Hyperlane (HYPER) nədir?
Əsas səhifə
Məqalələr
Hyperlane (HYPER) nədir?

Hyperlane (HYPER) nədir?

Orta
Yenilənib Apr 22, 2025
6m

Əsas diqqət yetiriləcək məqamlar

  • Hyperlane proqramçıların müxtəlif blokçeynləri birləşdirmələrinə imkan verən açıq, icazəsiz protokoldur. O, mərkəzləşdirilmiş quruma ehtiyac olmadan şəbəkələr arasında məlumat, token və smart müqavilə sorğularının göndərilməsini dəstəkləyir.

  • Proqramçılar Zəncirlərarası Təhlükəsizlik Modullarından (ISM) istifadə etməklə Hyperlane-in təhlükəsizliyini tətbiqlərinə uyğunlaşdıra bilərlər. Opsionlar standart parametrlərdən tam fərdiləşdirilmiş konfiqurasiyalara qədər dəyişir.

  • Hyperlane bir neçə token növünü və transfer metodlarını dəstəkləyən, Cəld marşrutlar adlanan, uyğunlaşdırıla bilən token körpülərindən təşkil olunub. Hər marşrut öz təhlükəsizlik tərtibatı ilə fərdiləşdirilə bilər və bu, proqramçıların aktivlərin zəncirlər arasındakı hərəkətlərinə tam nəzarət etmələrinə imkan verir.

Giriş

Hər il daha çox blokçeyn meydana gəldikcə əsas çətinlik onlar arasında əlaqə yaratmaq olub. Hyperlane blokçeynlərin mərkəzi orqan və ya vasitəçiyə ehtiyac olmadan qoşulmalarını və məlumat mübadiləsi etmələrini asanlaşdırmaqla bu problemi həll etməyə kömək edən layihədir. 

İstər məlumatların göndərilməsi, istərsə də tokenlərin transfer edilməsi halında Hyperlane çarpaz zəncir əlaqələrinin daha asan, sürətli və çevik olmasını təmin edir.

Hyperlane-in iş prinsipi necədir?

Hyperlane mahiyyət etibarilə qarşılıqlı fəaliyyət protokolu – müxtəlif blokçeynlərin interaksiya etmələrinə kömək edən sistemdir. Hyperlane proqramçılara müxtəlif zəncirlər arasında mesajlar göndərmək, aktivləri köçürmək və hətta smart müqavilələri işə salmaq imkanı verir.

Hyperlane-i fərqləndirən onun icazəsiz və modulyar dizaynıdır. Onu istənilən blokçeyndə (Qat 1, rollap və ya tətbiq zənciri) yerləşdirə və tətbiqinizə uyğunlaşdırmaq üçün təhlükəsizlik parametrlərini fərdiləşdirə bilərsiniz. Vasitəçi tələb olunmur. Təsdiqləmə tələb olunmur.

Hyperlane-in əsas xüsusiyyətləri

1. İcazəsizlik

Hyperlane-dən istifadə etmək üçün icazə tələb olunmur. Proqramçılar onu istədikləri blokçeyndə quraşdıra və dərhal çarpaz zəncir tətbiqləri yaratmağa başlaya bilərlər.

2. Zəncirlərarası mesajlaşma (Poçt qutusu)

Hyperlane proqramçıların blokçeynlər arasında tokenlərdən funksional sorğulara qədər istənilən növ məlumatlar göndərmələrinə imkan verir. Bu mesajlar hər dəstəklənən zəncirdə mövcud olan və Poçt qutusu adlanan smart müqavilə ilə idarə olunur. O, gələnlər qutusu ilə göndərilənlər qutusunun blokçeyn versiyası kimi qəbul edilə bilər.

Başqa sözlə, Poçt qutusu zəncirlər arasında mesajların göndərilməsi və qəbul edilməsi üçün nəzərdə tutulmuş əsas mərkəzdir. Eyni zamanda proqramçıların Hyperlane şəbəkəsinə qoşulmaq üçün istifadə etdikləri interfeysdir.

Mesaj göndərildikdə mənbə zəncirdəki Poçt qutusundan keçir, təyinat zəncirindəki təhlükəsizlik modulu ilə doğrulanır və sonra qəbul edən tərəfdə emal edilir.

3. ISM-lərlə modulyar təhlükəsizlik

Hyperlane sizi tətbiqin təhlükəsizliyini təmin etmək üçün bir üsula bağlı qalmağa məcbur etmir. Bunun əvəzinə Zəncirlərarası Təhlükəsizlik Modullarından (ISM) – çarpaz zəncir mesajlarınızın necə doğrulanacağını istədiyiniz kimi seçmək (və ya yaratmaq) imkanı verən bloklardan istifadə edir.

ISM-lər mesajın həqiqətən qeyd edilən zəncirdən gəlib-gəlmədiyini yoxlayan təhlükəsizlik filtrləri kimidir. Onlar Hyperlane-in dizaynının əsas hissəsini təşkil edir və tamamilə fərdiləşdirilə bilər.

Proqramçılar ISM-lərdən bir neçə fərqli şəkildə istifadə edə bilərlər:

  • Standart: poçt qutusu ilə birlikdə təmin edilən daxili ISM-dən istifadə edin.

  • Konfiqurasiya edilən: quraşdırılmış ISM seçin və onu öz parametrlərinizlə dəyişdirin.

  • Yığılmış: çoxqatlı təhlükəsizlik modeli yaratmaq üçün bir neçə ISM-i qarışdırıb uyğunlaşdırın.

  • Fərdi: tamamilə unikal variant lazım olduğu halda, sıfırdan ISM yazın.

Məsələn, yüksək dəyərli tətbiq (idarəetmə platforması kimi) yaratdığınız halda, daha çox qaz və ya daha uzun müddət tələb olunsa da, daha güclü təhlükəsizlik istəyə bilərsiniz. Daha sadə istifadə halları üçün daha sürətli və ucuz İSM-lərə üstünlük verə bilərsiniz.

4. Bir neçə blokçeyn və VM-in dəstəklənməsi

Hyperlane EVM (Ethereum tərəfindən istifadə olunur), SVM (Solana tərəfindən istifadə olunur) və CosmWasm kimi çox sayda virtual maşını dəstəkləyir. O, eyni zamanda AVM zəncirindən SVM zəncirinə aktivlərin göndərilməsi kimi əlaqələri də dəstəkləyir.

5. Çarpaz zəncir token transferləri (Cəld marşrutlar)

Tokenləri zəncirlər arasında köçürmək tələb olunur? Hyperlane istifadəçilərin ETH, ERC-20 tokenləri, NFT-lər kimi aktivləri, yaxud hətta daxili zəncir tokenlərini müxtəlif şəbəkələr arasında göndərmələrinə imkan verən modulyar körpülər – Cəld marşrutlar təklif edir.

Cəld marşrutların qurulmasının bir neçə üsulu aşağıda verilib:

  • Girovdan sintetikə: ilkin tokeni mənbə zəncirində kilidləyin və təyinat zəncirində sabitlənmiş versiyanı zərb edin.

  • Daxilidən sintetikə: daxili tokeni (ETH kimi) kilidləyin və başqa yerdə sintetik token zərb edin.

  • Daxilidən üçün girova: daxili tokeni kilidləyin və başqa zəncirdə başqa girov tokeninin kilidini açın.

Hər Cəld marşrut ISM-lərdən istifadə etməklə öz təhlükəsizlik tərtibatına sahib ola bilər, beləliklə proqramçılar nə qədər etibar və ya doğrulama tələb olunduğunu özləri qərarlaşdıra bilərlər.

HYPER tokeni

HYPER tokeni Hyperlane ekosisteminin yerli valyutası hesab olunur. O, təşviqləri uyğunlaşdırmaq, icmanın iştirakını təşviq etmək və çarpaz zəncir əməliyyatlarının təhlükəsizliyini təmin etmək üçün yaradılıb. İştirakçı və validatorlar HYPER steykinq edə və töhfələri əsasında mükafatlar qazana bilərlər.

HYPER tokenini steykinq etmək protokolun mesaj təhlükəsizliyini təmin etməsi prosesinin əsas hissəsidir. Validatorlar müəyyən dərəcədə steykinq etdikləri HYPER-in məbləğinə əsasən seçilir və buna görə də zəncirlərarası əlaqənin doğrulanmasına kömək etmək üçün məsuliyyət daşıyırlar.

Binance HODLer Airdrop-larında Hyperlane

22 aprel 2025-ci ildə Binance HYPER-i Binance HODLer Airdrop-da 15-ci layihə olaraq elan edib. 14 apreldən 17 aprelə qədər Sadə qazanc və ya Zəncirdaxili gəlirlər məhsullarına BNB abunə olan istifadəçilər airdrop-lar əldə edə bilərlər. Proqram üçün cəmi 20 milyon HYPER tokeni ayrılıb və bu, ümumi token tədarükünün 2,49%-ni təşkil edir.

Farminq müddətindən sonra HYPER Binance-da Toxum teqi ilə treydinq üçün listinq edilib və USDT, USDC, BNB, FDUSD və TRY cütləri ilə treydinqinə icazə verilib.

Yekun qeydlər

Hyperlane bir neçə blokçeyndə işləyən tətbiqlər yaratmaq üçün çevik və açıq yol təklif edir. İcazəsiz olduğu üçün proqramçıların işə başlamaq üçün heç kimdən soruşmalarına ehtiyac yoxdur. Modulyar olduğu üçün tətbiqiniz üçün lazım olan təhlükəsizlik növünü təyin edə bilərsiniz. Cəld marşrutlar kimi funksiyalarla mürəkkəb, bir-biri ilə əlaqəli sistemlər yaratmaq üçün geniş potensiala sahibdir.

Ancaq Hyperlane-dən istifadə etməyin (istənilən çarpaz zəncir protokolu kimi) öz riskləri və güzəştləri mövcuddur. Təhlükəsizliyi konfiqurasiya etmək, validator dəstləri seçmək və aktiv transferlərini idarə etmək üsullarınız tətbiqinizin nə qədər təhlükəsiz və səmərəli olmasına təsir edə bilər. Risk etməzdən əvvəl öz tədqiqatınızı aparın və məhsulu anladığınızdan əmin olun.

Tövsiyə olunan ədəbiyyat

Bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllifi tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifinə aiddir və Binance Akademiyasının fikirlərini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisklə bağlı xəbərdarlıq bölməmizə nəzər salın.