Catizen (CATI) nədir?
Əsas səhifə
Məqalələr
Catizen (CATI) nədir?

Catizen (CATI) nədir?

Başlanğıc
Yenilənib Sep 20, 2024
5m

Məsuliyyətdən imtina: bu məqalə yalnız məlumat xarakterlidir. Binance vasitəsilə təqdim edilən məlumat investisiya və ya treydinq üzrə məsləhət, yaxud tövsiyə mənasına gəlmir. Binance investisiya qərarlarınızın heç biri üzrə məsuliyyət daşımır. Maliyyə risklərinə getməzdən əvvəl peşəkar məsləhət alın.

Əsas diqqət yetiriləcək məqamlar

  • Catizen (CATI) oyunçuların virtual pişiklər böyütdüyü TON ekosistemində qazanmaq üçün oyna blokçeyn oyunudur.

  • Oyunda oyundaxili alışlar üçün vKITTY, səviyyəni artırmaq üçün FishCoin-lər və kriptovalyuta treydinqi üçün wCATI kimi çoxlu tokenlər var.

  • Catizen CATI token tədarükünün 43%-ni tədbirlər və Airdrop-lar vasitəsilə paylamağı planlaşdırır. 15% 1-ci mövsüm oyunçularına, 9% isə Catizen Binance Launchpool üçün ayrıldı. Qalan 19% isə gələcək mövsümlərdə və Airdrop tədbirlərində paylanacaq.

Catizen banneri

Catizen nədir?

Catizen (CATI) virtual pişiklərin böyüdülməsinə yönəlmiş blokçeyn oyunudur. Oyun Telegram Açıq Şəbəkəsi (TON) ekosisteminin bir hissəsidir və oyunçulara kriptovalyuta mükafatları qazanmaq şansı təklif etməklə yanaşı, blokçeyn xüsusiyyətləri ilə qazanmaq üçün oyna (P2E) elementlərini birləşdirir.

Hamster Kombat və digər məşhur Telegram oyunları kimi, Catizen qısa bir zamanda dünyada milyonlarla istifadəçi qazandı.

Catizen-in iş prinsipi

Catizen oyunçuların öz pişiklərinə qayğı göstərdikləri, onları sağlam və xoşbəxt saxladıqları virtual oyundur. Əsas qayğıya əlavə olaraq, oyunçular minioyunlarda iştirak edə, tapşırıqlar yerinə yetirə və mükafatlar qazanmaq üçün tədbirlərə qoşula bilərlər.

Catizen CATI

Daha yüksəksəviyyəli pişiklər böyütmək və oyundaxili valyuta generasiyasını artırmaq üçün pişikləri kombinasiya edə bilərsiniz. Oyunda bir neçə valyuta var:

  • vKITTY: pişiklərinizə və təkmilləşdirmələrinizə əsasən yaratdığınız oyundaxili tokenlər.

  • FishCoin-lər: oyunda səviyyənizi artırmaq üçün istifadə olunan oyundaxili valyuta. FishCoin-ləri oyundaxili tapşırıqlar vasitəsilə qazanmaq və ya real pulla almaq mümkündür.

  • wCATI: kriptovalyuta ilə mübadilə edə biləcəyiniz ticarət edilə bilən token.

  • xZEN: tapşırıqlar və tədbirlər vasitəsilə qazanılan xüsusi oyundaxili valyuta.

Catizen CATI

Siz həmçinin gündəlik tapşırıqlarıkvestləri yerinə yetirməklə bonuslar qazana və səviyyənizi daha sürətli artırmaq üçün gücləndiricilərdən istifadə edə bilərsiniz. vKITTY balansınızın yanındakı kiçik raket işarəsinə toxunmaqla gücləndirici menyusunu aça bilərsiniz.

Catizen CATI

Balıqçılıq minioyununu oynamaq üçün FishCoin-lər tələb olunur, lakin o sizə çoxlu sayda vKITTY tokenləri verə bilər. Mükafatlar balıq tutma sürətinizə görə dəyişir.

Catizen CATI

Catizen CATI

Avtomatik funksiya pişiklərin kombinasiya edilməsi və böyüdülməsi prosesini avtomatlaşdırır. Onu FishCoin-lər ilə almaq olar.

Catizen CATI

Ekranınızın aşağı sol tərəfindəki Mağaza menyusu sizə FishCoin-ləri real pulla almağa imkan verir. Siz həmçinin Mağazada pulsuz pişiklər və digər gündəlik mükafatlar tapa bilərsiniz.

Catizen CATI

  • Qazanc menyusu sizi FishCoin ilə mükafatlandıran gündəlik tapşırıqların və nailiyyətlərin siyahısını göstərir.

Catizen CATI

  • Bəsləmə bölməsi vKITTY tokenlərindən istifadə edərək yeni pişiklər aldığınız yerdir.

Catizen CATI

  • Dəvət menyusu dostları dəvət etmək və yönləndirmə bonusları əldə etmək üçün linkinizi kopiyalaya biləcəyiniz yerdir.

Catizen CATI


Catizen Airdrop-u

Rəsmi sənədlərə görə, komanda CATI tokenlərinin ümumi tədarükünün 34%-ni oyunçulara Airdrop etməyi planlaşdırır. Ümumi tədarükün 9%-i Catizen Binance Launchpool üçün ayrılıb.

Airdrop üçün ayrılmış CATI-nin 34%-nin 15%-i mükafat kimi 1-ci mövsüm oyunçularına veriləcək, qalan 19%-i isə gələcək mövsümlər üçün rüblük Airdrop kampaniyalarında istifadə olunacaq.

Catizen CATI

CATI tokeni

Əsas göstəricilər

  • Token adı: Catizen (CATI)

  • Blokçeyn şəbəkəsi: The Open Network (TON)

  • Binance Launchpool token mükafatları: 90 000 000 (ümumi tədarükün 9%-i) 

  • Ümumi tədarük: 1 000 000 000

Binance Launchpool

Catizen 13 sentyabr 2024-cü ildə Binance Launchpool-da təqdim edildi. İstifadəçilər dörd gün ərzində BNB və ya FDUSD-ni kilidləməklə CATI tokenlərini farminq edə bilərlər. Ətraflı məlumat üçün rəsmi elana baxın.

Launchpool farminq dövrü bitib, lakin Binance-də asanlıqla CATI tokenlərini ala və ya sata bilərsiniz.

Yol xəritəsi

Catizen hələ də ilkin inkişaf mərhələsindədir, lakin yol xəritəsi planlarına süni intellektlə idarə olunan yoldaşlar, təkmilləşdirilmiş interaktiv oyun və digər TON əsaslı layihələrlə əməkdaşlıq kimi xüsusiyyətlər daxildir.

Komanda 2025-ci ilə qədər 200-dən çox minioyun buraxmağı hədəfləyir, oyunçulara oyundan həzz almaq və tokenlər qazanmaq üçün əlavə yollar təklif edir. Onlar həmçinin çoxoyunçulu funksiyalar əlavə etməklə və TON ekosistemi daxilində digər layihələrlə əməkdaşlıq etməklə oyunu daha sosial etmək üçün yeni yollar axtarırlar.

Yekun qeydlər

Catizen (CATI) ev heyvanlarına qulluq etmək əyləncəsini qazanmaq üçün oyna mükafatları ilə birləşdirən oyundur. Telegram platformasına inteqrasiyası sayəsində Catizen blokçeyn oyunu ilə maraqlanan hər kəs üçün həm əlçatandır, həm də cəlbedicidir.

Tövsiyə olunan ədəbiyyat

Məsuliyyətdən imtina: Bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bir təqdimat və ya zəmanət olmadan hazırkı məlumatlar əsasında təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir, bu məlumatlar hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımır. Siz məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Əlavə təfərrüatlar üçün məsuliyyətdən imtina bölməsini tam şəkildə burada oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə baxın.

Postları paylaşın
Hesabı qeydiyyatdan keçirin
Bu gün bir Binance hesabı açaraq biliklərinizi tətbiq edin.