Phantom Pul kisəsi nədir və necə istifadə edilməlidir?
Əsas səhifə
Məqalələr
Phantom Pul kisəsi nədir və necə istifadə edilməlidir?

Phantom Pul kisəsi nədir və necə istifadə edilməlidir?

Başlanğıc
Yenilənib Dec 28, 2024
8m

Əsas diqqət yetiriləcək məqamlar

  • Phantom Pul kisəsi Solana, Ethereum və Bitcoin daxil olmaqla çox sayda blokçeyndə kriptovalyutaları və digər rəqəmsal aktivləri idarə etmək üçün nəzərdə tutulmuş kriptovalyuta pul kisəsidir.

  • Phantom Pul kisəsi qeyri-saxlanc pul kisəsi olduğundan şəxsi açarlarınızı və toxum frazalarınızı saxlamır. İstifadəçilər öz açarlarına və rəqəmsal aktivlərinə tam nəzarət edə bilirlər.

  • Phantom istifadəçilərin kriptovalyutalarını və dəyişdirilə bilməyən tokenlərini (NFT-lər) idarə etməsi üçün bir çox funksiyalar təklif edir və giriş rolunu oynayır. O, eyni zamanda mərkəzdənkənar maliyyə tətbiqləri ilə interaksiya yaratmaq üçün istifadə edilə bilər.

  • Güclü parollardan istifadə etmək, biometrik autentifikasiyanı aktivləşdirmək və yalnız etibarlı Dapp-lərə qoşulmaqla kriptovalyuta pul kisənizin təhlükəsizliyini təmin edin. Toxum frazanızın məxfiliyini və təhlükəsizliyini təmin edin.

phantom wallet cta banner

Phantom Pul kisəsi nədir?

Phantom Pul kisəsi qeyri-saxlanc kriptovalyuta pul kisəsidir. Əvvəlcə Solana blokçeyni üçün yaradılsa da, hazırda Phantom Solana, Ethereum, Base, Polygon və Bitcoin daxil olmaqla bir çox şəbəkəni dəstəkləyir. Qeyri-saxlanc pul kisəsi olması o deməkdir ki, Phantom Pul kisəsi şəxsi açarlarınızı və toxum frazalarınızı saxlamır və buna görə də istifadəçilər öz açarlarına və rəqəmsal aktivlərinə tam nəzarət edə bilirlər.

Phantom Pul kisəsi istifadəçilərin kriptovalyuta və NFT-lərini (dəyişdirilə bilməyən tokenlər) idarə etməsi üçün giriş rolunu oynayır. Phantom da digər Web3 pul kisələri kimi mərkəzdənkənar maliyyə (DeFi) platformaları və tətbiqləri (Dapp-lər) ilə interaksiya yaratmağınıza imkan verir.

Phantom pul kisəsini quraşdırmaq qaydası

Phantom Pul kisəsi ilə işləməyə başlamaq üçün yalnız bir neçə sadə addımı yerinə yetirmək tələb olunur. Bu nümunədə Phantom Pul kisəsinin brauzer uzantısından istifadə edəcəyik, ancaq mobil telefonda da, demək olar ki, eyni proses icra olunur. Əsas fərq mobil telefonda barmaq izi və ya üz tanıma kimi biometrik təhlükəsizlik vasitələrindən istifadə etmək imkanının olmasındadır.

1. İlk növbədə rəsmi veb-sayta daxil olaraq lazımi versiyanı endirin. Phantom 2024-cü ilin dekabr ayından mobil tətbiq (iOS və Android) və brauzer uzantısı (Chrome, Firefox, Brave və Edge) formasında əlçatandır.

2. Sonra yeni pul kisəsi yarada və ya mövcud pul kisəsini idxal edə bilərsiniz. Gəlin yeni pul kisəsi yaradaq.

create phantom wallet

3. E-poçt ünvanı və ya toxum frazasından istifadə etməklə pul kisəsi yaratmağı seçə bilərsiniz. Prosesi göstərmək üçün toxum frazasından istifadə edəcəyik.

create new phantom wallet

4. Pul kisəniz üçün güclü parol yaradın. Qeyd edək ki, bu parol yalnız lokal qaydada istifadə olunacaq (cari brauzer profiliniz və cihazınız əsasında).

Mobil telefonda istifadə etdiyiniz halda, barmaq izi və ya üz tanıma kimi biometrik təhlükəsizlik vasitələrindən istifadə etmək seçiminiz olacaq.

create phantom wallet password

5. Toxum frazanızı təhlükəsiz və məxfi yerdə yadda saxlayın. Bu fraza əsas açarınız rolunu oynayır və pul kisənizi bərpa etmək üçün mövcud olan yeganə üsuldur. Onu heç kəslə paylaşmayın.

phantom wallet seed phrase

6. Bu qədər! Phantom Pul kisəniz istifadə edilmək üçün hazırdır.

phantom wallet setup

Phantom pul kisəsindən istifadə etmək qaydası

Phantom Pul kisəsinin brauzer uzantısından istifadə edirsinizsə, asanlıqla daxil olmaq üçün onu uzantı panelinə bərkidə bilərsiniz.

how to use phantom wallet

Phantom Pul kisəsinin əsas xüsusiyyətləri

Pul kisənizi açanda yuxarıda dörd düymə görəcəksiniz: Qəbul et, Göndər, Svop və Al.

phantom wallet key features

1. Qəbul et: burada pul kisəsi ünvanınızı kopiyalaya və ya müvafiq QR kodu əldə edə bilərsiniz. Bu ünvanlar depozit qoyarkən və ya kimdənsə vəsaitləri qəbul edərkən lazım olacaq. 

Məsələn, Binance hesabınızdan Phantom Pul kisənizə SOL nağdlaşdırmaq istədiyiniz halda, qəbul edən ünvanı kopiyalayıb Binance-in nağdlaşdırma səhifəsinə yapışdırmalı olacaqsınız.

phantom wallet receive address

2. Göndər: burada Phantom Pul kisənizdən başqa pul kisəsinə vəsaitlər göndərə bilərsiniz. Düzgün blokçeyn şəbəkəsi seçin və düzgün qəbul edən ünvanı kopiyalayıb yapışdırdığınızdan əmin olun.

phantom wallet send SOL

3. Svop: burada bir neçə kriptovalyuta arasında asanlıqla ticarət (svop) edə bilərsiniz. Qeyd edək ki, Yayınma parametrlərini dəyişmək üçün yuxarı sağ düymədən istifadə edə bilərsiniz. 

Phantom wallet swap

Qısa desək, daha yüksək yayınma faizi ticarətinizin xərcinin gözləniləndən çox olduğunu göstərir. Nisbətən aşağı yayınma qiymət baxımından daha yaxşıdır, ancaq yayınma çox aşağı olduğu halda, tranzaksiya uğursuz ola bilər. Əmin olmadığınız halda, onu Avtomatik olaraq təyin edə bilərsiniz və bu zaman Phantom Pul kisəsi mövcud olan ən yaxşı svopu tapmağa çalışacaq.

phantom wallet slippage settings

4. Al: burada üçüncü tərəf şəbəkə tərəfdaşları vasitəsilə kriptovalyutalar ala bilərsiniz. Ödəniş metodları və komissiyalar məkanınızdan asılı olaraq dəyişəcək. Ümumi ödəniş metodlarına kredit və debet kartları, Apple Pay və Google Pay daxildir.

phantom wallet buy crypto

Token siyahısını idarə edin

Phantom Pul kisəniz avtomatik olaraq SOL, ETH və BTC kimi əsas kriptovalyutalar üçün balanslarınızı göstərir. Konkret tokenləri əlavə etmək və ya silmək üçün pul kisəsi interfeysinin aşağı hissəsindəki [Token siyahısını idarə et] düyməsinə klikləyin.

phantom wallet manage token list

Aşağıdakı menyuda dəyişdiriciləri yandırıb-söndürməklə pul kisənizdə hansı tokenləri göstərmək istədiyinizi seçə bilərsiniz. Tokenləri Axtarış panelindən istifadə etməklə də axtara bilərsiniz.

phantom wallet token list

Adətən fırıldaqçılıq məqsədi daşıdığı üçün naməlum mənbələrdən aldığınız tokenləri deaktiv etməyinizi tövsiyə edirik.

Phantom Pul kisəsi hesabları

Yuxarıda hər dəstəklənən şəbəkə üçün bir ünvan olmaqla Phantom Pul kisənizin açıq ünvanlarını görə bilərsiniz. 

phantom wallet accounts

Başqa pul kisəsindən vəsait depozit qoyduğunuz və ya kimdənsə vəsait qəbul etdiyiniz zaman sürətli şəkildə kopiyalayıb yapışdırmaq üçün müvafiq açıq ünvan üzərinə klikləyə bilərsiniz (yuxarıda qeyd etdiyimiz Qəbul et funksiyasına oxşar şəkildə).

Bu açıq ünvanları başqaları ilə paylaşmaq təhlükəsiz olsa da, düzgün şəbəkədən istifadə etdiyinizdən əmin olun. SPL tokenləri üçün Solana, ERC tokenləri üçün Ethereum, BTC üçün Bitcoin və s. istifadə edilməlidir.

Bir neçə hesab yaratmaq və idarə etmək qaydası

Phantom Pul kisəsi eyni pul kisəsi daxilində bir neçə hesab yaratmağınıza imkan verir. Bu o deməkdir ki, eyni parol və toxum frazasından istifadə etməklə bir neçə kriptovalyuta pul kisəsi yarada və idarə edə bilərsiniz.

1. Yeni hesab yaratmaq üçün ilk növbədə hesab adınızın yanındakı yuxarı sol düyməyə klikləyin.

phantom wallet manage accounts

2. Sonra [Pul kisəsi əlavə et/əlaqələndir] düyməsinə klikləyin.

phantom wallet add connect

3. Tamamilə yeni çoxzəncirli hesab yarada və ya mövcud pul kisələrini əlavə edə bilərsiniz. Seçiminiz əsasında təlimatlara əməl edin.

phantom add connect wallet

4. Yuxarı sol düymədən istifadə etməklə hesablarınız arasında asanlıqla keçid edə bilərsiniz. Qeyd edək ki, hər bir hesabın fərqli açıq ünvanlar çoxluğu var.

phantom wallet switch accounts

Phantom Pul kisəsinin aşağı menyusu

Phantom Pul kisənizin aşağı hissəsində başqa bir menyu görə bilərsiniz. 

Birinci tab əvvəl izah etdiyimiz əsas interfeysdir. Burada token siyahınız və balanslarınız göstərilir.

phantom wallet bottom menu

İkinci tab sizi rəqəmsal incəsənət və digər dəyişdirilə bilməyən tokenlərinizi idarə edə biləcəyiniz NFT kolleksiyanıza yönləndirir.

Üçüncü tab sizi bu məqalənin əvvəlində qeyd etdiyimiz Svop funksiyasına yönləndirir.

Dördüncü tabda pul kisəniz üzərindəki son əməliyyat, o cümlədən keçmiş tranzaksiyalar və Dapp-lər ilə interaksiyalar göstərilir.

Beşinci tab sizi layihə, token, veb-sayt və kolleksiyaları axtara biləcəyiniz araşdırma interfeysinə yönləndirir.

phantom wallet explore

Təhlükəsizliyi təmin etmək üçün tövsiyələr

  • Toxum frazanızın təhlükəsizliyini təmin edin: onu yazaraq təhlükəsiz yerdə saxlayın. Onlayn şəkildə yadda saxlamayın.

  • Biometrik təhlükəsizlik vasitələrindən istifadə edin: mobil cihazda istifadə etdiyiniz halda, üz tanıma və ya barmaq izi autentifikasiyasını aktivləşdirin.

  • Dapp-lərə qarşı ehtiyatlı olun: yalnız etibarlı veb-saytlara və tətbiqlərə qoşulun.

  • Müntəzəm şəkildə yeniləyin: qorunmaq üçün Phantom pul kisəsinin ən son versiyasından istifadə etdiyinizdən əmin olun.

Yekun qeydlər

Phantom Pul kisəsi müxtəlif blokçeynlərdə kriptovalyuta və NFT-ləri idarə etmək üçün nəzərdə tutulmuş çox rahat və asan istifadə olunan alətdir. Qeyri-saxlanc pul kisəsi olduğu üçün aktivlərinizə tam nəzarət edə bilirsiniz və bu imkan əlavə təhlükəsizlik qatı əlavə edir.

Hətta kriptovalyuta sahəsində yeni olduğunuz halda da, Phantom pul kisəsini quraşdırmaq və istifadə etmək üçün çox vaxt tələb olunmur. Sadəcə toxum frazanızın təhlükəsizliyini təmin etməyi unutmayın, naməlum tokenlərə və Dapp-lərə qarşı ehtiyatlı olun və təhlükəsizlik risklərini qabaqlamaq üçün pul kisəsi tətbiqini müntəzəm şəkildə yeniləyin.

Tövsiyə olunan ədəbiyyat

Məsuliyyətdən imtina: Bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bir təqdimat və ya zəmanət olmadan hazırkı məlumatlar əsasında təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir, bu məlumatlar hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımır. Siz məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Əlavə təfərrüatlar üçün məsuliyyətdən imtina bölməsini tam şəkildə burada oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə baxın.