Məsuliyyətdən imtina: bu məqalə yalnız məlumat xarakterlidir. Binance vasitəsilə təqdim edilən məlumat investisiya və ya treydinq üzrə məsləhət, yaxud tövsiyə mənasına gəlmir. Binance investisiya qərarlarınızın heç biri üzrə məsuliyyət daşımır. Maliyyə risklərinə getməzdən əvvəl peşəkar məsləhət alın.
Əsas diqqət yetiriləcək məqamlar
Pudgy Penguins əvvəlcə 8888 unikal NFT-dən ibarət kolleksiya olaraq başlayıb, ancaq sonradan real dünya malları, biznes təşəbbüsləri və PENGU tokeni adlanan kriptovalyutadan ibarət geniş Web3 ekosisteminə çevrilib.
PENGU-nun istifadəyə verilməsinə həm Pudgy Penguins NFT-lərinin sahibi olanlar, həm də olmayanlar üçün milyonlarla tokenin icmaya paylandığı böyük bir airdrop daxil idi.
PENGU airdrop-u 17 dekabr 2024-cü il tarixində başlayıb. Uyğun pul kisələrinin tokenlərini tələb etməsi üçün 15 mart 2025-ci il tarixinə qədər vaxt var.
PENGU airdrop-dan əlavə, Binance HODLer Airdrop proqramı BNB sahiblərini də PENGU tokenləri ilə mükafatlandırıb. Promosiya müddəti ərzində BNB-lərini Binance Sadə qazancda saxlayan istifadəçilər avtomatik olaraq Binance HODLer airdrop-nu alıb.
Giriş
Pudgy Penguins sevimli, cizgi filmini xatırladan pinqvinlərdən ibarət rəqəmsal kolleksiya ilə başlayan məşhur NFT (dəyişdirilə bilməyən token) layihəsidir. Vaxt keçdikcə real dünya tətbiqləri, biznes təşəbbüsləri və PENGU tokeni adlanan yeni kriptovalyutadan ibarət olan daha geniş ekosistemə çevrilib.
Pudgy Penguins NFT kolleksiyası
Pudgy Penguins, mahiyyət etibarilə, 2021-ci ilin iyul ayında Ethereum blokçeynində istifadəyə verilmiş 8888 unikal NFT-dən ibarət olan kolleksiyadır. Hər bir NFT-yə rənglər, aksesuarlar və fonlar kimi müxtəlif xüsusiyyətlərə malik cizgi filmi pinqvini daxildir. Bəzi xüsusiyyətlər digərlərindən daha nadir olduğundan bəzi pinqvinlər kolleksiyaçılar tərəfindən daha çox axtarılır.
Kolleksiya əsasən əyləncəli dizaynı və sahibləri arasında yaratdığı icma hissi sayəsində qısa vaxt ərzində diqqəti cəlb edib.
Real dünyada Pudgy Penguins
Pudgy Penguins-i yaradan komanda layihəni rəqəmsal kolleksiya elementlərindən daha böyük anlayışa genişləndirib. Onlar bu cizgi filmi pinqvinlərini gündəlik həyata inteqrasiya edərək onlardan biznes üçün əsas kimi istifadə etməyin yollarını tapıblar.
Mallar
Pudgy Penguins öz pinqvin dizaynları əsasında yumşaq oyuncaqlar və geyimlər kimi fiziki məhsullar buraxıb. Bu məhsullar layihənin pərəstişkarları üçün cəlbedici olub və brendin kriptovalyuta sahəsindən kənara çıxaraq daha geniş auditoriyaya təqdim olunmasına kömək edib.
Lisenziyalaşdırma imkanları
Pudgy Penguin NFT-sinə sahib olduğunuz halda, konkret həmin pinqvin üçün əqli mülkiyyət (IP) hüquqlarına da sahib olursunuz. Bu o deməkdir ki, ondan öz layihələriniz üçün istifadə edə bilərsiniz. Buraya onu malların üzərində çap etmək, marketinqdə tətbiq etmək və ya onunla bağlı biznes qurmaq daxildir.
İcma tədbirləri
Layihə sahiblərin bilavasitə görüşə biləcəyi tədbirlər təşkil edir. Bu iclaslar icmanı gücləndirməyə kömək edir və üzvlərə bir-biri ilə şəxsi səviyyədə əlaqə qurmaq şansı qazandırır.
Biznes modeli
Pudgy Penguins layihəsi aşağıdakılar daxil olmaqla bir çox yolla gəlir əldə edir:
NFT satışları: kolleksiya ilk dəfə istifadəyə verildikdə alıcılar NFT-ləri zərb etmək üçün pul ödəyərək komanda üçün gəlir formalaşdırıb.
Royaltilər: hər dəfə Pudgy Penguin NFT-si ikinci dərəcəli bazar yerində təkrar satıldıqda komanda satış məbləğinin bir faizi qədər qazanc əldə edir.
Mal satışları: oyuncaq və geyim kimi fiziki məhsulların satışı da başqa gəlir mənbəyi yaradır.
Tərəfdaşlıqlar: başqa şirkət və brendlərlə əməkdaşlıq layihənin nəzərəçarpanlığını artırmaqla yanaşı, gəlir də gətirə bilər.
PENGU tokeni nədir?
Pudgy Penguins 2024-cü ildə öz kriptovalyutası olan PENGU tokenini təqdim etdi. Token ekosistemə daha çox funksionallıq əlavə etmək və sahiblərin layihə ilə interaksiya etmələri üçün yeni üsullar təmin etmək məqsədilə hazırlanıb.
PENGU Ethereum blokçeynində yaradılmış ERC-20 tokenidir. O, sahiblərə əlavə üstünlük və imkanlar təklif etmək üçün Pudgy Penguins NFT-ləri ilə birlikdə işləyir.
PENGU Airdrop-u
2024-cü ilin dekabr ayında Pudgy Penguins PENGU tokenlərini icmaya paylamaq üçün böyük airdrop təqdim edib. Uyğun pul kisələrinin siyahısına Pudgy Penguins və Lil Penguins NFT kolleksiyalarının sahibləri, eləcə də əvvəl NFT sahəsində iştirak etmiş sahib olmayan pul kisələri daxildir.
PENGU Airdrop-nuzu necə tələb etmək lazımdır?
https://claim.pudgypenguins.com/ səhifəsinə daxil olun. Düzgün veb-sayta daxil olduğunuzdan əmin olun. Tələb etmək üçün nəzərdə tutulmuş səhifə 15 mart 2025-ci il tarixinə qədər aktiv olacaq. Tələb edilməmiş tokenlər smart müqavilədə birdəfəlik bloklanacaq.
PENGU airdrop-na uyğun olub-olmadığını yoxlamaq üçün Ethereum və ya Solana pul kisənizi əlaqələndirin.
URL-i yenidən yoxlayın və pul kisənizə qoşulmanı təsdiqləyin.
Pul kisəsi ünvanınızın sahibi olduğunuzu sübut etmək üçün sorğunu imzalayın.
İndi əlaqələndirdiyiniz pul kisəsi üçün tələb oluna bilən ümumi PENGU tokenlərini görməlisiniz. Uyğunluğu yoxlamaq üçün birdən artıq pul kisəsi əlaqələndirə bilərsiniz.
Sonra hesab adı yaratmağı seçə və ya sadəcə tələb etməyə keçə bilərsiniz.
Ethereum, yaxud Solana pul kisəsindən istifadə etməyinizdən asılı olmayaraq PENGU tokenlərini almaq üçün Solana pul kisəsi təqdim etməyiniz tələb olunacaq.
Binance HODLer Airdrop-da PENGU
PENGU eyni zamanda Binance HODLer Airdrop proqramına da daxil olub və bu proqram BNB sahiblərinə mükafat olaraq BNB balanslarının snepşotları əsasında tokenlər təqdim edir. Airdrop-lar avtomatik olaraq BNB-ni Sadə qazanca abunə edənlərə verilir.
HODLer Airdrop proqramı 9–12 dekabr 2024-cü il tarixlərində BNB-lərini Sadə qazanc məhsullarına abunə edən istifadəçilərə PENGU tokenləri paylayıb. PENGU 17 dekabr 2024-cü il tarixində Toxum teqi ilə birlikdə treydinq üçün listinq edilib.
Yekun qeydlər
Pudgy Penguins sadə NFT kolleksiyası kimi başlasa da, daha böyük anlayışa çevrilib. O, güclü icma tərəfindən birləşdirilən rəqəmsal kolleksiya elementləri, real dünya məhsulları və kriptovalyutadan ibarətdir. Pudgy Penguins unikal ekosistem yaratmaq üçün rəqəmsal mülkiyyətin real dünya tətbiqləri ilə necə birləşdirilə biləcəyini göstərir.
Tövsiyə olunan ədəbiyyat
Məsuliyyətdən imtina: Bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bir təqdimat və ya zəmanət olmadan hazırkı məlumatlar əsasında təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir, bu məlumatlar hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımır. Siz məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Əlavə təfərrüatlar üçün məsuliyyətdən imtina bölməsini tam şəkildə burada oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə baxın.