Baza treydinqi nədir və iş prinsipi necədir?
Əsas səhifə
Məqalələr
Baza treydinqi nədir və iş prinsipi necədir?

Baza treydinqi nədir və iş prinsipi necədir?

Orta
Yenilənib Nov 19, 2024
6m

Əsas diqqət yetiriləcək məqamlar

  • Baza treydinqi hazırkı qiymətlə (spot qiyməti) gözlənilən qiymət (fyuçers qiyməti) arasındakı qiymət fərqlərindən faydalanmaqdır.

  • Fermerlər, investorlar və kriptovalyuta treyderləri riskləri hedcinq etmək və ya mənfəət əldə etmək üçün baza treydinqi strategiyalarından istifadə edə bilərlər. O, əmtəə, istiqrazlar və Bitcoin bazarlarında populyardır.

  • Baza treydinqi risklidir və yeni başlayanlar üçün çaşdırıcı ola bilər. Onun üçün bazar dinamikasını anlamaq və gözlənilməz qiymət dəyişiklikləri və ya mümkün likvidlik problemləri ilə əlaqədar riskləri idarə etmək tələb olunur.

Baza treydinqi nədir?

Təsəvvür edin ki, ərzaq mağazasından hər biri 1,50 $-a alma alırsınız. Ancaq dostunuz sizə gələn ay hər biri 1,30 $-a çatdırılacaq bir miqdar alma satmağı təklif edir. Bu 20 sentlik fərq treyderlərin baza adlandırdığı anlayışdır. Maliyyə bazarlarında baza spot qiyməti ilə fyuçers qiyməti arasındakı fərqdir.

Baza treydinqində investorlar bu fərqin (baza) vaxt keçdikcə necə dəyişəcəyini proqnozlaşdırmaqla pul qazanmağa çalışırlar. Fərqin artacağını düşündüyünüz halda, bazanı "uzun olaraq təyin edirsiniz". Azalacağını düşündüyünüz halda isə "qısa olaraq təyin edirsiniz". Bu, strategiya, təhlil və bəzən şans oyunudur.

Baza treydinqinin iş prinsipi necədir

Spot və fyuçers qiymətləri

Spot qiyməti indi ödəyəcəyiniz, fyuçers qiyməti isə gələcək tarix üçün razılaşdırılan qiymətdir. Bu qiymətlər saxlama, faiz dərəcələri və ya tələb və təkliflə bağlı gözləntilər kimi çox sayda amillərdən asılı olduğu üçün çox vaxt fərqli olur.

Məsələn, tutaq ki, 1 buşel taxılın qiyməti bu gün 5 $-dır (spot qiyməti) və üç ay sonra taxıl üçün fyuçers qiyməti 5,50 $ olacaq. Bu halda baza -0,50 $ təşkil edir. Spot qiymətinin fyuçers qiymətindən daha sürətli artacağına inandığınız halda, bazanı "uzun olaraq təyin etməlisiniz".

Baza ticarətlərinin növləri

Treyderlər təhlillərindən asılı olaraq uzun və ya qısa seçimini edə bilərlər. Onlar çox vaxt öz proqnozlarını vermək üçün bazar tendensiyalarından, köhnə məlumatlardan və iqtisadi amillərdən istifadə edirlər.

  • Uzun: spot qiymətinin fyuçers qiymətinə nəzərən artacağının iddia edilməsi.

  • Qısa: spot qiymətinin azalacağının və ya fyuçers qiymətinin daha sürətlə artacağının iddia edilməsi.

Baza treydinqi nə üçün əhəmiyyətlidir?

Hedcerlər üçün

Baza treydinqi əmtəə istehsal edən və ya ondan asılı olan insanlar üçün xilasedici rolunu oynaya bilər. Buğda fermerini götürək. O, 3 ay ərzində 10 000 buşel məhsul toplayacağını bilsə də, qiymətlərin düşməsindən narahatdır. İndi fyuçers müqavilələrini satmaqla, bir qiymətə bağlanır və risklərini azaldır.

Digər tərəfdən, çörək zavodu gələcək buğda tədarükünü proqnozlaşdırıla bilən qiymətə təmin etmək üçün baza treydinqindən istifadə edə bilər. Hər iki tərəf özünü xoşagəlməz sürprizlərdən qoruyur.

Birja alverçiləri üçün

Birja alverçiləri mənfəət üçün iştirak edirlər. Onlar bazar tendensiyalarını öyrənir və baza ilə bağlı iddia irəli sürürlər. Məsələn, treyder güclü tələbin neftin spot qiymətini yüksəldəcəyini düşündüyü halda, bazanı "uzun olaraq təyin edəcək" və proqnozu gerçəkləşdiyi halda, pul qazanacaq.

Treyderlər baza treydinqindən harada istifadə edirlər?

1. Əmtəələr

Baza treydinqinin ən mühüm rol oynadığı sahə budur. Fermerlər, maynerlər və enerji istehsalçıları ondan risklərdən qorunmaq üçün istifadə etdiyi halda, birja alverçiləri mənfəət əldə etməyə çalışırlar. Baza treydinqi taxıl, neft, qızıl və ya spotfyuçers bazarı olan istənilən başqa əmtəə ilə həyata keçirilə bilər.

2. Sabit gəlir (istiqrazlar)

İstiqraz bazarlarında treyderlər çox vaxt pul istiqrazları və kredit standart svopları (CDS) kimi derivativlər arasındakı fərqi nəzərə alırlar. CDS üzrə spred istiqrazın spredindən kiçik olduqda "mənfi baza ticarəti" baş verir. Nəticədə treyderlər üçün arbitraj imkanları yaranır.

3. Kriptovalyutalar

Kriptovalyutalar kontekstində baza treydinqi kripto aktivin spot bazarındakı qiyməti ilə fyuçers bazarlarındakı müqavilələrinin qiyməti arasındakı fərqə əsaslanır. 

2024-cü ilin əvvəlində spot Bitcoin ETF-lərinin istifadəyə verilməsindən sonra kriptovalyuta üzrə baza treydinqi əhəmiyyətli dərəcədə populyarlaşdı. O vaxtdan sonra bir çox treyderlər spot ETF-ləri və CME Bitcoin Fyuçers kimi əsas fyuçers bazarları arasındakı qiymət fərqlərini araşdırmağa başladılar.

Bitcoin üzrə baza treydinqi nümunəsi

Bitcoin üzrə baza treyderləri spot bazarı (BTC-nin dərhal ticarət edildiyi yer) və fyuçers müqavilələri (kriptovalyutanın gələcək qiymətlərini izləyən) arasındakı qiymət fərqlərinə əsaslanırlar. 

Məsələn, BTC spot bazarında 80 000 $-a satılırsa, ancaq üç aya çatdırılan fyuçers müqavilələrinin qiyməti 82 000 $ təşkil edirsə, Alisa fyuçers bazarında eyni miqdarda BTC satmaqla spot bazarında bitcoin ala bilər.

  • Spot qiyməti: hər BTC üzrə 80 000 $.

  • Fyuçers qiyməti: 3 aya çatdırma üçün hər BTC üzrə 82 000 $.

  • Baza: 2 000 $.

  • Əsaslandırma: Alisa hesab edir ki, bu 2 000 $-lıq fərq (baza) spot tələbinin artması və ya fyuçers premiumun azalması səbəbindən növbəti bir neçə həftə ərzində azalacaq.

  • Strategiya: Alisa spot bazarında 80 000 $-a BTC almaq və 82 000 $-a BTC fyuçers müqaviləsi satmaqla nağd alış arbitrajı həyata keçirir. 

  • Nəticə: qiymətlər gözlənildiyi kimi yaxınlaşdığı halda, Alisa fyuçers müqaviləsini yerinə yetirmək üçün spot bazarında alınmış BTC-dən istifadə edir və komissiyalar və əməliyyat xərcləri çıxılmaqla hər BTC üçün 2 000 $ mənfəəti effektiv şəkildə bloklayır.

Baza treydinqinin risk və problemləri

1. Baza riski

Baza treyderləri üçün ən böyük başağrılarından biri spot və fyuçers qiymətlərinin gözlənildiyi kimi dəyişməməsidir. Məsələn, gözlənilməz hava şəraiti tələb və təklifi pozduğu halda taxıl qiymətlərini hedcinq edən fermer pul itirə bilər.

2. Bazarın likvidliyi

Bazarda kifayət qədər likvidlik olmadığı halda, treyderlər istədikləri qiymətlərlə mövqelərə daxil olmaq və ya çıxmaq baxımından çətinlik çəkə bilərlər. Bu, xüsusilə dəyişkən bazarlarda və ya maliyyə böhranları zamanı doğrudur.

3. Mürəkkəblik

Baza treydinqi bəzən çətin ola bilər. Bazar dinamikasını anlamaq, tendensiyaları təhlil etmək və riskləri effektiv şəkildə idarə etmək üçün təcrübə tələb olunur. Yeni başlayanlar çətinlik çəkə bilərlər.

Yekun qeydlər

Baza treydinqi mürəkkəb səslənsə də, mahiyyət etibarı ilə qiymət fərqləri ilə bağlı ağıllı iddialar irəli sürməkdən ibarətdir. Əmtəələrlə bağlı riskləri idarə etməyinizdən, istiqrazlarla mənfəət əldə etməyə çalışmağınızdan, yaxud da kriptovalyuta aləmini kəşf etməyinizdən asılı olmayaraq, bu strategiya çox sayda imkan təklif edir.

İnvestor olduğunuz halda, baza treydinqini anlamaq sizin üçün portfelinizi qorumaq və ya mənfəətlərinizi artırmaq üçün yeni imkanlar yarada bilər. O, istehsalçılar üçün proqnozlaşdırıla bilməyən bazarlarda stabilliyi təmin etmək üsuludur. Birja alverçisi olduğunuz halda, nə etdiyinizi bildiyiniz təqdirdə baza treydinqi maraqlı (və gəlirli) strategiya ola bilər.

Tövsiyə olunan ədəbiyyat

Məsuliyyətdən imtina: Bu məzmun sizə ümumi məlumat və maarifləndirmə məqsədilə hər hansı bir təqdimat və ya zəmanət olmadan hazırkı məlumatlar əsasında təqdim edilir. Bu, maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir, bu məlumatlar hər hansı konkret məhsulun və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımır. Siz məsləhəti müvafiq peşəkar məsləhətçilərdən almalısınız. Məqaləni üçüncü tərəf təqdim etdiyi zaman ifadə edilən fikirlərin üçüncü tərəfə aid olduğunu nəzərə alın və bunları Binance Academy tərəfindən verilən tövsiyə kimi qəbul etməyin. Əlavə təfərrüatlar üçün məsuliyyətdən imtina bölməsini tam şəkildə burada oxuyun. Rəqəmsal aktiv qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri aşağı düşə və ya yuxarı qalxa bilər, investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Academy baş verə biləcək itkilərə görə heç bir məsuliyyət qəbul etmir. Bu material maliyyə, qanuni və ya digər peşəkar məsləhət kimi qəbul edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydasıRisk xəbərdarlığı bölməmizə baxın.