Succinct (PROVE) nədir?

Succinct (PROVE) nədir?

Orta
Yenilənib Aug 6, 2025
7m

Əsas diqqət yetiriləcək məqamlar

  • Succinct Ethereum-da istənilən proqram təminatı üçün sıfır məlumat sübutları (ZKP) yaratmaq məqsədilə proverlərin paylanmış şəbəkəsini əlaqələndirən protokol qurur.

  • Şəbəkənin hədəfi sıfır məlumat sübutlarını öz sübut infrastrukturunuzu icra etmədən daha sürətli, daha ucuz etmək və istifadəsini daha da asanlaşdırmaqdır.

  • Protokol körpü, oracle və Sİ agentləri kimi geniş çeşiddə tətbiqləri dəstəkləmək üçün sorğu göndərənlərlə proverləri birləşdirərək ikitərəfli bazar yeri kimi fəaliyyət göstərir.

  • Şəbəkə zəncirxarici hərrac sistemindən istifadə edərək proverlərə göndərilən sorğuları uyğunlaşdırır və nəticələr smart müqavilələr vasitəsilə zəncirdaxili həll edilir.

succint prove cta banner

Giriş

Sıfır məlumat sübutları (ZKP) bir şeyin doğru olduğunu onun arxasında dayanan təfərrüatları açıqlamadan sübut etməyin güclü yoludur. Onlar blokçeynlərdən məxfilik alətlərinə qədər hər şeydə istifadə olunur, lakin bu sübutların yaradılması, adətən, bahalı avadanlıq və kriptoqrafiya ilə bağlı dərin bilik tələb edir.

Succinct Ethereum-da bu prosesi asanlaşdıran protokol yaradır. Fərdi infrastrukturu sıfırdan yaratmaq əvəzinə, tərtibatçılar proverlərin ortaq şəbəkəsindən sübutlar əldə etmək üçün sorğu göndərə bilərlər. Bu, xüsusi avadanlığa və ya kriptoqrafiya haqqında qabaqcıl biliyə ehtiyac olmadan ZKP-ləri rollap, körpü, Sİ agentləri və oyunlar kimi tətbiqlərə inteqrasiya etməyi asanlaşdırır.

Succinct nədir?

Succinct ZKP-lərtələb etmək və yaratmaq üçün hər kəsin istifadə edə biləcəyi mərkəzdənkənar prover şəbəkəsi qurmaqdır. Şəbəkə tərtibatçılar və tətbiqlərin sübut sorğuları təqdim edə biləcəyi bazar yeri kimi xidmət edir və müstəqil proverlər bu sübutları mükafatlar qarşılığında yaratmaq üçün mübarizə aparırlar. 

Şəbəkə təsdiqlənə bilən tətbiq (vApp) kimi işləyir. Bu o deməkdir ki, o, sürətli, həssas veb-tətbiq hissi vermək üçün tərtib edilib, lakin daxildə hər şey kriptoqrafik cəhətdən təhlükəsizdir və zəncirdə doğrulana bilər. 

Succinct Prosessoru 1 (SP1) 

Succinct Prosessoru 1-in qısaltması olan SP1 Succint Labs tərəfindən yaradılmış ümumi təyinatlı sıfır bilikli virtual maşındır (zkVM). Onun məqsədi sıfır məlumat sübutunun yaradılmasını daha əlçatan və tərtibatçılara uyğun etməkdir. 

Mürəkkəb kriptoqrafik sxemlər yazmaq əvəzinə tərtibatçılar Rust və ya C++ kimi artıq bildikləri kodlaşdırma dillərindən istifadə edə bilərlər. Proqramını yazdıqdan sonra tərtibatçılar onu SP1 vasitəsilə tərtib edib göndərə bilərlər. Succinct şəbəkəsindəki proverlər sonra proqramı işlədər və hər şeyin heç bir məlumat ifşa edilmədən düzgün qaydada icra edildiyinə dair doğrulana bilən sübut yaradar.

Fərdi ZK yığınlarına ehtiyacı aradan qaldırmaqla SP1 ZKP-ləri Süni intellekt () alətləri, oyunlar və mərkəzdənkənar infrastruktur kimi daha real dünya tətbiqlərinə gətirməyə kömək edir.

Succinct prover şəbəkəsinin iş prinsipi

İkitərəfli bazar yeri

Succinct prover şəbəkəsi iki qrupu birləşdirən mərkəzdənkənar protokoldur:

  • Sorğu göndərənlər: sıfır məlumat sübutlarına ehtiyacı olan tərtibatçılar və ya tətbiqlər.

  • Proverlər: sıfır məlumat sübutları yaradan müstəqil iştirakçılar.

Kimsə sıfır məlumat sübutuna ehtiyacı olduqda şəbəkəyə sorğu göndərir. Proverlər yarışacaq və ən yaxşı qiymət və ya ən sürətli dönüş təklif edərək işi götürmək üçün təklif verəcəklər.

Zəncirxarici: auksionçu

Sorğu göndərənlərlə proverlər arasında uyğunluq auksionçu adlanan sistem vasitəsilə zəncirxarici baş verir. Hər şey sürətli Uzaqdan Prosedur Sorğuları (RPC) vasitəsilə baş verir, ona görə də blokların təsdiqləməsini və ya yavaş zəncirdə qarşılıqlı əlaqə ilə məşğul olmasını gözləmək lazım deyil. Təcrübəni sürətli və həssas edən də budur, çünki proverlər təqdim edilmiş sübut sorğularını dərhal görə və dərhal təklif verməyə başlaya bilərlər.  

Zəncirdaxili: Ethereum-da yerləşmə

Bütün uyğunlaşma və təklifvermə prosesləri zəncirxarici baş versə də, hər şey Ethereum-da yerləşir və doğrulanır. Auksionçu mütəmadi olaraq tenderdə kimin qalib gəldiyindən tutmuş sübutun necə yaradıldığına qədər hər şeyin düzgün idarə olunduğunu göstərən ZKP-ləri təqdim edir. Bütün vəsaitlər Ethereum smart müqavilələrində təhlükəsiz şəkildə kilidli qalır, buna görə də heç kimin pulunuza nəzarəti yoxdur və onu istənilən vaxt nağdlaşdıra bilərsiniz.

İcra (zəncirxarici) və yerləşmə (zəncirdaxili) arasındakı bu ayrılıq Succinct-in strukturunun əsasını təşkil edir. Bu, istifadəçilərə Ethereum-un şəffaflıq və etibar zəmanətlərindən hələ də faydalanmaqla yanaşı, müasir veb tətbiqin sürətindən həzz almağa imkan verir.

Bekend strukturu

Bekend strukturu hər kəsin şəbəkədə baş verənləri müstəqil şəkildə doğrulaya bilməsi üçün qurulub. 

Auksionçu istifadəçi balansları, sübut sorğuları və tamamlanmış işlərin şəffaf qeydlərini saxlayır. Hər şeyin doğrulanmasını təmin etmək üçün hər oxuma və yazma üçün Merkl sübutları yaradır və hər kəsin məlumatların dəqiq olduğunu yoxlaya bilməsi üçün onları mütəmadi olaraq Ethereum-da paylaşır.

Bu verilənlər bazasından oxuyan və şəbəkənin yeni vəziyyətinin ZKP-sini yaratmaq üçün SP1-dən istifadə edən xüsusi prover xidməti var. Buraya balans dəyişiklikləri, vəzifə təyinatları və sübutların gətirilməsi daxildir. Bu sübutlar mütəmadi olaraq Ethereum-da paylaşılır və hər kəsin auksionçunun özünə etibar etmədən şəbəkənin düzgün fəaliyyət göstərdiyini yoxlamasına imkan verir.

Succinct-dən istifadə halları

Succinct Prover Şəbəkəsi ZKP yaradılmasını əlçatan və sərfəli etməklə geniş çeşiddə blokçeyn və zəncirxarici tətbiqləri dəstəkləyə bilər. Bir sıra əsas sahələrə aşağıdakılar daxildir:

  • Çarpaz zəncirli körpülər: etibarlı vasitəçiyə etibar etmədən bir blokçeyndəki verilənlərin və ya mesajların başqa blokçeyndə doğrulanması.

  • Sıfır bilik rollapları: sübutun yaradılmasını mərkəzdənkənar proverlər şəbəkəsinə yükləməklə rollapların daha səmərəli miqyas almasına kömək etmək. 

  • Doğrulana bilən hesablama: zəncirxarici proseslərin (Sİ nəticələri, simulyasiyalar və ya maliyyə hesablamaları kimi) düzgün işlədildiyini və onlara müdaxilə edilmədiyini sübut etmək.

  • Yüngül müştərilər: yüngül blokçeyn qovşaqlarının blokçeynin bütün tarixçəsini endirmək əvəzinə, yığcam sıfır məlumat sübutlarından istifadə edərək zəncirdaxili verilənləri doğrulamasına imkan vermək.

PROVE tokeni

PROVE tokeni Ethereum-da verilən ERC-20 tokeni və Succinct protokolunun daxili xidməti tokenidir. Token müxtəlif məqsədlər, o cümlədən aşağıdakılar üçün istifadə oluna bilər:

  • Ödəniş: PROVE sübutun yaradılması üçün ödəniş etmək məqsədilə istifadə olunur. Rollaplar, körpülər və ya Dapp-lər şəbəkəyə sübut sorğuları təqdim etdikdə proverlərə PROVE-da ödəniş edirlər.

  • Steykinq: proverlər auksionlara qoşulmaq və iş qazanmaq üçün PROVE pay qoya bilərlər. Nə qədər çox pay qoysalar, o qədər çox sorğu qəbl edə bilərlər. Lakin xətalı sübut təqdim edə bilməsələr, paylarının bir hissəsi cərimə kimi kəsilə bilər. 

  • Nümayəndə: token sahibləri PROVE-u proverlərə həvalə edə və proverin qazanclarından pay qazana bilərlər. Succinct fondu erkən iştirakı təşviq etmək üçün əlavə steykinq mükafatları təklif edir.

  • İdarəetmə: başlanğıcda təhlükəsizlik şurası təkmilləşdirməni idarə edir. Zamanla idarəçilik tamamilə zəncir üzərində hərəkət edəcək və PROVE sahibləri protokol dəyişiklikləri, maliyyə qərarları və şəbəkə parametrləri üzrə səs verəcək.

Binance HODLer Airdrop-da Succinct (PROVE)

5 avqust 2025-ci ildə Binance PROVE-u Binance HODLer Airdrop-da 31-ci layihə olaraq elan etdi. 9 iyuldan 12 iyula qədər BNB-ni Sadə qazanc və/və ya Zəncirdaxili gəlir məhsullarına abunə edən istifadəçilər PROVE airdrop-ları əldə edə bilərlər. Proqram üçün cəmi 15 milyon PROVE tokeni ayrılıb və bu, ümumi token tədarükünün 1,50%-ni təşkil edir.

PROVE Toxum teqinin tətbiq edilməsi ilə listinq edilib və bu onun USDT, USDC, BNB, FDUSD və TRY cütləri ilə treydinq edilməsinə imkan verir.

Yekun qeydlər

Sıfır məlumat sübutları şəbəkələrin miqyasının ölçülməsinə, məxfiliyi təmin etməyə və zəncirxarici hesablamanı doğrulamağa kömək edərək blokçeyn infrastrukturunun vacib hissəsinə çevrilir. Gözlənildiyi kimi işləyən zkVM açıq bazar yeri ilə təhlükəsiz steykinq modelini birləşdirməklə Succinct sıfır məlumat sübutlarını daha praktik və real dünyada istifadə üçün əlçatan etməyə kömək edir.

Tövsiyə olunan ədəbiyyat

İmtina: bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə nəzər salın.