Maple Finance (SYRUP) nədir?

Maple Finance (SYRUP) nədir?

Orta
Yenilənib May 14, 2025
6m

Əsas diqqət yetiriləcək məqamlar

  • Maple Finance blokçeyn texnologiyası əsasında qurulmuş kredit bazar yeridir. O, kreditə ehtiyacı olan biznesləri gəlir əldə etmək istəyən investorlarla birləşdirir.

  • 2019-cu ildə istifadəyə verilmiş Maple Finance kredit prosesini mərkəzdənkənar maliyyə (DeFi) vasitəsilə daha sadə və əlçatan etməyi hədəfləyir.

  • Ağır girov tələb edən bir çox DeFi platformalarından fərqli olaraq, Maple borcalanın nüfuzuna əsaslanaraq təminatsız kreditlər təqdim edir. Sadə dildə desək, bu platforma ilkin təminat tələb etməyən kreditlərə fokuslanır.

maple syrup cta

Maple Finance nədir?

Maple Finance əsasən Ethereum blokçeyn texnologiyası əsasında qurulmuş kredit bazar yeridir. Bu bazar yeri təşkilatlara (kriptovalyuta şirkətləri və maliyyə qurumları kimi), həmçinin akkreditə olunmuş fərdi investorlara xidmət göstərə bilər.

Platforma DeFi sahəsindəki ümumi problemi həll edir: borcalanların borc aldıqlarından daha çox aktivləri bloklama ehtiyacını. Maple borcalanların etibarına əsaslanaraq kreditləri təmin etməklə daha çevik yanaşma təqdim edir – bu yanaşma ənənəvi maliyyə yoxlamalarını blokçeyn texnologiyasının şəffaflığı ilə birləşdirir.

Maple Finance necə işləyir?

Maple Finance pul vermək istəyənlərlə borc almağa ehtiyacı olanlar arasındakı körpü rolunu oynayır. Kredit verənlər öz vəsaitlərini "likvidlik hovuzları" adlanan fondlarda birləşdirirlər və bu hovuzlara Hovuz nümayəndələri nəzarət edir. Bu hovuzlar daha sonra bizneslərə kredit verir, blokçeyn texnologiyası isə bütün prosesin təhlükəsiz və izlənilə bilən olmasını təmin edir.

Likvidlik hovuzu və kreditləşmə

Likvidlik hovuzu Maple-ın kreditvermə sisteminin əsas dayağıdır. Təşkilatlar və akkreditə olunmuş fərdi şəxslər daxil olmaqla kredit verənlər bu hovuzlara USDC və ya digər stabil koinlər kimi rəqəmsal aktivləri depozit qoyaraq faiz gəliri əldə edirlər.

Hovuz nümayəndələri kimin kredit alacağını və bunun hansı şərtlərlə baş verəcəyini müəyyənləşdirərək hovuzları idarə edirlər. Kredit verənlər yüksəkkeyfiyyətli borcalanlara çıxış əldə edir və qısamüddətli, artıqtəminatlı kreditlərdən sabit gəlir əldə edirlər.

Kredit vermək üçün Maple Token SYRUP sahibi olmaq lazım deyil. Maple veb-tətbiqi vasitəsilə kredit verənlər vəsait əlavə edə, investisiyalarına nəzarət edə və müəyyən edilmiş qaydalara uyğun şəkildə vəsaitləri geri çəkə bilərlər. Bu struktur sabit gəlirləri və vəsaitlərə asan çıxışı ön planda tutmaq üçün nəzərdə tutulub və riskləri azaltmaq məqsədilə bütün kreditlər girovlatəmin olunur.

Borcalma

Maple platformasında borcalanlar əsasən çevik maliyyələşmə axtaran kriptovalyuta şirkətləri və maliyyə institutları kimi bizneslərdir. Kredit almaq üçün onlar Maple veb-tətbiqində qeydiyyatdan keçir və Hovuz nümayəndələri tərəfindən həyata keçirilən qiymətləndirmə prosesindən keçirlər. Bu proses onların maliyyə vəziyyətinin və etibarının yoxlanılmasını əhatə edir ki, bu da Maple-a tipik DeFi platformaları ilə müqayisədə daha az girovla kredit təklif etməyə imkan verir.

Kreditlər adətən sabitfaizli, qısamüddətli olur və müəyyən girovla təmin edilir ki, bu da qəfil likvidasiya riskini azaldır. Borcalanlar çevik şərtlərdən və blokçeyn üzərində maliyyələşməyə çıxış imkanından faydalana bilirlər, bu isə ənənəvi bank xidmətlərindən daha səmərəli sayılır. Platformanın şəffaflığı hər kəsin kredit şərtlərini əvvəlcədən tam başa düşməsini təmin edir.

Hovuz nümayəndələrinin rolu

Hovuz nümayəndələri sistemin fasiləsiz və səmərəli işləməsini təmin edən şəxslərdir. Onlar borcalanları qiymətləndirir, kredit şərtlərini müəyyənləşdirir və hovuzları idarə edərək kredit menecerləri kimi fəaliyyət göstərir. Onların işi kreditlərin təhlükəsizliyini və kredit verənlərin maraqlarına uyğunluğu təmin etməkdir. Onlar riskin idarə olunmasına (məsələn, standart hallar, marja çağırışları və likvidasiyaları idarə etmək) cavabdehdilər və bu işlərinə görə komissiya alırlar.

Hovuz nümayəndələri kredit qiymətləndirməsi sahəsindəki təcrübələrinə əsasən seçilir və platformanın fəaliyyətində əsas rol oynayırlar. Lakin Maple-ın rəsmi sənədlərində üçüncü tərəf nümayəndələrin platformanın məqsədləri ilə uyğunlaşdırılmasında çətinliklər ola biləcəyi qeyd olunur ki, bu da təkmilləşdirmə üçün hələ də imkanların mövcudluğunu göstərir.

Maple platformasının əsas xüsusiyyətləri

Maple Finance-i DeFi sahəsində fərqləndirən bir sıra xüsusiyyətlər mövcuddur:

  • Daha az girov tələbi: Maple borcalanların nüfuzuna əsaslanaraq girov tələblərini azaldır və bu da maliyyələşməni institutlar üçün kapital baxımıdan daha səmərəli edir.

  • Peşəkar standartlar: platforma blokçeyn səmərəliliyini ciddi maliyyə yoxlamaları ilə birləşdirir və bu da institusional iştirakçılar üçün cəlbedici olur.

  • Blokçeyn şəffaflığı: Ethereum və digər şəbəkələr üzərində fəaliyyət göstərən Maple avtomatlaşdırma, şəffaflıq və real vaxt rejimində izləmə üçün ağıllı müqavilələrdən istifadə edir.

  • Məhsul təklifləri: ABŞ xəzinə veksellərinə sərmayə qoyan Nağd Pulun İdarəsi Hovuzu kimi məhsullar və ya fərdi kreditlər üçün nəzərdə tutulmuş Maple Direct istifadəçilərin müxtəlif ehtiyaclarını qarşılaya bilər.

  • Tərəfdaşlıqlar: Maple Finance, Circle (USDC-nin qəbulu üçün) və Ethena Labs (real dünya aktivlərinin miqyaslandırılması üçün) kimi qurumlarla əməkdaşlıq qurub.

SYRUP tokeni

Maple platformasının fəaliyyəti 2023-cü ildə icma səsverməsi nəticəsində MPL tokenini əvəz edən SYRUP tokeni ilə idarə olunur. SYRUP tokeni sahibləri komissiya gəlirlərində iştirak edə, platforman idarəetməsi ilə bağlı qərarların qəbulunda rol oynaya və likvidlik hovuzlarını itkilərdən qorumaq üçün tokenler pay qoya bilərlər.

Binance platformasında SYRUP

2025-ci ilin mayın 6-da Binance toxum teqitətbiq etməklə Maple Finance-in (SYRUP) listinqini elan etdi. Həmin gün SYRUP tokeni USDT və USDC ticarət cütlükləri üzrə treydinq üçün əlçatan oldu.

SYRUP ağıllı müqavilələri

  • Ethereum: 0x643C4E15d7d62Ad0aBeC4a9BD4b001aA3Ef52d66

  • Base: 0x688AEe022AA544f150678B8E5720b6b96a9E9a2F

Maple Finance təhlükəsizliyi

Təhlükəsizlik Maple üçün əsas prioritetdir. Platformanı dəstəkləyən ağıllı müqavilələr GitHub-da açıq mənbə şəklində təqdim olunur və 76 depoda yerləşdirilib. Platforma bir neçə auditdən keçmişdir (üçü 2022-ci ilin dekabrında, ikisi isə 2023-cü ilin iyun ayında) ki, bu da developerlərə istifadəyə verilmədən əvvəl problemləri aradan qaldırmağa imkan yaratmışdır.

Nəzərə alınmalı məqamlar

Digər DeFi layihələrində olduğu kimi, Maple Finance protokolu və xidmətlərindən istifadə aktivlərin bazar dalğalanmaları və ya ağıllı müqavilələrin zəiflikləri səbəbilə itirilməsi risklərini daşıyır. Bundan əlavə, Hovuz nümayəndələrindən asılılıq layihənin rəsmi sənədlərində qeyd olunduğu kimi koordinasiya problemlərinə səbəb ola bilər. Riskə getməzdən əvvəl öz tədqiqatınızı aparmaq və məhsulları yaxşı başa düşmək vacibdir.

Yekun qeydlər

Maple Finance bizneslər və investorlar üçün borcvermə və borcalma prosesini daha əlçatan edən mərkəzləşdirilməmiş platformadır. Aşağı girov tələbi ilə kreditlər təklif etməklə, icma idarəetməsi üçün SYRUP tokenindən istifadə etməklə və yüksək uyğunluq standartlarını qorumaqla layihə DeFi sahəsində əhəmiyyətli inkişaf əldə etmişdir. İnstitusional DeFİ sahəsini araşdıranlar üçün Maple Finance kapital bazarlarına blokçeyn əsaslı maraqlı bir yanaşma təqdim edə bilər.

Tövsiyə olunan ədəbiyyat

İmtina: bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə nəzər salın.