Əsas diqqət yetiriləcək məqamlar
Şamdan qrafikləri maliyyə bazarlarında potensial alış və satış imkanlarını müəyyən etmək üçün texniki təhlildə istifadə edilən məşhur bir alətdir.
Çəkic, artıma meyilli ikigövdəli şamdan, asılmış adam, düşən ulduz və doci şamdan modellərinin bəzi nümunələridir və treyderlərin tendensiya çevrilmələrini müəyyən etməsinə və ya mövcud tendensiyaları təsdiq etməsinə kömək edir.
Buna baxmayaraq, treydinq qərarları qəbul edərkən treydinq həcmi, bazar əhval-ruhiyyəsi və lividlik kimi digər amilləri də nəzərə almaq vacibdir.
Şamdanlar nədir?
Şamdanlar aktivin qiymət dəyişikliklərini təsvir etmək üçün istifadə edilən qrafik texnikası növüdür. İlk dəfə 18-ci əsrdə Yaponiyada işlənib hazırlanan bu qrafik texnikası əsrlər boyunca aktiv qiymətinin dəyişikliyinə dair fikirlər təqdim edə biləcək modelləri tapmaq üçün istifadə edilmişdir. Hazırda kriptovalyuta treyderləri şamdanlardan keçmiş qiymət məlumatlarını təhlil etmək və gələcək qiymət dəyişiklikləri ilə bağlı proqnoz vermək üçün istifadə edirlər.
Çox sayda şamdan adətən birlikdə modellər əmələ gətirir ki, bu da qiymətlərin qalxma, düşmə və ya dəyişilməz qalma ehtimalını göstərə bilir. Gəlin bu modellərin bazar əhval-ruhiyyəsi və treydinq imkanları haqqında necə fikirlər təqdim edə biləcəyinə nəzər salaq.
Şamdan qrafiklərinin iş prinsipi necədir?
Təsəvvür edin ki, bir həftə, bir gün və ya bir saat kimi hər hansı müddət ərzində hər hansı səhm və ya kriptovalyuta kimi bir aktivin qiymətini izləyirsiniz. Şamdan qrafiki bu qiymət məlumatlarını vizual olaraq təmsil etmək üçün bir yoldur.
Şamdan gövdə və iki xətt çıxıntısına malikdir ki, bunlara da adətən fitillər və ya kölgələr deyilir. Şamdanın gövdə hissəsi müəyyən müddət ərzində açılış və bağlanış qiymətləri arasındakı diapazonu göstərir, fitillər və ya kölgələr isə həmin müddət ərzində çatılmış ən yüksək və ən aşağı qiymətləri təmsil edir.
Yaşıl gövdə qiymətin həmin müddət ərzində qalxdığını göstərir. Qırmızı gövdə azalmağa meyilli şamdanı göstərir, bu isə o deməkdir ki, qiymət həmin müddət ərzində aşağı düşüb.
Şamdan modellərini oxumaq qaydası
Şamdan modelləri bir neçə şamı konkret ardıcılıqla düzməklə yaranır. Hər birinin öz izahı olan çox sayda şamdan modeli var. Bəzi şamdan modelləri alıcılar və satıcılar arasındakı balansla bağlı məlumat təqdim etsə də, digərləri çevrilmə, davam etmə və ya qərarsızlıq göstəricisi ola bilər.
Şamdan modellərinin mahiyyətcə alış və ya satış siqnalları olmadığını nəzərə alın. Əvəzində, onlar qarşıdakı imkanları potensial şəkildə müəyyən etmək üçün qiymət hərəkatına və bazar tendensiyalarına baxmağın bir yoludur. Belə ki, qrafiklərə həmişə müəyyən kontekst daxilində baxmaq faydalıdır.
İtki riskini azaltmaq üçün bir çox treyder şamdan nümunələrindən Vaykof metodu, Elliott dalğa nəzəriyyəsi və Dou nəzəriyyəsi daxil olmaqla digər analiz üsulları ilə birlikdə istifadə edirlər. Buraya tendensiya xətləri, Nisbi güc indeksi (RSI), Stoxastik RSI, İçimoku buludları, yaxud Parabolik SAR kimi texniki təhlil (TA) göstəricilərinin daxil edilməsi də adi haldır.
Şamdan modellərindən həm də dəstək və müqavimət səviyyələri ilə birlikdə istifadə edilə bilər. Treydinqdə dəstək səviyyələri alışın satışdan daha güclü olacağı, müqavimət səviyyələri isə satışın alışdan daha güclü olacağı gözlənilən qiymət nöqtələridir.
Artıma meyilli şamdan modelləri
Çəkic
Çəkic aşağı yönələn tendensiyanın aşağı hissəsində uzun aşağı fitilə malik şamdandır, bu halda aşağı fitil gövdədən ən azı iki dəfə böyük olur.
Çəkic göstərir ki, yüksək satış təzyiqinə baxmayaraq, alıcılar (öküzlər) qiyməti açılış xəttinə geri qaytarmışdır. Çəkic ya qırmızı, ya da yaşıl ola bilər, amma yaşıl çəkiclər adətən güclü artım reaksiyasının göstəricisi olur.
Tərs çevrilmiş çəkic
Bu model çəkic modelinə oxşayır, amma uzun fitil (wick) aşağı hissə əvəzinə yuxarı tərəfdə olur. Çəkic kimi burada da yuxarı fitil (wick) gövdədən ən azı iki dəfə böyük olmalıdır.
Tərsinə çevrilmiş çəkic modeli azalma tendensiyanın aşağısında baş verir və yuxarıya çevrilmə potensialının göstəricisi ola bilər. Üst fitil satıcıların sonda onu açıq xəttə qaytarmağa müvəffəq olmasına baxmayaraq, qiymətin aşağıya doğru hərəkətini dayandırdığını göstərir (çevrilmiş çəkicə onun tipik formasını verir).
Qısacası, çevrilmiş çəkic satış təzyiqinin azaldığını və alıcıların tezliklə bazara nəzarət edə biləcəyini göstərə bilər.
Üç ağ əsgər
Üç ağ əsgər modeli hamısı əvvəlki şamın gövdəsində açılan və əvvəlki şamın yüksək nöqtəsinin yuxarısında bağlanan üç ardıcıl yaşıl şamdandan ibarət olan modeldir.
Bu modeldə şamdanlarda kiçik altfitil var və ya heç fitil yoxdur. Bu alıcıların satıcılardan daha güclü olduğunu göstərir (qiyməti yüksəldir). Bəzi treyderlər şamdanların ölçüsünü və fitillərinin uzunluğunu da nəzərə alır. Şamdan gövdələri daha böyük olduqda model daha yaxşı işləməyə meylli olur (daha güclü alış təzyiqi).
Artıma meyilli ikigövdəli şamdan
Artıma meyilli ikigövdəli şamdan tamamilə əvvəlki şamdanın gövdəsində yerləşən daha kiçik yaşıl şamdandan əvvəl gələn uzun qırmızı şamdandır.
Artıma meyilli ikigövdəli şamdan iki və ya daha çox gün ərzində formalaşdırıla bilər və bu, satış momentumunun yavaşladığını və sona çata biləcəyini göstərən modeldir.
Azalmağa meyilli şamdan modelləri
Asılmış adam
Asılmış adam çəkicin azalan ekvivalentidir. Bu, adətən yüksəlmə tendensiyasının sonunda formalaşır və kiçik gövdə və uzun aşağı fitilə malik olur.
Aşağı fitil yüksəlmə tendensiyasından sonra əhəmiyyətli bir satış olduğunu, lakin öküzlərin nəzarəti bərpa etməyi və qiyməti (müvəqqəti olaraq) artırmağı bacardığını göstərir. Bu, alıcıların yüksəlmə tendensiyasını davam etdirməyə çalışdığı, daha çox satıcının cəlb olunduğu və qeyri-müəyyənlik nöqtəsi yaratdığı məqamdır.
Uzun bir yüksəlişdən sonra asılmış adam öküzlərin bazarda tezliklə momentum itirə biləcəyinə dair xəbərdarlıq rolunu oynaya bilər ki, bu da aşağıya doğru potensial çevrilmə göstəricisidir.
Düşən ulduz
Düşən ulduz yuxarıda uzun fitilə, aşağıda isə qısa fitilə malik olan və ya ümumiyyətlə fitili olmayan, eləcə də adətən aşağı hissənin yaxınlığında kiçik gövdəyə malik olan şamdan modelidir. Düşən ulduz quruluş baxımından tərsinə çevrilmiş çəkicə oxşasa da, yüksəliş tendensiyasının sonunda formalaşır.
Bu şamdan modeli bazarın yerli yüksək nöqtəyə çatdığını, amma sonra satıcıların nəzarəti ələ keçirdiyini və qiyməti yenidən aşağı saldığını göstərir. Bəzi treyderlər düşən ulduz yarandıqda qısa mövqeləri satmağa və ya açmağa üstünlük verirsə, digərləri modeli təsdiqləmək üçün növbəti şamdanları gözləməyə üstünlük verirlər.
Üç qara qarğa
Üç qara qarğa əvvəlki şamın gövdəsində açılan və son şamın altından aşağıda bağlanan üç ardıcıl qırmızı şamdandan ibarət olur.
Onlar üç ağ əsgərin azalan ekvivalentidir. Tipik olaraq, bu şamdanlar satış təzyiqinin qiyməti aşağı çəkməyə davam etdiyini göstərərək uzun üstfitillərə malik olmur. Şamdanların ölçüsü və fitillərin uzunluğundan aşağı enmə tendensiyasının davam etmə ehtimalları ilə bağlı fikir bildirmək üçün istifadə edilə bilər.
Azalmağa meyilli ikigövdəli şamdan
Azalmağa meyilli ikigövdəli şamdan tamamilə əvvəlki şamdanın gövdəsində yerləşən kiçik qırmızı şamdandan əvvəl gələn uzun yaşıl şamdandır.
Azalmağa meyilli ikigövdəli şamdan iki və ya daha çox dövr ərzində (yəni gündəlik qrafikdən istifadə edirsinizsə, iki və ya daha çox gün) ortaya çıxa bilər. Bu model adətən yüksəlmə tendensiyasının sonunda ortaya çıxır və alıcılar momentum itirdikcə çevrilməni göstərə bilər.
Tünd bulud örtüyü
Tünd bulud örtüyü modeli əvvəlki yaşıl şamdanın sonunda açılan, amma həmin şamdanın orta nöqtəsindən aşağıda bağlanan qırmızı şamdandan ibarətdir.
Bu model yüksək treydinq həcmi ilə müşayiət olunduqda daha aktual olmağa meyillidir və bu, momentumun tezliklə yüksəlişdən enişə keçə biləcəyini göstərir. Bəzi treyderlər modeli təsdiq etmək üçün üçüncü qırmızı xətti gözləməyə üstün verirlər.
Üç ardıcıl şamdan modeli
Qalxan üçlük metodları
Qalxan üçlük metodları şamdan modeli kiçik gövdəyə malik üç ardıcıl qırmızı şamdanın yüksəlmə tendensiyası ardıcıllığı ilə davam edən artım tendensiyasında baş verir. Əslində, qırmızı şamlar əvvəlki şamdanın ərazisini qırmamalıdırlar.
Davamlılıq geniş gövdəyə malik yaşıl şam ilə təsdiq edilir, bu isə öküzlərin yenidən tendensiyanın nəzarəti altında olduğunu göstərir.
Enən üçlük metodları
Enən üçlük metodları üç yüksələn metodun tərsidir. Bu, enmə tendensiyasının davamlılığını göstərir.
Doci şamdan modeli
Doci açıq və bağlı xəttin eyni (və ya çox oxşar) olduğu anlarda formalaşır. Qiymət açıq qiymətdən yuxarı və aşağı hərəkət edə bilər, amma sonda açıq qiymətdə və ya ona yaxın bir qiymətdə bağlanacaq. Belə ki, doci alış və satış qüvvələri arasında qərarsızlıq nöqtəsini göstərə bilər. Buna baxmayaraq, docinin izahı əsasən kontekst ilə bağlı olur.
Açıq və qapalı xəttin hara düşdüyündən asılı olaraq, doci məzar daşı, uzunayaqlı və ya cırcırama doci kimi təsvir edilə bilər.
Dəyişməz doci
Bu, uzun yuxarı fitilə, eləcə də aşağı hissənin yaxınlığında açıq və bağlı xətlərə malik azalmağa meyilli çevrilmə şamdanıdır.
Uzun ayaqlı doci
Yuxarı və aşağı fitillərə, eləcə də orta nöqtədə açıq və bağlı xətlərə malik qərarsız şamdan modeli.
Cırcırama doci
Uzun aşağı fitilə və yüksək hissədə açıq/bağlı xətlərə malik kontekstdən asılı olaraq artıma və ya azalmağa meyilli şamdan.
Docinin orijinal izahatına əsasən açıq və bağlı xətlər eyni olmalıdır. Açıq və bağlı xətlər eyni olmasa, amma bir-birinə çox yaxın olsa, onda necə? Bu, fırlanan yuxarı hissə adlanır. Lakin kriptovalyuta bazarları çox dəyişkən ola bilər, dəqiq dociyə nadirən rast gəlinir, belə ki, fırlanan yuxarı hissə adətən doci termini ilə bir-birini əvəz edə bilir.
Qiymət fərqlərinə əsasən şamdan modelləri
Qiymət fərqi maliyyə aktivi əvvəlki bağlanış qiymətindən yuxarıda və ya aşağıda açılaraq, iki şamdan arasında fərq yaratdığı zaman baş verir.
Bir sıra şamdan modellərinə qiymət fərqləri daxil olsa da, bu cür fərqə əsaslanan nümunələr 24/7 açıq olduğuna görə kriptovalyuta bazarlarında üstünlük təşkil etmir. Likvid olmayan bazarlarda da qiymət fərqləri baş versə də, icra edilə bilən modellər qədər faydalı olmur, çünki onlar əsasən aşağı likvidlik və yüksək tender-satıcı cədvəlini göstərirlər.
Kriptovalyuta treydinqində şamdan modellərindən istifadə qaydası
Kriptovalyuta treydinqində şamdan nümunələrindən istifadə edərkən treyderlər aşağıdakı tövsiyələri yadda saxlamalıdır:
1. Əsas məqamları anlamaq
Kriptovalyuta treyderləri treydinq qərarları vermək üçün şamdan modellərindən istifadə etməzdən əvvəl onlarla bağlı əsas məqamlar barədə qəti anlayışa malik olmalıdır. Buraya formalaşa biləcək şamdan qrafiklərini və müxtəlif modelləri oxumaq qaydasını anlamaq daxildir. Əsas anlayışlarla tanış deyilsinizsə, riskə getməyin.
2. Müxtəlif göstəriciləri birləşdirmək
Şamdan modelləri dəyərli məlumatlara malik ola bilsə də, daha dəqiq proqnozlar formalaşdırmaq üçün onlardan digər texniki göstəricilər ilə birlikdə istifadə edilməlidir. Şamdan modelləri ilə birlikdə istifadə edilə biləcək bəzi göstərici nümunələrinə dəyişkən ortalamalar, RSI və MACD daxildir.
3. Müxtəlif vaxt çərçivələrindən istifadə
Kriptovalyuta treyderləri bazardakı hissiyyat ilə bağlı daha geniş anlayışa malik olmaq üçün müxtəlif vaxt çərçivələrində olan şamdan nümunələrini təhlil etməlidirlər. Məsələn, əgər treyder gündəlik qrafiki təhlil edirsə, müxtəlif vaxt çərçivələrində modellərin necə dəyişdiyini görmək üçün saatlıq və 15 dəqiqəlik qrafiklərə də nəzər salmalıdırlar.
4. Risk idarəetməsinin tətbiq edilməsi
Şamdan modellərindən istifadə hər hansı digər treydinq strategiyası kimi risklərə malikdir. Treyderlər həmişə kapitallarını qorumaq üçün stop-itki sifarişlərinin təyin edilməsi kimi riskin idarə edilməsi texnikalarını tətbiq etməlidirlər. Həddindən artıq treydinq etməkdən yayınmaq və yalnız yaxşı risk-mükafat nisbətinə malik ticarətlərə daxil olmaq da vacibdir.
Yekun qeydlər
Hər bir treyder şamdanlar və onların modellərinin göstəriciləri barədə məlumatlı olmaqdan faydalana bilər, bu cür məlumatları öz treydinq strategiyalarına daxil etməyə isə məcbur deyillər.
Bunlar bazarları təhlil etməkdə faydalı ola bilsə də, qüsursuz olmadıqlarını da xatırlamaq vacibdir. Onlar nəticədə bazarları idarə edən alış və satış qüvvələrini ifadə edən yardımçı göstəricilərdir. Lakin potensial itkiləri azaltmaq üçün onlardan digər alətlər və düzgün risk idarəetməsi ilə birlikdə istifadə edilməlidir.
Tövsiyə olunan ədəbiyyat
Məsuliyyətdən imtina: Bu məqalə yalnız maarifləndirmə məqsədi daşıyır. Bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün məsuliyyətdən imtina bəyanatını tam formada burada oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə nəzər salın.