DeFi aqreqatorları nədir və iş prinsipləri necədir?

DeFi aqreqatorları nədir və iş prinsipləri necədir?

Orta
Yenilənib Sep 9, 2025
6m

Əsas diqqət yetiriləcək məqamlar

  • DeFi aqreqatorları məlumat və xidmətləri bir neçə mərkəzdənkənar maliyyə (DeFi) platformalarından toplayır və onları istifadəsi asan tək interfeysdə birləşdirir.

  • Onlar müxtəlif platformalarda tranzaksiyaları optimallaşdırmaqla istifadəçilərin tokenləri dəyişdirməsi, borc vermək, borc almaq və gəlir farminqi üçün ən yaxşı tarifləri tapmasına kömək edir.

  • Smart müqavilələr və smart yönləndirmə metodlarından istifadə etməklə aqreqatorlar ən yaxşı sövdələşmələri təmin etmək və xərcləri azaltmaq üçün tranzaksiyaları bölə və ya idarə edə bilər.

  • Onlar DeFi-ni asanlaşdırsalar və qazancları artıra bilsələr də, istifadəçilər smart müqavilə xətaları və bazarda sürətli dəyişikliklər kimi risklərdən xəbərdar olmalıdırlar.

Giriş

DeFi kimi də tanınan mərkəzdənkənar maliyyə fərdi şəxslərin borc vermək, borc almaq, ticarət etmək və banklara, yaxud digər vasitəçilərə etibar etmədən qazanmasına imkan verərək maliyyə xidmətlərindən istifadə qaydamızı dəyişib. Vaxt keçdikcə bir çox DeFi platformaları meydana çıxdı və hər biri borc vermək, pay qoymaq və ya tokenləri dəyişdirmək üçün fərqli seçimləri təklif edir. Bu qədər fərqli platformalar arasında ən yaxşı sövdələşmələri tapmaq çətin ola bilər. Hər bir platformanı bir-bir yoxlamaq çox vaxt aparır və xüsusilə də yeni istifadəçilər üçün çox çətin ola bilər.

Məhz bu məqamda DeFi aqreqatorları köməyə gəlir. Onlar çoxsaylı DeFi platformalarından məlumatları toplayır və sizin üçün ən uyğun seçimləri müəyyənləşdirmək üçün alqoritm və proqramlardan istifadə edir.

DeFi aqreqatorları nədir?

DeFi aqreqatorları məlumatları bir neçə DeFi mənbələrindən, o cümlədən mərkəzdənkənar mübadilələr (DEX), borc vermə protokolları və likvidlik hovuzlarından toplayan veb-sayt və ya tətbiqlərdir. Hər bir platformaya ayrılıqda daxil olmaq əvəzinə, bütün mövcud tariflərə və seçimlərə dərhal baxmaq üçün aqreqatordan istifadə edə bilərsiniz.

Məsələn, tokenləri dəyişdirərkən istifadəçi ən aşağı haqlar və minimum yayınma ilə ən yaxşı qiyməti əldə etmək istəyə bilər. DeFi aqreqatorları bir sıra mərkəzdənkənar mübadilələr və likvidlik hovuzları vasitəsilə ticarətləri ən sərfəli yollar üzrə müəyyənləşdirib icra edirlər. Eynilə, borc vermə və ya gəlir farminqi zamanı aqreqatorlar faiz dərəcələrini və ya protokollar üzrə gəlirləri müqayisə edirlər.

DeFi aqreqatorları necə işləyir?

Məlumatların toplanması

Aqreqatorlar bir çox DeFi platformalarından qiymətləri, mövcud likvidliyi, kredit faizləri və gəlirləri daim izləyir. Onlar bu məlumatı Applikasiya proqramlaşdırma interfeysləri, birbaşa blokçeyn sorğuları, oraclesmart müqavilə ilə qarşılıqlı əlaqələrdən istifadə edərək əldə edirlər. DeFi bazarları sürətlə dəyişdirinə görə yaxşı aqreqator dəqiq məlumatı saxlamaq üçün saniyədə bir neçə dəfə məlumatları yeniləməlidir.

Smart yönləndirmə

Məlumatları topladıqdan sonra aqreqatorlar tranzaksiyanızı tamamlamağın ən yaxşı yolunu tapmaq üçün təkmil alqoritmlərdən istifadə edir. Token svopları üçün xərcləri endirmək və qiymətə təsirini azaltmaq üçün ticarətinizi hissələrə bölə və müxtəlif birjalar və ya hovuzlar vasitəsilə onları göndərə bilər. Borc vermək və ya farminq üçün onlar hesab komissiyalarını və riskləri nəzərə alaraq ən yüksək gəlir təklif edən protokollar axtarırlar.

Bu addım vacibdir, çünki DeFi-də likvidlik bir neçə platformaya səpələnir. Bir yerə etibar etmək əvəzinə, aqreqatorlar daha yaxşı ümumi icraya nail olmaq üçün ticarətlərinizi yaya bilərlər.

Smart müqavilənin icrası

Ən yaxşı yönləndirmə yolu seçildikdən sonra aqreqatorlar tranzaksiyalarınızı avtomatik icra etmək üçün smart müqavilələrdən istifadə edirlər. Bu proqramlar birbaşa blokçeyndə işləyir və vasitəçilərə ehtiyacı aradan qaldırır və xəta və gecikmələrdən qaçmağa kömək edir. Smart müqavilələr həm də atomikliyi təmin edir, yəni bütün tranzaksiya ya uğur qazanır, ya da tamamilə uğursuz olur.

İstifadəçi təcrübəsi

DeFi aqreqatorları istifadəçilərin tokeni dəyişdirmək, kriptovalyuta borc vermək və ya mükafatlar üçün pay qoymaq kimi istədikləri fəaliyyətləri seçməsinə imkan verən sadə alətlər paneli təmin edir. Sonra qiymət və ya gəlir kimi meyarlara görə sıralanmış tövsiyə olunan seçimləri göstərir. Bəzi platformalar da qəbul etdiyiniz yayınma miqdarı və ya daha aşağı qaz ödənişi üçün optimallaşdırma (tranzaksiya xərcləri) kimi tərcihlər təyin etməyinizə imkan verir.

Üstünlüklər və çatışmazlıqlar

Potensial üstünlüklər

  • Vaxta və səyə qənaət edir: aqreqatorlar manual qaydada araşdırmaya və bir neçə DeFi platformasının müqayisəsinə olan ehtiyacı azaldır. Bu, vaxtı məhdud, yaxud texniki səriştəsi zəif olan istifadəçilər üçün xüsusilə dəyərli ola bilər.

  • Daha yaxşı sövdələşmələr: alqoritmlər və yönləndirmə mexanizmlərindən istifadə etməklə aqreqatorlar çox vaxt istifadəçilərə daha yaxşı tariflər və ya gəlirlər təmin etməkdə kömək edirlər 

  • Sadələşdirmiş giriş imkanı: aqreqatorlar mürəkkəb prosesləri birbaşa sadə iş axınlarına birləşdirərək DeFi-yə giriş əngəlini azaldır.

  • Bazarın səmərəliliyini artırır: aqreqatorlar parçalanmış bazarları birləşdirərək və protokollar arasında rəqabəti təşviq edərək daha dərin likvidlik və qiymət kəşfinə töhfə verir.

Potensial risklər

  • Smart müqavilənin zəif tərəfləri: aqreqatorlar smart müqavilələr üzərində qurulub və hər hansı DeFi protokolu kimi bu müqavilələrdə səhvlər və ya təhlükəsizlik qüsurları ola bilər. İstismar edildiyi təqdirdə, bu cür həssaslıqlar hekləməyə və potensial maliyyə itkisinə səbəb ola bilər.

  • Bazarda sürətli dəyişikliklər: DeFi qiymətləri və tarifləri sürətlə dəyişə bilər. Aqreqator tərəfindən müəyyən edilmiş "ən yaxşı" marşrut və ya tarif tranzaksiyanın təsdiqi prosesində köhnəlmiş ola bilər.

  • Mərkəzləşdirmə riskləri: bəzi aqreqatorlar mərkəzləşdirilmiş infrastruktur və ya vasitəçilərə etibar edə bilər ki, bu da qarşı tərəf riskini təqdim edir.

  • Mürəkkəblik və komissiyalar: aqreqatorlar xidmət haqları və qaz xərcləri kimi xərclər əlavə edə bilərlər. Bunlar potensial əmanətləri kompensasiya edə bilər. Onların çoxmərhələli yönləndirmə prosesi də mürəkkəbliyi artırır və daha yüksək qaz istifadəsi və yayınma kimi risk yarada edə bilər.

DeFi aqreqatorlarına nümunələr

  • 1inch: Mərkəzdənkənar mübadilə (DEX) aqreqatoruna fokuslanır. Protokol token svopları üçün ən səmərəli marşrutları tapmaq üçün çoxsaylı DEX-ləri skan edir.

  • Yearn.finance: gəlir farminqi aqreqasiyası üzrə ixtisaslaşıb. Platforma aktivlərin kassalara depozit qoyulması prosesini avtomatlaşdırır və istifadəçilərin daimi nəzarət tələb etmədən gəlirləri maksimum artırmasına kömək edir.

  • Zapper: müxtəlif DeFi mövqelərini bir yerdə birləşdirən alətlər paneli təklif edir, bu isə portfelləri idarə etməyi və gəlir fürsətlərinə giriş imkanını asanlaşdırır.

Yekun qeydlər

DeFi aqreqatorları mərkəzdənkənar maliyyə ilə daha asan və səmərəli şəkildə qarşılıqlı əlaqədə olmağınıza kömək edə biləcək faydalı alətlərdir. Məlumatları birləşdirmək, tranzaksiya yollarını optimallaşdırmaq və icranı avtomatlaşdırmaqla DeFi vəsaitlərini daha əlçatan və potensial olaraq daha faydalı edir. Yenə də DeFi sahəsi müxtəlif risklər ehtiva edir, buna görə də aktivlərinizi riskə atmazdan əvvəl məhsulları başa düşdüyünüzə əmin olun və yalnız itirə biləcəyiniz qədərini investisiya qoyduğunuza əmin olun.

Tövsiyə olunan ədəbiyyat

İmtina: bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə nəzər salın.