Qaz

Başlanğıc

Kriptovalyutada Qaz nədir?

Qaz dedikdə termin olaraq SolanaEthereum kimi blokçeyn şəbəkələrində istifadə edilən qiymətləndirmə mexanizmi nəzərdə tutulur. Bu mexanizm tranzaksiyanın yerinə yetirilməsi və ya smart müqavilə əməliyyatının icra edilməsi ilə bağlı xərcləri (komissiyaları) hesablayır .

Qaz sistemi necə işləyir?

Nümunə olaraq Ethereum-un qaz sistemini götürək. Ether (ETH) blokçeynin valyutası, qaz isə müəyyən bir tapşırıq üçün nə qədər "iş" (hesablama resursları) tələb olunduğunu qiymətləndirmək məqsədilə istifadə edilən xüsusi bir vahiddir. Təbii olaraq yüksək tələbli tapşırıqların qaz xərcləri daha az hesablama resursları tələb edən əməliyyatlara nisbətən daha yüksək olacaq.
Qeyd edək ki, komissiyalar yenə ether (ETH) ilə ödənilir, ancaq qaz və ETH iki fərqli anlayışdır. Hesablama tapşırıqları "qaz xərci" əsasında ölçülsə də, hər bir qaz vahidinin ether (ETH) ilə təyin edilən "qaz qiyməti" var. Beləliklə, hər tranzaksiyanın hər qaz vahidi üçün xüsusi "qaz qiyməti" var.
Başqa sözlə, qaz xərci işin miqdarı, qaz qiyməti isə işin "hər saatı" üçün ödənilən qiymətdir . Bu iki anlayış arasındakı əlaqə qaz limiti ilə birlikdə əməliyyat və ya tranzaksiya üçün ümumi komissiyanı təşkil edir.

Daha yüksək qaz qiymətləri ödəməliyəm?

Bu, müxtəlif amillərdən asılıdır. Tələsmədiyiniz və şəbəkə məşğul olmadığı halda, sizə adi qaz qiymətləri tətbiq oluna bilər. Ancaq şəbəkə məşğul olduğu və ya tranzaksiyanızın tez bir zamanda təsdiqlənməyini istədiyiniz halda, daha yüksək qaz qiymətləri ödəyə bilərsiniz.

Daha yüksək qaz qiymətləri validatorları sizin tranzaksiyanızı digərlərindən əvvəl yoxlamağa həvəsləndirəcək. Eyni qaydada aşağı qaz qiymətinin təyin edilməsi tranzaksiyanızın ilişib qalmasına səbəb ola bilər. Belə ki, bu halda validatorların onu təsdiqləmək üçün maliyyə motivasiyası olmayacaq.

Wei və Gwei nədir?

Ethereum platformasında qaz qiymətləri çox kiçik rəqəmlərdən təşkil olunduğu üçün adətən ETH əvəzinə "gwei" şəklində ifadə olunur. 1 Gwei 0,000000001 (və ya 10-9) ETH, yaxud 109 Wei göstəricilərinə ekvivalentdir. Wei ether-in ən kiçik denominasiyasıdır.

Nəticə

Komissiyaların ədalətli və uyğun şəkildə tutulmasına zəmanət verdiyi üçün qaz qiymətləndirmə mexanizmi vacibdir. O, bir növ resursların blokçeyn şəbəkəsi üçün dəyərli olmayan əməliyyatlara sərf edilməsinin qarşısını alır.

Ətraflı məlumat əldə edin: Ethereum nədir?
Postları paylaşın
Hesabı qeydiyyatdan keçirin
Bu gün bir Binance hesabı açaraq biliklərinizi tətbiq edin.