Məsuliyyətdən imtina: bu məqalə yalnız məlumat xarakterlidir. Binance vasitəsilə təqdim edilən məlumat investisiya və ya treydinq üzrə məsləhət, yaxud tövsiyə mənasına gəlmir. Binance investisiya qərarlarınızın heç biri üzrə məsuliyyət daşımır. Maliyyə risklərinə getməzdən əvvəl peşəkar məsləhət alın.
Əsas diqqət yetiriləcək məqamlar
Simon’s Cat Saymon Tofild tərəfindən yaradılmış və gülməli bir pişikdən bəhs edən populyar kitab və animasiya serialıdır.
Simon’s Cat brendi animasiya köklərinin hüdudlarını aşaraq mobil oyunlara, mallara və CAT tokeninin istifadəyə verilməsi ilə artıq kriptovalyuta sahəsinə şaxələnib.
CAT tokeni Saymonun pişiyinin yumorunu və cazibəsini Web3 ilə birləşdirməklə pərəstişkarlara interaktiv və əyləncəli blokçeyn təcrübələri təklif edir.
CAT Simon’s Cat üzrə əqli mülkiyyətin sahibi olan Banijay Group şirkəti tərəfindən rəsmi olaraq tanınır.
Simon's Cat serialı
Simon's Cat ingilis animatoru Saymon Tofild tərəfindən yaradılmış və kök (adətən də ac olan) pişiyin gülməli və şıltaq davranışlarının nümayiş etdirildiyi populyar kitab və animasiya serialıdır.
Serial 2008-ci ildə debüt etdiyi vaxtdan bəri YouTube-da 1,6 milyarddan artıq baxış və müxtəlif sosial media platformalarında 25 milyondan artıq izləyici toplayıb.
Brend 2024-cü ildə əyləncəni blokçeyn texnologiyası ilə birləşdirməyi və pərəstişkar bazasına Web3-ün imkanlarını təqdim etməyi qarşısına məqsəd qoyaraq CAT tokenini istifadəyə verməklə kriptovalyuta sahəsinə doğru genişlənib.
Simon’s Cat tokeni (CAT) nədir?
Serialdan ilham almaqla yaradılmış Simon’s Cat (CAT) tokeni 2024-cü ilin avqust ayında istifadəyə verilib. Ağ kağızına əsasən CAT layihəsi Simon’s Cat əqli mülkiyyətinin (IP) Web3 dünyasına effektiv inteqrasiyasını təmsil edir.
CAT layihəsi iki satış vasitəsilə 6,85 milyon $ maliyyə əldə edib: hər 1000 token üçün 0,00222 $-dan 2,6 milyon $ əldə edən qapalı satış və hər 1000 token üçün 0,00278 $-dan 4,25 milyon $ əldə edən açıq satış.
CAT əvvəlcə BNB Smart Chain-də (BSC), sonra isə Solana blokçeynində istifadəyə verilib. 2024-cü ilin dekabr ayına olan məlumata görə, CAT tokeninin ümumi tədarükü təxminən 8,1 trilyon token, dövriyyədəki kütlə isə təxminən 6,75 trilyon təşkil edir.
CAT və 1000CAT: fərq nədən ibarətdir?
CAT tokeninin tədarükü yüksək olduğu üçün Binance 1000CAT tokenini orijinal CAT tokeninin ayrıca versiyası olaraq qəbul edib. Adından məlum olduğu kimi, bir 1000CAT tokeni 1000 CAT tokenini təmsil edir. Beləliklə, CAT tokeninin treydinq qiyməti təxminən 0,000038 $ olduğu halda, 1000CAT təxminən 0,038 $-a treydinq edilməlidir.
Simon’s Cat missiyası
Hibrid inteqrasiya
CAT blokçeynlə bağlı bilik səviyyəsindən asılı olmayaraq yeni başlayanlardan tutmuş təcrübəli istifadəçilərə qədər bütün istifadəçilər üçün rahat təcrübə təklif etmək məqsədilə Web2 ilə tanışlığını Web3-ün innovasiyası ilə birləşdirir.
İcmayönümlü iştirak
CAT layihəsinin əsas məqsədlərindən biri Simon’s Cat-in böyük auditoriyasını eksklüziv tədbirlər, interaktiv kontent, eləcə də brend və Web3 icması ilə əlaqə yaratmaq üçün unikal imkanlarla təmin etməkdir.
Qlobal əlçatanlıq
Layihənin digər missiyası treydinq likvidliyini və bütün dünyadakı pərəstişkarlar üçün əlçatanlığı maksimallaşdırmaq məqsədilə BNB zənciri və Solana kimi məşhur blokçeyn platformalarından istifadə etməkdir.
Sosial məsuliyyət
CAT tokeni Simon’s Cat-in dəyərlərinə sadiq qalmaqla token tədarükünün bir hissəsindən strateji tərəfdaşlıqlar və xeyriyyə təşəbbüsləri vasitəsilə heyvanların rifahını fəal şəkildə dəstəkləmək üçün istifadə edir.
Simon’s Cat-in əsas məhsulları
1. Instagram, YouTube və Facebook kimi sosial media platformalarında milyonlarla izləyicisi və 4 milyarddan artıq baxışı olan animasiya serialı.
2. Google Play və Apple Store-da milyonlarla dəfə endirilmiş mobil oyunlar:
Telegram minitətbiqi: interaktiv axtarış oyunu.
Crunch Time: üçlü uyğunluğa əsaslanan pazl oyunu.
Pop Time: Simon’s Cat yumoru ilə əyləncəli qabarcıq vurma oyunu.
Story Time: hekayəyə əsaslanan pazl oyunu.
3. Kitablar və mallar:
Primark və başqa pərakəndə satış şirkətləri ilə brend əməkdaşlığı.
"Simon’s Cat in His Very Own Book" və "Simon’s Cat vs. the World" ən çox satılan kitablar arasındadır.
4. Rəqəmsal kontent: brend pərəstişkarları cəlb etmək üçün serialdan başqa komikslər və interaktiv kontent üzərində də işləyir.
Binance HODLer Airdrop-da 1000CAT
CAT eyni zamanda Binance HODLer Airdrop proqramına da daxil olub və bu proqram BNB sahiblərinə mükafat olaraq BNB balanslarının snepşotları əsasında tokenlər təqdim edir. Airdrop-lar avtomatik olaraq BNB-ni Sadə qazanca abunə edənlərə verilir.
HODLer Airdrop proqramı 9–12 dekabr 2024-cü il tarixlərində BNB-lərini Sadə qazanc məhsullarına abunə edən istifadəçilərə 1000CAT tokenləri paylayıb. 1000CAT 17 dekabr 2024-cü il tarixində Toxum teqi ilə birlikdə treydinq üçün listinq edilib.
Yekun qeydlər
Simon’s Cat animasiya köklərinin hüdudlarını aşaraq mobil oyunlara, mallara və CAT tokeni ilə artıq kriptovalyuta sahəsinə şaxələnib. Brendin biznes modeli fiziki və rəqəmsal dünyaları maraqlı şəkildə əlaqələndirmək üçün populyar Simon’s Cat əqli mülkiyyətindən istifadə edir.
CAT layihəsi Web2 və Web3 təcrübələrini birləşdirməklə Simon’s Cat-in əyləncəli ruhunu qoruyub saxlayır və eyni zamanda dünyadakı pərəstişkarlara yeni iştirak imkanları təklif edir. Yol xəritəsində eyni zamanda icma tədbirləri və xeyriyyə kampaniyaları kimi real dünya təşəbbüsləri də vurğulanır.
Tövsiyə olunan ədəbiyyat
Məsuliyyətdən imtina: Bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bir təqdimat və ya zəmanət olmadan hazırkı məlumatlar əsasında təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir, bu məlumatlar hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımır. Siz məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Əlavə təfərrüatlar üçün məsuliyyətdən imtina bölməsini tam şəkildə burada oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə baxın.