Məsuliyyətdən imtina: bu məqalə yalnız məlumat xarakterlidir. Binance vasitəsilə təqdim edilən məlumat investisiya və ya treydinq üzrə məsləhət, yaxud tövsiyə mənasına gəlmir. Binance investisiya qərarlarınızın heç biri üzrə məsuliyyət daşımır. Maliyyə risklərinə getməzdən əvvəl peşəkar məsləhət alın.
Əsas diqqət yetiriləcək məqamlar
Cetus mərkəzdənkənar birjalar və likvidlik sistemləri üçün protokoldur. O, Sui və Aptos blokçeynlərində qurulur.
Cetus-un missiyası treydinqi DeFi istifadəçiləri üçün daha asan və daha effektiv edən uyğunlaşan və etibarlı likvidlik şəbəkəsi qurmaqdır.
Cetus protokolu likvidlik təminatçılarının mövqeləri üçün daha kiçik qiymət diapazonu seçməsinə imkan verməklə kapitalın effektivliyini artıra biləcək toplanmış likvidlik marketmeykeri (CLMM) qəbul edir.
Cetus nədir?
Cetus Sui və Aptos blokçeynlərində qurulmuş mərkəzdənkənar birja (DEX) və toplanmış likvidlik protokoludur. Onun əsas məqsədi bazarın likvidliyi üçün uyğunlaşan və güclü şəbəkə yaratmaqla treydinqi hər kəs üçün daha rahat və asan etməkdir.
Cetus həm də mərkəzdənkənar maliyyə (DeFi) istifadəçilərinə yüksəksəviyyəli treydinq təcrübəsi təmin etməyi və likvidlikdən istifadəni Web3 məkanında daha effektiv etməyi hədəfə alır.
Cetus-un əsas xüsusiyyətləri
İcazəsizdir
Cetus istənilən şəxs və ya tətbiqin əsas alətlər və funksiyalardan sərbəst şəkildə istifadə etməsinə icazə verir. Məsələn, istifadəçilər yeni treydinq hovuzları yaratmaq və ya likvidliklə əlaqədar fərdi xidmətlər qurmaq üçün Cetus yarada bilərlər. Başlamaq üçün xüsusi icazəyə ehtiyac yoxdur.
Proqramlaşdırıla biləndir
Cetus Toplanmış likvidlik marketmeykeri (CLMM) kimi bilinən likvidlik modelinə əsaslanan uyğunlaşan likvidlik protokoludur. İstifadəçilər mərkəzləşdirilmiş birjalarda daha çox rast gəlinən daha kompleks strategiyalar daxil olmaqla, bütün növ treydinq strategiyalarını qura bilərlər. CLMM modeli likvidlik təminatçılarının kapitalın effektivliyini artırmasına da icazə verir.
Komponentləşmə
Cetus "Likvidliyi xidmət kimi" təklif edərək inteqrasiyanı nəzərdə tutmaqla qurulur. Bu o deməkdir ki, developerlər özlərinin kisələr, derivativlər və ya kredit çiyninə malik farminq məhsulları yaratmaq kimi xidmətləri üçün Cetus-un likvidliyindən asanlıqla istifadə edə bilərlər. Cetus-un proqram təminatı alətləri yeni layihələrin öz səhifələrində treydinq və ya svop interfeyslərini tez qurmasına imkan verir.
Dayanıqlılıq
Cetus ekosistemi protokolun uzunmüddətli dayanıqlılığını təmin etmək üçün ikiqat tokenli modeldən istifadə edir. Bu cür model şəbəkə fəaliyyətlərinə töhfə verən və bu fəaliyyətlərdə aktiv şəkildə iştirak edənlərə uzunmüddətli mükafatlar təklif etmək üçün nəzərdə tutulub.
CETUS əsas yerli tokendir və xCETUS pay qoyulmuş CETUS-u ifadə edən likvidlik steykinqi tokenidir (LST).
Toplanmış likvidlik marketmeykeri (CLMM)
Standart avtomatlaşdırılmış marketmeyker (AMM) modelində likvidlik bütün qiymət diapazonuna bərabər şəkildə yayılır. Lakin bu, xüsusilə də qiymətlərin nisbətən sabit qaldığı stabil koin hovuzlarında likvidliyin əksər hissəsini istifadəsiz qoyur.
Toplanmış likvidlik marketmeykeri (CLMM) modelində likvidlik təminatçıları (LP-lər) treydinq fəaliyyətinin yüksək olduğu daha kiçik qiymət diapazonu seçə bilər. Bu onların likvidliyini daha yaxşı istifadə etmək üçün qoymaqla daha çox komissiya qazanmağa imkan verir.
CLMM sistemində LP-nin seçdiyi hər bir qiymət aralığı mövqe adlanır və təminatçılar treydinq strategiyalarına uyğun gəlməsi üçün likvidlik hovuzunda bir neçə mövqe təyin edə bilər.
Bazar qiyməti mövqenin diapazonundan kənara çıxdıqda həmin likvidlik qeyri-aktiv olur, yəni qiymət diapazona geri qayıdana qədər komissiya qazanmağı dayandırır. Bu quraşdırma LP-lərə öz strategiyalarını bazar trendlərinə əsasən tənzimləmək üçün uyğunlaşma qabiliyyəti təmin edir və böyük ehtimalla, aktiv qiymət zonalarını hədəfə almaqla gəlirlərini artırır.
Niyə Cetus Sui və Aptos-u seçdi?
Cetus Sui və Aptos blokçeyn şəbəkələrində fəaliyyət göstərir.
Sui yüksəksürətli tranzaksiyalar və dərhal yerləşmələr üçün nəzərdə tutulub. Bu da cəld cavab tələb edən tətbiqlər üçün əla seçimdir. Onun unikal strukturu Web3 məkanında kreativ yeni xüsusiyyətlərə imkan yaradır.
Aptos sürət, miqyaslılıq və davamlılıq ambisiyaları olan yeni blokçeyndir. O inkişaf etdikcə Cetus daha səmərəli şəbəkə qurmağa kömək edərək Aptos-un ekosisteminin əsas hissəsi olmağı planlaşdırır.
Likvidlik təminatçıları Cetus-da nə qazana bilər?
Cetus-da likvidlik təminatçıları bir neçə yolla stimul qazana bilərlər:
Tranzaksiya ödənişləri: təminatçılar likvidlikləri ticarətlərdə istifadə olunan aktiv qiymət aralıqlarına əsasən komissiyalar qazana bilərlər. Bu, çox vaxt LP-nin əsas qazanc üsuludur.
Likvidlik mayninqi: LP-lər xüsusi hovuzlarda və qiymət diapazonlarında tranzaksiya ödənişi toplayarkən mövqelərinə görə əlavə mükafatlar əldə edə bilərlər. Likvidlik mayninqi likvidlik təminatçılarının mövqeyini ifadə edən xüsusi NFT-lər yaradır.
Loyallıq proqramları: aktiv iştirakçılar likvidlik lokapları və liderlər lövhəsi tədbirləri kimi loyallıq proqramları vasitəsilə əlavə stimullar əldə edə bilərlər.
Cetus tokenləri
Cetus-un iki tokeni var: CETUS və xCETUS.
CETUS şəbəkə daxilində birja vasitəsi kimi istifadə edilmək üçün qarşılıqlı işləyə bilən token kimi nəzərdə tutulmuş Cetus protokolunun əsas tokenidir. İstifadəçilər likvidlik mayninqi vasitəsilə CETUS qazana bilərlər.
xCETUS pay qoyulmuş CETUS-u ifadə edən ötürülə bilməyən depozit qoyulmuş tokendir. İstifadəçilər Cetus şəbəkəsinin idarəetmə sistemində səsvermə səlahiyyətlərinə (xCETUS hissələri ilə müəyyən olunur) uyğun olaraq iştirak edə bilərlər.
Yekun qeydlər
Cetus CLMM modelini qəbul edən Sui və Aptos-da innovativ DEX-dir. Cetus DeFi istifadəçiləri üçün rahat treydinq təcrübəsi və səmərəli likvidlik təmin edə biləcək vasitələrlə uyğunlaşan və güclü likvidlik şəbəkəsi yaratmaqla treydinqi sadələşdirməyi hədəfləyir.
Tövsiyə olunan ədəbiyyat
Məsuliyyətdən imtina: Bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bir təqdimat və ya zəmanət olmadan hazırkı məlumatlar əsasında təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Bu məlumatlar hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımır. Siz məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Əlavə təfərrüatlar üçün məsuliyyətdən imtina bölməsini tam şəkildə burada oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə baxın.