Məsuliyyətdən imtina: bu məqalə yalnız məlumat xarakterlidir. Binance vasitəsilə təqdim edilən məlumat investisiya və ya treydinq üzrə məsləhət, yaxud tövsiyə mənasına gəlmir. Binance investisiya qərarlarınızın heç biri üzrə məsuliyyət daşımır. Maliyyə risklərinə getməzdən əvvəl peşəkar məsləhət alın.
Əsas diqqət yetiriləcək məqamlar
BIO Mərkəzdənkənar Elmi (DeSci) təkmilləşdirmək üçün nəzərdə tutulmuş kurasiya və likvidlik protokoludur.
Onun missiyası xəstələrə, alimlərə və biotexnologiya mütəxəssislərinə tokenləşdirilmiş biotexnologiya layihələrini və əqli mülkiyyəti (IP) birlikdə maliyyələşdirmək, inkişaf etdirmək və onlara sahib olmaq imkanı verməklə biotexnologiyanı sürətləndirməkdir.
BIO tokeni sahiblərə DAO-ları dəstəkləmək, əsas qərarlarla bağlı səs vermək və şəbəkənin böyüməsini maliyyələşdirmək imkanı verən kommunal alət və idarəetmə aləti rolunu oynayır. Sahiblər eyni zamanda mükafatlardan, erkən maliyyələşdirmədən və yeni məhsullardan istifadə imkanı əldə edə bilərlər.
BIO nədir?
BIO Mərkəzdənkənar Elmi (DeSci) təkmilləşdirmək üçün nəzərdə tutulmuş kurasiya və likvidlik protokoludur. Onun missiyası bütün dünyadakı xəstələri, alimləri və biotexnologiya mütəxəssislərini tokenləşdirilmiş biotexnologiya layihələrini və əqli mülkiyyəti (IP) birlikdə maliyyələşdirmək, inkişaf etdirmək və onlara sahib olmaq imkanı ilə dəstəkləməklə biotexnologiyanı sürətləndirməkdir.
BIO komandası Molecule və VitaDAO-nun yaradılmasına kömək etmiş mütəxəssislərdən ibarətdir. Molecule bioloji və tibbi layihələr üçün tokenləşdirmə platforması, VitaDAO isə uzunömürlülük elmi ilə məşğul olan mərkəzdənkənar icmadır.
BIO-nun həll etməyə çalışdığı məsələ nədir?
Ənənəvi biotexnologiya tədqiqatı çox zaman xərclərin çox, maliyyələşdirmə proseslərinin ləng və əqli mülkiyyətdən istifadə imkanının nisbətən kiçik iştirakçılar üçün məhdud olması kimi çətinliklərlə üzləşir. BIO-nun yanaşması blokçeyndən istifadə etməklə bu maneələri aradan qaldırmaqdan ibarətdir.
Bioiqtisadiyyat
Onların "Bioiqtisadiyyat" adlandırılan konsepsiyası innovasiyaların köhnəlmiş sistemlər tərəfindən sıxışdırılmadan inkişaf edə biləcəyi icmayönümlü ekosistem yaratmağa əsaslanır.
BIO biotexnologiya layihələrinin maliyyələşdirilməsi və inkişaf etdirilməsi üsullarını mərkəzdən kənarlaşdırmaqla yeni ideyaların dəstəklənməsini asanlaşdırmaq istəyir. O, bir neçə böyük iştirakçıya güvənmək əvəzinə, insanlardan ibarət qlobal şəbəkənin resursları birləşdirməyini, perspektivli layihələrə səs verməyini və əldə edilmiş nailiyyətlərə sahib olmaq hüququnu paylaşmağını dəstəkləyir.
BIO protokolu
BIO layihəsi, mahiyyət etibarilə, mərkəzdənkənar biotexnologiyanın yaradılması üçün struktur tərtib edən BIO protokoluna əsaslanır. Onun əsas komponentlərindən bəzilərinə aşağıdakılar daxildir:
BioDAO-lar: biotexnologiyanın konkret sahələrinə diqqət yetirən mərkəzdənkənar təşkilatlardır. Onlar genin dəyişdirilməsi, xərçəng xəstəliyinin araşdırılması və ya peyvəndin yaradılması kimi layihələr üzərində işləyən ixtisaslaşmış icmalar kimi qəbul edilə bilər. BioDAO üzvləri öz resurslarını birləşdirir, kollektiv qərarlar qəbul edir və nəticələri paylaşırlar.
Kurasiya: çox sayda layihə mövcud olduğu üçün hansına prioritet verilməli olduğunu qərarlaşdırmaq çətin ola bilər. BIO-nun kurasiya mexanizmi bu baxımdan faydalıdır. İcma üzvləri hansı layihələrin daha çox potensiala malik olduğunu müəyyən etmək üçün səs verərək resursların ağıllı şəkildə istifadə edilməsini təmin edir.
Bio/Acc mükafatları: BIO icmanın aktiv olmasını və iştirak etməsini təmin etmək üçün öz Bio/Acc mükafatları proqramı vasitəsilə mükafatlar təklif edir. Təcrübə, maliyyələşdirmə, yaxud ideyalara töhfə verməyinizdən asılı olmayaraq, töhfəniz əsasında tokenlər qazana bilərsiniz.
IP tokenləri: BIO-nun fərqlənən xüsusiyyətlərindən biri də əqli mülkiyyətin tokenləşdirilməsidir. Biotexnologiya nailiyyətlərinin korporativ kassalarda saxlanması yerinə, IP rəqəmsal tokenlərə çevrilir. Bu tokenlər hissə-hissə mülkiyyət imkanı təmin edir. Bu isə daha çox insanın elmi nailiyyətlərə sərmayə qoya və onlardan faydalana bilməsi deməkdir.
Ekosistem və idarəetmə
BIO biotexnologiya sahəsinin maraqlı tərəflərini (tədqiqatçılar, investorlar və xəstələr) birləşdirməklə hər kəsin rəyinin nəzərə alındığı məkan yaradır. İdarəetmə mərkəzdənkənardır, token sahiblərinin layihə ilə bağlı rəy bildirmək hüquqları var. Bu model şəffaflığı təmin edir və qərar qəbuletməni icmanın maraqlarına uyğunlaşdırır.
BIO tokeni
BIO tokeni BIO ekosistemində əsasən həm kommunal alət, həm də idarəetmə aləti rolunu oynayır. Məsələn, BIO sahibləri konkret bioDAO-ları dəstəkləyə, yeni BIO tokenlərinin yaradılma və ya paylanma üsulları ilə bağlı qərarlara səs verə və şəbəkənin böyüdülməsi və təkmilləşdirilməsi proqramlarını maliyyələşdirməyə kömək edə bilər.
BIO sahibləri eyni zamanda idarəetmə hüquqlarından, erkən maliyyələşdirmə dövrələrindən, sağlamlıq məlumatları üçün töhfələrə və klinik sınaqlarda iştiraka görə maliyyə mükafatlarından və bioDAO-lar tərəfindən maliyyələşdirilən yeni məhsullardan istifadə etmək imkanı əldə edə bilərlər.
BIO Launchpad
BIO Launchpad yeni biotexnologiya layihələrinin başladılması və maliyyələşdirilməsini asanlaşdırmaq üçün nəzərdə tutulmuş platformadır. O, layihə komandalarının BIO ekosistemi daxilində öz təşəbbüslərini başlatmaları üçün alətlər və resurslar təqdim edir, eyni zamanda onları dəstəkçilər və potensial əməkdaşlar icması ilə əlaqələndirir.
BioDAO inkubatoru
BIO yeni BioDAO-ların yaradılmasını dəstəkləmək məqsədilə inkişaf etməkdə olan mərkəzdənkənar təşkilatlar üçün təlimat, resurslar və strukturlaşdırılmış çərçivə təmin edən inkubator proqramı təklif edir. Məqsəd innovasiyaları dəstəkləmək və BIO ekosistemində BioDAO-ların istifadəyə verilməsini və inkişaf etdirilməsini təmin etməkdir.
Yekun qeydlər
BIO layihəsi biotexnologiya araşdırmasına daha açıq və birgə yanaşma təklif edir. BIO yalnız bir neçə əsas iştirakçının nəzarət etdiyi ənənəvi strukturlara bağlı qalmaq yerinə, müxtəlif icmaların birləşərək irəliləyişə nail olması üçün yol təmin edir.
BIO əqli mülkiyyəti tokenləşdirmək və mərkəzdənkənar idarəetmədən istifadə etməklə başqa hallarda nəzərdən qaçırıla biləcək yeniliklər üçün şərait yaradır. Tədqiqatçılar üçün daha tez və bərabər şəkildə maliyyələşdirmə əldə etmək şansıdır. Xəstələr və vəkillər üçün vacib hesab etdikləri nailiyyətləri birbaşa dəstəkləmək üsuludur.
Tövsiyə olunan ədəbiyyat
Məsuliyyətdən imtina: Bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bir təqdimat və ya zəmanət olmadan hazırkı məlumatlar əsasında təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir, bu məlumatlar hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımır. Siz məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Əlavə təfərrüatlar üçün məsuliyyətdən imtina bölməsini tam şəkildə burada oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə baxın.