumatlarınız Sİ modellərinin təkmilləşdirilməsinə kömək edə bilər, ancaq siz nəzarəti özünüzdə saxlayacaq, məxfiliyinizi qoruyacaq və məlumatlarınızı paylaşdığınız üçün mükafatlar əldə edəcəksiniz.
Vana-nın əsas xüsusiyyətləri
Vana hazırda məlumat iqtisadiyyatında mövcud olan ən böyük problemləri aradan qaldırmağa çalışır:
Məlumatların sahibi olmaq: istifadəçilər şəxsi məlumatlarına yenidən nəzarət edə bilərlər.
Məxfilik: təhlükəsiz texnologiyalar məlumatların məxfi olmasını və qorunmasını təmin edir.
Ədalətli mükafatlandırma: istifadəçilər məlumatlarının yaratdığı dəyərə əsasən mükafatlandırılırlar.
Demokratik Sİ: Sİ modelləri Vana icması tərəfindən kollektiv şəkildə hazırlanır və sahibi icma hesab olunur.
Açıq infrastruktur: Vana platforması açıq mənbəlidir və mərkəzdənkənar, icazəsiz şəbəkə kimi fəaliyyət göstərir.
Vana-nın iş prinsipi necədir?
Vana insanların məlumatlarını təhlükəsiz şəkildə paylaşmalarına və nəzarəti özlərində saxlamalarına imkan verən ağıllı texnologiyadan istifadə edir.
1. Məlumatlarınızın sahibi sizsiniz
Vana ilə məlumatlarınıza özünüz nəzarət edirsiniz. Şirkətlərin serverlərində saxlamaq əvəzinə məlumatlarınızı öz şəxsi serverlərinizdə və ya təhlükəsiz mühitlərdə saxlaya bilərsiniz. Məlumatlarınızın necə və nə zaman paylaşılacağını siz qərarlaşdırırsınız.
2. Məlumatlardan ibarət likvidlik hovuzları (DLP-lər)
Vana məlumatlardan ibarət likvidlik hovuzları (DLP-lər) adlanan anlayış təqdim edir. Bu innovativ hovuzlar Sİ modellərinin təlimi istiqamətində istifadə olunması üçün insanların məlumatlarını bir yerdə qruplaşdırmalarına imkan verir. Məlumatlar nə qədər müxtəlif olarsa, Sİ o qədər təkmilləşmiş olar. DLP-lər icazəniz olmadan istifadə edilə bilməməsi üçün məlumatlarınızın özünüzə məxsus olmasını təmin edir.
3. Məxfilik və təhlükəsizlik
Vana məlumatlarınızın təhlükəsizliyini təmin etmək üçün təhlükəsiz anklavlar və kriptoqrafik sübutlar kimi təkmil məxfilik alətlərindən istifadə edir. Bu alətlər məlumatlarınızın Sİ təlimi üçün istifadə edilməsi halında da razılığınız olmadan heç kəsin ona baxa və ya yanlış şəkildə istifadə edə bilməməsini təmin edir.
4. Tokenləşdirilmiş məlumat hüquqları
Vana vasitəsilə məlumatlarınızı paylaşdığınız zaman mükafat olaraq tokenlər alırsınız. Bu tokenlər töhfələrinizi izləyir və məlumatlarınız Sİ-ni təkmilləşdirmək üçün istifadə edildikdə ədalətli şəkildə mükafatlandırılmağınızı təmin edir və iştirak üçün stimul yaradır.
5. Sİ modellərinə kollektiv şəkildə sahib olmaq
Vana-nın digər maraqlı xüsusiyyəti odur ki, təlimi üçün məlumatlarınızdan istifadə edilən Sİ modelləri kollektiv mülkiyyət hesab olunur. Yalnız bir şirkətin gəlir əldə etməsi əvəzinə, məlumatlarını paylaşmış hər kəs bu üstünlüklərdən faydalana bilir. Bu yanaşma daha demokratik Sİ iqtisadiyyatını təşviq edə bilər.
6. Açıq infrastruktur
Platforma tamamilə açıq mənbəlidir və hamı üçün əlçatanlığın təmin edilməsi ilə mərkəzdənkənar, icazəsiz şəbəkə kimi fəaliyyət göstərir. Vana-nın rəsmi veb-saytına əsasən Açıq Məlumat Fondu adlandırılan fond Vana protokolunun geniş miqyasda qəbul olunmasının təşviq edilməsində aparıcı rol oynayır. Corsali və digər təşkilatlar isə tədqiqat və texniki inkişafı təkmilləşdirməklə töhfə verir.
Vana-nın Binance Launchpool platformasında istifadəyə verilməsi
13 dekabr 2024-cü ildə Binance Vana-nı Binance Launchpool platformasında 62-ci layihə olaraq elan etdi. Bu təqdimat Vana üçün mühüm bir mərhələdir və istifadəçilərin layihə ilə əlaqə qurmaları üçün yeni imkanlar təqdim edir.
Cəmi 4 800 000 VANA tokeni (VANA-nın maksimum tədarükünün 4%-i) Launchpool farminq mükafatları olaraq əlçatan olub. Binance 16 dekabr 2024-cü il tarixində VANA tokenlərini treydinq üçün listinq edib. İlk əlçatan cütlər arasında VANA/USDT, VANA/BNB, VANA/FDUSD və VANA/TRY var idi.
Yekun qeydlər
Vana istifadəçilərin məlumatlarına daha çox nəzarət etmələrinə imkan verən perspektivli layihədir. Vana istifadəçilərin məlumatlarından daha təhlükəsiz və ədalətli şəkildə istifadə edərək mükafatlar qazanmalarına imkan verir. Vana istifadəçilərin məlumatlarını Sİ modellərinin təlimi üçün paylaşmalarına imkan verməklə daha inklüziv və mərkəzdənkənar Sİ ekosistemi yaratmağa kömək edir.
Tövsiyə olunan ədəbiyyat
Məsuliyyətdən imtina: Bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bir təqdimat və ya zəmanət olmadan hazırkı məlumatlar əsasında təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir, bu məlumatlar hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımır. Siz məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Əlavə təfərrüatlar üçün məsuliyyətdən imtina bölməsini tam şəkildə burada oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə baxın.