Əsas diqqət yetiriləcək məqamlar
Bubblemaps istifadəçilərin interaktiv vizualizasiyalar vasitəsilə mürəkkəb zəncirdaxili məlumatları anlamalarına kömək edən blokçeyn analitikası platformasıdır.
O, məlumatları sadə qabarcıq şəkilli formatda nizamlayır, tokenlərin paylanmasını və kriptovalyuta pul kisələri arasındakı əlaqələri görməyi asanlaşdırır.
Platformanın hədəfi blokçeyn məlumatlarının hər kəs üçün daha əlçatan və şəffaf olmasını təmin etməkdir.
Giriş
Bubblemaps insanların blokçeyn məlumatlarını sadə və vizual şəkildə anlamalarına kömək edən alətdir. O, çaşdırıcı rəqəmlərə və uzun tranzaksiya siyahılarına baxmaq əvəzinə, pul kisələri arasındakı əlaqələri qabarcıqlardan istifadə etməklə göstərir. Kimin nəyə sahib olduğunu və tokenlərin necə hərəkət etdiyini görməyi asanlaşdırır.
Bubblemaps-in iş prinsipi
Bubblemaps blokçeyn məlumatlarını interaktiv qabarcıq diaqramları vasitəsilə nizamlayır. Hər qabarcıq bir pul kisəsini təmsil edir və qabarcıq nə qədər böyük olarsa, o qədər çox token saxlayır. Qabarcıqların birləşdirilməsi bu pul kisələrinin arasında tokenlərin transfer edildiyini göstərir. O, istifadəçilərin birlikdə işləyə biləcək pul kisəsi qrupları kimi nümunələr aşkar etmələrinə kömək edir.
Bubblemaps V1
Əsas funksional imkanlarını göstərmək üçün Bubblemaps V1-i qısa şəkildə araşdıraq.
İlk addım token və ya pul kisəsi ünvanı axtarmaqdır. Bu nümunədə Bubblemaps-in daxili tokeni olan BMT ilə bağlı axtarış aparmışıq. Token Solana və BSC blokçeynlərində əlçatandır.
Vizualizasiya aləti standart olaraq tokenin əsas 150 sahibini göstərir. Müqavilə və ya birjalara aid olan bəzi qabarcıqlar avtomatik olaraq gizlədilmiş olur, ancaq ünvan və ya adlarının yanındakı göz düyməsinə klikləməklə onları göstərə bilərsiniz.
Eyni zamanda yuxarıdakı Pul kisələri siyahısı menyusundan istifadə etməklə birdən artıq müqavilə və birjanı göstərə və ya gizlədə bilərsiniz.
Pul kisəsi seçildikdə həmin pul kisəsi ilə bağlı blokçeyn tranzaksiyalarını yoxlamaq üçün [Transferləri göstər] üzərinə klikləyə bilərsiniz.
Tətbiqdən istifadə etmək tələb olunmasa da, istifadəçilər X hesabları və ya Trust Wallet, MetaMask və ya Phantom kimi Web3 kriptovalyuta pul kisələri ilə qoşula bilərlər.
Bubblemaps V2
Bubblemaps V2 platformanın token sahibləri və blokçeyn tranzaksiyalarını izləmək üçün daha yaxşı funksiyaları olan təkmilləşdirilmiş versiyasıdır.
V2-nin əsas funksiyalarına aşağıdakılar daxildir:
Təkmilləşdirilmiş qabarcıq diaqramları: qabarcıq xəritələri daha intuitivdir və təhlilinizi təkmilləşdirmək üçün nəzərdə tutulmuş yeni alətlərə malikdir.
Zamanda səyahət: vaxt keçdikcə tokenlərin paylanması ilə bağlı meydana gələn dəyişiklikləri göstərən və bazarda potensial əhəmiyyətli hərəkətləri izləməyə kömək edən statistik təhlildir.
Sehirli qovşaqlar: pul kisələri arasındakı gizli əlaqələri aşkar etmək üçün süni intellektdən istifadə edir və bu, fırıldaqların aşkar edilməsi baxımından faydalı ola bilər.
Filtrləmə və fərdiləşdirmə: istifadəçilər məlumatları tokenin növü, tranzaksiyanın məbləği və digər parametrlər əsasında filtrləyə bilərlər.
Daha tez-tez yeniləmə: platforma ən son məlumatları təmin etmək üçün məlumatları altı saatdan bir yeniləyir.
Çarpaz zəncir: Bubblemaps V2 Ethereum, Solana, Polygon, Avalanche və BNB zənciri daxil olmaqla bir çox blokçeynlə işləyir.
Bubblemaps V2-də 3 gün ərzində 200 000-dən artıq hesab yaradıldığı üçün komanda girişi müvəqqəti olaraq sadəcə komanda, tərəfdaşlar və erkən tətbiq edənlərlə məhdudlaşdırmaq qərarına gəlib. Giriş imkanı beta sınağı üçün qeydiyyatdan keçən istifadəçilərə mərhələli şəkildə olmaqla verilir. Buna baxmayaraq, yeni istifadəçilər Bubblemaps veb-saytı vasitəsilə beta sınağı üçün gözləmə siyahısına qoşula bilərlər.
Bubblemaps-dən istifadə etmək pulsuzdur?
2025-ci ilin mart ayından etibarən Bubblemaps platformasından istifadə etmək pulsuzdur. V2-yə eyni zamanda Sehirli qovşaqlar, Zamanda səyahət və real vaxt məlumatları kimi pulsuz funksiyalar da daxildir.
Ancaq bəzi təkmil funksiyalar yalnız BMT tokeni sahibləri üçün əlçatandır. Bu funksiyalara PnL hesablaması, çarpaz zəncir analitikası, qrupları şərh edən Sİ modelləri və əsas 1000 sahibi əhatə edən qabarcıq xəritələri daxildir.
Bubblemaps eyni zamanda DeFi tokenləri və blokçeyn məlumatlarına məhdudiyyətsiz giriş üçün premium abunəlik təklif edir. Ancaq xidmət hazırda 10 mart 2025-ci il tarixli token miqrasiyasından əvvəl təsdiq edilmiş uyğun istifadəçilərlə məhdudlaşır.
Intel Desk
Intel Desk icma tərəfindən idarə olunan zəncirdaxili araşdırmaları dəstəkləmək üçün yaradılmış platformadır. O, istifadəçilərin hansı araşdırmalara üstünlük verilməli olduğuna dair səs vermək üçün BMT steykinq etdiyi mərkəzdənkənar, token əsaslı sistem kimi fəaliyyət göstərir. Intel Desk platformasının məqsədi blokçeyn təhlilinin daha demokratik olmasına nail olmaqdır.
BMT tokeni
BMT Bubblemaps-i dəstəkləyən tokendir. İdarəetmə (araşdırmalara dair səsvermə), mükafatlar və əlavə platforma funksiyalarının kilidinin açılması üçün istifadə olunur.
Tokenomika
Ümumi tədarük: 1 000 000 000 BMT
Buraxılan dövriyyədəki kütlə: 261 568 133 BMT (Ümumi tədarükün 26,15%-i)
Blokçeyn şəbəkələri: BMT Solana və BNB Smart zənciri platformalarında əlçatandır və LayerZero-nun Omnichain dəyişdirilə bilən token (OFT) standartından istifadə edir.
Ayırma
Ekosistem vəsaitləri (21,3%): Intel Desk stimulları, platformanın qəbul edilməsi ilə bağlı mükafatlar və ekosistem qrantları üçün istifadə olunur.
Airdrop-lar (22,17%): Erkən tətbiq edənlərə və icmanı dəstəkləyənlərə paylanır.
İnvestorlar (19,35%): özəl və strateji investorlar üçün ayrılıb.
Likvidlik (12,18%): Birjalarda stabilliyi təmin etmək üçün istifadə olunur.
Komanda (9%): proqramçı və töhfəçilər üçün nəzərdə tutulub.
Araşdırma və inkişaf (6%): gələcək təkmilləşdirmələri maliyyələşdirir.
Binance pul kisəsi IDO (4%): tokenin ilkin buraxılışını dəstəkləyir.
Binance HODLer airdrop-u (3%): BNB pay qoyan Binance istifadəçilərini mükafatlandırır.
Binance marketinq (3%): kampaniyalar vasitəsilə qəbul etməyi təşviq edir.
Binance HODLer airdrop-da BMT
Binance 18 mart 2025-ci il tarixində Bubblemaps-i (BMT) Binance HODLer airdrop-ları proqramı çərçivəsində 12-ci layihə olaraq elan edib. Uyğunluq müddətində BNB-lərini Sadə qazanc və ya Zəncirdaxili gəlirlər məhsullarına abunə edən istifadəçilər BMT mükafatlarına layiq olurlar. Proqrama ümumilikdə 30 milyon BMT ayrılıb.
BMT airdrop-dan sonra USDT, USDC, BNB, FDUSD və TRY cütləri ilə treydinq etməyə imkan verən Toxum teqinin tətbiq edilməsi ilə Binance-də listinq edilib.
Yekun qeydlər
Bubblemaps mürəkkəb blokçeyn məlumatlarını asan oxunan vizuallara çevirən unikal vasitədir. Qabarcıq diaqramları, statistik izləmə və Sİ-yə əsaslanan pul kisəsi təhlili kimi funksiyalarla istifadəçilərin tendensiyaları aşkar etmələrinə və token hərəkətlərini anlamalarına kömək edir. Intel Desk və BMT tokeni icma əsaslı yanaşma əlavə edir və istifadəçilərin araşdırmalarda, eləcə də idarəetmədə iştirak etmələrinə imkan verir.
Tövsiyə olunan ədəbiyyat
Bu məqalə yalnız maarifləndirmə məqsədi daşıyır. Bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllifi tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifinə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə nəzər salın.